THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gintaras Visotskas. Seymin Antikorrupsiya Komissiyasının sədri Vitaliyus Qaylyusa açıq məktub

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1279
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 oktyabr 2017 – Newtimes.az

Mən "açıq məktub'' yazmağı xoşlamıram, lakin başqa çıxış yolum yoxdur. Seymin Antikorrupsiya Komissiyasının sədri Vitaliyus Qaylyus mənim ona hələ 2015-ci ildə verdiyim sualların heç birinə cavab verməyib. Buna görə onun bu il – 2017-ci ildə də lütfkarlıq göstərib mənə izahat verəcəyinə inanmıram.

Gintaras Visotskas Seymin Antikorrupsiya Komissiyasının sədri Vitaliyus Qaylyusa açıq məktubunu bu sözlərlə başlayır. AZƏRTAC məktubu təqdim edir.

Antikorrupsiya Komissiyasının sədrinə məktub

Buna görə də açıq məktub yazmağım labüddür, xüsusən ona görə ki, məsələ ciddidir. Son dərəcə ciddi bir komissiyanın rəhbərinin bu il sentyabrın 6-da nümayiş etdirdiyi davranış çox yersizdir. Bu davranış istər adı çəkilən komissiyaya, istərsə də Seymin özünə etimadı gücləndirmir. Parlament üzvünün hərəkətləri ən azı Litvanın beynəlxalq nüfuzuna ziyan vuran ikili standartların mövcud olmasını nümayiş etdirir.

Fikrimin daha aydın olması üçün əvvəlcə sentyabrın 6-da Seymin rəsmi saytında dərc edilmiş, Seymin Antikorrupsiya Komissiyasının rəhbəri, deputat V.Qaylyusun imzaladığı məlumatı sitat gətirirəm. Antikorrupsiya Komissiyası "Organized Crime and Corruption Reporting Project'' (OCCRP) Beynəlxalq Jurnalist Təhqiqatları Mərkəzinin pulların yuyulması ehtimalı haqqında, Azərbaycanın Avropanın vəzifəli şəxslərinə iri məbləğdə pul köçürməsi haqqında hesabatında göstərilən informasiyaya cavab'' olan rəsmi məktubunda Maliyyə Cinayətlərinin Təhqiqatı Xidmətinə (MCTX) müraciət edib. Antikorrupsiya Komissiyası həmin informasiyada göstərilən şəxslərin barəsində görülən preventiv tədbirlər və   onların Litva ilə mümkün əlaqələri barəsində komissiyaya məlumat verilməsini xahiş edir. Pulların yuyulmasının və terrorçuların maliyyələşdirilməsinin prevensiyası haqqında qanuna görə bu məsələ həmin xidmətin səlahiyyətlərinə aiddir''.

Seymin üzvü V.Qaylyus ilk baxışda özünü düzgün aparır. Sayıqlıq zəruridir. Lakin gəlin bu məsələyə daha diqqətlə baxaq.

Qəribə dostluq

V.Qaylyusun belə bir məktubu imzalamağa mənəvi haqqı varmı? Yoxdur. O, ədalət naminə bu işdən çəkinməli idi, çünki o, Ermənistan ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər məsələsində açıq-aydın qərəzli mövqe tutur.

Ermənistanı sevən və Azərbaycana şübhə ilə baxan Litva vətəndaşları heç bir pis iş görmürlər. Litva qanunları Ermənistanın Litvaya Azərbaycandan daha yaxın olduğunu hesab etməyi qadağan etmir, lakin Litva nümayəndələri, xüsusən rəsmi şəxslər dolayı yolla da olsa, Azərbaycanın Dağlıq Qarabağ üzərində həm NATO, həm Avropa İttifaqı, həm də Litvanın özü tərəfindən tanınmış hüququna mübahisə etməyə başlayanda təhlükəli vəziyyət yaranır. Bu halda aşkar ikimənalılıq görünür: əgər biz Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyünə hörmət ediriksə, onda Azərbaycanın Dağlıq Qarabağı özünə qaytarmaq hüququnu da dəstəkləməliyik.

