THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Fərdlərin terrorizmi: silah satışı və reallıqlar

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
483
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 31 oktyabr 2017 – Newtimes.az

2017-ci il 2 oktyabr tarixi ABŞ üçün faciəli bir gün oldu. Las-Veqas şəhərində 64 yaşlı Stiven Paddok qaldığı otelin pəncərəsindən Mandalay Bay kazinosunun yaxınlığında keçirilən kantri festivalında iştirak edən 20 min nəfərə avtomatik silahdan atəş açaraq azı 58 nəfərin ölümünə, 527 nəfərin müxtəlif dərəcədə yaralanmasına səbəb olmuşdur. Bu, ABŞ tarixində bir nəfərin həyata keçirdiyi terror nəticəsində ən çox itki verilən hadisədir. Polis əməliyyat keçirmədən əvvəl Paddok qaldığı otel nömrəsində intihar edib.

Qeyd edək ki, 2016-cı ilin iyun ayında Florida ştatının Orlando şəhərində Pluse gey klubuna törədilən terror aktında 49 nəfər öldürülmüş, 53 nəfər yaralanmışdı.

Bölgə Şerifi Josef Lombardonun dediyinə görə Paddokun evində aparılan axtarış zamanı 18 ədəd odlu silah, partlayıcı və bir neçə min mərmi, hələlik təyinatı məlum olmayan elektron cihazlar tapılıb və götürülüb. [i]

Las-Veqasın 64 yaşlı sakini bu günə qədər polis və təhlükəsizlik xidmətinin diqqətini çəkməyib, sıravi vətəndaş kimi yaşayıb.

Paddok Las-Veqas kimi şəhərdə yaşayıb, maddi problemləri olmayıb, hələlik bilinən heç bir terror təşkilatı ilə əlaqəsi olmayıb, dini sekta və cərəyanlara üzv olması da  təsdiqlənməyib. Əlbəttə bu hal olduqca narahatedicidir və mülki vətəndaşların hər hansı bir səbəblə də olsa öldürülməsi qəbuledilməzdir.

Bu faciəvi hadisə niyə baş verdi?

Praktikada dövlətlər bir nəfərin həyata keçirdiyi bu cür qırğınları terrorizm kimi təsnif etməkdən çəkinir. Hər vəchlə bunu fərdin törətdiyi qırğın kimi qələmə verir. Əlbəttə fərdlərin tək başına belə terror aktını planlaması zamanı heç kimsəylə ortaq hərəkət etməməsi, təmasda olmaması səbəbi ilə təhlükəsizlik xidmətlərinin diqqətindən yayına bilər. Amma Paddokun 18 ədəd odlu silah, partlayıcı və bir neçə min mərmi, elektron cihazlar tədarük etməsi bütün hallarda ABŞ təhlükəsizlik xidmətinin diqqətini cəlb etməliydi. Belə ki, Paddok qaldığı otelə belə 10 ədəd "Vintovka” odlu silahı rahatlıqla gətirib.

ABŞ-ın bəzi əyalətlərində sadəcə yivsiz ov silahları deyil, yivli döyüş silahlarının satışına icazə verilir. Yəni pulu olan hər kəs rahat bir şəkildə silah satılan mağazaya gedib istədiyi silahı ala bilər. ABŞ-da silah satışı zamanı tələb edilən sənədlər (sadəcə ruhi dispanserdən sağlamlıq haqqında sənəd) avtomobil satışı zamanı tələb edilən sənədlərdən azdır. Silah satışına ən ciddi nəzarət edən Kaliforniya əyalətidir, amma digər əyalətlərdə qanunlar daha elastikdir və yetərincə nəzarət yoxdur. [ii]

ABŞ Konstitusiyasının 2-ci maddəsinin 2-ci bəndi silah ticarətinə icazə verir. 2-ci bənddə belə deyilir: "Müstəqil bir milis gücü, azad bir əyalətin təhlükəsizliyi üçün məcburi olduğundan, xalqın silah əldə etmə və gəzdirmə haqqı pozulmayacaqdır.''  [iii]

Hər dəfə bu cür faciələr baş verdikdən sonra ABŞ-da silah satışının məhdudlaşdırılması məsələsi geniş müzakirə edilsə də, hələlik ciddi bir dəyişiklik yoxdur. Əlbəttə bu zaman silah sənayesinin Konqressdə lobbiçilik fəaliyyətini də unutmaq olmaz.

2012-ci ilin dekabr ayında Konnektikut əyalətində orta məktəbə girən terrorist 20 azyaşlı şagirdi və altı məktəb əməkdaşını öldürdükdən sonra Prezident Barak Obama yivli silahların satışına məhdudiyyət qoyulması üçün görülən işləri sürətləndirmək istəsə də nəticəsi olmamışdır.

300 milyon əhalisi olan ABŞ-da fərdi silahların sayı 270 milyondan çoxdur. Fərdlərin silahlanması siyahısında ABŞ birinci yerdədir, hər 100 nəfərə 88 silah düşür. Dünya əhalisinin sadəcə 5 faizini təşkil etsə də, dünyada mülki şəxslərin sahib olduğu silahların 35 faizi amerikalıların əlindədir. ABŞ rəsmilərinin verdiyi məlumata görə  hər gün 19 uşaq odlu silahdan açılan atəş nəticəsində ölür və yaxud yaralanır. Hər il təxminən 10 min nəfər odlu silahla öldürülür. [iv]

Urban İnstitutunun 2010-cu il hesablamalarına görə silahlı insidentlərinin ABŞ-a vurduğu maddi zərər 500 milyon dollardır.

Silah ticarətinə məhdudiyyət gətirilməsinə qarşı çıxan əsasən Milli Tüfəng Birliyidir (MTB). 2014-cü ildə ABŞ-da keçirilən bütün növ seçkilərdə MTB 974.152 dollar ianə toplamış, bunun 809.462 dolları seçkilərdəki namizədlərə, 141.790 dollar isə partiyalara verilmişdir. Həmin il MTB ABŞ-da lobbi fəaliyyətinə 3 milyon 630 min dollar, xaricdə lobbi fəaliyyətinə isə 27 milyon 24 min 618 dollar xərcləmişdir.

Müqayisə üçün qeyd edək ki, ABŞ-da 10.843 Starbucks, 14.350 McDonald's, 38.15 ticarət mərkəzinə qarşılıq rəsmi icazə ilə silah satan mağazaların sayı yüxarıda qeyd edilənlərin cəmindən çoxdur – 64.747.

Ümumi mənzərə bu ikən, ABŞ-da silah ticarətinin məhdudlaşdırılması hələlik mümkün görünmür. Buna qarşı ciddi tədbirlər alınmazsa ABŞ-da fərdlərin təkbaşına böyük şəhərlərdə qırğınlar törətmə ehtimalı hər zaman vardır. Maraqlısı odur ki, belə qırğınların statistikasına diqqət yetirdikdə, ən son törədilən qırğında ölü və yaralı sayı əvvəlki qırğınlardan daha çox olur.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Массовое убийство в Лас-Вегасе стало самым кровавым в истории США, http://www.bbc.com/russian/news-41466241

[ii] Amerika'da Silahlanma Hakkı Tartışması Yeniden Gündemde, https://www.amerikaninsesi.com/a/silahlanma-hakk-tartismasi-yeniden-gundemde/1454729.html

[iii] ABD halkının silahlanma problemi, https://www.timeturk.com/abd-halkinin-silahlanma-problemi/haber-423513

[iv] ABD'de 285 milyon bireysel silah var, https://steemit.com/haber/@haber/abd-de-285-milyon-bireysel-silah-var

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...