THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Erməni baş nazirin təbriki: terroru maliyyələşdirən dövlətin beynəlxalq terrorla "mübarizəsi"

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12021
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 yanvar 2020 – Newtimes.az

Bir erməni jurnalist sensasiyalı addım atıb. Diana Arutunyan özünün Feysbuk səhifəsində yazıb ki, baş nazir Nikol Paşinyan iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampı təbrik edib. Ona "beynəlxalq terrorla mübarizədə yeni uğurlar arzulayıb". İran mətbuatı bu məlumata dərhal reaksiya verərək, cavab yazıb. Lakin rəsmi İrəvan dərhal izahat verib ki, baş nazir belə bir şey deməyib. Ancaq, necə deyərlər, "ağa durur – ağacan durur". İrəvandakı Amerika səfirliyi informasiyanı təkzib etməyib. Təbii ki, bu vəziyyətdə Ermənistan kimi forpost bir dövlət üçün ciddi təhlükələr ortaya çıxır. Orada, faktiki olaraq, real hakimiyyət mövcud deyil. Xalqın nə düşündüyü də məlum deyil. Ermənistanın havadarlarından biri Robert Koçaryanı, digəri isə N.Paşinyanı "dost" sayır. Bu qeyri-müəyyənlikdə Ermənistanın öz mövqeyi yoxdur. Eyni zamanda, erməni dövlətçiliyinin mayasında satqınlıq və xəyanət mövcuddur. N.Paşinyan "həyat yolu" hesab etdikləri İrana arxa çevirə bilər. Zatən, onun əlamətləri görünür. Bütün bunların fonunda İrəvanın iranlı generalın qətlindən sonra tuta biləcəyi geosiyasi mövqe üzərində geniş dayanmağa ehtiyac görürük.

Yalançının aqibəti: Paşinyan dilindən tələyə düşdü

Dağa çıxmaq "küçə demokratı"na düşmədi. N.Paşinyan bir az turistlik etmək istədi, ancaq analitiklər onu da burnundan gətirdilər. Ermənistan KİV-lərində baş nazirin ölkədəki ABŞ səfirliyini İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) "Əl-Qüds" bölməsinin komandanı Q.Süleymaninin öldürülməsi münasibətilə təbrik etdiyi haqqında informasiya dərc olunub. Buna İran mətbuatı dərhal reaksiya verib. İran diplomatik dillə anladıb ki, belə şeylər cavabsız qalmır. Məsələn, erməni məsələsində Tehran ədalətli mövqe tutub, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində praktiki olaraq iştirak edə bilər. Erməni jurnalistlər bunu İrandakı erməni diplomatlarına ölüm hökmünün çıxarılması kimi qiymətləndiriblər.

Qlobal və regional miqyasda hazırda cərəyan edən geosiyasi proseslərə nəzər saldıqda, yayılan informasiyanın doğruluğuna inam yaranır. Bununla yanaşı, Ermənistanda bir sıra siyasətçilərin ölkənin milli təhlükəsizliyi üçün risklərin meydana gəldiyini vurğulamaları təsadüfi deyil. Təsəvvür edin, Rusiya Prezidenti R.Koçaryanı təbrik edir, N.Paşinyan da D.Trampı. Belə çıxır ki, Rusiya N.Paşinyana etibar etmir və N.Paşinyan ABŞ Prezidentinə etibar edir. Bu informasiyanı, təbii ki, N.Paşinyan təkzib edib və hətta onu yayanları hədələyib. Guya o, D.Trampı təbrik etməyib. Konkret olaraq, ABŞ Prezidentinə Yaxın Şərqdə beynəlxalq terrorizmlə mübarizədə "yeni uğurlar" arzulamayıb. Erməni jurnalist D.Arutunyanın yazdığına görə, N.Paşinyan D.Trampa "terrorizmlə bundan sonrakı mübarizədə uğurlar və nailiyyətlər arzulayıb" və "Ermənistan ABŞ-ın İraqda beynəlxalq terrora qarşı uğurlarını alqışlayır". Nəhayət, N.Paşinyan hesab edir ki, "intiqam qaçılmazdır və bütün terrorçular məhv ediləcək".

