THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycanın neft diplomatiyası və yaxud asimmetrik müzakirələrdə uğur strategiyası

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7344
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 oktyabr – Newtimes.az

Sentyabr ayının 20-də Azərbaycanın müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanmasının 18 ili tamam oldu.

Məsələ bundadır ki, ötən 20 il ərzində nəhəng enerji və infrastruktur layihələri yaratma düşüncəsi hər zaman gündəmdə olmuşdur. Böyük və kiçik dövlətlər müxtəlif adlar altında iri miqyaslı layihələr irəli sürmüş, beynəlxalq münasibətlər sistemini bu cür məsələlərlə gündəmdə tutmuşlar. Lakin, nəticəyə gəldikdə isə, demək olar ki, ortada Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tibilisi-Qars dəmir yolundan başqa real heç nə olmamışdır. Azərbaycanın həmmüəllifi olduğu TANAP layihəsi də elə bu il imzalanaraq reallığa qovuşmuşdur.

Bunları görəndə istər-istəməz Azərbaycanın bu layihələrdən ən çətini və ilki olan “Əsrin müqaviləsi”nin imzalandığı dönəmə nəzər salmaq istədim: o zamanlar Azərbaycanın siyasi, iqtisadi, geosiyasi, texnoloji vəziyyəti regionun və dünyanın bəzi dövlətlərinin indiki vəziyyətindən o qədərmi güclü idi ki, tək başına belə nəhəng layihələri reallaşdıra bildi?

O zamankı vəziyyətə daha ətraflı nəzər salsaq aydın şəkildə görə bilərik ki, vəziyyət tamamən başqa cür idi.

Geoloji baxımdan Xəzər regionunda mövcud olan karbohidrogen ehtiyatlarının həcmi haqqında qeyri-müəyyənlik hökm sürürdü: bölgədə nə qədər enerji ehtiyatının mövcud olduğu bəlli olmadığı üçün, buraya yüksək həcmli investisiya yatırılmasının iqtisadi baxımdan verimliliyi sual altında idi.

Texnoloji baxımdan yeni müstəqil olmuş ölkənin mövcud ehtiyatların istismar edilməsi üçün lazımi imkanları demək olar ki, yox vəziyyətində idi.

Coğrafi baxımdan beynəlxalq bazara birbaşa çıxışı olmayan Azərbaycanın istehsal edəcəyi enerji məhsullarının dünya bazarına çıxarılması imkanları olduqca məhdud vəziyyətdə idi. Boru xəttinin keçəcəyi ərazilərdə real münaqişələr boru xəttinin təhlükəsizliyi məsələsini gündəmə gətirirdi: Ermənistan-Azərbaycan münaqişəsi, Türkiyədə terror problemi, Gürcüstanda Osetiya və Abxaziya münaqişələri, Rusiyada Çeçenistan münaqişəsi, Əfqanıstanda taliban riski, İranın ABŞ sanksiyasına məruz qalması.

İqtisadi baxımdan Azərbaycanda yüz faizlərlə ölçülən inflyasiya, cəmi bir neçə milyon dollara bərabər olan dövlət büdcəsi, yüksək həcmdə xarici borc, istehsalatın dayanması, ərzaq çatışmazlığı və digər bu kimi makroiqtisadi problemlər xarici investisorları çəkindirən faktorlardan biri idi.

Siyasi baxımdan vətəndaş müharibəsi təhlükəsi, inzibati-siyasi iqtidarın zəifliyi, siyasi etibarın zəifləməsi və sivil itaətsizlik ölkədə mövcud olan problemlərin əsasını təşkil edirdi.

Diplomatik baxımdan bəzi qonşu ölkələrlə münasibətlərin gərginləşməsi, aktivləşən erməni təbliğatı ölkənin xaricdəki imicini zəiflədirdi.

Geosiyası baxımdan xarici dövlətlərin regiondakı toqquşan maraqları vəziyyəti daha da gərginləşdirirdi.

Və ən nəhayət, hərbi baxımdan Ermənistanın hərbi təcavüzü nəticəsində ölkənin ərazisinin 20 faizinin işğal olunması və 1 milyona yaxın əhalinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ölkənin yüksək riskli zonada yerləşməsinə səbəb olmuşdur.

Beləcə, xarici investisiyaların təməlində dayanan risk analizi nöqteyi-nəzərindən Azərbaycanın enerji resurslarına 60 milyard dollar məbləğində kapital qoyuluşu mümkünsüz görünürdü.

