THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Bərpa, yenidənqurma, uzlaşma və reinteqrasiya

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10839
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 may 2021 – Newtimes.az

Azərbaycan təxminən üç onillik idi ki, beynəlxalq ictimaiyyətə car çəkir, qonşusu Ermənistanın onun ərazilərini işğal altında saxlaması ilə bağlı problemin həllini istəyirdi. Azərbaycan əraziləri təxminən 30 il idi ki, işğal altında qalmışdı. Söhbət Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayondan gedir.

Son 30 ildə bu problemin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində göstərilən səylər ciddi nəticə vermirdi. Bu dövrdə Ermənistan BMT Təhlükəsiz Şurasının 4 qətnaməsinin (822, 853, 874 və 884) tələblərinə məhəl qoymurdu. Halbuki, həmin sənədlər işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi.

Hadisələrin bu cür cərəyan etməsi zaman keçdikcə Bakını daha çox hiddətləndirirdisə, Yerevan danışıqlar prosesinə imitasiya məqsədi ilə qatılır, işğal etdiyi ərazilərdən çıxmaq istəmirdi. Danışıqlar prosesinə Ermənistan yalnız vaxt qazanmaq vasitəsi kimi baxırdı. Nəticədə uzun illər prosesdə heç bir dəyişiklik baş vermirdi. Doğrudur, danışıqlar nəticəsində 2006-cı ildə "baza prinsipləri'' razılaşdırılmış, 2007-2009-cu illərdən sonra o, "Madrid prinsipləri'' kimi ortaya qoyulmuşdu. Lakin Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyan 2020-ci ilin əvvəlində özündən əvvəl müzakirə edilmiş sənədləri münaqişənin həlli ilə bağlı aparıcı sənəd saymadığını bəyan etmişdi. Bununla da on illər ərzində aparılmış danışıqlar prosesinə son qoyulmuşdu. Əslində bu, vasitəçilərin fəaliyyətindən və ümumiyyətlə sülh danışıqlarından birtərəfli imtina idi...

Bu mənada, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər olan dövrü bu problemin həllində həlledici dövr saymaq olar. Ermənistanın münaqişənin həllinə etinasızlığı, sülh danışıqlarındakı qeyri-konstruktiv mövqeyi, atəşkəsi mütəmadi pozması, xüsusilə ötən ilin iyulunda Tovuz rayonu istiqamətində hücumu Bakının ümidlərini yox etmişdi. Nəticədə o, ötən ilin sonlarında yenə də Ermənistanın hücumuna cavab olaraq əks-hücuma keçmək məcburiyyətində qalmışdı. Söhbət 44 gün davam etmiş İkinci Qarabağ müharibəsindən gedir. Azərbaycan məhz 44 gündə ərazi bütövlüyünü bərpa edib, münaqişəyə son qoyub.

Bu müharibə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla sona çatıb. Bunun ardınca bölgəyə rusiyalı sülhməramlılar da yerləşdirilib. Bundan sonra bəyanatın texniki detallarını kənara qoyaraq, bəzi digər məsələlərdən bəhs etmək istərdim.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ölkə iqtisadiyyatı üçün yeni imkanlar açıb. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərin bərpası ölkə iqtisadiyyatı üçün yükdür. Azərbaycan dövləti 2021-ci ilin büdcəsindən azad edilmiş ərazilərin bərpasına 2 milyard manat vəsait ayırıb. Güman ki, bu, həmin iş üçün tələb olunan vəsaitin cüzi hissəsidir.

İndiki mərhələdə ən vacib məsələlərdən biri, bəlkə də birincisi Ermənistanın işğal dövründə Azərbaycan ərazilərinə yerləşdirdiyi minaların təmizlənməsidir. Azərbaycanlı ekspertlər hesab edirlər ki, minalanmış ərazilərin tam təmizlənməsi üçün uzun illər, hətta 10 ildən çox vaxt lazımdır. Ermənistanın Azərbaycana mina xəritələrini verməkdən imtina etməsi vəziyyəti daha da qəlizləşdirir.

Sadalanan problemlərə baxmayaraq, Azərbaycan azad edilmiş ərazilərdə bərpa etmə işlərini davam etdirir. Bakı bu regionda "ağıllı şəhər''lər, "ağıllı kənd''lər salmaq niyyətindədir. Məsələn, azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində artıq ilk pilot layihəyə start verilib. Şəhər və kəndlərin bərpası ilə yanaşı, yeni avtomobil, dəmir yollarının, həmçinin yeni hava limanlarının tikintisi də aparılır. Məsələn, azad edilmiş Füzuli və Zəngilan rayonlarında yeni hava limanları, həmçinin Füzuli-Horadiz-Ağbənd dəmir yolu inşa edilir.

