THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müstəqil dövlət qurmaq bir millətin əldə etdiyi ən böyük nailiyyətdir

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1723
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 oktyabr – Newtimes.az

Müstəqillik bizim üçün çox müqəddəs anlayışdır. Dövlət müstəqilliyi – onu biz göz bəbəyimiz kimi qoruyuruq və qoruyacağıq. Əgər Azərbaycan dövlət müstəqilliyini əldə etməsəydi, biz bu cür böyük işlər görə bilməzdik.

Heydər ƏLİYEV

Tarixdə mövcud olan çoxsaylı xalqların heç də hamısı bugünədək özünün milli varlığını, müqavimət qabiliyyətini qoruyub saxlaya bilməyib. Bu da bir həqiqətdir ki, müasir dünyamızda mövcud olan çaxsaylı xalqların heç də hamısı müstəqil dövlət qura bilməyib. Bu mənada, Azərbaycan xalqının milli varlığını qoruyub saxlaması ilə yanaşı, həm də müstəqil dövlət qurması onun ikiqat xoşbəxtliyidir. Ötən 21 ildə əzəli insanlıq haqqımıza sahib çıxmağımız, dövlət müstəqilliyimizi, ulu öndər Heydər Əliyevin bütün dünyaya bəyan etdiyi kimi, dönməz və əbədi etməyimiz çoxəsrlik tariximizin ən qiymətli hadisəsi, ən uca məqamıdır, nurlu bir yolun başlanğıcıdır.

Azərbaycan Respublikasının müstəqillik tarixi 1991-ci ildən deyil, 1918-ci ildən başlayır. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdu. O, cəmi 23 ay yaşaya bildi və 1920-ci il aprelin 28-də ölkəmiz bolşevik işğalına məruz qaldı. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilməsi ilə respublikamız müstəqilliyini yenidən bərpa etmiş oldu və Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edildi. Yəni bizim üçün müstəqilliyimizin əsas tarixi 28 May 1918-ci ildən başlanır.

Maraqlıdır ki, XX əsrin əvvəllərində azadlığını əldə edən Azərbaycan, həmin əsrin sonlarında yenidən müstəqilliyini bərpa edərkən yenə eyni problemlərlə qarşılaşmışdı. Suverenliyini, ərazi bütövlüyünü, dövlətçiliyini, bir sözlə varlığını qorumağa çalışan xalqımız üçün yenə erməni təcavüzü, soyqırımı, daxili bədxahlarla xarici düşmənlərin işbirliyi böyük təhlükəyə çevrilmişdi. Belə bir mürəkkəb, taleyüklü günlərdə yerli rəhbərliyin xalqın maraqlarını ifadə edən mövqe və iradə göstərə bilməməsi günü-gündən genişlənən, yüksələn xalq hərəkatının idealist və naşı siyasi qüvvələr tərəfindən yönləndirilməsinə aparırdı. Xalqın qəhrəmanlıq səviyyəsinə yüksələn coşğunluğunu doğru-düzgün idarə edə bilməyən meydan natiqləri və aciz rəhbərlər Azərbaycanı Moskvanın cəza aktından – 20 Yanvar qırğınından və başqa faciələrdən xilas edə bilmədilər. Belə bir şəraitdə Moskvada göz dustağına çevrilmiş millət atası, ulu öndər Heydər Əliyev bütün maneələri dəf edərək, xalqımızın haqq səsini dünyaya çatdırdı, qanlı faciənin fitva verənlərini və icraçılarını kəskin ittiham etdi. Onun bu qətiyyətli və qəzəbli etirazı, əslində, Azərbaycan xalqını öz müstəqilliyi barədə düşünməyə çağırış idi.

Nəhayət, 1991-ci il avqustun 30-da Azərbaycanın Ali Soveti türk dünyasının böyük şəxsiyyətinin bu çağırışına və xalqın tələbinə səs verərək növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannaməni qəbul etdi. Azərbaycan Respublikası Ali Sovetinin həmin il oktyabrın 18-də keçirilmiş sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Ancaq bu əlamətdar hadisə heç də Azərbaycan xalqının müstəqil dövlətini yenidən itirməyəcəyi mənasına gəlmirdi. Çünki bundan sonra xalqımızı hələ çox böyük sınaqlar gözləyirdi. Belə ki, ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri qəsbkar əməlləri, eləcə də o zamankı iqtidarın bacarıqsız siyasəti dövləti parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. Aldadılmış insanların və silahlı qurulaşmaların dəstəyini qazanaraq iqtidara gələn AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə ölkədə xaos, anarxiya, hərc-mərclik hökm sürürdü, ekstremist, separatçı meyillər getdikcə güclənirdi. İdarəetmədəki kobud nöqsanlar, cəbhədəki uğursuzluqlar və daxili çaxnaşmalar nəticəsində 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək kimi real təhlükə ilə qarşılaşmışdı.