V.Qaylyus məhz Dağlıq Qarabağ məsələsində Litvanın mövqeyinə dolayısı ilə şübhə edənlərdən biridir. Seymin əvvəlki çağırışında o, Dağlıq Qarabağ ilə (Ermənistanla yox, məhz Dağlıq Qarabağı işğal etmiş və indi orada ağalıq edən hakimiyyətlə) liberal Dalya Kuoditenin rəhbərlik etdiyi Dostluq Qrupuna mənsub idi. Buna görə də onun barrikadanın hansı tərəfində olduğunu anlamaq çətin deyil (2015-ci ilin əvvəlində mən ona məktub yazıb xahiş etmişdim ki, bu qrupun fəaliyyətində iştirak etməyə nə üçün razılaşdığını izah etsin, lakin ondan cavab almadım).

Antikorrupsiya Komissiyasının sədri məhz bu cür qəribə "dostluq'' ucbatından ən azı "göz aldatmaq'' üçün məktubu öz müavininin imzalamasına icazə verməli idi. Əgər o, özünün ermənipərəst əqidəsini açıq etiraf etmiş olsaydı, bu gün daha abırlı görünərdi.

Qəribə tələskənlik

Lakin Dağlıq Qarabağı işğal etmiş qüvvələrlə açıq-aşkar "qardaşlaşma'' cəhdləri və eyni zamanda, Litvanın rəsmi baxışlarında gizli şübhələr V.Qaylyusun atdığı yeganə qəribə addım deyil.

V.Qaylyusun qəribə tələskənliyi də diqqəti cəlb edir. Sentyabrın əvvəlində 15min.lt portalında pulların yuyulması ehtimalı haqqında məqalə dərc ediləndən bir gün sonra Antikorrupsiya Komissiyasının SRFP rəhbərliyinə obrazlı şəkildə desək, Azərbaycanın Litva siyasətçilərini pul gücünə ələ alıb-almadığının aydınlaşdırılması barədə ünvanlanmış xahişi dərc olundu.

Mən 15min.lt portalında dərc edilmiş yazını dəstəkləməyə və ya təkzib etməyə hazırlaşmıram. Həqiqətən Avropada korrupsiyaya qurşanmış, vicdansız, tamahkar siyasətçilər var. Avropa - müqəddəs inək deyil.

Amma hər halda, Seymin Antikorrupsiya Komissiyasının sədri nəyə görə öz müavinlərindən xahiş etməyib ki, onlar bu jurnalist təhqiqatını daha diqqətlə araşdırsınlar? Axı bir sutka ərzində bütün nüansları dəqiqləşdirmək çətindir. Məsələn, jurnalist təhqiqatının təşəbbüskarları arasında Qərbdə nüfuzlu erməni diasporunun və rəsmi Yerevanın erməni mənşəli jurnalistləri yoxdurmu?

Qəribə susqunluq

Lakin ən maraqlısı budur ki, təxminən yarım il bundan əvvəl Avropa parlamentarilərinin Azərbaycan rəhbərliyinə qəsdən, qərəzli, məqsədyönlü şəkildə qarayaxmaları üçün Ermənistanın onları pul gücünə ələ almaq cəhdləri məlum olanda cənab V.Qaylyus nə üçün susurdu?

Bu il baharda və yayda Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic Intelligence and Security Center) dərc etdiyi məlumatı Seymin Antikorrupsiya Komissiyasına açıq-aşkar xatırladıram. Bu kəşfiyyat təşkilatı 2002-ci ildə Brüsseldə təsis edilib.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin rəhbərlərindən biri - 59 yaşlı Klod Monike Fransa kəşfiyyatının (Fransa Xarici Kəşfiyyatının baş direksiyasının) keçmiş işçisidir. Onun işinin spesifikası kəşfiyyat məlumatlarını təhlil etməkdir. Jurnalist fəaliyyəti onun üçün pərdə idi. K.Monike terrorizm, casusluq, mütəşəkkil cinayətkarlıq, beynəlxalq münaqişələr üzrə ixtisaslaşıb. O, Nyu-Yorkda 11 sentyabr terror aktları haqqında kitab yazıb. K.Monikenin kitabları çox populyardır.

Təşkilatda ikinci şəxs 20 ildən artıq müddətdə təhqiqat jurnalistikası ilə məşğul olan Jenovefa Etyendir. Üçüncü şəxs 57 yaşlı sosioloq, Yaxın Şərq üzrə tanınmış mütəxəssis Uilyam Rasimoradır.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinizin maraq dairəsi Qərb sivilizasiyası üçün təhlükə doğuran təhdidlərdir.

