THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın növbəti ədabazlığı

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
152
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 dekabr 2017 – Newtimes.az

Düşmən ordusunun rəhbərliyi Sarkisyanı aldadır. Bəs, Sarkisyan özündən başqa kimi aldatmağa çalışır?

Dekabrın 2-də Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla quldur yığınından ibarət dəstənin üzvlərinin iştirakı ilə işğal olunmuş ərazilərimizdə qondarma "Artsax''la birgə təlimlər keçirildiyi bildirilib. Bu "miqyaslı'' təlimləri bədnam qonşularımızın öz xalqı üçün quraşdırdığı şou və ermənisayağı növbəti ədabazlıq adlandırmağımız daha düzgün olardı.

Təlim adlandırılan yaramazların toplantısından yayılan foto və videoları diqqətlə izləsək düşmən ordusunun rəhbər heyətinin sifətlərindən həm təlimlərə, həm də Sarkisyana nifrət dolu münasibəti aydın sezmək olar. Müşavirə otağına zorla gətirilən şəxsi heyətin üzlərindəki mimika və laqeyd baxışlar orada baş verən hadisələrə marağın olmamasını açıq-aydın hiss etdirir.

Ermənistan animatorlarının "təlim''lərdən hazırladıqları videomateriallar üzərində qrafika montajı, şəkillərdə isə fotoşop üsulu ilə xeyli cidd-cəhdlə "cadugərlik'' etmələri də işə əsla yaramayıb. Yayılan videogörüntülər təlimdən çox, məhəllədə uşaqların oynadıqları "dava-dava'' oyununu xatırladır.

Birtəhər silinib-süpürülüb nəqliyyat vasitələri də daxil olmaqla bir tabor sayında texnika toplayan Ermənistan rəhbərliyinin bu təlimləri utanmadan "miqyaslı'' adlandırması çox gülüncdür. Azərbaycan Ordusu birləşmə səviyyəsində istənilən təlimi keçirərkən belə cəlb edilən döyüş texnikasının sayı ermənilərin "miqyaslı'' təlimlərə toplaya bildiklərindən 3-4 dəfə artıq olur.

Səylə montaj edilmiş videogörüntülərdə 2-3 PDM və 3 tank dağda-daşda tozanaq qaldıraraq mənasız yerə ora-bura "çapır''. Ermənistan ordusu rəhbərliyi nə qədər yalandan tərifləsə də, təlimlərə cəlb edilən texnikaya "ən müasir'' döyüş texnikası deməyin də yalan olduğu yayımlanan videosüjetdən aydın görünür. Dağlıq əraziyə bənzər təlim mərkəzində, təpələrin ətəyində, soyuqdan əsnəyən tamaşaçıların qarşısında ora-bura sürülən döyüş maşınlarının "müasir'' vəziyyəti, kiçik bir maneəni dəf edərkən nə qədər çətinlik çəkərək ətrafı qara tüstüyə qərq etməsindən və ensiz yarğanı keçmək istərkən hansı hala düşməsindən aydın görünür.

Nə qədər izləsək də təlimdə düzgün, dəqiq taktiki fəaliyyətlər gözə dəymir. Guya texnikadan açılan atəşlər isə müxtəlif yerlərdə "pultla'' partladılan minalara, yaxud digər partlayıcılara, dəqiq desək daha çox "pirotexnik'' əməyinə bənzəyir. Yəni, toz-duman qaldıraraq boş yerə məqsədsiz sürülən döyüş texnikasının hansından, hansı hədəfə atəş açdığı, dəyib-dəymədiyi bəlli olmur, ümumiyyətlə, hədəfə dəyməsi belə şübhə doğurur.

Qeyd ediləsi maraqlı bir məqam da təlimləri izləmək məqsədilə döyüş bölgəsində fəaliyyət göstərmək üçün xüsusi kurs keçmiş xeyli sayda jurnalistin dəvət olunması idi. Amma nədənsə təlimləri "xeyli sayda'' media işçisinin izləməsinə baxmayaraq, oyuncaq müharibə səhnələri barədə məlumat yalnız Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytda yer alıb. Bu isə onu deməyə əsas verir ki, yalançı təlimlər hətta sayılıb-seçilən, çox oxunan Ermənistan mətbuatı üçün artıq heç bir maraq kəsb etmir.

Dediklərimizdən bu, hasil olur ki, kriminal hərbi-siyasi rejimin ordu rəhbərliyi Ermənistan prezidentinin başını aldatmaqla gözünə kül üfürür. Bəlkə də o, özü anlamır ki, ona nümayiş etdirilənlərin hamısı qurama, müasir hərb elmindən uzaq, oyuncaq savaş ssenarisidir. Ya da ki, o, özü Müdafiə Nazirliyinin rəhbərliyi ilə birlikdə belə səhnəciklər qurmaqla erməni xalqının başını aldatmaqda davam edir.

Sadaladıqlarımıza yekun vurarkən bir daha qeyd etmək zəruridir ki, bu birgə və "miqyaslı'' təlimlər Ermənistan dövlət rəhbərliyinin növbəti ədabazlığından başqa bir şey deyil. Əgər düşmən ordusunun rəhbərliyi Sarkisyanı aldadırsa, bəs onda Sarkisyan özündən başqa kimi aldatmağa çalışır? Bu suala cavab tapmaq üçün artıq erməni xalqı ciddi düşünməlidir.

İsa İsmayılov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...