THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Vikipediyanın türk bölməsində Dağlıq Qarabağ

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
411
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 oktyabr 2017 – Newtimes.az

Üçüncü minillikdə bütün dünyada informasiya axtarışında fundamental dəyişikliklər müşahidə olunmaqdadır. Uzun bir dövr ərzində formalaşmış ensiklopediya buraxılışında da yeni bir anlayış ortaya çıxmışdır. Elektron ensiklopediya adlanan Vikipediya bu sahədə ənənəvi məktəbin bütün qaydalarını pozaraq sürətlə yayılmağa başlandı. Klassik mənada ensiklopediya mötəbər müəlliflər kollektivi tərəfindən hazırlanan, müxtəlif elmi mərkəzlər tərəfindən təsdiqlənən etibarlı informasiya mənbəyi olmuşdur. Vikipediya isə əksər hallarda həvəskarlar tərəfindən toplanan, ciddi akademik istinad üçün əsas ola bilməyəcək bir informasiya resursudur. Məlumatların qərəzli və ya doğru olması bir çox hallarda həmin mövzu üzrə mütəxəssis olmayan həvəskar və ya könüllü idarəçilərin rəyindən asılıdır. Lakin informasiya əsrində yaşamağımız öz təsirini göstərmişdir. Hər nə qədər bu məlumatlar obyektiv deyil subyektiv xarakter daşısa da, hazırda Vikipediya ən çox istifadə olunan mənbələrdən biridir.

2001-ci ildə ingilis dilində yaradılan Vikipediyanın hazırda dünyanın əksər dilləri üzrə bölmələri mövcuddur. Buna görə tam etibarlı mənbə olmasa belə Viki-ensiklopediyada hər bir ölkə həyatının müxtəlif sahələri üzrə, həm də müxtəlif dillərdə məlumatların yerləşdirilməsi zərurəti informasiya əsrinin tələbidir. Azərbaycan da təbii ki, qloballaşma proseslərinin informasiya mühitinə həlledici təsirlərini nəzərə alaraq bu proseslərdən kənarda qala bilməz. Mətbuatda tez-tez Vikipediyada Azərbaycanla bağlı qərəzli informasiyaların yer alması, xüsusən də ingilis, rus, fransız və digər bölmələrdə səhv informasiyaların verilməsi ilə bağlı haqlı fikirlər səslənir. Cavab olaraq da arqument gətirilir ki, xüsusən xarici dil bölmələrində ermənipərəst idarəçilərin (adminlərin) olması belə bir mənzərənin yaranmasına gətirib çıxarır.

Vikipediyanın qeyd olunan xarici dil bölmələrində Azərbaycanla bağlı qərəzli informasiyalarda erməni diasporasının Vikipediya idarəçilərinə təsiri şübhəsizdir. Lakin məsələnin başqa bir tərəfinə diqqəti yönəlmək istərdim. Vikipediya könüllülərin töhfəsi hesabına formalaşan informasiya resursudur. Buna görə də adminlərin subyektiv mövqeyi nə qədər olur olsun könüllülərin kütləvi informasiya daxiletmələrinin qarşısında dayana bilməz. Bir çox ölkələrin misalında bu həlledici rol oynayır. Təsadüfi deyil ki, hətta bəzi ölkələrdə viki-həyatın az qala bir həyat tərzi kimi qəbul olunması müşahidə olunmaqdadır. Azərbaycanda isə təəssüf ki, bu sahədə bir qədər laqeyd yanaşma müşahidə olunur. Doğrudur son dövrlər müəyyən irəliləyişlər var. Lakin hələlik kifayət qədər deyil.

Vikipediyanın türk dili bölməsinə, xüsusən də bu bölmədə bizim üçün həssas olan Dağlıq Qarabağla əlaqədar mövzulara diqqət çəkmək istərdim. İlk növbədə qeyd etmək lazımdır ki, Dağlıq Qarabağla əlaqədar mövzular məhduddur, cəmi 25-30 alt bölmədə toplanıb. Əksər məqalələrdə də Qarabağın ermənilər tərəfindən işğal edilən Azərbaycan torpağı olmağı göstərilib. Lakin məqalələrlə daha yaxından tanış olduqda bu ilkin təəssürat dəyişir. Belə ki, Qarabağı işğal edən hərbi xunta ilə bağlı "Dağlık Karabağ Cumhuriyeti' başlığı altında 10-a yaxın məqalə yerləşdirilib və erməni informasiya resurslarına istinadlara əsaslanır. Acınacaqlıdır ki, Şuşa, Ağdam və digər bölmələr olmadığı halda qondarma qurumun istifadə etdiyi "Kaşatag'', "Şuşi'', "Şaumyan'' anlayışları ilə bağlı türkcə məlumatlar var. Başqa bir misal: "Karabağ savaşı” adlı bölmədə daha çox ermənipərəst mövqe əks olunub. Bu bölmədəki təkcə məqalələrin adları hər şeydən xəbər verir – "Sumqayıt Pogromu'', "Kirovabad Pogromu'', "Bakü Pogromu'', "Maragha Katliamı'', "Koltso Harekâtı”. "Karabağ savaşı'' bölməsində yeganə reallığa yaxın məlumat "Hocalı katliamı'' məqaləsini fərqləndirmək olar. Ümumi mənzərəyə baxdıqda isə belə bir təəssürat yaranır ki, münaqişədə ermənilər heç Azərbaycan torpaqlarını işğal etməyib, Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməyib, Qarabağın işğal olunan hər bir kənd və şəhərində türk-azərbaycanlı əhaliyə divan tutmayıb, sanki biz ermənilərə qarşı poqromlar, qətliamlar törətmişik.

