THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Çeçenlərin və baskların "erməni mənşəli" olması haqqında əsassız erməni iddiaları

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
901
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 noyabr 2018 – Newtimes.az

Ermənilər bütün qonşu ölkələrə – Azərbaycana, Gürcüstana, Rusiyaya, İrana, Türkiyəyə, Ukraynaya, Moldovaya əsasız ərazi iddiaları irəli sürməklə, özgə mədəniyyətlərini oğurlayıb öz adlarına cıxmaqla kifayətlənməyib, indi də əksər millətlərin "erməni mənşəli" olması haqqında sərsəm fikirlər səsləndirirlər.

Erməni "Surimem.com" saytı 2007-ci il iyunun 3-də "Çeçenlərin erməni mənşəyi" adlı yazı dərc edib. Məqalənin müəllifi Sankt-Peterburq Siyasi Assosiasiyasının sədri, fəlsəfə elmləri namizədi Araik Oqanesoviç Stepanyandır. Erməni müəllifinin sərsəm iddiasına görə, çeçenlərin əcdadları vaynaxların qədim vətəni Urartu çarlığı olmuşdur. Vaynaxlar Urartu çarlığından ola bilər, lakin Urartu çarlığının ermənilərlə nə əlaqəsi ola bilər? Alimlər Urartunun ermənilərlə her bir əlaqəsi olmadığını çoxdan sübut ediblər. Erməni müəllifi özü dediyi kimi, "sadə taktika" (əslində isə hiyləgər erməni taktikası) seçibdir: guya onun səfeh düşünçəsinə görə, Sino-Qafqaz qruplarının nax-Dağıstan dilləri Ermənistan Yaylasında formalaşıbdır. Saxta "Urartu nəzəriyyəsinə görə", "Urartu" sözü erməni dilinə tərcümədə guya "Ararat" deməkdir. Güya urartuları ermənilər, Urartunu isə Ararat, Ermənistan əvəz edibdir. Ermənilər öz mövçud olmayan tarixlərini "qədimləşdirmək üçün" "Ermənistan Mesopotomiyası" terminindən də istifadə edirlər.

A.Stepanyan "Nax" sözunun erməni dilində "başlanğıc" mənasını verdiyini iddia edir. Müəllifin sərsəm iddialarına görə, eramızdan əvvəl formalaşmış nostratik, afraziy və sinoqafqaz dil qrupları arasında sonuncular "Ermənistan Yaylası"nda yaranıb, etməni və vaynax dilləri güya bir-birilə çox yaxın və oxşardır. Erməni müəllif "Ermənistana quberniyalar kimi daxil olmuş Çeçenistan və İnquşetiyanın" toponimlərini "təhlil edərək" belə qənaətə gəlir ki, çeçen kəndinin adı Xoy – erməni dilində "vəhşi qoyun" mənasını bildirir, "xoy" isə "hay" sözunə keçir. Bir yerdə durub min budaq silkələyən erməni müəllifi Xoyun "qədim erməni" şəhərinin adı olduğunu, Avestaya görə isə güya "Ver" sözündən olduğunu qeyd edir. Güya bu şəhəri "ariyalılar" mövcud olmayan "Ar-Man" ölkəsində tikmişlər. Sonra isə erməni saxta alimi yazır: "Bu gün Xoy şəhəri İranın ərazisindədir". Bununla da o, ermənilərin arealını və çöğrafiyasını saxtakarlıqla "genişləndirir", Cənubi Azərbaycan ərazilərinə iddia edir, qədim Azərbaycan şəhəri olan Xoy şəhərini "erməniləşdirir".

Digər bir çeçen kəndinin adının "Erzi" olduğunu, onunla "Alzi", "Arzan", "Erzurum" adlanan "erməni şəhərləri"nin oxşar olduğunu iddia edən erməni müəllifinin bir məkrli niyyəti də üzə çıxır: sən demə, qardaş Türkiyənin Ərzurum şəhəri də "erməni şəhəri" imiş.

