Livan ermənilərinin işğal altındakı Azərbaycan torpağı olan Dağlıq Qarabağa köçürülməsindən sonra Ermənistan bu dəfə PKK kürd terror təşkilatının "xüsusi tapşırıqlar yerinə yetirən dəstə"lərini Dağlıq Qarabağda yerləşdirmək qərarına gəlib. Yerevanın Azərbaycanın işğal altındakı ərazilərdə demoqrafik vəziyyəti dəyişmək məqsədi ilə Beyrutdakı partlayışdan sonra yüzlərlə ermənini Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirməsi faktlarına beynəlxalq ictimaiyyətin susqun qalması təcavüzkar Ermənistana əl-qolunu daha da açmağa stimul verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduqca mürəkkəb və həlli müşkülə çevrilmiş bir münaqişədir. Qarsıduran tərəflərdən savayı, "üçüncü tərəflərin" bu münaqişədə kifayət qədər mühüm geosiyasi və geoiqtisadi maraqları var. Rusiya, İran və Türkiyə daim bu münaqişənin neqativ təsirini hiss edirlər. "Status-kvo"nun sürüşkən olması region ölkələrinin sərhəd təhlükəsizliyinə ciddi təhdid edir. Münaqişənin hərbi fazasının bərpa olacağı təqdirdə, onun asanlıqla eskalasiyasına gətirə bilər. Çünki münaqişə ətrafında maraqlı qüvvələr həm fərdi, həm də kollektiv (ittifaq) şəkildə siyasət həyata keçirirlər. Bu da istər-istəməz hərbi əməliyyatlar zamanı kənar müdaxilələrin olacağını və nəticədə, münaqişənin genişmiqyaslı hərbi əməliyyatlar səhnəsinə çevriləcəyini istisna etmir.
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Yaxın Şərq və Şimali Afrika ölkələrinə səfər turnesinə Misirdən başlayıb. Misir Ermənistanın müstəqilliyini tanıyan ilk ərəb ölkələrindəndir. Erməni nazir misirli həmkarı ilə ortaq mətbuat konfransında Osmanlı Türkiyəsinə qarşı birgə mübarizədən və hazırda iki ölkənin təhlükəsizliklə bağlı ortaq maraqlarından danışıb. Mnatsakanyan "ortaq təhlükəsizlik maraqları" dedikdə əslində hər iki dövlətin antitürkiyə mövqeyinə işarə edib. Təsadüfi deyil ki, erməni nazir sonrakı cümləsində Şərqi Aralıq dənizində Yunan Kiprinin, Yunanıstanın və Misirin mövqelərini müdafiə etdiklərini vurğulayıb. Məlumdur ki, adı çəkilən ölkələr Türkiyənin Şərqi Aralıq dənizində enerji kəşfiyyat işlərinə mane olmağa çalışırlar. Daha sonra erməni nazir Şimali Afrikadakı vəziyyətlə Cənubi Qafqazdakı vəziyyət arasında paralellər aparmağa çalışıb.
Ermənistanın siyasi-hərbi rəhbərliyi son zamanlar daha ritorik və isterik davranış tərzi nümayiş etdirməkdədir. Azərbaycanla sərhədin Tovuz istiqamətində 12-16 iyulda törədilən hərbi təxribat Ermənistanın avantürist siyasətinin növbəti təzahürü oldu. Əslində, bu hərbi təxribat Ermənistanın müdafiə naziri David Tonoyanın "Yeni ərazi-yeni müharibə" çağırışında nəzərdə tutulan hərbi əməliyyatların Azərbaycanın digər ərazilərinə keçirilməsi kimi avantürist niyyətin reallaşdırılması istiqamətində atılmış əməli addım kimi qiymətləndirilməlidir. Bunun ardınca Rusiyadan 500 ton hərbi təyinatlı yüklərin Xəzəryanı ölkələrin hava məkanından keçərək Ermənistana verilməsi regionda hərbi-siyasi gərginliyin pik nöqtəsinə yaxınlaşmasını şərtləndirdi. Eyni zamanda, məlum münaqişənin dinc həllinə deyil, hərbi yolla tənzimlənməsi imkanlarının artmasına xidmət etmiş oldu.
"Torpaq bərk olanda öküz öküzdən görər". Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal altında saxlamaq Ermənistan və havadarları üçün gündən-günə çətinləşir. İş o yerə çatıb ki, Ermənistan hakimiyyəti Livandan qaçqın düşən ermənilərin mal-mülkünə və puluna möhtac qalıb. Rəsmi Yerevan özünü himayədar və humanist göstərmək üçün Ermənistana sərmayə qoyacaq Livandan olan ermənilərin vergidən azad edilməsi barədə qanun qəbul etməyə hazırlaşır. Bunun yerli iş adamlarının narazılığına səbəb olacağı istisna edilmir. Çünki belə bir qanunun qəbul olunması iş adamları arasında ayrı-seçkilik yaradacaq.
