THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda siyasi böhran dərinləşir

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4311
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 fevral 2021 – Newtimes.az

Ermənistanda siyasi gərginlik davam edir. Reallıq ondan ibarətdir ki, müharibədəki məğlubiyyət baş nazir Nikol Paşinyanın siyasi reytinqini xeyli aşağı salıb. Bununla belə ölkə vətəndaşları müxalifətə də etimad göstərmirlər.

Xalqın dəstəyini ala bilməyən müxalifət istəyinə nail olmaq üçün yollar axtarır. Son günlərdə keçmiş hərbi xunta xeyli fəallaşıb və R.Koçaryan açıq şəkildə hakimiyyət iddiasını ortaya qoyub. Bu məqsədlə o, digər müxalifət təmsilçiləri ilə görüşərək onlardan dəstək almağa çalışır.

Ermənistan mətbuatı yazır ki, Robert Koçaryandan sonra ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan da hakimiyyət iddiasındadır. Şuşa şəhərində Azərbaycan Ordusunun qarşısından qaçan Seyran Ohanyan bəyan edib ki, seçkilərdə iştirak etməyə hazırdır. O, bildirib ki, seçkilərdə iştirak etmək qərarı versə də, prosesə hansı siyasi partiya daxilində qatılacağını hələlik müəyyən etməyib: ''Hər bir insan konstitusiya hüququna uyğun olaraq seçkilərdə iştirak edə bilər. Mən də Ermənistan vətəndaşı kimi seçkiyə qatılacağam. Ancaq bunun hansı qüvvə və formada olacağına özüm qərar verəcəyəm''.

Ermənistanın müxalifət liderləri R.Koçaryanın Moskvadan qayıtmasından sonra onunla yenidən görüş keçirməyi planlaşdırırlar. Qeyd edilir ki, 8 fevrala qədər R.Koçaryan Moskvada səfərdə olacaq və daha sonra Ermənistana qayıdacaq. Müxalifət liderlərinin keçirilən son iclasında konkret planların Koçaryanın qayıdışından sonra müzakirə edilməsi qərara alınıb.

Bu arada siyasi yazar Tevos Arşakyanın "Armenianreport'' portalında dərc edilən məqaləsi də xüsusi diqqət çəkir. O qeyd edib ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə eks-prezident Serj Sarkisyan arasında görüş keçirilib. "Görüşdə tərəflər Ermənistandakı daxili siyasi durumu, Qarabağdakı vəziyyəti, eləcə də bölgədəki yeni geosiyasi reallıqları müzakirə etdilər. Həqiqətən qəribə bir məlumatdır, deyilmi, əziz oxucular?'' – deyə o sual edib. Arşakyan ardınca daha ironik suallara keçib: ''Görəsən bu gün Serj Sarkisyan kimdir ki, Ermənistandakı daxili siyasi vəziyyət onunla müzakirə edilir? O, müxalifət lideri deyil, ölkə əhalisinin əksəriyyətinin nifrət elədiyi bir siyasi meyitdir. Onun baş nazir və ya prezident vəzifəsini tutmaq bir yana, böyük siyasətə qayıtmaq üçün heç bir leqal şansı yoxdur''.

Tevos Arşakyan bildirib ki, keçmiş hərbi xunta heç vaxt xalqdan dəstək ala bilməyəcək.

Ermənistanda hakimiyyətlə kilsə qarşıdurmasının da getdikcə dərinləşməsi müşahidə olunur. Bu hal Ermənistan katolikosu II Qareginin siyasi proseslərdə müxalifətin yanında yer almasından sonra yenidən aktuallaşıb. Katolikosun sözlərinə görə, Ermənistan heç vaxt belə ağır duruma düşməyib.

Bütün bunların fonunda hakimiyyət kilsə rəhbərliyini dəyişdirmək planlarını yenidən işə salıb. Paşinyanın ailəsinə aid ''Aykakan Jamanak'' belə bir yazı ilə çıxış edib ki, Paşinyan Koçaryanı dəstəkləyənləri bağışlamayacaq. Bu xüsusda Paşinyan hüquq mühafizə orqanlarının rəhbərlərini yanına dəvət edərək, kilsəsinin rahiblərini cinayətə cəlb etmək üçün hər cür səy göstərmələrini tapşırıb. Bundan başqa, hakimiyyət nəzarəti altında olan media vasitələrinə ləkələyici faktlar əsasında kilsəyə qarşı hücuma keçmək tapşırığı verib.

Ermənistanın ''İravnuk'' qəzeti siyasi gərginlikdən bəhs edərək yazır ki, bu durumda ölkəni iqtisadi sahədə çətin günlər gözləyir: ''Mərkəzi Bankın Ermənistanda makroiqtisadi vəziyyətin sabit olduğuna dair əhalini arxayın etməsinə baxmayaraq, biz yenidən dramın növbəti devalvasiyasının şahidi olacağıq. Mənbəmiz bildirdi ki, Mərkəzi Bank hətta tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək, repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir edirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə alətinin tətbiqi imkanları da xeyli məhdudlaşıb''.

Görünən odur ki, Ermənistandakı böhranlar bir sfera ilə məhdudlaşmayaraq cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Bu vəziyyətdən çıxış yolu isə ümumiyyətlə görünmür.

Elçin Cəfərov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...