THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Birinci vitse-prezidentin müraciəti: erməni təcavüzünə qarşı birgə mübarizə və beynəlxalq təşkilatların susqunluğu

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
16390
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 avqust 2020 – Newtimes.az

Hərb meydanında məğlubiyyətdən sonra: erməni vandalizminin əsl siması

Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı işğalçı ölkənin və havadarlarının uzun müddətdir apardığı siyasətin iç üzünü bir daha aydınlaşdırdı. Əslində, biz həmin siyasətin mahiyyətinə və məqsədlərinə lap əvvəldən bələdik. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, erməni lobbisinin və antiazərbaycançı dairələrin ölkəmizlə bağlı çirkin niyyətlərini artıq nə Ermənistan, nə də havadarları gizlədə bilmirlər. Hər şey üzə çıxır və o qədər aydın olur ki, inkara yer qalmır.

Bunu anlayan Ermənistan hakimiyyəti qapalı dairədə çırpınan siçovul kimi nala-mıxa vurur, ondan xeyli ağıllı, təcrübəli və güclü olan havadarları isə susurlar. Hərdən ümumi bir söz deyib, kənara çəkilirlər. O da maraqlıdır ki, erməni radikal və orta əsr şüuru bu məqamdakı ziddiyyəti də dərk edə bilmir. Fakt kimi Ermənistanda bəzi qüvvələrin Rusiya qoşunlarını Ermənistandan çıxarmağı tələb etməsini göstərə bilərik. Onların sırasında daha axmaq, qeyri-real düşünən və ultramillətçilik bataqlığında batıb gedənləri isə bəyan ediblər: "Ermənistan Rusiyanın böyük qardaşıdır!". Buna XXI əsrin absurdu deyə bilərik. Çünki forpost öz ağasının və havadarının "böyük qardaşı" imiş!

Ermənistanın bu cür ağılsız və mənasız çırpıntıları fonunda rəsmi Bakının son dərəcə obyektiv, təmkinli və ədalətli mövqeyi qürurvericidir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu baxımdan həmvətənlərimizə ünvanladığı müraciəti ilə Azərbaycan qadınının yüksək dərəcədə vətənsevər, humanist və dünya miqyasında düşünə bilən siyasətçi-dövlət xadimi obrazını nümayiş etdirdi. Mehriban xanım Əliyeva qısa müraciətində siyasi, sosial, ideoloji, mənəvi və tarixi konteksti yüksək səviyyədə əlaqələndirərək mövqeyini ifadə edib.

Müraciət Amerikanın Los-Anceles şəhərində və Avropanın bəzi ölkələrinin paytaxtlarında ermənilərin dinc azərbaycanlılara qarşı vəhşiliklərindən və onların qarşısını özünü demokratiya və insan haqlarının beşiyi adlandıran Qərb ölkələrinin hüquq-mühafizə orqanlarının lazımi qətiyyətlə almamasından qaynaqlanıb. Mehriban xanım Əliyeva açıq yazır: "Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib". Birinci vitse-prezident ermənilərin demokratik fikir ifadəsinə, söz, sərbəst toplaşmaq, etiraz etmək azadlığına və insan hüquqlarına qarşı göstərdikləri vəhşi, vandal, antitolerant və terror ruhlu münasibətilə rəsmi İrəvanın siyasətdə atdığı addımlar arasında heç bir fərqin olmadığını tam aydınlığı ilə ifadə edir. Müraciətin bir cümləsində bu tezis lakonik olaraq açılır. Orada yazılıb: "Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz "eybəcər bəhrəsini" verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar".

Burada baş verən hadisələr praktiki ilə yanaşı, siyasi olaraq da çox obyektiv və real ümumiləşdirilib. Mehriban xanım Əliyeva göstərir ki, indi Qərb dövlətlərinin şəhərlərinin küçələrində müşahidə edilən erməni vəhşiliyi hansısa bir qrupun şıltaqlığı deyil – bu, illərdir yeridilən erməni siyasətinin konkret təzahürlərindən biridir. Tovuzda bu, dinc sakinlərin atəşə tutulması və yaşlı bir insanın həlak olmasında ifadə olundusa, ABŞ və Avropa şəhərlərinin küçələrində çox sayda erməni terrorçu vandalların dinc və azsaylı azərbaycanlılara qarşı zorakılığında, xəsarət yetirmələrində, onları yaralamalarında öz təsdiqini tapdı. Yəni erməni küçədən siyasət aparıb hakimiyyətə gələ bilirsə, Azərbaycanın torpaqlarını havadarlarının köməyi ilə işğal edə bilirsə, "demokratik Qərb"in və Rusiyanın şəhərlərinin küçələrində vəhşi kimi davranırsa, bu, bir mərkəzdən idarə olunan və müasir dünya üçün üzqarası olan haldır. Bunu böyük dövlətlərin siyasi liderləri belə dərk etmirlərsə, ikili standartlara, azərbaycanofobiyaya, ədalətsizliyə rəvac vermək və real mənzərəni dini mənsubluğa görə inkar etmək kimi yanlış bir yoldadırlar. Nə qədər gec deyil, bu yoldan çəkilmək lazımdır, çünki eyni dalğa ermənilərlə yanaşı, havadarlarını da mütləq vuracaq! Zamanı var!

