THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür

Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 fevral 2019

Dövlət başçısı İlham Əliyevin çox aktiv siyasi liderlik həyatı yaşadığını hər kəs qəbul edir. Azərbaycan Prezidenti yorulmadan müstəqil dövlətçiliyin inkişafı naminə səmərəli proqramlar reallaşdırır. Siyasət və diplomatiya sahəsində ölkə başçısının əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə açıq etiraf edilir. Bununla yanaşı, İlham Əliyev jurnalistlərlə də ünsiyyətə tam açıq liderdir. Dünyanın müxtəlif ölkələrinin aparıcı nəşrləri ondan müsahibələr götürür, fikirlərinə böyük maraq göstərirlər. Azərbaycan mediası da dövlət başçısı ilə ünsiyyətə çox can atır. Son olaraq Prezident Real televiziyasına geniş müsahibə verib. Dövlət başçısı müsahibədə KİV-lə ünsiyyətində hər şeydən öncə Azərbaycan dövlətçiliyinin maraqlarına üstünlük verdiyini ifadə edib. Bu, çox əhəmiyyətli yanaşmadır və Prezidentin fəaliyyətinin mahiyyətini dərk etməyə yardımçı olur. Həmin kontekstdə biz, müsahibənin bir sıra məqamları üzərində geniş dayanmağa böyük ehtiyac duyduq.

Haqq və ədalətin inkarı: "Freedom House"un qərəzli hesabatları

Haqq və ədalətin inkarı: "Freedom House"un qərəzli hesabatları
14 fevral 2019

Biz Qərbin bir sıra təşkilatlarının hazırladıqları qeyri-obyektiv və qərəzli hesabatlara çox rast gəlmişik. Onların sırasında insan haqları ilə bağlı olanlar da var. Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də əlimizdə kifayət qədər faktlar var. Ancaq erməni lobbisinin maraqlarına xidmət göstərən bu üzdəniraq QHT-nin 2019-cu il üçün hazırladığı "hesabat" və tərtib etdiyi mətbuat azadlığı üzrə "reytinq cədvəli" bir başqa əcayibdir. Çünki Qərb siyasi dairələrinin ifadə etdikləri fikirlərə belə uyğun gəlmir. Konkret olaraq, Qərb dövlətləri Ermənistanda seçki saxtakarlığının, korrupsiyanın olduğunu, insan haqlarının tapdandığını dedikləri bir vaxtda "Freedom House" yenə də bu forpost dövləti "qismən azad" hesab edir. Eyni zamanda, Azərbaycana qarşı yenə də ikili standartlarla davranır. Bu qədər ikiüzlülük, haqsızlıq, yalançılıq və saxtakarlıq da olarmış! Qəribədir ki, özünü demokratiyanın beşiyi sayan bir geosiyasi məkanda bir sıra məsələlər üzrə "ulaq inadkarlığı" göstərilir. Burada adi bir məqamı anlamaq istəmirlər: başqasına quyu qazanın özü nə vaxtsa quyuya düşür! Həm də bu cür davranmaqla nüfuzdan düşürlər, artıq cəmiyyətlər onlara nümunə kimi baxmırlar.

Uğursuz Almaniya səfəri: Kremlin Paşinyana sualları artır

Uğursuz Almaniya səfəri: Kremlin Paşinyana sualları artır
08 fevral 2019

Ermənistan baş nazirinin Almaniyaya səfərindən şou düzəltmək istəyən erməni mediası üçün arzuolunmaz vəziyyət yaranıb. Berlində "ciddi" danışıqlar apardığını iddia edən N.Paşinyan oradan faktiki olaraq əliboş dönüb. Tərəflər arasında səmərə verə biləcək heç bir sənəd imzalanmayıb. N.Paşinyanın çantasında A.Merkelin bir cümləsindən başqa heç nə yoxdur. Almaniya kansleri diplomatik protokol xatirinə ümumi sözlərlə N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "cəsarətli" addım atdığını bəyan edib. Bununla bəlkə də siyasi karyerasının ən böyük səhvini edib. Əslində, məsələyə bir qədər konkret məntiqi çərçivədə baxdıqda, Almaniyanın da öz oyununu apardığını görürük. O, Cənubi Qafqaz uğrunda böyük dövlətlərin mübarizəsinin bir parçasıdır. Rəqibləri də az deyil. Bu səbəbdən geosiyasi manevr üçün nələrsə uydura bilər. Bu kontekstdə N.Paşinyanın Ermənistanı hansı geosiyasi ziddiyyətlər burulğanına sürüklədiyinin təhlili üzərində geniş dayanmaq istərdik.

