THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Dağlıq Qarabağda demoqrafik vəziyyətin dəyişdirilməsi fəlakətdir

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4726
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 sentyabr 2020 – Newtimes.az

Ermənistanla Azərbaycan arasında sonuncuya məxsus Dağlıq Qarabağ regionunun və bitişik 7 rayonun işğal edilməsi nəticəsində yaranmış münaqişədə gərginlik artmaqdadır. Ermənistan tərəfinin ard-arda əl atdığı təxribatlar vəziyyəti daha da qəlizləşdirir.

Ermənistan xarici havadarlarının hərbi dəstəyindən də ilhamlanaraq bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə açıq hücuma belə, keçib. Nəticədə iyulda tərəflər arasında Azərbaycanın Tovuz rayonu istiqamətində miqyaslı hərbi qarşıdurma baş verib. Maraqlıdır ki, bu dəfə Ermənistan ordusu hücuma işğal altındakı Qarabağ bölgəsindən xeyli uzaqda başlamışdı.

Həmin hərbi gərginlikdən bir neçə həftə sonra Yerevan növbəti təxribata əl atıb. O, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış, lakin işğal altında olan ərazilərində, yəni Dağlıq Qarabağ regionu və ətrafında qeyri-qanuni məskunlaşdırma prosesinə başlayıb. Ermənistan mətbuatının məlumatına əsasən, Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra Dağlıq Qarabağda Yerevanın qurduğu marionet rejiminin lideri Araik Arutunyan Livandan 100-150 erməni ailəsinin işğal altındakı ərazilərə köçürülməsi ilə bağlı qərar verib. Artıq 2 livanlı erməni ailəsi regiona köçüb və mənzillə təmin edilib.

Köçürülmə prosesində üstünlük xaricdə yaşayan erməilərə verilir. Məsələ ondadır ki, Ermənistan hökuməti daxili demoqrafik böhranı həll etmək məqsədilə digər xalqların nümayəndələrinin də ölkəyə gəlməsini istəsə də, millətçi erməni cəmiyyəti buna hər zaman etiraz edib. Odur ki, Yerevan üçün Azərbaycanın işğal altındakı ərazilərinə məhz xaricdə yaşayan ermənilərin köçürülməsi prioritetdir. Bununla o, işğal amilini gücləndirməyi, regionun statusu ilə bağlı gələcək danışıqlarda bundan yararlanmağı düşünür.

Hələ Araik Arutunyanın sələfi olan Bako Saakyan 2017-2020-ci illər üçün Dağlıq Qarabağ regionu ətrafında yerləşən ərazilərdə ermənilərin məskunlaşdırılması prosesini prioritet elan etmişdi. İşğalçı rejim regionda yeni yaşayış məskənlərinin yaradılması və məskunlaşdırmanın həyata keçirilməsi məqsədilə ilk dəfə  2018-ci ildə 800 min dollar vəsait ayırmışdı.

Azərbaycan isə uzun zamandır Ermənistanın 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyası və ona əlavə edilmiş protokollar daxil olmaqla, beynəlxalq hüquq normalarını pozduğunu bildirir. Bakı işğal altındakı Dağlıq Qarabağ regionu və ona bitişik rayonlarda yaşayış məskənlərinin salınmasını məhz belə qiymətləndirir. Beynəlxalq hüquqa əsasən, həqiqətən də bir dövlət digərinin ərazisini güc yolu ilə zəbt etsə belə, oraya öz vətəndaşlarını yerləşdirə bilməz.

Bakının bu məsələ ilə bağlı narahatlığı əslində, ATƏT-in faktaraşdırıcı missiyasının 2005 və 2010-cu illərdəki müşahidələrilə, həmçinin peykdən çəkilmiş fotolarla təsdiqlənib. Qurumun faktaraşdırıcı missiyası yanvarın 30-dan fevralın 5-dək işğal altındakı ərazilərdə olub və burada yeni məskənlər yaradıldığı haqda məlumat yayıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə vasitəçilik edən beynəlxalq institut – ATƏT-in Minsk qrupunun həmsədrləri bildirir ki, proses davam edərsə, sülh prosesi daha da qəlizləşə bilər. Həmsədrlər Azərbaycanın işğal altındakı ərazilərində yaşayış məskənlərinin yaradılmasını təqdir etmədiklərini bildirib, tərəfləri regionun demoqrafik vəziyyətini dəyişməkdən çəkinməyə çağırıb: "Belə addımlar gələcəkdə razılaşdırılmış yaşayış məskənlərinin yaradılmasını çətinə sala bilər”.

Lakin bu prosesə nə BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən dərhal çıxarılmasını tələb edən, 1993-cü ildə qəbul olunmuş qətnamələri, nə də ATƏT-in Minsk qrupu həmsədrlərinin yaşayış məskənlərinin tikintisinin dayandırılması ilə bağlı çağırışları təsir edir. Yeri gəlmişkən, Minsk qrupunun faktaraşdırıcı missiyası işğal altındakı ərazilərə hələ 2010-cu il oktyabrın 7-12-də etdikləri səfərdə belə, orada etnik ermənilərin yeni qeyri-qanuni yaşayış məskənləri yaratdığına dair sübutlar əldə etmişdilər. O zaman Azərbaycanın işğal altındakı 7 rayonunda 14 min erməninin məskunlaşdırıldığını aşkara çıxarmış faktaraşdırıcı missiya erməniləri münaqişənin həllinə zərər vuracaq, bu ərazilərin demoqrafik xarakterini dəyişəcək fəaliyyətdən çəkinməyə çağırmışdı.

Bakı isə bütün bunları işğal altındakı ərazilərdə yeni demoqrafik vəziyyətin yaradılmasına istiqamətlənmiş məqsədli səylər sayır. Azərbaycan tərəfi bildirir ki, bu, azərbaycanlı məcburi köçkünlərin doğma evlərinə qayıtmasına əngəl törədildiyinin növbəti sübutudur.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni məskunlaşdırma siyasətinə görə məsuliyyətə cəlb edilməsini vacib sayır. Hər halda, Yerevanın bu əməli Avropa İnsan Haqları Məhkəməsi daxil olmaqla, çox sayda beynəlxalq təşkilat tərəfindən çoxdan təsdiqlənib. Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ildə qəbul etdiyi qərarda Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində "effektiv nəzarətə” malik olduğu da deyilir.

Lakin bu prosesə, eləcə də Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə nail ola biləcək güclü dövlətlər, beynəlxalq təşkilatlar bu istiqamətdə heç bir ciddi addım atmır. Halbuki, onlar İsrailin Fələstin ərazisində yaşayış məskənləri salması ilə bağlı siyasətini tənqid edir, bununla bağlı konkret addımlar atırlar. Beynəlxalq birliyin bu cür ikili standartlardan çıxış etməsi beynəlxalq təhlükəsizliyə və sülhə təhdiddir. Bu cür yanaşma nəticə etibarı ilə qeyri-qanuni fəaliyyətin leqallaşdırılmasına yol açır. Demək, ayrı-ayrı dövlətlər beynəlxalq hüquq normalarını pozaraq, güc yolu ilə qanunsuzluqlar edə bilər.

Bir sözlə, bütün dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinə sərt reaksiya göstərməli, Ermənistan liderlərindən bu siyasətə son qoyulmasını tələb etməlidir.

Vasif Hüseynov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...