THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Edvard Nalbandyanın "nalbəndlik" həvəsi

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
695
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 dekabr 2017 – Newtimes.az

Ermənistanın XİN rəhbərinin soyadı türkcədir – Nalbandyan, yəni nalbənd. Burada, əlbəttə, təəcüblü heç nə yoxdur. Ermənistanın ikinci prezidenti Robertin də soyadı türkcədir – Köçəryan. Ümumiyyətlə, ermənilərin bir çoxunun adı və ya əsasən soyadı türkcədir. Məsələn, Allahverdiyan, Pambıqçıyan, Emekçiyan (Çörəkçiyan) və s.

Məsələ budur ki, Edvard Nalbandyan noyabr ayının ilk həftəsində İsrailə rəsmi səfərə gedib.[i] Səfər zamanı iki ölkə arasında müxtəlif məsələlər müzakirə olunub. İki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi gündəmə gəlib. Ümumiyyətlə, Ermənistan və İsrail arasındakı münasibətlər bəzi erməni analitiklərin iddia etdikləri kimi heç bir zaman yüksək səviyyədə olmayıb. İsrail Ermənistan ilə münasibətlərdə daha təmkinlidir. İki ölkə arasnda ticarətin həcmi bir neçə milyon dollardır və Ermənistanın xarici ticarət dövriyyəsinin 0,1 faizini təşkil edir. Diplomatik münasibətlərin 1992-ci ildə qurulmasına baxmayaraq, İsrailin Ermənistanda səfirliyi belə yoxdur.[ii]

"Mavi Mərmərə'' gəmisində baş vermiş hadisədən sonra Türkiyə-İsrail arasında yaranmış böhran zamanı belə İsrail hökuməti qondarma "erməni soyqırımı''nın tanınması məsələsini Knessetin gündəminə gətirmədi. Erməni tərəfdarı bəzi yəhudi milliyyətçilərin "erməni soyqırımı''nın tanınması çağırışı isə heç bir nəticə vermədi.

Nalbandyan soyadından irəli gələn psixologiya ilə İsrail səfərində baş nazir Benyamin Netanyahunun atını nallamaq fikrinə düşmüşdü. Nal vurmaq təşəbbüsü isə həm öz adından, həm də "Böyük Ermənistan” adından həyata keçirildi.

Nalbandyan səfər zamanı İsrailin "i24 news'' televiziya kanalına müsahibə verib və bir sıra məsələlərə toxunub. Bu məsələlərdən biri də qondarma "erməni soyqırımı'' olub. Nalbandyan belə deyib: "Erməni soyqırımının tanınması holokostun qarşısını ala bilərdi.''[iii] Əlbəttə, İsraildə səfərdə olan Nalbandyan İsrail dövlətinin və yəhudi xalqının gözünə necə girə bilərəm həyəcanı ilə nə dediyini bilməyib. Moskva Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsindən məzun olan və siyasi elmlər namizədi elmi dərəcəsi alan Nalbandyanın belə məntiqsiz fikir bildirməsi onun savadsızlığından yox, erməni xislətindən irəli gəlir. Belə ki, Nalbandyanın iddia etdiyi qondarma "erməni soyqırımı'' ilə holokost arasında təxminən 25 il fərq var və XX əsrin əvvəllərində beynəlxalq hüquqda soyqırımı anlayışı yox idi.

Nalbandyan erməni xislətindən sıyrılaraq tarixə bir nəzər salsaydı, həqiqətən, soyqırımı törədilən cinayətləri xatırlamalıydı. Məsələn,

– ingilislərin 1769-70, 1876-79, 1896-1900-cü illərdə, xüsusilə də XIX əsrin sonu – XX əsrin əvvəllərində Hindistanda müxtəlif qətliam və aclıqdan 27 milyon hindlini öldürməsini;[iv]

– Mora müsəlmanlarına qarşı 1821-ci il avqust ayına qədər davam edən yunan din adamlarının törətdikləri qətliamı;[v]

– 1877-1878-ci illərdə bolqarların 450 min müsəlman türkü qətl etməsini;

– XIX əsrə qədər kölə ticarəti nəticəsində təxminən 35 milyon insanın öldürülməsini;

– 1492-ci ildə Kolumbun Amerika qitəsini kəşf etdiyində sayları 8 milyon olan Aravaks yerlilərinin 22 ildən sonra 28 minə qədər azalmasını;

– norveçlilərin taterlərə qarşı qətliamı və qadınlarının zorla qısırlaşdırılmasını;

– ingilislərin Avstraliya aborigenlərinə qarşı soyqırımı. İngilislərin onları heyvan kimi ovladıqlarını;

– almanların Afrikada (Namibiyada) heroro və namalılara qarşı qətliamı nəticəsində 132 min yerlidən sadəcə 15 minin sağ qaldığını və s.

Əlbəttə, Nalbandyan bunları bilir, amma dilə gətirmir. Çünki ermənilər milli kimlik və ənənələrini qorumaq üçün bir düşmən obrazı axtarırdı və türkləri tapdılar.

Nalbandyanın İsrail səfəri region mətbuatında da müzakirə edildi. İran Ermənistanın İsrail ilə əlaqələrini genişləndirməsindən narahat olduğunu bildirdi. İran XİN-nin mətbuat katibi "sionist rejimin'' bölgədə sabitliyi pozmağa cəhd etdiyini, bu səbəblə də ermənilərin Qafqaz bölgəsində diqqətli olması gərəkliyini ifadə edərək, Ermənistana ultimatum verdi.[vi]

Ermənistanın İrana rəğmən İsrail ilə münasibətlərini genişləndirməyə çalışması olduqca problemlidir və ciddi nəticələr əldə edilmə ehtimalı olduqca zəifdir. İran bölgədə Ermənistana əsasən iqtisadi və siyasi olaraq nəzarət edə bilən ölkələrdən biridir. Ayrıca, Ermənistanın İsrail ilə iqtisadi və hərbi-siyasi sahələrdə əməkdaşlıq etməyə potensialı yoxdur. Ermənistan əsasən Rusiyanın verdiyi borcla Rusiyadan silah aldığı üçün başqa dövlətlərdən silah almağa sadəcə iqtisadi gücü çatmır.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Глава МИД Армении проводит встречи в Израиле https://regnum.ru/news/polit/2342481.html, 7 ноября 2017.

[ii] Нетаньяху: Израиль готов расширять отношения с Арменией https://regnum.ru/news/polit/2342989.html, 8 ноября 2017.

[iii] Глава МИД Армении: ''Признание Геноцида армян могло предотвратить Холокост'' http://armenianreport.com/pubs/171510/, 10 ноября 2017.

[v] Müslümanlara yapılan soykırımlar, https://www.dunyavegercekler.com/haber/9656-muslumanlara-yapilan-soykirimlar.html, 12 Ocak 2015.

[vi] Иран советует Еревану быть внимательнее в отношениях с Израилем https://regnum.ru/news/polit/2344719.html, 13 ноября 2017

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...