THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Bir satqınlığın büdcəsi, mühasibatı və zehniyyəti (II hissə)

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
963
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 mart 2018 – Newtimes.az

Azərbaycana qarşı qərəzli ''qara piar'' aparan ''Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatı'', ''Jurnalistikanın İnkişafı Şəbəkəsi'' və Xədicə İsmayılın fəaliyyətində görünməyən tərəfləri geniş ictimaiyyətə açıqlamağa davam edirik. Əvvəli I yazımızda.

Təşkilatın maliyyə fəaliyyətinin audit yoxlamasına dair hesabatda nələr yazılıb?

2016-cı ildə təşkilatda keçirilən Audit yoxlaması üzrə Hesabatda 2 il (2015 və 2016-cı illər) üzrə büdcədən ayrılmalar və həmin qrant və mükafatlar qeyd edilir.

AUDIT REPORT FINANCIAL AND FEDERAL AWARD COMPLIANCE EXAMINATION FOR THE YEAR ENDED. DECEMBER 31, 2016 // http://www.govwiki.info/pdfs/Special% 20District/DC%20 Journa lism% 20Development%20Network%20Inc.%202016.pdf



Bu isə 2 ilə (2015-2016) alınan qrantlardır:


Qrantverənlər sanki yarışa giriblər:



2014-cü ildə qrantın məbləği 2 milyondan 4.272.14 milyon $-a qədər artırılmışdır:

Göründüyü kimi, maliyyədə milyonlardan söhbət gedir. Təbiidir ki, bu qədər pulu həzm etmək üçün, həftədə 1 saat da olsa işləmək, dünyada hədəfə alınan ölkələrdə qeyri-sabitlik və xaos yaratmaq lazımdır. Amma tərifli təşkilat harada olsa da Azərbaycanda bunu edə bilmir ki, bilmir. Belə olanda da ''quduzlaşma'' baş verir və sağa-sola şər-böhtan tirajlanır.

Audit yoxlama hesabatında, rəhbərlərindən birinin X.İsmayıl olduğu ''The Journalism Development Network'' təşkilatına töhmət xarakterli tənqid yer alıb. Onların külli miqdarda pulu əvvəlcədən almasına baxmayaraq, onu lazım olan vaxtda xərcləyə bilməməsi irad tutulur. Yəni təşkilat və rəhbərləri acgözlük edib həddən çox pul alsalar da onu xərcləyib bitirə bilməyiblər. Məhz audit hesabatında buna görə Direktorlar Şurasına (o cümlədən, X.İsmayıla), ABŞ maliyyəsinə münasibətdə bu ''acgözlüyün'' yaxşı hal olmadığı nöqsan tutulmuş, maliyyəyə ''daha insaflı və diqqətli olmağı'' tövsiyə edilmişdir. (We recommend that management of JDN be more mindful).

Audit hesabatında yoxlamanın yekunu kimi, ABŞ büdcəsindən külli miqdarda pulu alıb, onu vəd etdiyi vaxtda xərcləyə bilmədiyi, maliyyə şəffaflığına riayət edilmədiyi və şübhəli xərclərə yol verildiyi vurğulanıb. (p.26)


Faktlara sözardı. ''Kapitalist əməyi qəhrəmanları''

Beləliklə, X.İsmayıl, qlobal korrupsiyaya qarşı ''qəhrəmancasına'' vuruşan təşkilatın ştatlı direktorlarından biri kimi, həftədə cəmi 1 saat çalışmaqla bu qədər pul qazanan, sözün əsil mənasında ağır çəkili fiqurudur. Onun ''direktorluq istedadı'' həqiqətən də danılmazdır. Maraqlı olan odur ki, o direktor kimi, korrupsiyaya qarşı rüşvətlə, təmənna ilə mübarizə aparır. Öz şəxsi problemlərindən tutmuş, hər şeyə qədər ödənişi, dünyanın ''o boyda'' ölkəsinin əhalisinin vergi ödəmələrindən formalaşan dövlət büdcəsi hesabına, onlarla ölkənin qrantları sayəsində təmin edir. Bu işin bir tərəfidir.

Digər tərəf bir qədər qəlizdir. Çünki sel kimi cibinə axan milyonların əvəzində heç nə edə bilmir. Hesabatda aydın deyildiyi kimi, təşkilat nağd pulları alır, amma hamısını göstərilən vaxtda həzm edə bilmir. Ən azı aldığı direktor ''məvacibinin'' əvəzində Azərbaycanda heç bir iş görə bilmir. Səbəb nədir?

Azərbaycan xalqının öz Prezidentinə inamından yaranan milli birliyi, təşkilata əməlli başlı problem yaradıb. Məhz burada başa düşmək olur ki, ölkəmizlə, onun rəhbərliyi ilə bağlı böhtan və iftiraların sayı nə üçün ildən ilə daha çox və məzmun etibarı ilə daha ''quduzlaşmış'' şəkildə təqdim edilir. Doğrudur, fantastik məbləğ özünə yeni tərəfdarlar cəlb etməyə kömək edir. Lakin əsas vəzifə yenə də yerinə yetirilmir.

Tövsiyəmiz budur ki, X.İsmayılın rəhbər olduğu təşkilatdakı digər həmkarları 2018-ci il üçün aldıqları milyonları bəri başdan Amerika xalqının büdcəsinə qaytarsınlar. Çünki yenə də hamısını xərcləyə bilməyəcəklər. 15 ilə yaxındır ki, müxtəlif ölkələrdə xaos yaratmaq məqsədi ilə təsis edilən və dəridən-qabıqdan çıxan ''Jurnalistika İnkişaf Şəbəkəsi'' Azərbaycanda heç nəyə nail heç olası deyil.

