THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Beşinci kolonun" əsas maliyyə dayağı – Soros Fondu (I hissə)

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8917
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Yeni dünya nizamının xüsusiyyətləri

II Dünya Müharibəsindən sonra beynəlxalq münasibətlər sistemində xarici siyasətin metod və taktikalarında ciddi dəyişikliklər baş vermişdir. Uzun əsrlər qlobal güclərin müstəmləkəçilik siyasəti üzərində qurulan siyasi kursun mahiyyəti dəyişməsə də, yeni metodlar tətbiq olunmağa başlanmışdır. Keçmiş imperialistlərin maraqlarını artıq rəsmi dairələrdən daha çox qeyri-hökumət təşkilatları, fondlar, beyin mərkəzləri, media-holdinqlər qoruyurlar. Bütün bu qurumlar Qərbin xarici siyasətinin yeni silahlarıdır.

Taktiki dəyişiklik olaraq isə artıq birbaşa işğal deyil, hədəfdə olan ölkələrin daxilində öz əlaltıları - "beşinci kolon” vasitəsilə hərəkət nəzərdə tutulur. Bu mənada Qərb ölkələri sanki səbəbkarı olduqları dünya müharibələrini, keçmiş müstəmləkəçilik ənənələrini bir gündə yaddan çıxardıblar. Əvəzində onların  "demokratiya və insan haqlarını” bəhanə etməklə bütün dünya üzərində təsir mexanizmi yaratmaq istəkləri müşahidə olunur.

Qərbin yeni dünya siyasəti ölkələr və regionlar üçün fərqli alətlərlə aparılır. Bu yeni dünya nizamı Əfqanıstan və İraq kimi ölkələrdə birbaşa hərbi müdaxilə hesabınadırsa, bəzi ölkələrdə, xüsusilə də post-sovet məkanında vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə həyata keçirilir. Cəmiyyətin transformasiyası layihələri adı altında sapı özündən baltalar öz cəmiyyətlərinə hərbi müdaxilədən də ağır zərbələr vura bilirlər.

ABŞ başda olmaqla Qərb ölkələri "demokratiya və insan haqlarına” əsaslanan dünya sisteminin qurulmasını əsas məqsədləri elan etdikdən sonra yeni mənzərə yaranmışdır. ABŞ üçün demokratiya hansı metodla olursa olsun, ixrac edilməli olan bir məhsul kimi baxılır. Bu zaman isə hədəfdəki ölkələrin milli xüsusiyyətləri, yerli şərait və digər arqumentlər nəzərə alınmır. Nəticədə "demokratiya” adlandırdıqları prinsiplər belə demokratik olmayan metodla - zorla yayılmağa çalışılır. Bu istiqamətdə milli maraqların müdafiəçisi olan dövlətlər Qərbin planlarına uyğun gəlmir. Ona görə də, Qərb fondları, beyin mərkəzləri, siyasi partiyaları, bələdiyyələr və qeyri-hökumət təşkilatları yerli tərəfdaşları ilə qurduqları birbaşa əlaqə hesabına dövlətin kənarda qalmasını istəyirlər. Təhsil, mədəniyyət, incəsənət sahələrinə ayrılan qrantlar hesabına cəmiyyətin milli təfəkkürünü yox edərək, kosmopolit dəyərlər aşılamağa çalışılır. Bütün bu anti-milli fəaliyyətdə isə onların əsas ümidləri müxtəlif vasitələrlə ələ aldıqları "beşinci kolon” nümayəndələrinədir.

"Beşinci kolon”un mühüm donoru – maliyyə möhtəkiri Corc Soros 

Beynəlxalq müstəvidə "beşinci kolon” Qərbin müxtəlif fondları tərəfindən maliyyələşdirilir. Belə maliyyə dayaqlarının ən mühümlərindən biri də Soros fondlarıdır. Biznesdən tutmuş missionerliyə qədər müxtəlif sahələri əhatə edən bu fondların başında Corc Soros dayanır. "Forbes” jurnalının 2012-ci il məlumatına əsasən, o, 20 milyard dollarlıq sərvətə malik olmaqla ABŞ-ın ən varlı 7-ci milyarderidir.

Corc Sorosun "xeyriyyəçilik” missiyası 1979-cu ildə təsis edilmiş Açıq Cəmiyyət İnstitutu ilə başlamışdır. Hazırda bu qurum dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. 2009-cu ildə Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu dünya üzrə bütün proqramlara 683 milyon dollar (OSİ Report 2009) xərcləmişdir. Corc Sorosun yaratdığı bu fondlar "demokratiya və insan haqlarını” əldə bayraq tutan onlarla təşkilatı maliyyələşdirir. Xüsusən Varşava Müqaviləsi Paktı dağıldıqdan sonra bütün inqilab və çevrilişlərdə Sorosun adı hallanır. Gül inqilablarında Soros əsas aktorlardan biridir. ABŞ-ın hökumət olaraq nüfuzunun zəif olduğu əksər regionlarda (İslam ölkələri, post-sovet, sosialist, Cənub-Şərqi Asiya) bu fond ən aktiv rol oynayır.