Azərbaycan həmin dövrdə zəif olduğu halda dünyanın supergüclərinin nəhəng neft şirkətləri ilə müzakirələr apardı və bunu bacardı. “Əsrin müqaviləsi” imzalandı.

Lakin Azərbaycan bununla kifayətlənmədi: əlavə digər transmilli layihələrin reallaşmasına çalışdı və bunlara da nail oldu.

Bunun da əsas iki səbəbi vardı. Birincisi o idi ki, Azərbaycana dahi şəxsiyyət Heydər Əliyev rəhbərlik edirdi. Demək olar ki, bir zamanlar SSRİ Kommunist Partiyası Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Generalı kimi elə dünyanı idarə edənlərdən biri olmuşdu. O, dünyanın gedişini çox yaxşı başa düşürdü və nə etmək istədiyini də yaxşı bilirdi.

İkincisi isə, Azərbaycan öz mövqeyində səmimi idi. Söylədiyini həqiqətən də etmək niyyətindəydi. Azərbaycan xarici siyasətində səmimi idi, çünki, bu siyasət heç bir dövlətə qarşı yönəlməmişdi, rəqabət yaratmaq üçün deyil, əməkdaşlığı gücləndirmək üçün formalaşdırılmışdı, balanslaşdırılmış xarici siyasət idi. Azərbaycan həm də daxili siyasətində səmimi idi, çünki bu siyasət dövlətin və millətin maraqlarına xidmət edirdi, hər bir vətəndaşın rifahının yüksəlməsinə yönəlmişdi.

Azərbaycanın yürütdüyü düzgün daxili və xarici siyasətin nəticəsidir ki, bu gün ölkədə misli görünməmiş inkişaf səviyyəsi qeydə alınmışdır. Ölkədə daxili sabitlik bərpa edilmiş, iqtisadi göstəricilər dəfələrlə artmış, xaricdə dövlətin nüfuzu güclənmişdir.

Məsələyə səthi yanaşan bəziləri Azərbaycanın əldə etdiyi bu uğuru neftlə əlaqələndirməyə çalışırlar. Lakin mahiyyətə varıldığında, bunun doğru olmadığı açıqca görünməkdədir. Ona görə ki, bu gün dünyada Azərbaycandan dəfələrlə zəngin olan neft, qaz və digər təbii zənginliyə malik ölkələr vardır. Ancaq onların heç birisi Azərbaycanın qazandığı nailiyyətləri əldə edə bilməmişdir.

Demək ki, Azərbaycanı digər dövlətlərdən fərqləndirən başqa bir amil mövcuddur. Bu amil isə ölkədə aparılan daxili və xarici siyasətin düzün seçilməsidir. Neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun, eləcə də insan kapitalının inkişafına yönləndirilməsi bunun səbəblərindən biridir. Davamlı inkişaf təmin olunur. Bir sahədə əldə edilən uğur digər sahələrə də sirayət edir.

Ölkədə həyata keçirilən siyasətin düzgün seçilməsi özlüyündə digər bir vacib amilə yol açmışdır: lider-xalq vəhdətinə.

Bəzi ölkələrdə siyasi liderlər xaldın mənafeyini unudaraq, hakimiyyətdə qalmağı xarici amillərin yardımına bağlamağa üstünlük verirlər. Lakin beynəlxalq təcrübə sübut edir ki, bu siyasətin gələcəyi yoxdur. Siyasət adı altında xalqın və millətin mənfəətinə zidd olan oyunların oynanması heç vaxt uğurlu nəticə verə bilməz. Azərbaycandan dəfələrlə zəngin olan ərəb ölkələrində, eləcə də Azərbaycanın yerləşdiyi regionun digər ölkələrində bu gün yaşananlar deyilənləri doğrulayır.

Ölkəsi, milləti, dövləti və xalqı üçün çalışan bir liderin müvəffəqiyyət qazanmama riski yoxdur. Münasibətlər hər zaman qarşılıqlı olur. Xalqını sevən, ona xidmət edən lider xalqı tərəfindən sevilir və dəstəklənir. Bu durumda isə xarici havadarlara artıq ehtiyac qalmır. Hər bir oyunda olduğu kimi, siyasətdə də əsas qayda vardır: qazanan komanda dəyişməz.

Newtimes.az

Copyright © Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...