THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Tarixi etiraf – Eduard Şarmazanov: Ermənistan təhlükəsizliyini tam olaraq təmin etməyə qadir deyil

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
157
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 oktyabr 2017 – Newtimes.az

Bu ifadəni Ermənistan parlamentinin sədrinin müavini Eduard Şarmazanov Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının yaradılması haqqında müqavilə parlamentdə ratifikasiya olunarkən işlədib.[i] Xarab olmuş saat belə gündə iki dəfə vaxtı doğru göstərir. Şarmazanov hər zaman doğru danışmasa da, nadirən də olsa ya cəhalətdən, ya da dəlalətdən doğru danışır. Bu da o nadir doğrulardan biridir. Bu o deməkdir ki, erməni siyasətçilər normal halda doğru danışa bilmirlər. Onların doğru danışmaları üçün saat kimi xarab olmaları şərtdir.

Şarmazanov daha sonra qeyd edib ki, biz ya bu, ya da digər hərbi blokda olmalıyıq. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) seçdik, çünki buna alternativ olanda (NATO nəzərdə tutulur) Türkiyə var, orada isə bizim görəcək işimiz yoxdur.

Ermənistan hökumətinin 25 ildir öz xalqına uydurduğu nağıllarda Ermənistanın təhlükəsizliyini qoruyacaq qədər güclü ordusu, milləti, tarixi keçmişi və gələcəyi olduğu iddiaları hara yox oldu? Son illərdə gündəmə gətirilən "Millər-Ordu'' konsepsiyasına nə oldu? Rütubətdən çürüyüb ətrafa üfunət iyimi verdi? Yoxsa reallığı görüb uydurma nağıllardan və konsepsiyalardan əl çəkdilər?

Şarmaznovun bu ifadəsindən sonra erməni KİV-ləri 25 ildir onlara danışılan uydurma nağılların təsirindən erməni "siyasi və hərbi elitasının'' Şarmazanovu istefa verməyə məcbur etmələrinin zəruriliyindən bəhs edən yazılar yazdılar. Şarmazanov isə hələ də öz yerindədir, çünki bu nağıllar elə ermənilərin Şarmazanovu istefaya göndərmələrini tələb etdikləri "siyasi və hərbi elita'' tərəfindən uydurulub.

Müqavilənin önəmi nədir?

Müqavilənin önəminin nə olduğunu düşünəndə ağıla ilk olaraq Rusiya gəlir. Bu müqavilə Ermənistandan daha çox Rusiya üçün önəmlidir. Çünki Rusiya cənub cinahının təhlükəsizliyini qorumaq üçün imkan qazanır. Maraqlıdır ki, bu zaman Ermənistan Rusiyanın cənub cinahının qorunması üçün for-post olmağa könüllü olur. Rusiya və Ermənistan mətbuatının bu müqavilənin eyni zamanda Ermənistanı Türkiyə və Azərbaycandan qoru iddiasının isə heç bir inandırıcılığı yoxdur. Bu erməni ictimai-siyasi rəyini aldatmaqdan başqa heç bir şeyə xidmət etmir.[ii] Doğrudur, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, amma 1991-1994-cü illərdə hərbi əməliyyatlar Azərbaycan-Ermənistan sərhəddində olsa da, əsasən Dağlıq Qarabağ bölgəsində keçirilib. Azərbaycan konstitusiyadan irəli gələn müddəalara istinadən Ermənistanın işğal etdiyi torpaqları geri alması üçün hərbi əməliyyatlara başladığında, Ermənistan Azərbaycan sərhədlərində hərbi əməliyyatlara başlayaraq təxribat yaratmasa, Azərbaycan heç bir zaman Ermənistan ilə sərhəddə hərbi əməliyyatlara başlamaz.

Türkiyənin Ermənistana hücum edəcəyi iddiası da əsassızdır. Belə ki, Ermənistan Türkiyəyə qarşı hərbi əməliyyatlara başlamasa, Türkiyənin Ermənistanı işğal etmə ehtimalı sıfıra bərabərdir. Bununla da Rusiya və Ermənistanın iddia etdiyi iki amil öz önəmini itirir və ortada sadəcə Rusiyanın cənub cinahının qorunması məsələsi qalır.