Öz erməni xislətinə uyğun olaraq müəllif çeçen və erməni mənşəli toponimləri muqayisə edərkən onun türk mənşəli olmasına (məsələn, Xaraçay-Qaraçay) "üstündən keçir", yeri gəldi-gəlmədi onların "erməni mənşəli" olmasından dəm vurur.

Heç yerdə tanınmayan erməni "alimi" dünya şöhrətli A.P.Berjenin fikirlərilə ona görə razılaşmır ki, o, "noxçi" çeçen sözünü ermənilərin "başa düşdükləri" mənada izah etmir. Erməni "tədqiqatçısı" Y.Deşeriyevanın araşdırmasını ona görə "həvəslə qəbul edir" ki, o, "noxço" sözünün kökünü "noh"la əlaqələndirir. "Nah" sözünün isə erməni "araşdırmaçısı" erməni xislətinə uyğun şərh edir:

1) Ermənilərin şərhində "nah" sözü dünya batarkən güya Ararat dağlarına enən Bibliyadakı Nuhla əlaqələndirilir. Onun güya düşdüyü yer Naxidjevan (qədim erməni dilində güya Naxçavan) adlanır. Naxidjevanın mənasını erməni təhrifçisi Nuhun düşdüyü (ic və ya ec) yer (van) mənasında verir. Bununla da onun məkrli niyyəti aydın olur: sən demə, heç vaxt ermənilərin olmayan – Naxçıvan (Nuhun düşdüyü yer mənası verərək) da "erməni mənşəli" imiş.

2) Erməni "tədqiqatçısı" A.Stepanyan başqa bir saxta erməni "mənbəyi" ilə – "Erməni coğrafiyası" ilə öz yalanını əsaslandırmağa cəhd edir: "Erməni coğrafiyası"nda vaynax tayfaları naxçamateank, naxçamitsank adları ilə xatırlanır.

Dilçilər bu sözlərin çeçen dilində noxçi dilində danışanlar mənasını verdiyini göstərirlər. Amma erməni tədqiqatçısı bunun düzgün şərh olunmadığını iddia edir. Çünki bu ermənilərin məkrli niyyətlərinə uyğun gəlmir. "Nax" çeçencə xalq deməkdir, ermənicə isə "başlanğıc", "naxni" – əcdad mənasını verir. O, yenə "Naxçavan" sözünün mənasına qayıdır: guya "nax" Nuhla sinonim deyil, bu yerdə məskunlaşan "birinci" adam, əcdad mənasında işlənir: "Beləliklə, Naxçavan şəhəri ilk əcdadın şəhəri deməkdir".[i] Halbuki mənalarından biri "nəqşi-cahan" (dünyanın bəzəyi) olan Naxçıvan şəhəri Azərbaycanın ən qədim şəhərlərindən biridir.

Qədim çeçen sözü "vaynax" sözünü də "erməniləşdirən" saxtakar müəllif "vay'' sözünün guya qədim ilahi – Aiylə əlaqəli olduğunu iddia edir. Ermənilər mövcud olmayan ölkələrinin adının Hay, Hayk – Hayastanın da guya ilahi mənşəyə malik olduğunu göstərirlər. "Beləliklə, "vaynax'' sözü Aya Allahına itaət edən "əcdadlar və ya xalq'' mənasını verir.[ii] Halbuki vaynaxlar çeçenlərin və inquşların əcdadları olub ermənilərlə heç bir əlaqəsi yoxdur.

"Naxçamatsan” sözünün yalancı erməni "etimologiyasından'' bəhs edən üzdəniraq erməni "alimi'' "Urmiya'' gölünün cənubunu, Van gölünün şimal-qərbini mövcud olmayan "tarixi Ermənistan”ın hüdudlarına qataraq oralara – qədim Azərbaycan və türk torpaqlarına əsassız ərazi iddiaları irəli sürür.

Ermənilər baskların da "erməni mənşəli'' olmasını iddia edirlər. Guya basklar da, ermənilər də "dünya tufanının''dan yeganə sağ çıxmış Nuhun nəvəsi İafetin (Tubalın) törəmələridir. Basklar Asiyada guya "Ermənistan adlanan'' ölkədə yaşamış, ermənlərlə birlikdə Qərbi Avropada məskunlaşmaq üçün onlarla birlikdə yola çıxmışlar. Guya İspaniyada çox sayda bask adları erməni sözlərinə yaxındır, baskşünaslar guya 400-dən artıq bask sözlərinin erməni dilində identik məna kəsb etdiyini iddia edirlər.

