THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gecikmiş etiraf: Ermənistan fəlakətlə üz-üzə

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
953
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 noyabr 2017 – Newtimes.az

Uzun illərdir ki, rəsmi Bakı Ermənistan rəhbərliyinin yarıtmaz və zərərli siyasət yeritdiyi haqqında tutarlı faktlar ortaya qoyur. Analitiklər də zaman-zaman həmin mövzuda təhlillər aparırlar. Lakin hər dəfə həm erməni ekspertləri, həm də Ermənistanın kriminal xunta rejimi bunları təkzib etməyə cəhd göstərir. Üstəlik, Qərbin üzdəniraq qeyri-hökumət təşkilatları və bəzi dairələri Ermənistanı az qala regionun ən demokratik, insan haqlarının gözlənildiyi və demokratikləşən ölkə kimi təqdim edirdilər. Budur, diaspor nümayəndəsi Zare Palyan tamamilə əks mövqe nümayiş etdirir. O, konkret faktlarla Ermənistan hakimiyyətinin insan haqlarını tapdaladığını, öz xalqını güdaza verdiyini, işgüzar dairələri sıxışdırdığını, korrupsiyanı yüksək səviyyəyə qaldırdığını sübut edir. Bütün göstəricilərə görə Ermənistan dərin böhran içindədir və onun xilas olmaq imkanları minimaldır.

Transformasiyalara ehtiyac: acgöz və tamahkar hakimiyyətin yolu

Serj Sarkisyanın 2040-cı ilə qədər Ermənistan əhalisinin sayını 4 milyona çatdırmaq proqnozu ilə bağlı dediyi fikirlər erməni cəmiyyətində ciddi narazılıqlar yaradıb. Ekspertlər hakimiyyətin belə danışmasını onun dərin böhran içində olması ilə izah edirlər. Hesab edirlər ki, S.Sarkisyan iqtidarı faktiki olaraq ölkənin inkişafdan qalacağını proqnozlaşdırır. O cümlədən, əhali artımı məsələsinin həll edilə bilinməyəcəyinə işarə edir. Çünki 23 il ərzində Ermənistanda əhali artımının cəmi 1 milyon 100 min təxmin edilirsə, bu, fəlakətdir (2016-cı ilin statistikasına görə, Ermənistanda əhalinin sayı 2 milyon 925 min olub).

Əslində, S.Sarkisyan haqlıdır – erməni cəmiyyətinin indiki şərtlər daxilində gələcəyi müəmmalıdır. Burada gənc nəslin vəziyyəti acınacaqlı olaraq qalır. İnsanlar ölkəni sürəkli tərk edirlər. Onlar dünyanın müxtəlif regionlarına sözün həqiqi mənasında Sarkisyan istibdadından qaçırlar. Bununla yanaşı, gedənlərin geri dönmə ehtimalı çox aşağıdır. Bu barədə bir sıra erməni mütəxəssis, ictimai xadim və ekspertlər danışırlar.

Bunun son təzahürlərindən biri bu günlərdə keçirilən Ermənistan-Diaspor VI ümumerməni konfransında ifadə edilən fikirlər olub. ABŞ-da yaşayan ictimai xadim Zare Palyan jurnalistlərə Ermənistan hakimiyyətinin yeritdiyi siyasətlə bağlı öz fikirlərini açıq bildirib. Z.Palyan S.Sarkisyanın əhali artımı ilə bağlı söylədiklərini belə şərh edib: "Əgər o, belə danışırsa, anlamalıdır ki, ölkədə ciddi transformasiyalara ehtiyac vardır" (bax: Этот путь ведет нас в пропасть – Заре Палян / "lragir.am", 18 sentyabr 2017).

Sözlərinə davam edərək Z.Palyan bildirib ki, Ermənistan iqtidarının bu siyasəti davam edərsə, insanların geri dönüşü mümkün olmayacaq. Razılaşaq ki, kifayət qədər ciddi ittiham olsa da, o, reallığı əks etdirir. İnsanların Ermənistanı tərk etməsinin əsas səbəbi hakimiyyətin yarıtmaz, düşünülməmiş, məntiqsiz və anti-demokratik daxili və xarici siyasət yeritməsidir.