Ermənistanın hakim Respublika Partiyasını təmsil edən Vahram Bağdasaryan isə bu müqavilənin imzalanmasının Ermənistanın "Rusiyanın kosmik resurlarından faydalanmağa və və başqa bir ölkənin maddi-texniki bazasının imkanlarından istifadə etməyə imkan verdiyini'' bildirib.[iii]

Ermənistan bu müqaviləni imzlayıb ratifikasiya etməklə öz təhlükəsizliyini qoruduğunu düşünür, amma Ermənistan müstəqilliyini elan etdiyi ərəfədə və daha sonra Türkiyəyə yönəlik qondarma erməni soyqırımı iddialarını gündəmə gətirməsydi, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsəydi, indi daha mürəffəh bir ölkə olar, sosial-iqtisadi problemlərini həll edərdi.

Birləşmiş ordu qruplaşması nə deməkdir?

Obrazlı ifadələrdən istifadə etmədən bu qruplaşmanın nə olduğu haqqında məlumat versək, bunun, Ermənistanın İrəvan yaxınlığında Nubaraşen şəhərində və bir qismi də Türkiyə sərhəddində dislokasiya edilən Ermənistanın 5-ci ordusunun Rusiyanın komandanlığı altına verilməsidir.

Birləşmiş ordu qruplaşmasına kim əmr verəcək?

Mətbuatda çıxan informasiyaya görə birləşmiş ordu qruplaşmasına sülh vaxtı Ermənistanın, müharibə vaxtı isə Rusiyanın Ali baş komandanı əmr verə bilər. Sülh vaxtı əmr vermənin heç bir siyasi, hərbi və strateji üstünlüyü yoxdur.

Ermənistanın sabiq baş naziri, ELK-Çıxış bloku fraksiyasının üzvü deputat Aram Sarkisyan qeyd edir ki, bu müqavilə ilə Rusiya Prezidenti eyni zamanda Ermənistanın 5-ci ordusunun da ali baş komandanı olur.[iv]

Ermənistanın KTMT-dəki sabiq nümayəndəsi Stepan Qriqoryan da müqavilənin ratifikasiya edilməsində Ermənistan üçün ciddi təhlükələrin olduğunu qeyd edir.[v]

Rusiyanın Liberal-Demokrat partiyasının lideri Vladimir Jirinovski sülh zamanı belə birləşmiş ordu komandanlığının Ermnistana verilməsinə etiraz edərək, "mən komandanlığı Ermənistana verməzdim'' demişdir.[vi]

Qısacası, Ermənistan sosial, iqtisadi, siyasi və təhlükəsizlik baxımından çıxa bilməyəcəyi bir labirintin içərisindədir. Maraqlısı odur ki, Ermənistan rəhbərliyi bu labirintdən cıxmağa cəhd belə etmir. Əksinə, hakimiyyətini qorumaq üçün labirintin yeni dolanbaclarını öz əlləriylə inşa edir. Bütün sahələrdə ciddi problemlər yaşayan Ermənistanın bu problemləri həll etmək imkanı da hər gün bir az daha tükənir.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Отставка Шармазанова http://www.lragir.am/index/rus/0/comments/view/58515, 04 Октября 2017.

[ii] Армяно-российская объединенная группировка защитит Армению от угроз, исходящих как от Турции, так и от Азербайджана – Шармазанов https://rus.azatutyun.am/a/28775820.html, Октябрь 05, 2017.

[iii] Объединенная группа войск – конец суверенной Армении, https://istiglal.com/2017/10/07/, 07.10.2017

[iv] И после этого будут говорить, что верховный главнокомандующий Армении – Путин: Арам З. Саргсян http://ru.1in.am/1201604.html, 2017-10-08.

[v] Политолог видит опасность в соглашении об армяно-российской объединенной группировке https://rus.azatutyun.am/a/28778055.html, Октябрь 06, 2017.

[vi] Жириновский: Я бы оставил право командования по объединенной группировке с Арменией за Россией, http://novostink.ru/russia/207399-zhirinovskiy-ya-by-ostavil-pravo-komandovaniya-po-obedinennoy-gruppirovke-s-armeniey-za-rossiey.html#ixzz4veQiaBBP, 14-07-2017.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...