Ədalət, vicdan və hüquq: Avropanın "mehmanşünasları" və "təsir agentləri"

Ədalət, vicdan və hüquq: Avropanın "mehmanşünasları" və "təsir agentləri"
24 yanvar 2019

Avropa Parlamenti Azərbaycanla bağlı növbəti bədnam "sənəd" qəbul edib. Dünyanın hər yerində hüquqları pozulan insanlar, zorakılığa məruz qalan müsəlman qadınlar, qocalar, həlak olmaqla həyatlarını itirən dinc sakinlərin hüquqları qalıb bir kənarda, Azərbaycanda törətdiyi cinayət əməlinə görə həbs edilən bir blogerin "hüququ" AP-ni "narahat" edib. Azərbaycanda da dərhal bir sıra dairələr "müdrik görkəm" almağa başlayıblar. Bəs, "bu belədir, o da elədir" və s. və i.a. Reallıq isə başqa həqiqəti ortaya qoyur. Ölkəmizə qarşı bizə və insanlığa dost olmayan dairələr növbəti qarayaxma kampaniyasına başlayıblar. Onlar ədaləti, vicdanı və hüququ bir kənara qoyub, "nüfuz agentləri" ilə küçələrdə və sosial şəbəkələrdə "tanqo" oynayırlar. Amma belə getsə, yıxılacaqlar. AP-nin M.Hüseynovla bağlı qəbul etdiyi "sənəd"lə birlikdə tarixin arxivinə atılacaqlar. Bu məsələ üzərində bir qədər geniş dayanaq.

"Məxməri inqilab"ın birinci mərhələsi: Ermənistan dalanda!

"Məxməri inqilab"ın birinci mərhələsi: Ermənistan dalanda!
23 yanvar 2019

Parlament seçkisindən sonra Ermənistanda siyasi dinamikanın analizi ilə məşğul olan ekspertlər optimist fikirlər ifadə etmirlər. Onlar bu ölkənin ciddi problemlərlə üz-üzə qaldığı qənaətindədirlər. Əvvəllər ermənilər üçün ümid yeri olan diaspor təşkilatları və havadar dövlətlər də son illər dəstəklərini xeyli azaldıblar. Belə görünür ki, ermənipərəst qüvvələr Ermənistanın dövlət kimi müstəqil olmasını, özünün daxili potensialı hesabına inkişaf etməsini tələb edirlər. Hələlik isə rəsmi İrəvan buna qabil deyil. Bunun müxtəlif daxili və xarici səbəbləri var. Faktiki olaraq Ermənistanda dövlət quruculuğu aparılmayıb. Bu ölkə əsas olaraq xarici ianələr hesabına mövcud olmaqdadır. Nəticədə, Ermənistanda dərin sistemli böhran yaşanır. Bununla yanaşı, Ermənistan üçün ən pis vəziyyət regional layihələrdən təcrid olması ilə bağlı yaranıb. Bunun səbəbi işğal etdiyi Azərbaycan ərazisindən çəkilməməsidir. Ermənistan rəhbərliyi ən ideal inkişaf planı ortaya qoysa belə, zəbt etdiyi torpaqları tərk etməsə, inkişafı mümkün deyildir. Bu məqam üzərində daha geniş dayanmağa ehtiyac vardır.

Gürcüstana qarşı daşnak-erməni xəyanəti

Gürcüstana qarşı daşnak-erməni xəyanəti
22 yanvar 2019

Gürcüstan Cənubi Qafqazda etnik müxtəlifliyi ilə seçilən ölkədir. Belə ki, burada əhalinin 83,8%-ini təşkil edən gürcülərdən əlavə digər böyük etnik qruplar da vardır ki, bunlar azərbaycanlılar (6,5%), ermənilər (5,7%), ruslar (1,5%) abxazlar, acarlar və osetinlərdir. Cənubi Qafqazın aborigen sakinləri olmayan ermənilər XIX əsrdən etibarən Qafqazın digər regionları ilə yanaşı, Gürcüstanda da məskunlaşdırılmışdır. 1801-ci ildə Şərqi Gürcüstanın Rusiya tərəfindən işğalından sonra, erməni ailələri Lazarevin rəhbərliyi altında İran və Osmanlı imperiyasından Gürcüstanın Şəmşədil (Lori) və Abxaziya bölgələrinə köçürüldü. Tarixi mənbələr və dövrün kameral siyahılarında verilən məlumatlar sübut edir ki, 1807-1808-ci illərdə 338 erməni ailəsi (1906 nəfər) Tiflisin ətrafında Avlabari rayonuna, 1809-1811-ci illərdə Bolnisiyə (Borçalı) 428 erməni ailəsi (2140 nəfər) köçürülmüşdür. 1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibəsində osmanlıların məğlub olması Kiçik Asiyadan ermənilərin Cənubi Qafqaza xüsusilə də Gürcüstan və Azərbaycana köçürülməsi üçün şərait yaratdı. Qars, Ərzurum və Bəyazid vilayətlərindən Gürcüstana 8 min erməni ailəsi köçürülməli idi. Lakin köçürülmə başlanandan sonra ailələrin miqdarı 14 minə çatdırıldı.

Xunta rejiminin süqutu: erməni rəhbərliyi konstruktiv mövqeyə gələcəkmi?

