THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cenevrə görüşü: Ermənistanın dilemması və ikiüzlülüyü

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
479
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 noyabr 2017 – Newtimes.az

1988-ci ildə başlayan Dağlıq Qarabağ problemi 1991-ci ilin sonları – 1992-ci ilin əvvəllərində hərbi əməliyyatlar müstəvisinə keçdi və 1994-cü ilə qədər Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdi; nəticədə bir milyona yaxın azərbaycanlı yaşadıqları torpaqlardan didərgin düşdü. Ermənistan rəhbərliyi və erməni xalqı Dağlıq Qarabağ müharibəsində əldə etdikləri müvəqqəti üstünlüyün eyforiyasına qapılaraq müharibədə qalib gəldiklərini zənn edirlər. Lakin müharibə qurtarmayıb sadəcə döyüşlər dayanıb, olduqca kövrək olan və konkret tarixi olmayan atəşkəs müqaviləsi çərçivəsində Azərbaycan atəşkəs rejimini qoruyub saxlamağa çalışır.

Əlbəttə müharibə bitməyib, Azərbaycan Respublikasının Ali Baş Komandanı Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin vacibliyini ən yüksək beynəlxalq tribunalardan dilə gətirsə də, Ermənistanın danışıqlar prosesindən uzaqlaşacağı, Dağlıq Qarabağda təxribatları davam etdirəcəyi təqdirdə layiqli cavab veriləcəyini və hərbi əməliyyatlara başlanılacağını heç bir zaman istisna etməyib. Belə ki, 2016-cı ilin aprel ayında Ermənistan Dağlıq Qarabağda atəşkəs rejimini pozaraq hərbi əməliyyatlara başladığı zaman Azərbaycan ordusu bu hücumların qarşısını almış, Ermənistan ordusuna ciddi zərbə vuraraq, bir neçə strateji yüksəkliyi ələ keçirmişdi. Aprel ayınıda baş verən hadisələrin nəticələri barədə erməni xalqı hər şeyi bilməsə də, Serj Sərkisyan nəticələrin necə olduğunu çox gözəl bilir.

Uzun müddətdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan Minsk qrupunun vasitəçiliyi ilə 16 oktyabr tarixində Cenevrədə bir araya gələrək Dağlıq Qarabağ probleminin həll yollarını müzakirə etdilər.

Cenevrə görüşünün baş tutmasının əsl səbəblərindən biri Ermənistanın bu görüşdə müəyyən irəliləyiş əldə etmək arzusu yox, beynəlxalq aləmdə müzkirədən yayınan tərəf olmaq imicinin yaxşılaşdırılması olmuşdur. Adətən tərəflər yüksək səviyyədə görüşmədən əvvəl hər iki ölkənin XİN rəhbərləri və Minsk qrupu görüşə zəmin hazırlayır. Bu prosesdə XİN rəhbərlərinin və Minsk qrupunun prezidentlərin hansı məsələlər ətrafında müzakirələr aparacağı haqqında ölkə və region KİV-də heç bir məlumat verilməmişdi.

Qeyd edək ki, 2016-ci il aprel hadisələrindən sonra Cenevrə görüşü prezidentlərin üçüncü görüşü olsa da (Vyana-may 2016, Sankt-Peterburq-iyun 2016) əvvəlki iki görüşdə də Ermənistanın uzlaşmaz mövqeyinə görə hər hansı bir razılaşma əldə edilməmişdi.   

Prezidentlərin görüşundən əvvəl Ermənistan parlamentinin sabiq üzvü Tevan Poqosyan "əgər kimsə Cenevrədə prezidentlərin Dağlıq Qarabağ problemini müzakirə edəcəyini düşünürsə, mənim heç bir gözləntim yoxdur. Bu görüş Minsk qrupu həmsədrlərinin görüşmək xahişinə bir jestdir və ən yaxşı halda prezidentlər Vyana və Sankt-Peterburq görüşündə əldə edilən məsələlər ətrafında müzakirə apara bilər''  [i] demişdir.

Cenevrə görüşündən sonra hər iki ölkənin XİN rəhbərləri və həmsədr ölkələrin nümayəndələri prezidentlərin görüşünün nəticələri barədə belə məlumat vermişdir:

– görüş konstruktiv atmosferdə keçmişdir;

– prezidentlər danışıqlar prosesinin aktiv olması barədə həmfikirdirlər;

 cəbhə xəttində gərginliyin azaldılması üçün əlavə addımlar atmaq haqqında razılığa gəliblər. [ii]

Bu bəyanatdan belə görünür ki, Vyana və Sankt-Peterburq görüşlərində əldə edilən razılaşmalarda heç bir irəliləmə yoxdur. Çünki Ermənistan problemin həll edilməsində maraqlı deyil. Maraqlı deyil ona görə ki, birincisi, Serj Sərkisyan hakimiyyətinin qorunmasında və saxlanılmasında əsas amil Dağlıq Qarabağ problemidir, ikincisi həmsədr dövlətlər işğalçı olmasına baxmayaraq Ermənistana təzyiq etmir.

Nə Minsk qrupu həmsədr dövlətlərdən, nə də beynəlxalq aləmdən heç bir təzyiq görməyən Ermənistan görüş zamanı cəbhə xəttində gərginliyin azaldılması üçün əlavə addımlar atmaq haqqında razılığa baxmayaraq, bir gün sonra cəbhənin qərb istiqamətində atəşkəsi pozaraq təxribat törətmək istərkən bir əsgərini itirib.

Maraqlıdır ki, görüşdən bir gün sonra Prezident Serj Sərkisyan Cenevrədəki erməni disporunun nümayəndələri ilə görüşərkən belə deyib: "Bizim üçün yeganə həll Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmamasıdır.''  [iii]

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov məsələyə münasibət bildirərək belə deyib: "Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir.''  [iv]

Minsk qrupu həmsədrləri problemin həll edilməsi üçün hansı prinsiplər üzərində müzakirələr aparıldığını deməmələrinə baxmayaraq, Serj Sərkisyanın belə bir ifadə işlətməsinə heç bir reaksiya verməmişdir. Bu isə həsədrlərin passivliyinə və Ermənistan rəhbərliyinin Minsk qrupunun vasitəçilik təşəbbüslərini ciddiyə almadığına dəlalət edir.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Встреча Саргсян-Алиев всего лишь жест сопредседателям МГ ОБСЕ: Теван Погосян http://ru.1in.am/1202253.html, 2017-10-15.

[ii] Стало известно о готовности Саргсяна и Алиева активизировать переговоры https://regnum.ru/news/polit/2334740.html, 16 октября 2017.

[iii] Саргсян после встречи с Алиевым: Единственное решение – это Карабах вне Азербайджана http://www.panarmenian.net/rus/news/247691/, 16 октября 2017.

[iv] Novruz Məmmədov: Ermənistan razılığı pozub, https://www.amerikaninsesi.org/a/cenevre-danisiqlari/­4073810.html, Oktyabr 17, 2017.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...