Bu günlərdə ABŞ konqresmenləri – Frank Palon, Ceki Sper, Qus Bilirakis və Adam Şif Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejimə "müstəqilliyinin ildönümü" münasibətilə təbrik ünvanlayıb, siyasi dəyərlərə, beynəlxalq hüquq normalarına zidd fikirlər ifadə ediblər. Əlbəttə, bu, ilk baxışdan ermənipərəst mövqeyin, yaxud erməni lobbisinin məkrli missiyasının davamı olan bir davranış kimi səciyyələndirilə bilər. Amma məsələ bu qədər sadə və birmənalı deyil. Çünki bu addım həm də işğal faktını və ya işğalçı siyasəti dəstəkləmək, dövlət terroruna və insan hüquqlarının kobud pozuntusuna haqq qazandırmaq, eyni zamanda, separatizmi təşviq etməkdir.
Ermənistanla Azərbaycan arasında sonuncuya məxsus Dağlıq Qarabağ regionunun və bitişik 7 rayonun işğal edilməsi nəticəsində yaranmış münaqişədə gərginlik artmaqdadır. Ermənistan tərəfinin ard-arda əl atdığı təxribatlar vəziyyəti daha da qəlizləşdirir. Ermənistan xarici havadarlarının hərbi dəstəyindən də ilhamlanaraq bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə açıq hücuma belə, keçib. Nəticədə iyulda tərəflər arasında Azərbaycanın Tovuz rayonu istiqamətində miqyaslı hərbi qarşıdurma baş verib. Maraqlıdır ki, bu dəfə Ermənistan ordusu hücuma işğal altındakı Qarabağ bölgəsindən xeyli uzaqda başlamışdı.
Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı işğalçı ölkənin və havadarlarının uzun müddətdir apardığı siyasətin iç üzünü bir daha aydınlaşdırdı. Əslində, biz həmin siyasətin mahiyyətinə və məqsədlərinə lap əvvəldən bələdik. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, erməni lobbisinin və antiazərbaycançı dairələrin ölkəmizlə bağlı çirkin niyyətlərini artıq nə Ermənistan, nə də havadarları gizlədə bilmirlər. Hər şey üzə çıxır və o qədər aydın olur ki, inkara yer qalmır.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli onillərdir ki, uzanır. Faktiki olaraq, bu işlə məşğul olan ATƏT-in Minsk qrupu heç bir real nəticə əldə edə bilməyib. Bu qrupa həmsədrliyi dünyanın üç qüdrətli dövləti edir. Təsəvvür edin, bu üç dövlət Cənubi Qafqazda bir münaqişəni "həll edə bilmir"! Absurddur! Çünki qətiyyətli və ədalətli davransalar, çox qısa müddətdə məsələni yoluna qoya bilərlər. Necə ki, dünyanın müxtəlif regionlarında daha genişmiqyaslı münaqişələrin həlli üçün dəridən-qabıqdan çıxırlar və nələrəsə nail olurlar, burada iş görmək mümkün olur. Forpost Ermənistan bu qədər uzun müddətə təcavüzkar siyasət yürüdə bilməz. Yəni, məsələ Ermənistanda deyil, ona havadarlıq edən qüvvələrdədir. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin Minsk qrupunun fəaliyyəti ilə bağlı irad bildirməsi, kəskin tənqid etməsi və tələblər irəli sürməsi tam əsaslıdır. Dövlət başçısının Azərbaycan telekanallarına verdiyi son müsahibədə məsələ daha kəskinliyi və konkretliyi ilə qaldırılıb.
2017-ci ildə Moskvada nəşr olunan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektiv monoqrafiyası olan "Azərbaycanlılar" kitabında türk dilinin oğuz qrupunun tərkibində təsnif olunan dillərdən Azərbaycan dili ilə yanaşı Türkiyə türkcəsi, Krım türk dili, türkmən, qaqauz və salar dilləri verilmişdir. Qeyd olunan monoqrafiya Rusiya Elmlər Akademiyasının məşhur "Xalqlar və mədəniyyətlər" çoxcildlik seriyasına daxildir və bu seriya dünya miqyasında xalqların etnoqrafiyası ilə bağlı fundamental tədqiqatlardan biri hesab olunur. Diqqətimizi çəkən məqam Türk dilinin oğuz qrupuna salar dilinin aid edilməsi olmuşdur.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...