Müqayisə üçün deyək ki, Gürcüstanın, indiki statistikaya görə, əhalisinin sayı 3 milyon 719 mindir. Azərbaycanda əhalinin sayı 9 milyon 762 min nəfərdir (2016-cı ilə olan göstərici). Və Azərbaycanda əhalinin artım qrafiki yüksələndir, Ermənistanda isə azalmağa doğrudur. Adi müqayisələr göstərir ki, hazırda Ermənistan əhalisinin sayı təqribən təkcə Bakıda yaşayanlar qədərdir (Bakıda 2017-ci ilin mart ayına olan məlumata görə, 2 milyon 250 min insan yaşayır).

Təbii ki, hətta bu qısa müqayisələr belə göstərir ki, Ermənistan hələ uzun müddət demoqrafik böhran içində yaşayaraq qonşularından xeyli geridə qalacaq. İndi Azərbaycanda insan resursları Ermənistandan 5 dəfə çoxdursa, 2040-cı ildə 10 dəfə çox ola bilər. Z.Palyan kimi şovinist ermənilər də məhz bu gedişatdan qorxurlar. Lakin həqiqəti deyirlər.

Zare Palyan fikirlərinə davam edərək deyib ki, "Ermənistan hakimiyyəti heyrətamiz dərəcədə acgöz və tamahkardır" (bax: əvvəlki mənbəyə). Mövcud situasiya onları ayıltmalıdır. Prezident və məmurlar əməllərinə bir də nəzər salmalıdırlar. O, erməni hakimiyyətində oturanları nəzərdə tutaraq ifadə edib: "Sərhədsiz acgözlüyün sonu görünmür. Əlbəttə, hər şeyi dəyişmək olar, lakin adamlar bu "dəyirmanda" özlərini cənnətdə hiss edirlər – vicdansızcasına və müzakirə etmədən talayırlar. Elektrik enerjisinin qiymətini qaldırırlar, hərçənd, insanların əlində pul yoxdur. Bu isə o deməkdir ki, onlar (hakimiyyətdəkilər – red.) heç nəyi dəyişmək istəmirlər və insanların Ermənistanı tərk etməsi üçün əllərindən gələn hər şeyi edirlər. Bu yol bizi uçuruma aparır, onu saxlamaq lazımdır" (bax: əvvəlki mənbəyə).

Doğrudur, cənab Zare Palyan, uzun illərdir ki, elə rəsmi Bakı da eyni fikirləri ifadə edir, Ermənistan hakimiyyətini ağıllı olmağa, öz xalqını bada verən siyasətdən əl çəkməyə çağırır. Lakin, açıq danışaq, nə sizlər (erməni diasporu), nə də Sarkisyan rejimi həqiqəti eşitmək istəmirsiniz. İndi özünüz Ermənistan hakimiyyətinin haqsızlıqları ilə rastlaşıb etirazınızı bildirirsiniz.

Ədalətsiz və korrupsiyaçı: Sarkisyan iqtidarının iki özəlliyi

Budur, Zare Palyan deyir ki, diaspor və xarici sərmayədarların Ermənistan iqtidarına etibarı sıfırdır. Onun özü şəxsən 4 dəfə Ermənistanda biznes qurmaq istəyib və 120 min ABŞ dolları həcmində sərmayə yatırıb. Lakin onların hamısını əlindən alıblar. Məhkəmə isə yoxdur. Beşinci dəfə isə İrəvanda ümumiyyətlə ona, "çıx get!", deyiblər. Bütün bunlardan Z.Palyanın çıxardığı nəticələr belədir – Ermənistan hakimiyyəti quldur, acgöz, dağıdıcıdır, xalqı qırır, əxlaqsızdır, zadəganlığı yoxdur, korrupsionerdir və ədaləti tanımır (bax: əvvəlki mənbəyə).

Bunlardan başqa, Ermənistanda vəzifəyə qanında vəhşilik və ədalətsizlik olanları təyin edirlər. Belə təyin edilmiş naziri millətin rifahı üçün işləməyə məcbur etmək mümkün deyil. Bu səbəbdən də "Ermənistanda düz adamı axmaq sayırlar, onu heç bir yerə buraxmırlar. Varlanmaq üçün hər şeyə hazır olanları isə çevik və istedadlı adlandırırlar" (bax: əvvəlki mənbəyə).