''Bunu görməyəcəksiz!'': Xaos hərislərinə Prezidentin güllə kimi cavabı və şillə kimi seçki qərarı

Azərbaycanda xalqın öz liderinə – Prezident İlham Əliyevə etimadından yaranan milli birlik kimlərinsə gözlərinə ox olub batır. Hələ 2012-ci ildə Münxen Təhlükəsizlik Konfransında dövlət başçısı bütün dünyanın gözü önündə xaos ''texnoloqlarının'' təxribatçı suallarına cavab vermişdi: ''Azərbaycanda müasir, sabit cəmiyyət var. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz!''. (http://az.president.az/articles/4192)

Fevralın 5-də Prezidentin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı verdiyi qərar isə satqın və düşmənlərə vurulan əsil tərs şillə effektini verdi. Milyonlarla pulu arxayın vaxtlarda xərcləyə bilməyənlərin ''fəaliyyət'' təqvimi alt-üst oldu. Şok effektindən başını itirən satqınlar şəbəkəsi, minlərlə əmrə müntəzir buyruq qulları, dünya erməni şəbəkəsi ilə çaqqallar kimi ağız-ağıza verib, ulaşmağa başlayıblar.

Satqın zehniyyəti haqda ciddi elm nə deyir?

''Ən böyük şər oğurluq, hətta qətl də deyil, satqınlıqdır''. Boris Akunin

Ömər Xəyyama görə, ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar''. Dante ''İlahi komediya'' əsərində satqınları cəhənnəmin ən sonuncu – 9-cu qatında yerləşdirib. Cəhənnəmin lap mərkəzində duran İuda – onların simvoludur.

Son dövrdə məlum ölkələrdə baş verən səs-küylü hadisələrdən sonra insanı satqınlığa hansı vəziyyətin sövq etməsi psixologiya elmi tərəfindən geniş təhlil edilir. Necə ola bilər ki, ata-ananın, əcdadlarının yaşadığı, ən gözəl xatirələrinin ünvanı olan, ana adlandırdığın vətənə xəyanət edəsən? Əclaflıq adlanan oyun qaydalarını qəbul edəsən? Psixologiya elminə görə, xəyanət – elmi baxımdan daha geniş olan satqınlıq anlayışına daxildir. Xəyanətlərin ən böyüyü – dövlətə xəyanətdir.

Beləliklə, ''satqın zehniyyəti nədən qaynaqlanır? Maliyyə-pul arqumenti, kriminal istedad xəyanətin izahı üçün kifayətdirmi? Satqın yalnız məntiqləmi düşünür? – suallarına mütləq olmasa da, elmi cavablar var. Alınan nəticələr göstərir ki, sən demə, işin kökü yalnız acgözlük və pul deyil. Kimsə doğrudan da varlanmaq üçün, xəyanətinə əvəz olaraq pula satılır.

Alınan qənaətlərdən birincisi budur ki, ''Bir dəfə ölkəsini, dostlarını, gördüyü işi satmış fərd, xəyanətin psixologiyasını izah etmək üçün elmə yardım edə bilər. Xəyanət – onu edənin məqsədyönlü əməlidir. Burada əvvəlcə məntiq istifadə olunur, sonra qərar qəbul edilir. Məhz buna görə – xəyanətin qiyməti yüksəkdir. Satqın üçün hər şey – satlıq maldır''. (https://inosmi.ru/world/20150123/225704713.html)

Qənaətlərdən ikincisi budur ki, satqınlıq mütləq olaraq xataktercə zəif olanların nəsibidir. Satqının həyatı və taleyi – mənəvi iflas və düşüklüyün tarixidir. Tarix boyu bu xislətli fərdlər insanlıq adına layiq olmayanlar kimi qəbul edilib.

Üçüncü qənaət isə daha maraqlıdır: ''Xəyanət psixi (mental) yoluxucu xüsusiyyətə malikdir və satqın adətən yoluxucu xəstəlik mənbəyi kimi çıxış edir.'' (!?) (''Betrayal: A psychological analysis'' // https://www.sciencedirect.com/science/article/pii/S0005796709002848)

Nəhayət, bütövlükdə hesab edilir ki, satqınlığın qaynaqları – uşaqlıq dövründə, ailədə gizlənir. Normal ailədə - satqının böyüməsi mümkün deyil. Bunları oxuyanda, nədənsə bu yaxınlarda oxuduğum, İlon Maskın anası haqda ''Milyardçıları dünyaya gətirmək və tərbiyə etmək'' adlı yazı yadıma düşdü.

Psixoloqlara görə, ən maraqlısı odur ki, satqın zehniyyəti – öz əməllərini doğrultmağa meyllidir. Satqınlar öz əməlləri haqda – ''bu xəyanət deyil, haqsızlığa qarşı üsyandır'' deyib, illüziyaya qapılırlar. İllüziya məlum olduğu kimi, heç vaxt reallığa adekvat olmur.

Bütövlüksə satqın zehniyyətinin elmi izahı ilə tanışlıq, bu qəbildən olanların psixoloji sağlamlığı haqda təsəvvür yaradır. Bir tərəfdən, onların öz zehniyyətinə görə bu əməlləri törətdiyi məlum olur. Digər tərəfdən, onların həm də yoluxma mənbəyi kimi çıxış etməsinə dair elmi qənaət düşündürücüdür.

Tahirə Allahyarova,

Strateji Araşdırmalar Mərkəzi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on...

Davamı...
ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...