Qoşulmama Hərəkatının Bakı konfransı: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə
Azərbaycan paytaxtı mütəmadi olaraq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilib. Burada dünyanın müxtəlif guşələrindən nümayəndələr gəlib, qlobal səviyyədə aktuallıq kəsb edən problemlərin müzakirəsini aparır, konkret qərarlar qəbul edirlər. Aprelin 5-6-da Bakı növbəti vacib tədbirə – "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına ev sahibliyi edib. Tədbirdə Azərbaycan Prezidenti geniş və əhatəli nitq söyləyib. Dövlət başçısı həm Hərəkatın əhəmiyyətini, həm də Azərbaycanın fəaliyyətini analiz edib. İlham Əliyev Ermənistanın təcavüzkarlığını bir daha dünya dövlətləri nümayəndələrinin diqqətinə çatdırıb. Xatırladaq ki, Bakıdakı konfransda 120 ölkənin nümayəndəsi iştirak edib. Əlavə olaraq, xüsusi qonaq qismində şəxslər də tədbir iştirakçıları sırasına qatılıblar. Konfransın əhəmiyyətini nəzərə alaraq, onun bir sıra məsələlərə münasibəti üzərində geniş dayanmağa ehtiyac gördük.
ABD çekilirse
Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.
Davamı...