Maraqlıdır ki, Zare Palyan erməni katolikosu II Qaregini də ikiüzlülükdə ittiham edib. O deyib ki, Serj Sarkisyanla katolikos Qaregindən həqiqət gözləmir, "başqalarının yazdıqlarını oxumaq heç kimə şərəf gətirmir" (bax: əvvəlki mənbəyə). Yəni nə Ermənistanın dövlət başçısı, nə də dini rəhbəri öz sözünü demir, kənardan edilən diqtə ilə oturub-dururlar. Buna görə də onların danışdıqları erməni xalqının deyil, kənar qüvvələrin maraqlarını ifadə edir.

Belə məlum olur ki, Ermənistanda daxili sosial-siyasi, iqtisadi, əxlaqi və mədəni vəziyyətin dərin böhran içində olduğu barədə artıq ermənilərin özləri yüksək səslə danışırlar. Ancaq burada iki maraqlı məqam mövcuddur.

Birincisi, Ermənistanın uçuruma getdiyi barədə Azərbaycan tərəfi dəfələrlə bəyanat verib, izah edib. Lakin Bakı bu haqda danışanda ermənilər tamam əksini söyləyirdilər. Onlar Azərbaycanda qondarma problemlər axtarır və bunun fonunda Ermənistanın "inkişafından" bəhs edirdilər. Xüsusilə, erməni ordusunu hər şeyə qadir göstərirdilər. Aprel döyüşlərindən sonra isə Ermənistan cəmiyyəti sanki ayıldı. Hadisələrə nisbətən obyektiv yanaşmağa çalışdılar. Nəticədə, hakimiyyətin bütün qüsurları ilə bağlı fikirlərini açıq deyənlərin sayı artdı. İndi Ermənistanda dövlətçilik tarixindən tutmuş hazırkı erməni rəhbərliyinə qədər bütün hadisələri yenidən nəzərdən keçirməyə cəhdlər edilir. Bir sıra erməni tarixçisi artıq "soyqırımı" nağılının kənardan sırındığını, əsrlərlə türklərlə ermənilərin yanaşı yaşadığını, azərbaycanlıların düşmən obrazını yaratmağın fəlakət olduğunu və s. vurğulayırlar. Özlüyündə bunlar maraqlı məqamlardır.

İkincisi, beynəlxalq qeyri-hökumət təşkilatları hesabatlarında Ermənistanı Cənubi Qafqazda ən demokratik, korrupsiyanın az olduğu, demokratik islahatların uğurla keçirildiyi ölkə kimi təqdim edirlər. Təkcə Z.Palyanın gətirdiyi faktlar göstərir ki, bütün bunlar cəfəngiyatdır. Qərbin siyasi dairələri, qeyri-hökumət təşkilatları və sosial şəbəkələri əsasən ikili standartlarla hərəkət edirlər. Onlar ağa qara, qaraya da ağ deyə bilirlər. Onu vurğulayaq ki, indi bu barədə bir sıra alman KİV orqanı da yazır. Reallıqda Qərbin müəyyən dairələri dərin islamofobiya mərəzinə tutulublar. Nəticəsi də göz qabağındadır. Ermənistan indi uçuruma doğru daha sürətlə irəliləməkdədir. Əgər onun təcavüzkarlığına dəstək verməsəydilər, onu işğal etdikləri Azərbaycan torpaqlarından rədd etsəydilər, indi Ermənistanda vətəndaşlar insan ləyaqətinə uyğun olan şəraitdə yaşayardılar.

Hər nə isə, məlum olur ki, erməni ziyalıları da, Qərbin siyasi liderləri də Ermənistan məsələsində gecikiblər. Burada müstəqil dövlət quruculuğu baş tutmadı. Sonra necə olacaq, o da ermənilərin öz işləridir. Lakin bütün hallarda Ermənistanın işğalçı ordusu zəbt etdiyi Azərbaycan torpaqlarından çəkilməsə, erməniləri heç havadarları da xilas edə bilməyəcək. Bu da həqiqətdir, cənab Zare Palyan və Zori Balayan!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...