ESISC kəşfiyyat təşkilatının müşahidələri

Bəs bu təşkilat özünün rəsmi www.esisc.org saytında nə dərc etmişdi? O, erməni diasporundan olan lobbiçilərin dəstəklədikləri qərəzli Avropa parlamentariləri qrupunun Mərkəzi və Şərqi Avropa dövlətiləri ilə ünsiyyətdə Avropa ölkələri hökumətinə güclü təsir göstərmək məqsədi olduğunu bildirirdi. Avropa parlamentarilərinin diqqət mərkəzində Azərbaycan da var. ESISC analitiklərinin sözlərinə görə, bu qrup Azərbaycana qarşı bütöv tədbirlər arsenalı hazırlayıb, həmin tədbirlərin köməyi ilə beynəlxalq rəyə çox böyük, lakin gizli təzyiq göstərilir.

Lakin ESISC hesabatının müəlliflərinin sözlərinə görə, ən maraqlısı odur ki, Avropa parlamentarilərinin nüfuzlu, çoxsaylı antiazərbaycan və eyni zamanda, ermənipərəst lobbi qrupu məhz 2012-ci ildə - Avropa strukturlarında "məlum şəxsin'' mühüm vəzifəyə təyin olunduğu vaxt formalaşmışdı.

ESISC analitikləri bildirirlər ki, bu şəxs beş ildən artıq müddətdə Avropa Şurasının insan haqları üzrə komissarı vəzifəsində işləmiş latış Nil Muyjniyeksdir. Bir sözlə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT), Avropa Şurası Parlament Assambleyasının siyasətçiləri ilə xaricdəki erməni diasporu, Ermənistandan olan məmurlar və Corc Soros Fondu arasında gizli əlaqələr sadalanır ki, Dağlıq Qarabağ Ermənistanın ərazisi kimi tanınsın – bu isə heç də az sensasiya deyil.

Yeri gəlmişkən, hesabatın ikinci hissəsində N.Muyjniyeksə xüsusi diqqət yetirilir. ESISC-in hesabatına görə, 2012-ci ildə AŞPA-ya seçilmiş Muyjniyeks avropalı diplomatları, Ermənistanın rəsmi vəzifəli şəxslərini, erməni lobbiçilərini, qeyri-hökumət təşkilatlarını və Corc Soros Fondunu birləşdirən gizli şəbəkənin əsas nümayəndəsinə çevrilib. ESISC analitiklərinin fikrincə, bu latış Avropa strukturlarında tutduğu nüfuzlu rəsmi vəzifədə mühüm rol oynayır, rəsmi Yerevanın Dağlıq Qarabağ barəsində maraqlarını Avropaya qəbul etdirir. O, Avropanın yeni siyasətçilərini də özünün ermənipərəst fəaliyyətinə cəlb etməyə çalışırdı. Qeyd etmək lazımdır ki, Şimal ölkələrindən və Baltikyanı dövlətlərdən (bu məqama xüsusi diqqət yetirək – müəllifin qeydi), Niderlanddan və Almaniyadan olan siyasətçiləri xüsusi canfəşanlıqla "ovlayırdılar''.

ESISC-in hesabatına daxil edilmiş cədvəldə göstərilir ki, son beş ildə N.Muyjniyeksin Avropa İnsan Haqları Şurasının komissarı olduğu dövrdə Avropada antiazərbaycan əhval-ruhiyyəsi güclənib.

Məhz onun rəhbərliyi dövründə AŞPA-nın rəsmi plenar iclaslarından əlavə, Ermənistana xeyir verən, Ermənistan və Rusiya silahlı dəstələrinin təcavüzü nəticəsində Dağlıq Qarabağı (azərbaycanca – Qara Bağ) itirmiş Azərbaycana ziyan vuran qeyri-rəsmi iclaslar da keçirilib.

N.Muyjniyeksin qrupunu bir məsələ narahat etmirdi ki, onların fəaliyyəti beynəlxalq hüququ və Avropada qərarlaşmış ərazi bütövlüyü prinsiplərini açıq-aşkar pozur. N.Muyjniyeks özünü elə aparırdı ki, guya BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etmiş və bütün azərbaycanlıları oradan qovmuş Ermənistanın hərəkətlərini pisləyən qətnamələrindən (822, 853, 874, 884 nömrəli) xəbəri yoxdur.

