THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın dilənçi müdafiə naziri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
798
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 mart 2018 – Newtimes.az

Viqen Sərkisyan Ermənistanın səkkizinci müdafiə naziridir. Mülki şəxsdir. Hərbi xidmətdə olmadığı haqqında iddialar var. Bu günə qədər təyin edilən müdafiə nazirlərindən fərqli olaraq ermənilərin qeyd etdikləri kimi "burnuna barıt iyi çəkməmiş və hərbi əməliyyatlarda iştirak etməmiş, qan görməmiş fəraridir". Sərkisyan müdafiə naziri təyin edildikdən sonra müxalif partiyalar onun hərbi xidmətdə olmasını təsdiqləyən sənədləri tələb etmişdilər. Ermənistanın hərbi komissarlığı bir neçə sənədi təqdim etsə də, bu, müxalif siyasi partiyaları və ictimai rəyi qane etməmişdi. Daha sonra Sərkisyan parlamentdə çıxış edərək hərbi xidmətini zabit kimi tamamladığını desə də,[i] onun heç zabit mundiri geymədiyi haqqında iddialar ortaya atıldı.

Viqen Sərkisyan kimdir?

1975-ci il mayın 10-da İrəvanda həkim ailəsində doğulub. 1992-1996-cı illərdə S.-Peterburq Dövlət idarəçiliyi universitetinə qəbul olub. 1992-1999-cu illərdə İrəvan dövlət universitetinin beynəlxalq münasibətlər fakültəsində oxuyub. Taftsa universiteti, Fletçer məktəbindən hüquq və diplomatiya üzrə magistr dərəcəsi var. 3 oktyabr 2016-cı ildə Ermənistanın müdafiə naziri təyin edilib. Parlamentdə və Prezident Aparatında işləyib. Peşəkar hərbiçi olmadığına görə müdafiə naziri təyin edilməsi orduda birmənalı qarşılanmayıb.

Müdafiə naziri təyin edildikdən sonra "millət-ordu" konsepsiyasını, hərbi mükəlləfiyyət daşıyan gənclərin hərbi xidmətə alınması məqsədilə "Bu mənəm" və xüsusilə də universitetlərdə oxuyan gənclərin möhlət hüququnun ləğv edilməsi "Şərəf duyaram" proqramlarını və s. kimi məsələləri parlamentdə gündəmə gətirib və aidiyyəti məsələlər üzrə qanunların qəbul edilməsinə və dəyişdirilməsinə nail olub.[ii] Ermənilərin üzərinə orduya dəstək məqsədi ilə "1000 dramlıq vergi"[iii] mükəlləfiyyəti gətirən birisi olaraq da tanınır və ermənilər bu vergini heç də həvəslə ödəmirlər.

Qeyd edək ki, Sərkisyanın gündəmə gətirdiyi bütün bu ideya ve proqramlar ermənilər tərəfindən birmənalı qarşılanmayıb və dəstəklənməyib. "Hraparak" qəzetinin müxbiri Syuzan Simonyana müsahibə verən amma hələ dövlət sektorunda çalışdığı üçün adının gizli qalmasını istəyən polkovnik Viqen Sərkisyanın bu ideya və proqramlarının heç bir perspektivi olmadığını, Ermənistan ordusunun büdcəsinin bu proqramlarda iştirak edən gənclərə vəd edilənləri qarşılamaq gücündə olmadığını qeyd edib. Keçmiş döyüşçü, "Döyüş xaçı" ordeni ilə təltif edilmiş Vahan Badasyan da Sərkisyanın bu siyasətinin ordunun problemlərini həll etməyəcəyini bildirərək bunları qeyd edib: "Vazqen Sərkisyan adına hərbi institut tamamilə boşdur. Zabitlərə ehtiyac çoxdur. Onları küçələrdən toplayaraq gözə kül üfürürlər. Bütün bunlar universitet tələbələrini orduya cəlb etmək, onlara rütbə vermək üçün edilir. Cəfəngiyyatla dolu bir vəziyyətdir''.[iv]

2017-ci ildə Ermənistan ordusunda 60 əsgər ölüb. 38 nəfər Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında, onlardan 22-si isə atəşkəsi pozduqlarına görə məhv edilib.[v] Statistika göstərir ki, döyüşdən kənar ölən erməni əsgərləri ümumi itkilərin 60 faizini təşkil edir.

Ermənistan ordusunun maddi-texniki və maliyyə vəziyyətindən ağız dolusu danışan müdafiə naziri Viqen Sərkisyan 2016-cı ilin iyun ayında zabiti tərəfindən başından güllənən əsgər Albert Dəlləkyanın xaricdə əməliyyat olunması üçün lazım olan 45 min dolların toplanması üçün kampaniya başladıb. Maraqlıdır ki, Ermənistan ordusunun bənzər hallarda yaralanan əsgər və zabitlərinin müalicəsi üçün xərcləri qarşılayan sığorta fondu Dəlləkyanın xaricdə müalicəsinə lazım olan vəsaiti ayırmır. Bu barədə Sərkisyan özünün feysbuk səhifəsində yazıb, lazım olan vəsaitin toplanmasını xahiş edib.[vi]

Əslində, tragikomik bir vəziyyət yaranıb. Ermənistan ordusunun gücündən, müasir silahlara sahib olmasından, hərbi vətənpərvərliyin zirvədə olduğunu bildirən Sərkisyan yaralı əsgərini müalicə etdirə bilmir. Əsgər Dəlləkyanın anası oğlunun müalicəsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət edəndə, ona maliyyə vəsaitlərinin olmadığını bildirərək Səhiyyə Nazirliyinə yönləndiriblər.

Sərkisyanın bu notuna Petros Sarqsyan adlı biri belə bir şərh yazıb: ''1000 dram qurtarıb, yoxsa bu yeni növ dilənçilikdir?'' Ermənistanın müdafiə naziri Viqen Sərkisyan isə Sarqsyana belə cavab yazıb: ''Dilənçi özünsən.''[vii]

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Виген Саргсян в парламенте рассказал, как он служил в армии офицером, http://www.aravot-ru.am/2017/10/26/254882/

[ii] В Армении представлен проект срочно-контрактной службы в ВС, https://regnum.ru/news­/society/2265985.html, 20 апреля 2017.

[iii] Təxminən 2.5 dollar.

[iv] Армянский полковник: "Программы Минобороны – ложная концепция, которая никому не нужна", http://www.armenianreport.com/pubs/155993/, 2017-04-26.

[v] В 2017 г боевые потери нагорно-карабахского конфликта составили 41 человек, https://regnum.ru/­news/polit/2365504.html, 9 января 2018.

[vi] Министр просит денег: а где же Фонд страхования военнослужащих?, http://armenianreport.­com/pubs/176553/, 16 Января 2018.

[vii] Богобоязненный армянский министр собирает деньги на лечение солдата и оскорбляет пользователей соцсети, http://epress.am/ru/2018/01/15, 01.15.2018.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...
Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on...

Davamı...