THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa İttifaqından Ermənistana ağır zərbə

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
336
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 noyabr 2017 – Newtimes.az

Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində bu ölkənin işğalçılıq siyasəti qətiyyətlə pislənilir

Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən Birgə Bəyannamə işğalçı Ermənistana beynəlxalq birlik tərəfindən vurulan növbəti ağır zərbə oldu. Çünki sammitin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib.

Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəklənib. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.

Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Ermənistan tərəfinin isə bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb.

Sənəddə qeyd olunur ki, sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edir. Sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırır. Sənəddə qeyd edilir ki, münaqişələrin həlli, etimadın qurulması və qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf, eləcə də əməkdaşlıq üçün vacibdir. Sammit iştirakçıları mövcud formatlar çərçivəsində və ya formatların dəstəklənməsi ilə, həmçinin lazım gəldikdə ərazilərdə fəaliyyət göstərməklə münaqişələrin həlli və etimadın qurulması istiqamətində səyləri və Avropa İttifaqının güclənmiş rolunu alqışlayır.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk sammitin sonunda keçirilən mətbuat konfransında bildirib ki, tərəfdaş ölkələrdə davam edən münaqişələr əməkdaşlığa mane olur. Çünki Avropa İttifaqı tərəfdaşları ilə gələcəkdə əlaqələri möhkəmləndirməyə sadiqdir. Qurum üçün əməkdaşlıqda birlik nümayiş etdirmək ən vacib məqsəddir və bu təşkilat tərəfdaş ölkələrin ərazi bütövlüyünə, suverenlik və müstəqilliyinə öz dəstəyini ifadə edir.

Şərq Tərəfdaşlığı Sammitində çıxış edən Prezident İlham Əliyev bir daha Ermənistanın işğalçı siyasətini dünya birliyinə bəyan edib.

Azərbaycanın üzləşdiyi əsas çağırışın torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdirilməsi olduğunu söyləyən dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və ölkəmiz etnik təmizləmə siyasətinə məruz qalıb. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin bu qətnamələr Ermənistan tərəfindən yerinə yetirilmir: "XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır”.

Xatırladaq ki, bu sammitdən bir gün öncə NATO-nun Şimali Atlantika Şurasının iclasında da Prezident İlham Əliyev tutarlı arqumentləri ilə Ermənistanı ifşa etmişdir. Toplantıda bir daha münaqişənin həlli istiqamətində aparılan danışıqlara geniş şəkildə toxunan dövlət başçısı Ermənistanın işğal edilmiş torpaqlarımızda törətdiyi hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi və etnik təmizləməyə məruz qalması barədə ətraflı məlumat vermişdir. Prezident bir daha vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi icra edilmir və Ermənistan status-kvonu saxlamaq niyyətindədir: "ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır”.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirmişdir ki, Cənubi Qafqazda həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlığa səbəb olan məsələdir. Münaqişənin hərbi yolla həll olunması imkanının olmadığını deyən baş katib NATO-nun bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini dəstəklədiyini vurğulamışdır.

Bir sözlə, həm Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən Birgə Bəyannaməni, həm də NATO-nun Baş katibi Yens Stoltenberqin mövqeyini Prezident İlham Əliyevin xarici diplomatiyasının növbəti uğuru kimi qiymətləndirə bilərik. Çünki bu mötəbər qurumlar bir daha Ermənistanın işğalçılıq siyasətini təsdiqləmiş oldular. Bu isə terrora dövlət səviyyəsində dəstək verən Ermənistan hakimiyyətinə vurulan ağır zərbə oldu.

Rəşad Baxşəliyev

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...