THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: "Hillari Klintonun ölkəmizə səfəri Azərbaycan ilə ABŞ arasında çox mühüm əməkdaşlığın və tərəfdaşlığın göstəricisidir"

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9039
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

"ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri yüksək səviyyədə keçdi və çox yaxşı nəticələrlə yekunlaşdı. ABŞ dövlət katibi son iki ildə Azərbaycana ikinci dəfə səfər edir. Bunun özü Azərbaycan ilə ABŞ arasında çox mühüm, sıx əməkdaşlığın və tərəfdaşlığın göstəricisidir”. Bu fikirləri yap.org.az saytına Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinin yekunlarını şərh edərkən deyib.

N.Məmmədov bildirib ki, bu ilin əvvəlindən iki dövlət arasında xüsusi əhəmiyyət daşıyan digər təmaslar və münasibətlər də olub. Onun sözlərinə görə, Azərbaycanın Seul Nüvə Təhlükəsizliyi Sammitinə və NATO-nun Çikaqo Sammitinə dəvət olunması və dövlət başçısının bu sammitlərdə iştirakı ölkəmizin beynəlxalq müstəvidə rolunun artmasının göstəricisidir. "Bütün bunların üzərinə Azərbaycanın hal-hazırda BMT Təhlükəsizlik Şurasının üzvü, may ayında isə sədri kimi güclü, geniş miqyaslı fəaliyyətini əlavə etsək, onda biz artıq görürük ki, Azərbaycan kiçik dövlət olsa da, yalnız regionda yox, beynəlxalq aləmdə özünün güclü nüfuzunu nümayiş etdirir. Səfər ərəfəsində ABŞ Prezidenti Barak Obamanın və digər rəsmilərin Azərbaycan Prezidentinə məktubları və həmin məktublarda dövlətlər arasında möhkəm, faydalı tərəfdaşlıqda Azərbaycanın mühüm rolu təsdiq olunur və yüksək qiymətləndirilir” – deyə şöbə müdiri vurğulayıb.

N.Məmmədov qeyd edib ki, ABŞ dövlət katibinin ölkəmizə səfəri də məhz bu tərəfdaşlıq və əməkdaşlıq ruhunda keçdi. Onun sözlərinə görə, Azərbaycan Prezidenti ilə xanım Klintonun danışıqları həm rəsmi formatda, həm də lanç zamanı ümumilikdə iki saata qədər davam etdi. PA-nın rəsmisi deyib ki, bu danışıqlar zamanı xanım Klinton Azərbaycanla ABŞ arasında çox yüksək səviyyəli sıx və strateji əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını və bu əməkdaşlığa Amerikanın xüsusi diqqət verdiyini dəfələrlə qeyd edib. Eyni zamanda, ABŞ dövlət katibi Azərbaycanın çox mühüm strateji bölgədə yerləşdiyini bildirib və buna görə də, regionda müxtəlif məsələlərlə bağlı strateji qərarların yalnız Azərbaycanın iştirakı ilə qəbul edilməsinin məntiqli hal olduğunu vurğulayıb.

"Bütün bunlardan əlavə, tərəflər bu münasibətlərin indiki səviyyəsinin ruhunun bu müstəvidə olmasının Azərbaycanla ABŞ arasında gələcəkdə də bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə imkan verdiyi vurğuladılar. Qeyd etmək istəyirəm ki, artıq Amerika tərəfi Azərbaycanla enerji sahəsində, terrorçuluğa qarşı mübarizədə, Əfqanıstan məsələsi ilə bağlı əməkdaşlıqda və digər məsələlərdə mövcud olan əlaqələri çox sıx tərəfdaşlıq münasibətləri hesab edir və bunların çox gözəl gələcəyi olduğunu vurğulayır. Qeyd olunub ki, Azərbaycanın bu sahədə daha faydalı rol oynamaq imkanı var”.

N.Məmmədov bildirib ki, görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edib. Onun sözlərinə görə, cənab Prezident bir daha bəyan etdi ki, ölkəmiz tərəfdaşlıq çərçivəsində qarşısına qoyduğu bütün öhdəliklərin hamısını yerinə yetirir və ABŞ-la əlaqələri bundan sonra da genişləndirməkdə qərarlıdır.

"Eyni zamanda, bu danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında da çox geniş fikir mübadiləsi aparıldı. Məsələ ilə əlaqədar Azərbaycan Prezidenti uzun müddət gedən danışıqlar haqqında ABŞ dövlət katibinə məlumat verdi və bu danışıqların hələ də konkret nəticə vermədiyini təəssüflə qeyd etdi. Vurğulandı ki, son zamanlar həm həmsədr ölkələrin prezidentlərinin bəyanatları, həm də regionda yaranmış vəziyyət mövcud status-kvonun uzun müddət davam etməsinin qəbuledilməzliyini göstərir. Ona görə də, prosesdə yeni addımlar atılmalıdır. Xeyli müddətdir, Ermənistan tərəfi danışıqları uzadır və bundan sonra da, 10-20 il bu status-kvonu saxlaya bilməz. ABŞ dövlət katibi də bu məsələdə ölkəsinin mövqeyini ifadə etdi. Xanım Klinton, Ermənistanda məsələ ilə bağlı müzakirələr aparıb və yəqin ki, Türkiyəyə səfəri çərçivəsində də bu ölkənin rəhbərliyi ilə də məsləhətləşmələr aparacaq. Hesab edirəm ki, Klintonun şəxsində ABŞ bu münaqişəsinin həllinə daha çox diqqət yetirməyin vacibliyini dərk edir” – deyə, PA-nın şöbə müdiri vurğulayıb.

Newtimes.az

 

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...