THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda hakimiyyət daxilində yeni savaş başlanır

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
56
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 dekabr 2017 – Newtimes.az

Konstitusiya dəyişikliklərindən sonra gələn ilin aprelindən Ermənistana baş nazir qismində kimin rəhbərlik edəcəyi indi işğalçı ölkənin gündəmində yer alan əsas məsələdir. Bu vaxta qədər indiki prezident Serj Sarkisyanın gələn ilin aprelindən etibarən baş nazir qismində ölkənin idarəsini davam etdirməsi üçün hazırlıq gedirdisə, indi ortaya müəyyən maneələrin çıxdığı məlum olub. Belə ki, indiki baş nazir Karen Karapetyan əvvəl hökumət başçısı postundan geri çəkilməyə hazır olduğunu bildirsə də, artıq mövqeyini dəyişib. O, bundan sonra da tutduğu vəzifədə qalmaq niyyətini bildirir və bu da Serj Sarkisyanın planları ilə tam ziddiyyət təşkil edir.

Məhz bu fonda baş nazirlə prezident arasında münasibətlərin getdikcə kəskinləşməsi müşahidə edilir. Məsələnin maraqlı tərəfi odur ki, Sarkisyanın yanında yer alan bəzi yüksəkçinli məmurlar da Karapetyanı dəstəkləməyə başlayıb. Eyni zamanda onun erməni lobbisindən güclü dəstək alması barədə də məlumatlar var.

Maraqlıdır ki, məhz bu ərəfədə ABŞ-da erməni lobbisi tərəfindən Sarkisyan hakimiyyətinin əleyhinə aksiya təşkil olunub. Burada çıxış edən erməni müxalif siyasətçi Naira Zohrabyan bildirib ki, Ermənistanın hazırkı rəhbərliyi xalqı soymaqla məşğuldur. Onun sözlərinə görə, hakimiyyət insanların ölkədən getməsi, yerdə qalanların isə yardım ümidi ilə yaşaması üçün əlindən gələni edir: "Bu hakimiyyət sizi soyur. Onlar insanların ləyaqətlə yaşamaması üçün hər şey ediblər. Çünki onlara yardım alan subyekt lazımdır''.

Erməni politoloq Manvel Sarkisyan da diasporun Serj Sarkisyandan bezdiyini bildirir. O, bunu həm də hakimiyyətin soyğunçuluq siyasətindən əl çəkməməsi ilə əlaqələndirir. Manvel bildirir ki, elə bu günlərdə Los-Ancelesdə Ümumdünya Hayestan Fondu növbəti telemarafon keçirərək 12,5 milyon dollar vəsait toplayaraq Ermənistana yardım edib. Hər il keçirilən telemarafona qoşulanların sayı ilə yanaşı, yığılan məbləğ də azalır ki, bu da Ermənistan cəmiyyətində birmənalı qarşılanmır.

Misal üçün, ötən il 15,5 milyon dollar vəsait toplanıb. Manvel Sarkisyan telemarafon iştirakçılarının və toplanan vəsaitin ildən-ilə azalmasını təbii hesab edir. O qeyd edir ki, 20 il ərzində keçirilən telemarafonlarda 330 milyon dollardan çox pul toplanaraq Ermənistana verilib. Lakin bu pullar təyinatı üzrə xərclənmir. Dünyanın varlı erməniləri milyonlarla dolları toplayıb erməni xalqının güzəranının yaxşılaşması üçün verirlər. Lakin Ermənistan hökuməti yardım kimi toplanan pulları mənimsəyir.

Politoloq bildirib ki, bu gün Ermənistanda elə rayonlar var ki, oradakı insanlar çar Rusiyası dövründə tikilən binalarda yaşayırlar: "Ermənistan kəndlərinin bir çoxunun yolu, məktəbi, tibb məntəqəsi yoxdur. Əgər kəndlərdə yol yoxdursa, ehtiyac içində olan insanlara yardım edilmirsə, onda telemarafonda bu problemlərin aradan qaldırılması üçün toplanan vəsait hara xərclənir? Əslində, yardım məqsədilə yığılan pullar Ermənistan hakimiyyətinin nümayəndələri tərəfindən mənimsənilir. Bunu görən dünya erməniləri isə telemarafona qoşulmaqdan imtina edir, Ermənistana daha yardım etmək istəmirlər. Ona görə də telemarafon zamanı toplanan pulun məbləği getdikcə azalır”.

Politoloq keçmiş prezident Robert Koçaryanın və hazırkı prezidentin qardaşı Saşik Sarkisyanın çox imkanlı biznesmen olduqlarını bildirərək onların fonda pul köçürməmələrini xatırladır və bunun təəccüblü olduğunu qeyd edir. Nəzərə çatdırır ki, 20 il ərzində toplanan pullar hesabına bir kilometr yol çəkilməyib, bir məktəb binası tikilməyib. Bu fonda o, Karen Karapetyanın 2018-ci ilin aprelindən baş nazir qismində ölkənin idarəçiliyini davam etdirməsini məqbul sayır və diaspor qüvvələrinin də buna dəstək verəcəyini vurğulayır.

Xatırladaq ki, Ermənistanın yeni konstitusiyasına əsasən, 2018-ci ilin aprelində prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatandan sonra ölkədə birinci şəxs baş nazir olacaq. Serj Sarkisyan ölkəyə nəzarətini saxlamaq üçün baş nazir olmaq istəyir. Amma xaricdən dəstək alan Karapetyan görünür, onun bu arzusunu gözündə qoymaq niyyətindədir.

Maraqlıdır ki, hələ ötən il Karapetyan baş nazir təyin edilərkən Sarkisyan onu xilaskar kimi təqdim edərək ölkənin sosial-iqtisadi problemlərini həll edəcək qədər təcrübəli biri olduğunu bildirmişdi. Lakin Karapetyanın daha iddialı olduğu ortaya çıxdıqdan sonra onun fəaliyyət sahəsini məhdudlaşdırmağa başladı. İndi isə bu istiqamətdə mübarizənin kəskinləşməsi müşahidə olunur.

Belə bir vaxtda Rusiya mediasında da Sarkisyanın kəskin tənqid olunması diqqətdən yayınmır və erməni mediası bunun da arxasında Karapetyanın durduğunu iddia edir. Ermənistanın "Jamanak'' qəzetinin yazdığına görə, Moskvadan eyham ediblər ki, Sarkisyanın tənqid olunduğu proqramların sifarişçisini Ermənistan hakimiyyətinin daxilində axtarmaq lazımdır. Qəzet onu da yazır ki, məsələn, NTV-dəki proqramların birində Sarkisyanın tənqid edilməsini Ermənistanın özündən baş nazir Karapetyan sifariş verə bilər. Çünki telekanal 2000-ci ildən "Qazprom”un mülkiyyətindədir. Karapetyan isə "Qazprom''un meneceri işləyib və bu şirkətin rəhbərliyi ilə yaxın əlaqələri var.

Ermənistanın "Joxovurd'' qəzeti də yazır ki, Karapetyan 2018-ci ilin aprelindən sonra baş nazir vəzifəsində qalmaq istəyir. Qəzet qeyd edir ki, Karapetyan artıq baş nazirliklə bağlı təbliğat kampaniyasına başlayıb: "Sarkisyan isə buna qarşıdır. Mümkündür ki, 2018-ci il Ermənistanın daxili siyasi mühiti üçün ağır dövr olsun. Həmin vaxtdan baş nazir olacaq şəxs ölkənin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşıyacaq''.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı kifayət qədər çətin günlər gözlədiyini deməyə əsas verir.

Elçin Cəfərov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...