Əlbəttə, əgər bu cür informasiyanın əsası olmasa idi, erməni jurnalist yazmazdı. Çünki onun nə ilə sonuclana biləcəyini yaxşı bilir. Bundan başqa, ABŞ səfirliyindən onu təkzib edən də yoxdur. Mətndən göründüyü kimi, N.Paşinyan konkret ad çəkmir. Ancaq iranlı generalın qətlindən sonra belə bir təbrik verilirsə, birbaşa həmin hadisə ilə əlaqəlidir. Bundan başqa, İran mətbuatında da ona dərhal reaksiya verilib. Deməli, söhbət ciddi məqamlardan gedir. Əslində, burada təəccüblü bir şey yoxdur. Çünki, məsələ, birincisi, Ermənistanın yeni baş nazirinin şəxsi keyfiyyətləri və səbatsız siyasi mövqeyi ilə bağlıdır. Onun hakimiyyətə necə gəldiyi sirr deyil. N.Paşinyan Amerikanın milyonları üzərində baş nazir olub və bunun bədəlini ödəməlidir. Bilinir ki, N.Paşinyan sözdə Rusiya ilə dostluqdan danışır, ancaq əlaltından amerikalılarla işləyir. Bununla bağlı bir neçə dəfə Kremldən xəbərdarlıq olub. Erməni nazirin bir şəxs olaraq da avantürist xislətə malik olduğu sirr deyil. O, atdığı addımlarda bunu nümayiş etdirib.

Həmin bağlılıqda N.Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışıqlara erməni separatçı-terrorçuların da daxil edilməsi təklifini irəli sürməsini göstərmək olar. Digər misal İrəvanın mərkəzində faşist cəlladı Qaregin Njdeyə heykəl qoyulmasını ciddi-cəhdlə müdafiə etməsi və onu görkəmli yazıçı, ictimai və siyasi xadim Aleksandr Soljenitsınla müqayisə etməyə çalışmasıdır.

Kimliyi qeyri-müəyyən olan birisi siyasətdə etibar qazana bilməz. İnandırıcıdır ki, o, Q.Süleymaninin öldürülməsindən məmnundur. Çünki təxmin edir ki, bir vaxt işğalçı erməni qoşunlarının Azərbaycan ərazisindən qovulması zamanı iranlılar Azərbaycanı müdafiə edə bilərlər. Həm də onlar müsəlmandırlar axı. Ermənistan rəhbərliyi üçün isə kimliyindən asılı olmayaraq hər bir müsəlman potensial düşməndir. Bunun səbəbi yalnız mənəvi-əxlaqi korluqla, bədniyyətliliklə bağlı deyil. İrəvanda hesab edirlər ki, ərazilərini ancaq qonşu müsəlman ölkələrin əraziləri hesabına genişləndirə bilərlər. Bu, ikinci məqamdır və birbaşa Ermənistanın dövlət olaraq siyasi kimliyi ilə bağlıdır.

Geosiyasi iddialar və terror: Ermənistan rəhbərliyinin əsl siması

Şübhə yoxdur ki, Rusiyadan torpaq qopara bilməzlər. Gürcüstana ABŞ toxunmağa icazə verməz. Qalır İran, Azərbaycan və Türkiyə. Bu ölkələrdən torpağı ermənilər öz gücləri hesabına ala bilməzlər. Deməli, xarici dəstək lazımdır. O dəstək də indiki mərhələdə yalnız Qərb ola bilər. Səbəbi sadədir. Rusiya "öz payını ermənilərə 100 il əvvəl verib". İndi geosiyasi vəziyyət dəyişib. Moskva ikinci dəfə səhv etməz. Amerika və Avropa isə tam olaraq islamofobiya mərəzinə yoluxub. Onlar bütün regionlarda xristianların dövlət qurması üçün bütün əməlləri illərdir ki, edirlər. Buna görə də indi ermənilərin ümidi Qərb "demokratiyasına"na qalıb. Real faktlar da bunu sübut edir.

ABŞ və Fransa sözdə Azərbaycanın ərazi bütövlüyündən danışır, əməldə isə Ermənistana yardım edirlər (Rusiya da həmçinin). İndi informasiya yayırlar ki, 2020-ci ildə Vaşinqton işğalçı, təcavüzkar və beynəlxalq terrorun bir parçası olan Ermənistana 140 milyon dollar yardım ayıracaq. Rusiya Ermənistana SU-30M qırıcı təyyarələrini verib. N.Paşinyan məhz onlara arxalanaraq 2019-cu ilin hərbi-texniki uğurları haqqında moizə oxuyur. Fransa da Ermənistana hərtərəfli dəstək verir. Qonşu ölkənin ərazisini işğal etmiş Ermənistanda Frankofoniya təşkilatının sammitini keçirməyin, sıx yaxınlığın olmağından dəm vurmağın başqa hansı adı vardır?