Ümumilikdə dünyada Corc Sorosun adı daha çox müxtəlif maliyyə fırıldaqlarında hallanır. O, Londonda təhsil alarkən məşhur filosof Karl Popperdən təsirlənərək həyat kredosu olaraq müəyyənləşdirdiyi "açıq cəmiyyət” quruculuğu ideyasını bu fırıldaqları ört-basdır etmək üçün məharətlə istifadə edir. Onun görünməyən himayədarları isə "demokratiya və insan haqları” ruporu olmağı müqabilində Sorosun bütün maliyyə möhtəkirliklərinə şərait yaradırlar.

Sorosun qlobal miqyasda açıq cəmiyyət yaratmaq təşəbbüsü heç də birmənalı qarşılanmır. Onun bu ideyalar altında ölkədaxili təzyiq qrupları yaratmaq niyyəti daha çox vətəndaş cəmiyyətini satın almaq planı kimi qiymətləndirilir.

ABŞ-da belə Sorosun maliyyə imperiyası daim tənqid hədəfindədir. Belə ki, bu məşhur "xeyriyyəçi” ölkədə varlılar üçün daha ağır vergi yükü və fəaliyyətlərinə ciddi nəzarət mexanizmi tələb etdiyi halda, özü daim nəzarətdən yayınmağa çalışır. Onun əsas qazancını təşkil edən şirkətlər ofşorlardır. Corc Soros maliyyə əməliyyatlarını 1969-cu ildə yaratdığı "Quantum Fund NV” vasitəsilə həyata keçirir. Rəsmi olaraq bu şirkət Holland Antil adalarında qeydiyyatdadır və Corc Soros idarə heyətində təmsil olunmur, yalnız investisiya məsləhətçisidir. Bu tip fondlarda səhmdarlar açıqlanmır. "Quantum Fund”un adı dünyanın bütün yerlərində qaranlıq maliyyə əməliyyatlarında hallanır. Qəribə bir paradoks yaranır: "ABŞ-da varlılar üçün daha ağır şərtlər tələb edən birisi müxtəlif yollarla vergidən yayınır və hətta ölkədə vergi qeydiyyatında deyil”.

Sorosun maliyyə imperiyası fəaliyyətinə nəzarət güclü olmayan investisiya bankları, ofşor investisiya fondları, hedge fondlar və bu kimi qurumlar üzərində qurulub. Hazırkı qlobal iqtisadi böhranda bu təsisatların müstəsna rolu var və hazırda ekspertlər onlara nəzarətlə bağlı yeni mexanizmləri ciddi müzakirə edirlər. ABŞ-da maliyyə bazarının sabitliyinə nəzarətlə bağlı 2010-cu ildə yeni qanun qəbul olunmuşdur (qanun onu hazırlayan konqresmenlər Kris Dodd- Barni Frankın adı ilə adlanır). Maraqlıdır ki, 2012-ci ilin avqust ayından etibarən Dodd-Frank qanununun qüvvəyə minməsini nəzərə alaraq Soros Fondu dərhal öz fəaliyyətində taktiki dəyişiklik etmişdir. Belə ki, Corc Soros bildirmişdir ki, onun hedge fondu "Soros Fund Management LLC” dövriyyəsində yalnız özünə və ailəsinə məxsus vəsaitləri saxlayacaq, digər şəxslərin sərmayələri isə özlərinə qaytarılacaq. Çünki bu qanuna əsasən həmin tarixdən etibarən ABŞ-da şirkətlər dövriyyədə üçüncü şəxslərin vəsaitini saxlamaqda davam edərsə ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyasında (SEC) qeydiyyatdan keçməli və konfidensial məlumatlar da daxil olmaqla mütəmadi olaraq federal hökumət qarşısında hesabat verməlidirlər. Corc Soros isə bunu istəmədi. "Açıq cəmiyyət” qurucusunun şəffaflıqdan çəkinməsi isə dünyada ədalət çarçılarını – nə rəsmi, nə də qeyri hökumət təşkilatlarını bir azca da olsa narahat etmədi. Çünki bu dairələrin əsas maliyyə mənbəyi və idarəedəni elə Soros və onun havadarlarıdır.

(ardı var)

Ərəstü Həbibbəyli,

iqtisad elmləri üzrə fəlsəfə doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...