THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasının pərdəarxası məqamları

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3262
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 iyun 2018 – Newtimes.az

Son aylarda Cənubi Qafqaz regionunda baş verən hadisələr dünya supergücləri arasında geostrateji oyunun növbəti mərhələsinin – "Qafqaz mərhələsi"nin aktiv fazaya qədəm qoyduğunu deməyə əsas verir. Bu oyunun görünən əsas oyunçuları yenə də Qərb və Rusiyadır.

Cənubi Qafqazda 2008-ci il müharibəsindən sonra faktiki olaraq Qərbdən ixrac edilən hər hansı dəyişikliklə barışmayacağını açıq-aşkar ortaya qoyan Rusiya üçün Ermənistandakı hadisələr sürpriz oldu. Qərb Rusiyaya dünyanın müxtəlif regionlarında verdiyi mesajlardan birini Qafqazda verdi. Bu mesaj ondan ibarət idi ki, Qərb Rusiyanın yaratmağa çalışdığı Avroasiya zəncirinin ən etibarlı həlqələrini qırmağa qadirdir. Rusiya prezidenti Vladimr Putinin də son çıxışlarından birində Qərb ölkələrini "qırmızı xətti" keçməməyə çağırması özü-özlüyündə çox şeydən xəbər verirdi. Hələlik, qərbmeyilli görünən Paşinyanın Gürcüstana səfərindən bir gün öncə Suriyanın – Bəşər Əsəd rejiminin Abxaziya və Cənubi Osetiya respublikalarının "müstəqilliyi"ni tanıması həm Qərbə, həm Gürcüstana, həm də Ermənistanda hakimiyyəti ələ almış yeni qüvvələrə ciddi mesajdır. Qeyd edək ki, 29 may 2018-ci il tarixində Cənubi Osetiyadakı qondarma qurumun "Xarici İşlər Nazirliyi"nin rəsmi saytında Suriyanın bu qurumun müstəqilliyini tanıması barədə açıqlama yerləşdirilib. Məlumatda bildirilir ki, Suriya Ərəb Respublikası və Cənubi Osetiya qarşılıqlı tanıma və səfirlər səviyyəsində ikitərəfli diplomatik əlaqələrin qurulduğunu elan ediblər. Bu məlumatın yayılması ilə eyni vaxtda isə digər separatçı qurum Abxaziyanın "prezidenti" Raul Xacimba Suriyanın Abxaziyanın da "müstəqilliyini" tanıması barədə açıqlama verib.

Qeyd edək ki, 1990-cı ildə "müstəqilliyi"ni elan edən Cənubi Osetiya və 1992-ci ildə analoji addımı atan Abxaziya beynəlxalq səviyyədə rəsmi olaraq Gürcüstanın tərkib hissəsi hesab edilirlər. Onların "müstəqilliyi"nin tanınması məsələsi ilk dəfə 2008-ci ildə Gürcüstan üzərində Qərb-Rusiya nüfuz mübarizəsi dönəmində aktuallaşıb. O zaman Rusiya Federasiyası, Nikaraqua və Venesuela Cənubi Osetiya ilə Abxaziyanı müstəqil dövlət kimi tanıyıblar. Sonradan daha 2 dövlət – Nauru və Vanuatu da separatçı qurumların "müstəqilliyi"ni tanıyıb.

Təbii ki, indiki məqamda Suriya üzərindəki nəzarətini xeyli dərəcədə itirmiş, sadəcə, Rusiya başda olmaqla bir sıra güclərin faktiki dəstəyi hesabına hakimiyyətini qorumağa çalışan Bəşər Əsədin Qafqazda oyuncaq qurumlar olan Abxaziya və Cənubi Osetiya haqqında düşünməyə ən yüngül formada desək vaxtı yoxdur. Belə bir məqamda B.Əsəd rejiminin oyuncaq qurumları tanıması sözün həm coğrafi, həm də məcazi mənalarında "yuxarıdan" gələn tapşırıqdır.

Azərbaycan isə Qafqazda sabitlik adası və həqiqi müstəqil güc olaraq eyni gündə – 29 may 2018-ci il tarixində Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimini təşkil etməklə tam müstəqil siyasət yürütdüyünü, hər hansı gücün əlində oyuncağa çevrilmədiyini və həyata keçirdiyi hər bir layihənin başlıca olaraq öz milli maraqlarına əsaslandığını nümayiş etdirdi. Və Cənub Qaz Dəhlizinin açılışında ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri xanım Sandra Oudkirk də, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin də Azərbaycanı eyni sevinclə təbrik etdilər.

Təbii ki, dünyada strateji maraqlar uğrunda gedən nüfuz müharibəsində Qafqaz və Mərkəzi Asiya regionunun taleyi Azərbaycansız həll edilə bilməz. Azərbaycanda isə hər iki güc mərkəzinin elə maraqları təmin olunub ki, burada hətta qısamüddətli destablizasiya tərəflərdən heç birinin maraqlarına uyğun deyil. "Yuxarıdan idarə olunan" Əsəd rejiminin də Cənubi Qafqazdakı digər oyuncaq qurumlara münasibətlə analoji münasibəti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa sərgiləməməsi məhz Azərbaycanın xarici siyasətinin uğurlu məntiqi nəticəsi və güc mərkəzlərinin Azərbaycanın maraqları ilə hesablaşmasının nəticəsi hesab edilə bilər. Deməli, Ermənistanın yeni baş naziri Paşinyanın Gürcüstana səfəri və Gürcüstanla hansı məsələlərdə anlaşma əldə etməsi elə bir əhəmiyyət kəsb etmir. Nəzərə alsaq ki, Paşinyanın səfərinin əsas məqsədlərindən biri kimi, siyasi şərhçilər Abxaziya üzərindən dəmiryolunun açılması məsələsini göstərirdilər, indiki məqamda Gürcüstanın buna razılıq verəcəyi inandırıcı görünmür. Ümumiyyətlə, Gürcüstanın uzun illər ərzində Azərbaycanla siyasi və iqtisadi sahədə formalaşmış strateji maraqlarını hələ də Cavaxetiya iştahasını beynindən çıxara bilməyən Paşinyana qurban verəcəyi də inandırıcı görünmür.

Elnur Kəlbizadə,

Tarix üzrə fəlsəfə doktoru, AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin əməkdaşı

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...