Hesabatda N.Muyjniyeksdən başqa Ermənistanın mövqeyini süni şəkildə irəlilədən bir neçə avropalı siyasətçinin soyadları da xatırlanır: Piter Omtsiqt, Kristof Ştrasser, Frank Şvabbe və Tini Koks. Onlar N.Muyjniyeksin Azərbaycanı daim tənqid edən, Ermənistanı isə regionda az qala nümunəvi dövlət elan edən qrupuna aid olunur.

Yeri gəlmişkən, artıq yeni intriqa başlanıb. N.Muyjniyeksin mandatı əbədi olmayacaq. Onu kim əvəz edəcək?

Bağışlanılmaz səhlənkarlıq

Bir sözlə, bu ilin ortalarında esisc.org portalında dərc edilmiş, iki hissədən ibarət hesabatı V.Qalyus "goplayıb''. Mənim fikrimcə, bu, bağışlanılmaz səhlənkarlıqdır. Ona görə ki, Avropa İttifaqı təcavüzkar Ermənistanın (deməli həm də Rusiyanın, çünki hazırda Rusiyanın hərbi bazası Ermənistanda dislokasiya edilib) maraqlarının girovuna çevrilməməli idi. Buna görə də bir məsələ açıq qalır: Seymin Antikorrupsiya Komissiyasının rəhbəri nəyə görə Litvada Ermənistan siyasətçiləri tərəfindən deyil, yalnız Azərbaycan siyasətçiləri tərəfindən pul gücünə ələ alınmış şəxsləri axtarır? Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin tarixi ilə maraqlanan bu sətirlərin müəllifi hesab edir ki, Litvada ermənilərin mövqeləri çox möhkəmdir. Şübhəli dərəcədə möhkəmdir.

Ermənistanın şübhəli dərəcədə güclü təsiri

Klaypedada, Kaunasda və Şyaulyayda neçə erməni xaçı – Xaçkar qoyulduğunu saymaq lazımdır. Amma azərbaycanlıların Litvada Xocalı qurbanlarının şərəfinə abidə qoymalarına icazə verilməyib. Bu, təsadüfdürmü?

Litva Seymində Azərbaycandan zorla qoparılmış Dağlıq Qarabağla dostluq qrupu yaradılıb. Lakin siz eşitmisinizmi ki, Seymin Milli Təhlükəsizlik Komitəsi, Litva Xarici İşlər Nazirliyi və ya Dövlət Təhlükəsizliyi Departamenti açıq xəbərdarlıq etsinlər ki, Litvanın bu cür "dostluğu'' Moldovanı, Gürcüstanı və Ukraynanı terror edən separatçılarla dostluğa oxşayır?

Litvada hər il həm Ermənistan, həm də Azərbaycan üçün ağrılı tarixlər qeyd edilir. Lakin Litva sakinlərinin soyqırımı və müqavimətini araşdırma mərkəzinin rəhbəri Birute Barauskayte və Qurbanlar muzeyinin direktoru Euqeniyus Peykştyanis yalnız ermənilərin tədbirlərinə gedirlər.

Bu il Ermənistandan gəlmiş və özünü dünyanın heç bir yerində tanınmayan qondarma "Dağlıq Qarabağ respublikası''nın təmsilçiləri adlandıran nümayəndə heyəti Litvada qonaq olub. Ermənistan nümayəndə heyətini ən azı Seymin bir üzvü – Povilas Urbşis müşayiət edirdi. Varenski rayonunun meri Alqis Kaşeta da həmin nümayəndə heyətini qəbul etdi. Lakin Xarici İşlər Nazirliyi bizim rəsmi siyasətçilərin dünyada tanınmamış bir "dövlətlə'' qucaqlaşmasını pislədimi?

Litva nəşrləri də özlərini qəribə aparırlar. Məsələn, bu il yayda Ermənistan ilə Azərbaycan arasında ciddi atışmalar qeydə alınıb. Mən Litva mətbuatında Ermənistanın hücumlarından sonra mülki azərbaycanlıların, o cümlədən iki yaşlı uşağın və onun nənəsinin həlak olması barədə xəbər tapmadım. Amma Azərbaycanın əks hücumundan sonra sərhəddə bir neçə erməni əsgərinin həlak olması barədə Litva nəşrlərində çoxsaylı hesabatlar dərc edildi.

