THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Newtimes.az Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilinizi təbrik edir

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1098
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 31 dekabr 2017 – Newtimes.az

Hörmətli dostlar!

Azərbaycan xalqının milli birlik rəmzi olan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik.

Dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik tariximizə ən böyük töhfələrindən biridir. Məhz Ulu Öndərin təşəbbüsü əsasında 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qəbul etdiyi qərarla 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. Bu tarixi qərarla Heydər Əliyev soydaşlarımızın birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmış, onun irəli sürdüyü azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarının vahid milli düşüncə işığında bir araya gəlməsini təmin etmişdir.

Azərbaycan dövlətinin inkişafı, ölkəmizin tərəqqisi hər birimizin müqəddəs arzusudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlının arzusunu gerçəyə çevirir. Azərbaycanın 2017-ci ildə bütün sahələrdə qazandığı möhtəşəm nailiyyətlər bunun sübutudur. İnanırıq ki, Azərbaycanın dinamik inkişafı növbəti illərdə də uğurla davam etdiriləcək, milli birliyimizin möhkəmləndirilməsinə yeni-yeni töhfələr veriləcəkdir.

Hörmətli dostlar!

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizə ən xoş diləklərimizi yetirir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, həyat və fəaliyyətinizdə uğurlar, xalqımıza sülh və firavanlıq arzulayırıq!

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...