Xunta rejiminin süqutu: erməni rəhbərliyi konstruktiv mövqeyə gələcəkmi?
18 yanvar 2019

Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi dərin məzmunlu nitqində bir çox məsələlərlə yanaşı, regional miqyasda cərəyan edən prosesləri də təhlil edib. İlham Əliyev həmin kontekstdə Ermənistanda hakimiyyət dəyişikliyinin və bu ölkədə ümumi vəziyyətin pisləşməsinin səbəblərini göstərib. İyirmi ildən çox müddət ərzində seçki saxtakarlığı yolu ilə hakimiyyəti mənimsəmiş Sarkisyan rejiminin beynəlxalq qurumlarla cinayət əlaqələrini faktlarla ifşa edib. Ötən müddətdə Ermənistanda seçkilərin demokratik keçdiyindən dəm vuran dairələr indi, nədənsə, keçmiş hakimiyyət komandasının cəmi beş faiz səs toplaması səbəbini izah edə bilmirlər. Bu o deməkdir ki, uzun illər özlərini demokrat hesab edən həmin dairələr, əslində, ikili standart siyasəti aparıb, insanları aldadıblar və bununla Sarkisyan iqtidarının cinayətlərinə ortaqdırlar. Bu faktların fonunda dövlət başçısının nitqinin həmin məqamları üzərində geniş dayanmağa ciddi ehtiyac görürük.

İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ

İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16 yanvar 2019

Azərbaycanda demokratik dövlət quruculuğu kursunun əsasını Ulu öndər Heydər Əliyev qoyub. Bu prosesi Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı həm ölkənin daxili tarixi təkamül dinamikasını, həm də dünya təcrübəsini nəzərə alaraq davamlı islahatlar həyata keçirir. Həmin bağlılıqda İlham Əliyevin yanvarın 14-də imzaladığı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ciddi əhəmiyyət daşıyır. Ekspertlər həmin Fərmandan irəli gələn vəzifələri həm dövlət quruculuğu kursunun inkişaf etdirilməsi çərçivəsində, həm bütövlükdə idarəetmədə aparılan islahatların Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında oynadığı rol kontekstində analiz edirlər. Məsələnin bu aspekti üzərində geniş dayanmağa ehtiyac duyuruq.

İki Mehmanın bir ağası: "beşinci kolon"a yeni tapşırıqlar

İki Mehmanın bir ağası: "beşinci kolon"a yeni tapşırıqlar
15 yanvar 2019

Belə şeyləri keçən əsrin 90-cı illərindən görə-görə gəlirik. Azərbaycan hər dəfə uğurlu addım atdıqda, müxtəlif istiqamətlərdən və dairələrdən ona qarşı iftira, böhtan, qarayaxma kampaniyasına başlayırlar və... başları daşa dəyir. Bu dəfə də 2018-ci ili daxili və xarici siyasət sferalarında çox uğurlu keçirən Azərbaycana qarşı "qara piar" kampaniyasına başlayıblar. Qarşıda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası dayanır. Bundan kimlərsə istifadə etməlidir, axı? Tapdılar: konkret cinayət əməlinə görə həbsdə olan bir bloger! Süni bir oyun qurub, hay-küyə başladılar ki, Azərbaycanda hər kəsin hüququ pozulur, burada despotizm var, siyasi məhbuslar ölür, dissidentlər qırılmaqdadırlar... Özlüyündə köhnə mahnıdır, ancaq hazırda regionda və dünyada cərəyan edən geosiyasi proseslər fonunda bir sıra məqamlar üzərində ətraflı dayanmağa ehtiyac vardır.

Aİ-nin qeyri-müəyyən ssenariləri: analitik xəbərdarlığı və Brüsselin laqeydliyi

Aİ-nin qeyri-müəyyən ssenariləri: analitik xəbərdarlığı və Brüsselin laqeydliyi
24 dekabr 2018

Artıq bir neçə ildir ki, Qərbin tanınmış analitik və ekspertləri Avropa İttifaqının təkamül ssenariləri ilə bağlı fərqli proqnozlar verirlər. Proqnozların spektri genişdir, lakin onların sırasında bədbin əhval-ruhiyyəli tezislər də az yer almır. İndi isə mütəxəssislər bir qədər də irəli gedərək Aİ-nin xaosa yuvarlandığından bəhs edirlər. Bu zaman onlar konkret faktlara və əlamətlərə əsaslanırlar. Belə görünür ki, həmin məsələ Brüssel üçün getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır. Proseslər bu istiqamətdə inkişaf edərsə, qarşıya hansı təhlükələr çıxa bilər? Aİ doğrudan da xaosa yuvarlana bilərmi? Bu halda dünya sisteminin aqibəti necə ola bilər? Bu kimi suallara cavab axtarmaq üçün Aİ-ni xaosa sürükləyən faktorların geosiyasi təhlili üzərində geniş dayanaq.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...