Məsələn, 15min.lt portalı Azərbaycan üçün əlverişsiz məqalələr dərc etmək imkanını heç vaxt əldən vermir. Amma Ermənistanda mövcud olan iğtişaşlar, Ermənistanın korrupsiyaya qurşanmış prezidenti Serj Sarkisyan və onun ətrafındakı rejim barədə söhbət açan müəlliflərin yazıları dərc edilmir. Bunun səbəbini heç izah da etmirlər. Bəlkə onlar fikirləşirlər ki, Serj Sarkisyan kristal kimi təmizdir?

Litvada hansı nəşr heç olmasa hərdənbir Azərbaycanın arqumentlərini, məsələn, yuxarıda qeyd etdiyimiz antiazərbaycan təhqiqatı barədə Trend xəbərlər xidmətinin Rusiyadakı rəhbəri Elmira Tarıverdiyevanın fikirlərini dərc etməyə risk edər?

Azərbaycanın arqumentləri

Bir neçə parçanı diqqətinizə çatdırıram: "(...) Qətnamədə ünvanlı şəkildə yalnız bir ölkə - Azərbaycan xatırlanır. Bu Qətnamə antiazərbaycan yanaşmanın aşkar sübutudur (...).

Bütün bunlar erməni mənşəli bir qisim jurnalistin "təhqiqatı'' ətrafında qurulub. Məgər təəccüblü deyilmi? Doğrudur, jurnalistlərin heç biri Avropa Parlamentində Bakının maraqlarının uydurma lobbiçiliyinin qəribə nəticəsi barədə fikirləşməyib – təkcə 2009-cu ildə Azərbaycana aid 9 tənqidi qətnamə qəbul edilib. Yəni, doğrudanmı Azərbaycan özünün tənqid edilməsi müqabilində kiməsə pul ödəyib? Lakin görünür, belə xırda məsələlər jurnalistləri və Avropa parlamentarilərini ümumiyyətlə maraqlandırmır (...).

Qəribə haldır ki, jurnalistlərin fikirləşib tapdıqları sxemin belə adlandırılan "ifşaları'' sentyabrın 5-də dərc edilib, Avropa Parlamentinin qətnaməsinə əlavə edilmiş Azərbaycana aid düzəliş isə artıq ayın 7-də hazır idi. Elə bil müəlliflər sənədin hazır mətnini əllərində tutub siqnal gözləyirdilər. Bu, Bakıya qarşı yönəlmiş sinxron hərəkətlərin gözəl illüstrasiyasıdır. Bu barədə göstəriş vahid mərkəzdən gəlir. Məqsəd də aydındır – Şərq Tərəfdaşlığının Brüssel Sammiti ərəfəsində Bakı ilə Avropa İttifaqı arasında inkişaf etməkdə olan münasibətləri məhv etmək və Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin həmin Sammitdə iştirakına mane olmaq.

Yenə sübut lazımdırmı? Bunun üçün təkcə Azərbaycan əleyhinə düzəlişin müəllifinə nəzər salmaq kifayətdir. Bu, Avropa Parlamentinin deputatı, Bakıda bədnam şöhrətli Renatas Yuşkanın ən yaxın dostu Petras Auştryaviçyusdur (R.Yuşka da P.Auştryaviçyusun Avropa Parlamentində müşaviridir – müəllifin qeydi).

Yuşka 2013-cü ildə baş vermiş qalmaqaldan sonra məşhurlaşdı. Həmin hadisədən sonra Litvanın keçmiş Prezidenti Dalya Qribauskayte bu ölkənin Azərbaycandakı səfiri Arturus Jurauskasın və Macarıstandakı səfiri Renatas Yuşkanın geri çağırılması barədə sərəncam imzaladı.

O vaxt bu iki şəxsin qeyri-rəsmi söhbətinin yazısı şəbəkəyə düşmüşdü. Onlar deyirdilər ki, ermənilər dini mənsubiyyətinə görə xristian olduqları üçün Dağlıq Qarabağ münaqişəsi məsələsində onları dəstəkləmək, Dağlıq Qarabağı ermənilər kimi "Artsax'' adlandırmaq və ermənilərə kömək edənləri dəstəkləmək lazımdır''.

Beləliklə, Avropada neçə siyasətçinin Ermənistan-Azərbaycan münaqişəsinə qərəzli yanaşması məsələsini təhqiq etmək zəruridir, lakin bu təhqiqat birtərəfli olmamalıdır. Belə deyilmi, cənab V.Qaylyus?

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...