Bütün bunlara görədir ki, forpost dövlət uzun illərdir ki, ATƏT-in Minsk qrupu formatı çərçivəsində qeyri-konstruktiv mövqe tutur, danışıqlar prosesini qeyri-müəyyən məcraya yönəltməyə çalışır və həll prosesini uzadır. Adi gözlə görünür ki, onu əməldə Avropa və Amerika müdafiə edir. BMT Nizamnaməsinə görə isə ona qarşı çoxdan sanksiyalar tətbiq edilməli, işğal etdiyi ərazini tərk etməyə məcbur olunmalı idi.

Bütün bunların fonunda Ermənistanın yeritdiyi xarici siyasətə nəzər salaq. Bu siyasətdə açıq-aşkar yeni işğalçılıq iştahası özünü göstərir. İndi erməni siyasi dairələri Naxçıvandan, Türkiyənin bir sıra əyalətlərindən və hərdən Gürcüstanın bir hissəsindən bəhs edirlər. Və bu həyasız iddialara Qərbdən heç bir reaksiya olmur. Sanki pərdə arasında erməniləri təhrik edənlər də həmin istiqamətdəndir.

Təbii ki, bu kimi şərtlər onu göstərir ki, ermənilər sözdə İranla nə qədər dost kimi görünməyə çalışsalar da, məqamı gələndə onun da torpağına göz dikəcəklər. Və bunu ancaq Qərbin geosiyasi uğuru olsa, edə biləcəklər. Həmin səbəbdəndir ki, N.Paşinyan D.Trampdan "beynəlxalq terrorla mübarizədə yeni uğurlar" gözləyir. Yəni, "bu kimi işlərinizi davam edin, regiondakı müsəlman dövlətlər zəifləsinlər və ermənilər də bundan istifadə edib, onların torpaqlarına yiyə dursunlar. Bu, "qədim və mədəni xalq"ın "sivil" və "demokratik" arzusudur.

Belə çıxır ki, N.Paşinyanın amerikalıları təbrik etməsi heç də təsadüfi deyil. Bu, birbaşa erməni dövlətçiliyinin mənəviyyatsızlığı ilə bağlıdır. Ermənilər üçün ədalət və ya əxlaq faktoru deyilən bir şey yoxdur. Onlar güman edirlər ki, imkan daxilində nə qədər çox torpaq zəbt etsələr, bir o qədər böyük "dövlət" qura bilərlər. Ancaq bu cür şovinizmin də puç olduğunu sübut edən təkzibedilməz fakt mövcuddur!

O, əlahəzrət tarixi reallıqdır! Bu reallıq onu göstərir ki, heç zaman süni yaradılmış dövlət uzunömürlü olmur. Ermənistanı 100 il əvvəl imperialist qüvvələr yaratdı, ancaq o, süquta məhkumdur. Çünki Ermənistan bu müddətdə özünü müstəqil dövlət kimi təsdiq edə bilmədi. O, daim vassal, forpost, kölə ola biləcəyini nümayiş etdirdi. Keçən bir əsrdə erməni siyasi şüurunda müstəqil dövlət obrazı formalaşa bilmədi. Ona bədnam "soyqırımı" nağılı, hamıdan mədəni olmaq xülyası, başqalarından daha ağıllı olmaq fantaziyası və əsassız "daha qiymətli xalq" statusuna yönəlik iddialar mane oldu və bu, davam edir. Təsəvvür edin, bir regionda bir neçə xalq yaşayır, onlardan ən kiçik ölkə ermənilərə aid edilib (yadlar tərəfindən), ancaq regionun ən ağıllıları bunlardır? Bu, absurddur. Əksinə, ən kiçik və zəif dövlətə malik olmaq tarixi erməni reallığıdır: satqın, səbatsız, siyasi şüuru zədəli, psixologiyası anormal, hiyləgər, şərçi bir cəmiyyət üçün bu da çoxdur. Bundan artığına onlar iddia edə bilməzlər. Etsələr də, onun tarixi sonucu özləri üçün müsbət bitməz. Ya dəyişib, əllərində olanları saxlamalıdırlar, ya da tarix öz hökmünü verəcək! Məsələ bunun kimin əli ilə olacağında deyil. Tarixi ədaləti pozmaq mümkün deyildir!

Deməli, N.Paşinyan Q.Süleymaninin ölümünə görə amerikalılara təşəkkür etməyibsə və ya bunu düşünmürsə, erməni deyil. Ermənidirsə, həmin düşüncənin sahibidir. Bütün İran yas içində ikən Ermənistanda bu ölkənin imkan düşəndə hansı ərazilərini qoparmağın planlarını xəyal edənlər az deyil. Vaxt gələcək və bu barədə tarixçilər sənədlər əsasında danışacaqlar!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...