Bundan başqa, bərpa olunan enerji baxımından böyük potensialına malik bu ərazilər "yaşıl enerji'' zonası elan edilib. Laçın rayonunda yerləşən "Güləbird” su elektrik stansiyası artıq bərpa olunub. Təkcə Laçın və Kəlbəcərdə onlarla su elektrik stansiyası bərpa edilməlidir. Bundan başqa, Araz çayı üzərində yerləşən "Xudafərin'' və "Qız qalası'' su elektrik stansiyaları da bərpa olunacaq. Sonda azad edilmiş ərazilərdə generasiya gücü 240 meqavata çatdırılacaq. Qeyd edək ki, Azərbaycanın su resurslarının 25%-i Qarabağ və digər azad edilmiş ərazilərin payına düşür.

Beləliklə, azad edilmiş ərazilərdə bərpa işləri tam gücü ilə davam edir. Burada torpaqlar minalardan təmizlənir, ərazilərin bərpası ilə bağlı böyük planlar həyata keçirir.

Amma bu proses daha bir çətinliklə müşayiət olunur. Söhbət qonşu Ermənistanla barışıqdan və Qarabağın erməni əhalisinin reinteqrasiyasından gedir. Doğrudur, tərəflər arasında imzalanmış 10 noyabr bəyanatı müharibəyə son qoyub, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Bəyanatın 9-cu maddəsinə əsasən, regionda, ilk növbədə Ermənistanla Azərbaycan arasında bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalıdır. Artıq üç tərəf arasında ''Zəngəzur dəhlizi''nin yaradılması istiqamətində danışıqlar başlayıb və bununla bağlı hazırlıq işləri görülür. Bakı dəhlizinin Azərbaycana aid hissəsinin tikintisinin yaxın zamanda başa çatdırılacağını da bildirir.

Məlumdur ki, regionda bütün kommunikasiyaların açılması, hərtərəfli regional əməkdaşlığın təşviqi, nəhayət, Cənubi Qafqazda uzun illərdir gözlənilən sülh və sabitliyə, "Qafqaz müqaviləsi''nin ortaya çıxmasına aparıb çıxara bilər. Bundan başqa, Azərbaycan dəfələrlə bəyan edib ki, o, bu tarixi imkanı xalqlar arasında barışıq üçün şans kimi görür. Bu inam Azərbaycanın Ermənistana müharibədən sonrakı güzəştləri ilə bir daha təsdiqlənib. Məsələn, Bakı erməni əhalinin Gorus-Qafan avtomobil yolundan istifadəsinə, Qarabağ ermənilərinə humanitar yardım göstərilməsinə icazə verib. Üstəlik, o, Rusiya qazının Azərbaycan vasitəsilə Ermənistana çatdırılmasını təmin edib. Bundan başqa, Bakı saxlanılan bütün erməniləri, o cümlədən müharibə zamanı ölmüş ermənilərin cəsədlərini Yerevana təhvil verib.

Bütün bunlar göstərir ki, Azərbaycan tədricən köhnə düşməni ilə barışmağa çalışır. Onun addımları Bakının bu əzminin göstəricisidir. Lakin Ermənistan cəmiyyətində hələ də mövcud olan revanşist düşüncə və şüarlar prosesə heç də kömək etmir. Əksinə, bu kimi hallar aparılan işlərə kölgə salır.

Hər halda, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması və Ermənistanla barışıq səyləri Qarabağın erməni əhalisinin Azərbaycanın digər əraziləri ilə reinteqrasiyası ilə paralel həyata keçirilməlidir. Rəsmi Bakı hər zaman bəyan edib ki, o, Qarabağın erməni əhalisini öz vətəndaşları sayır, bu üzdən də onların reinteqrasiyası üçün bütün imkanlardan istifadə olunacaq. Azərbaycan vətəndaşı olan ermənilər ölkədə istər Sovet dönəmində, istərsə də işğal dövründə yaşayıb, bu gün də yaşayır. Odur ki, Qarabağ ermənilərinin taleyi fərqli olmamalıdır. Şəxsən Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşları hesab edir.

Bir sözlə, Azərbaycan postmüharibə dövründə bərpa işləri ilə yanaşı, reinteqrasiya ilə bağlı mesajlar da verir, bu istiqamətdə addımlar da atır. Digər tərəfdən, azərbaycanlılar bunun incə proses olduğunu da anlayır. Bu işlər əlbəttə ki, istər azərbaycanlıların, istərsə də ermənilərin həssaslığı nəzərə alınaraq görülməlidir. Amma istənilən halda, Bakı prosesin dönməz olduğuna inanır. O, bu yolla getməkdə qərarlıdır.

Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi quruculuq işləri ilə məşğul olan bu ölkə üçün yeni üfüqlər açıb. Proses isə Ermənistanla barışıq səyləri və Qarabağ ermənilərinin reinteqrasiyası prosesi ilə yanaşı aparılır. Digər tərəfdən, "tanqo oynamaq üçün iki nəfər lazımdır''. Odur ki, barışıq və reinteqrasiya prosesinin asanlaşdırılması üçün hər iki tərəf səy göstərməli, bu işdə hər iki tərəf eyni dərəcədə maraqlı olmalıdır.

Esmira Cəfərova

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə:Foreign Policy News

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...