Terror və ikili yanaşmalara cavab: ancaq beynəlxalq hüquq çərçivəsində mübarizə!

Müraciətdə çoxlu sayda faktları bir daha xatırlatmaqla Mehriban Əliyeva siyasətçilərin, insan haqlarından və demokratiyadan dəm vuranların ayılmasını təklif edir. Buyurun, Xocalıda "...təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə yandırılıb". Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. İndi qadınlara qarşı zorakılıqdan böyük hay-küylə danışanlar bilmirlərmi ki, Xocalıda 106 qadın qətlə yetirilib, 70 ahıl şəxs və 63 uşaq vəhşiliklə məhv edilib?! 56 insan diri-diri yandırılıb. Əli və vicdanı qanlı Serj Sarkisyan da həmin hadisələrlə bağlı deyib ki, ermənilər sübut etdilər ki, dinc insanları qətlə yetirə bilərlər!

Əslində, qorxaq və kölə ermənilər ancaq dinc sakinləri qətlə yetirməyi bacarırlar. Bəs nə üçün beynəlxalq təşkilatlar, insan haqlarından ağızdolusu danışan "Freedom House", "Amnesty International" və "Human Rights Watch" kimi qurumlar erməni zorakılığı və vandalizminə reaksiya vermirlər? Əvəzində, Azərbaycanın hər küncündə "siyasi məhbus", hər azərbaycanlı siyasətçinin sözündə bir "antidemokratiklik", hər milli azlıq evində "hüquq pozuntusu" axtarmaqla qərəzlərini tam təsdiq ediblər. Mehriban xanım Əliyeva bütün bunları və son vaxtlar Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikadakı diplomatik nümayəndəliklərinə, həmçinin dinc aksiya keçirən soydaşlarımıza qarşı radikal erməni qüvvələri tərəfindən törədilən hadisələri nəzərdə tutaraq haqlı sual edir: "Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən "Freedom House", "Amnesty International" və "Human Rights Watch" təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər".

Ancaq bu təşkilatlardan heç bir səs yoxdur. Onlar cəsarətə və vicdana gəlib həqiqəti deməkdən növbəti dəfə vaz keçməkdədirlər. Bununla uzun illərdir ki, davam edən erməni terroruna, siyasi radikalizminə və vəhşiliyinə gizli dəstək verdiklərini nümayiş etdirirlər. Belə şərtlər daxilində azərbaycanlılar necə davranmalıdırlar? Müraciətdə məsələnin bu tərəfi də konkret ifadə edilib. Azərbaycanlılar hər şeydən öncə, ermənilərin törətdikləri cinayətlərin obyektiv araşdırılıb, günahkarların cəzalandırılmasını müxtəlif tribunalardan təkidlə tələb etməlidirlər. Bununla Qərbin hakimiyyət dairələri azərbaycanlıların bir toplum olaraq öz haqlarını, hüquqlarını və torpaqlarını qorumaqda qərarlı olduqlarına bir daha əmin olacaqlar. Eyni zamanda, illərdir erməni diasporunun Qərbdə yaratmağa çalışdığı məsum, əzabkeş, zülmə məruz qalmış "mədəni erməni" obrazı darmadağın olacaq. Əslində, bu proses gedir və artıq Avropada çoxları ermənilərin əsl kimliyini yaxşı görürlər. Sadəcə bunu açıq etiraf etməyə vicdan, ədalət duyğusu lazımi səviyyədə deyil.

Bütün bunların əsasında müraciətdə azərbaycanlıların necə fəaliyyət göstərməli olduğu da dəqiq ifadə edilib. Mehriban xanım Əliyeva deyir: "Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır".

Birinci vitse-prezident dünya azərbaycanlılarını birgə hərəkət etməyə dəvət edir. Bu zaman ancaq hüquq çərçivəsində fəaliyyət göstərməyi tövsiyə edir. Azərbaycanlılar heç zaman ermənilər kimi vəhşi və terrorçu olmayıblar, bundan sonra da olmamalıdırlar. Azərbaycan haqlı mübarizəsində ədalətli olmağı, beynəlxalq hüququn normalarına tam əməl etməyi və qətiyyətli olmağı həmişə üstün tutub. Bu səbəbdəndir ki, "qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək".

Beləliklə, Azərbaycanın Birinci vitse-prezidenti növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycan həm müstəqil dövlət, həm də cəmiyyət olaraq müasirdir, demokratikdir, öz milli maraqlarını beynəlxalq hüquq normaları çərçivəsində qorumaqda qətiyyətlidir və bunun üçün lazım olan bütün sivil addımları atmaqdan çəkinməyəcək!

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...