A.Stepanyan heç vaxt mövcüd olmayan "Ermənistan Yaylası"nda vaynaxların Qafqaza "mühacirətinin'' dörd mərhələsini göstərir: Birinci mərhələdə eramızdan əvvəl VII-VI əsrlərdə vaynaxlar guya Qafqazda məskunlaşmış, basklar Avropanın Qərbinə getmişlər;

Eramızdan əvvəl VI əsrdən başlayan ikinci dövrdə guya köçəri tayfalar Zaqafqaziyada Ermənistandan Qafqaza köçənlərin yolunda "əngəl" olmuşlar. VII əsrdən nokçilərin naxmaşyanak adlandığını özü kimi saxta erməni tarixçisi Q.Alişana soykənərək onların başqa xalqlardan oğurladıqları "erməni adət-ənənələrilə, musiqisinə, etiqadlarına'' bənzədiyini, əslində, Qafqazın avtoxton əhalisi olan türklərin, xəzərlərin vaynaxların "dinc həyatlarını pozduqlarını və onların dağlara çəkilərək öz milli varlıqlarını qoruduqlarını iddia edən erməni alimi onların "özünəməxsusluqlar''ını kökünə görə (çeçencə tuxum, ermənicə toxum, taxum – diqqət edin qədim türk sözü olan "toxum''u ermənilər necə mənimsəyiblər) və nəslə görə (teyplər) fərqləndirir.

Farsların, bizanslıların, ərəblərin, monqolların və türklərin itaəti altında olan ermənilər özlərində "heç bir qan qarışı olmadığı''nı, təmiz qana sahib olduqlarını iddia edirlər.

Guya IV mərhələdə müsəlmanlaşmış ermənilər Osmanlı imperiasından İrana, oradan da Çeçenistana keçmişlər. Ermənilərin oturaq mədəniyyətinə malik olduğundan dəm vuran erməni tədqiqatçıları özləri onların köçəri olduğunu, daimi məskənlərinin olmadığını göstərirlər.

Beləliklə, başqa xalqların mədəni irsini, adət-ənənələrini, dillərini oğurlayan ərazilərini öz ərazisi olaraq iddia edən ermənilər indi də milli kimlikləri mənimsəməyə cəhd edirlər. Onlar çeçenlərlə "qohum olmaqla'' həm də heç vaxt olmadıqları XIX əsrdə köçürüldükləri Qafqazın "qədim, avtoxton'' əhalisi olduqlarını əsassız olaraq "sübut etməyə'' çalışırlar. Bizim fikrimizcə, mərd, qoçaq çeçenlər və basklarla, ikiüzlü, hiyləgər, namərd, faşist, alçaq, oğru ermənillərin heç bir əlaqəsi ola bilməz.

Məqaləni ermənilərin cinayətlərini, erməniliyin ideoloji, psixoloji mahiyyətini, erməni faşlzminin təbiətini fəlsəfi aspektdən hərtərəfli, ətraflı, kompleks tədqiq edən Azərbaycan filosofu Əmrəli İsmayılovun aşağıdakı dərin mənalı sözləri ilə bitirirəm: –1. Ermənilik və erməni faşizmi bəşəriyyət üçün təhlükədir; 2. Erməni yalanlarının yayılması mexanizmi hamıya məlumdur; 3. Tarixi saxtalaşdırma ermənilərin özünütəsdiqinin mühüm şərtidir; 4. Ermənilərin öz tarixlərini "qədimləşdirilməsi" qonşu xalqları öz tarixlərindən sıxışdırıb çıxarmaq metodudur".

Vahid Ömərov,

AMEA Qafqazşünaslıq İnstitutu Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru


[i] Степанян А.О. Армянское проиcхождение чеченцев // Армянский форум sirumen.com //

[ii] Yenə orada

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...