THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Erməni təəssübkeşliyi, yaxud...

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4955
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 oktyabr – Newtimes.az

Bəzi Avropa dövlətləri Ermənistana olan təəssübkeşliyə çox şeyi qurban verməyə hazırdırlar. Bunu Ramil Səfərov məsələsi ilə bağlı Ermənistan rəhbərliyinin yaratdığı süni ajiotajın təsiri altında Almaniyanın siyasətçilərinin nümayiş etdirdikləri ziddiyyətli mövqe təsdiq edir.

Ermənistan informasiya vasitələri Almaniyanın bu ölkədəki səfiri Rayner Morelin Ramil Səfərovla əlaqəli söylədiyi fikirləri geniş yayıblar (baxın). Guya o, R.Səfərovun ekstradisiyasının və Azərbaycanda qəhrəman səviyyəsində qarşılanmasının Avropa dəyərlərinə uyğun gəlmədiyini deyib. Cənab səfir sözünə davam edərək, Almaniya üçün əsas məsələnin regionda sülh və sabitliyə dəstək verməkdən ibarət olduğunu bəyan edib.

Əgər R.Morel bu cür fikirlər söyləyibsə, onu başa düşmək çox çətindir. Birincisi, Türkiyənin keçmiş daxili işlər naziri Tələt Paşanı Berlində qətlə yetirən erməni terrorçu Soqomon Tehliryanı səfirin yadına salmaq olar. Almaniya məhkəməsi erməni terrorçunun əməlinə haqq qazandıraraq, ona bəraət vermişdi. Səbəb kimi isə həmin erməninin yaxınlarını müharibədə itirməsi göstərilmişdi. Məhkəmənin həmin qərarı hansı Avropa dəyərinə uyğundur?

İkincisi, bir Avropa dövlətinin rəsmi nümayəndəsi əsas məsələ kimi insanı yox, regionda sülh və sabitliyi göstərirsə, çox düşündürücüdür. Belə çıxır ki, Avropa dəyərlərində hansısa siyasi və ya geosiyasi maraqlara görə milyonlarla insanın haqqını tapdalamağın qədim ənənəsi var. Qəribədir, Ramil Səfərovun bir insan kimi yaxınlarını, qohumlarını və yurd-yuvasını itirməsi avropalını maraqlandırmır? Əgər belədirsə, hansı haqla Ramilin vətənində sülh və sabitliyin təmin edilməsindən danışırlar?

Bir həqiqəti hər kəs qəbul etməlidir – dinindən və milliyyətindən asılı olmayaraq, hər bir insanın özünümüdafiə hüququ vardır. Bu qayda ölkəyə də aiddir. Ramil azərbaycanlı kimi erməni terrorunun qurbanıdır, Azərbaycan da ölkə kimi Ermənistanın təcavüzkar siyasəti nəticəsində ərazisinin bir hissəsinə nəzarət edə bilmir. Yalnız bu həqiqətləri qəbul edənlərin Cənubi Qafqazda sülh və sabitlikdən danışmaq haqqı vardır.

Səfir R.Morel R.Səfərovu əfv etməsinin Azərbaycanın beynəlxalq imicinə zərər vurduğunu da deyir. Bu, heç başa düşüləsi məntiq deyil. Çünki Azərbaycan bir vətəndaşı haqqında beynəlxalq hüquq normalarına tam uyğun olan bir qərar veribsə, nəyə görə hörmətdən düşməlidir? Səfir burada yenə özü də bilmədən siyasi səhv buraxmayıb ki? Yəni əgər Azərbaycan beynəlxalq hüquq normalarına yox, hansısa dövlətin Cənubi Qafqazdakı maraqlarına uyğun (bəlkə də kefinə və ya zövqünə uyğun) hərəkət etsə, daha hörmətli olardı?