Zəngin siyasi təcrübəyə və böyük dövlətçilik dühasına sahib olan Heydər Əliyevin belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu.

Tezliklə bütün xalqın ulu öndər deyərək ali məqama yüksəltdiyi Prezident Heydər Əliyev ölkədə vətəndaş həmrəyliyini, siyasi sabitliyi bərqərar etdi. Ermənistanla müharibədə düşmən geri oturduldu və 1994-cü il mayın 12-də atəşkəsə məcbur edildi. Xarici siyasətdə əldə olunmuş uğurlar Dağlıq Qarabağ münaqişəsində Ermənistanın ədalətsiz, işğalçı mövqeyinin açılıb göstərilməsinə, etibarlı siyasi-iqtisadi tərəfdaşlar cəlb edilməsinə, beynəlxalq qurumlara qoşulmağa, dünya birliyinə fəal inteqrasiyaya əlverişli şərait yaratdı.

Ulu öndərin zəka və iradəsi ilə reallaşan və beynəlxalq aləmin "Əsrin müqaviləsi" adlandırdığı nəhəng neft layihəsi Azərbaycana güclü xarici sərmayə axınının uğurlu başlanğıcı oldu, xalqımızın öz sərvətlərinin həqiqi sahibi olduğunu təsdiqlədi. Dahi şəxsiyyət ağır vəziyyətdə olan ölkənin problemlərinin həlli istiqamətində konkret addımlar atdı. Azərbaycanda əmin-amanlıq, sabitlik yarandı, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, aqrar sahədə islahatlara aparıldı. Demokratik cəmiyyət quruculuğu istiqamətində böyük işlər görüldü. Vətəndaşların hüquq və azadlıqlarının qorunması, iqtisadi-sosial inkişaf üçün zəruri olan sabitliyin təmin edilməsi ilə bağlı müəyyən etdiyi strateji xətt, həyata keçirdiyi hüquqi-siyasi tədbirlər çağdaş Azərbaycanın qazandığı misilsiz uğurlar üçün möhkəm zəmin yaratdı.

Heydər Əliyevin müdrik siyasi xəttinin yeni çalarla zənginləşdirilərək davam etdirilməsi nəticəsində 2003-cü ilin oktyabrından sonra Azərbaycan təkcə regionda deyil, ümumilikdə, Avrasiya məkanında söz sahibinə çevrildi. Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rolu olan Azərbaycan dövləti qitə və dünya miqyaslı bütün tədbirlərdə ən çox arzuolunan qonaq kimi iştirak edir, qlobal problemlərin müzakirə olunduğu tədbirlərin məkanına çevrilir. Cənubi Qafqaz, Xəzər dənizi hövzəsi və Mərkəzi Asiyada reallaşdırılan istənilən iqtisadi layihədə Azərbaycan söz sahibidir. Rəsmi Bakının iştirakı olmadan heç bir layihə reallaşdırılmır. Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, bütün bunların təməlində ulu öndər Heydər Əliyevin müdrikcəsinə işləyib hazırladığı siyasi kurs dayanır.

Bu gün müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri və birincisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən torpaqlarımızın azad edilməsi və Dağlıq Qarabağ münaqişəsinin köklü həllidir. Ölkəmiz bu problemin həlli üçün sülh təşəbbüsləri ilə çıxış edir, amma eyni zamanda, həllin müharibə variantını da istisna etmir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın hərbi xərcləri təcavüzkar Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Bu il oktyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin nitqi isə ölkəsini, dövlətini, xalqını sevən hər bir azərbaycanlıda dərin qürur, sevinc hissləri oyatdı. Cənab Prezident bəyan etmişdir ki, işğal və ədalətsizlik bizim iqtisadiyyatımıza çox böyük zərbə vurmuşdur. Ancaq buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı son illər ərzində yüksələn xətlə inkişaf edir. Son 8-9 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır, sənaye istehsalı da təxminən 3 dəfə – yəni 300 faiz artmışdır. Yoxsulluqla mübarizədə böyük uğurlar qazanılmışdır. Bu illər ərzində yoxsulluq 49 faizdən 7 faizə düşmüşdür, işsizlik 5,3 faiz, xarici borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırıblar. Baxmayaraq ki, Avropada maliyyə və iqtisadi böhran hələ ki, davam edir, Azərbaycanın kredit reytinqləri aparıcı reytinq agentlikləri tərəfindən artırılmışdır. Rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında layiqli yerlərdədir. İqtisadi islahatlar bizə imkan verir ki, iqtisadiyyatımız şaxələnsin və onun bütün sahələri inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar. Elə ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, müstəqilliyi əbədi və dönməz olan Azərbaycan Respublikasının əsas qayəsi budur.

Newtimes.az

Copyright © 2012 | Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...