Bütün bunlara diqqət çəkməkdə məqsədimiz heç də Vikipediyanın türk bölməsinin idarəçilərini günahlandırmaq deyil. Baxmayaraq ki, bu yanlış məlumatların virtual məkanda yerləşdirilməsində birbaşa məsuliyyət daşıyırlar. Hər halda müşahidələrimiz deməyə əsas verir ki, bu dezinformasiyanın yayılmasında Türkiyədəki kriptoermənilərin və ola bilsin ki, elə Türkiyə vətəndaşı olan ermənilərin dəsti-xətti də görünür. İndiki halda daha çox bu yalanlara laqeyd yanaşan öz auditoriyamıza xitab etmək istərdim. Məlum olduğu kimi müstəqillik əldə etdiyimiz ilk günlərdən Azərbaycandan on minlərlə tələbə həm dövlət xətti, həm də müstəqil olaraq  Türkiyədə təhsil alıb. Bu gün də azərbaycanlı tələbələrin sayına görə Türkiyə ali təhsil müəssisələri ilk yerləri tutur. Bundan əlavə Türkiyə ictimai, elmi mühiti ilə yaxından tanış və əlaqəli olan müxtəlif qeyri-hökumət təşkilatları, dərnəklər, jurnalistlərin də sayı kifayət qədərdir. Bütün bu dairə doğru mənbələrə istinad etməyi və türk dilində qrammatik qaydalara uyğun yazmağı bacarır. Vikipediyaya məlumat əlavə etmək üçün isə bundan başqa qabiliyyət tələb olunur. Qalır bircə könüllü olmaq, hadisələrə laqeyd olmamaq. Hər bir fərdin informasiya mənbəyi və ya resursu olduğu müasir dövrümüzdə informasiya müharibəsinin iştirakçısı olmaq üçün vətəndaş borcundan irəli gələn könüllülük əsas şərtdir. Azərbaycanda Türkiyədə təhsil alan, ilkin mənbələrdən məlumatlı olan, gündəlik həyatında istifadə edən böyük bir qrup müxtəlif peşə sahibi olan insan var. Bütün bu insanların Azərbaycana qarşı aparılan bu informasiya müharibəsinə daha həssas yanaşması lazımdır.

Bu yerdə bir məqamı da xatırlatmaq istərdim. Türkiyənin özündə cari ilin aprel ayının 29-da Vikipediyaya (bütün dillərdə) giriş qadağan olunmuşdur. Türkiyənin Vikipediyaya giriş qadağası qoymasının səbəbi bu səhifədə yayımlanan iki məqalədə Türkiyənin İŞİD-ə dəstək verdiyinin yazılmasıdır. Türkiyə rəsmiləri Vikipediya rəhbərliyindən bu qərəzli və qeyri-obyektiv məqalələrin mətnlərinin dəyişdirilməsini tələb etmiş, lakin vikipediya idarəçiləri bunun "söz azadlığı"na zidd olduğunu əsas gətirərək dəyişdirməmişdir. Buna görə də Türkiyədə Vikipediya səhifəsinə qadağa qoymaq zərurəti yaranmış və bu qadağa tətbiq edilmişdir.

Türkiyədən Vikipediyaya giriş qadağan olunsa belə Vikipediyanın türk bölməsi fəaliyyətdədir. Türkiyəli istifadəçilərin müdaxilə edə bilmək imkanının olmaması isə Azərbaycan haqqında dezinformasiya yayanlara əlavə şərait yaradır. Buna görə də indiki halda Azərbaycandan bu bölümə informasiya yerləşdirilməsi zərurəti öz aktuallığını saxlayır.

Ərəstü Həbibbəyli,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

Xarici siyasət məsələləri şöbəsinin müdir müavini

Müəllifi Twitter də izləmək üçün: @AHabibbayli

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...