Almaniyanın Ermənistandakı səfiri, görünür, Yerevanda işlədiyi dövrdə "erməni xəstəliyinə yoluxub”. Amma Ermənistanla Avropa necə istəsə o cür münasibət qura bilər, Azərbaycanla isə bu, şübhəsiz, mümkün deyil. Bəlkə Avropanın xoşuna gəlməyən məhz Azərbaycanın müstəqil siyasət yeritməsidir? Azərbaycan iqtidarının bu istiqamətdəki güclü fəaliyyətini qaralamaq üçün bəziləri onun "zəifliyindən” danışırlar?

Almaniya Bundestaqının vitse-spikeri Volfqanq Tirze Yerevanda olarkən "Ramil Səfərovun əfv edilməsi Azərbaycan hakimiyyətinin zəiflik əlamətidir” kimi əsassız fikir söyləyib (baxın). Guya bu, iqtidarın ölkəyə lazımi səviyyədə nəzarət etməməsindən qaynaqlanır və Azərbaycan hakimiyyəti populist addımlarla vətəndaşların dəstəyini qazanmağa çalışır. Çox gülməli məntiqdir.

Birincisi, Azərbaycan hakimiyyəti Ramil Səfərovu heç zaman qəhrəman kimi qələmə verməyib. Ölkə Prezidenti sadəcə, Azərbaycan zabitlərindən birinin Macarıstanda çəkdiyi cəzanı yetərli sayaraq, onu əfv edib. Bu məsələdə ölkə rəhbərliyinin atdığı addımlar həm beynəlxalq hüquqa, həm də Azərbaycanın daxili qanunlarına tam uyğundur.

İkincisi, Azərbaycan iqtidarının ölkə üçün gördüyü işlər göz qabağındadır və bu işlər indi də davam edir. Ona görə də populizmə heç bir ehtiyacı yoxdur. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Onun bütün sahələr üzrə inkişafı sabitdir.

Üçüncüsü, R.Morel və V.Tirzenin dedikləri Almaniyanın digər siyasətçilərinin söylədikləri fikirlərə ziddir. Almaniyanın xarici işlər naziri Gido Vestervelle bu ilin mart ayında Azərbaycanda səfərdə olarkən belə deyib: "Azərbaycan çox səmərəli və gözəl inkişaf edir. Bu inkişafın böyük potensialı var”. Federal hökumət Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu dəfələrlə vurğulayıb. Avropanın enerji təhlükəsizliyinin təminində Bakının roluna Bundestaq yüksək qiymət verib.

Bunlardan əlavə, Almaniyanın Bakıdakı səfiri oktyabrın 2-də bu ölkənin birləşməsinə həsr edilmiş tədbirdə çıxış edərkən, Azərbaycanın torpaqlarının 20 faizinin işğal edildiyini deyib. Cənab səfir təmsil etdiyi ölkənin Azərbaycanın münaqişənin həlli ilə bağlı atdığı addımları dəstəklədiyini bildirib. O, sentyabrın 28-də Azərbaycan mətbuatına verdiyi müsahibədə isə Azərbaycanı etibarlı tərəfdaş adlandırmışdı.

Bu cür ziddiyyətli məqamlar bir nəticə çıxarmağa əsas verir. Avropa siyasətində yeni tendensiya formalaşır – hərə bir cür fikir söyləyir. Ölkələrin rəhbərlərinin ifadə etdiyi mövqe ilə müxtəlif səviyyəli vəzifə sahiblərinin söylədikləri uyğun gəlmir. Diplomatlar da başqa fikirlər deyirlər.

Cənubi Qafqazda sülh və sabitliyin təmini məsələsinə gəldikdə isə, buna yalnız ədalətli siyasət yeritməklə nail olmaq mümkündür. O cümlədən, Almaniya həmin prosesə dəstək vermək arzusundadırsa, ilk növbədə özü obyektiv və konkret mövqe tutmalıdır. Onun rəsmi təmsilçiləri Yerevanda bir, Bakıda başqa fikir söyləyəcəklərsə, Almaniyanın özünün beynəlxalq nüfuzu şübhə altına düşə bilər.

Kamal Adıgözəlov

Copyright © 2012 | Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...