THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-ın Yaxın Şərq siyasəti: dəyişikliklər gözlənilirmi?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6961
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 sentyabr – Newtimes.az

Bir uğursuz filmin treyleri dünya siyasətini silkələdi. İslam aləmində antiqərb əhval-ruhiyyəsi yeni səviyyəyə qalxdı. ABŞ-ın Yaxın Şərq siyasətində ciddi düzəlişlər etməsinə ehtiyac yarandığı hiss edilir. Regionda vəziyyət isə getdikcə daha da gərginləşir.

Kissincerin proqnozları

Henri Kissincerin "ərəb baharı” ilə bağlı proqnozları özünü doğruldur. O, "Vaşinqton Post” qəzetində dərc etdirdiyi məqalədə həmin prosesin Yaxın və Orta Şərqi qeyri-müəyyən geosiyasi vəziyyətə gətirdiyini qeyd etmişdi. Tanınmış alim və siyasətçi regionun hər hansı gözlənilməz təxribat nəticəsində qarışa biləcəyi fikrini irəli sürmüşdü.

Bir filmin treyleri ("Müsəlmanların məsumluğu” filmi nəzərdə tutulur) H.Kissincerin ehtiyat etdiyi risk faktoru oldu. İndi Yaxın və Ortaq Şərqdə vəziyyətin hansı istiqamətdə dəyişəcəyini proqnozlaşdırmaq olduqca çətindir. Müsəlmanlar Qərbin diplomatik nümayəndəliklərinə hücumlarını davam etdirirlər. Onları heç bir çağırış sakitləşdirmir.

Rəsmi Vaşinqton hələlik regiona dəniz piyadalarını göndərmək və bəzi səfirlikləri bağlamaqla kifayətlənir. Ekspertlər isə Barak Obamanın İslam ölkələrində Amerikanın itirilmiş nüfuzunu bərpa etmək kursunun iflasa uğradığını vurğulayırlar. Onda sual olunur: ABŞ bu siyasi boşluğu necə doldura bilər? Onun Yaxın və Orta Şərq siyasəti hansı yeni çalarları kəsb edə bilər?

Henri Kissincerin regionla bağlı təhlilinin məntiqinə görə, vəziyyət hələ də mürəkkəbdir. Qərb üçün faktiki olaraq heç bir məqam aydınlaşmayıb. Müsəlmanlar həmin filmi çəkənin sərt cəzalandırılmasını tələb edirlər. Düşündürücüdür ki, Fransa filmin müəlliflərinin cəzalandırılmasını qadağan edib (!?).

Bununla Paris Qərbə qarşı etirazlara yeni təkan vermiş olur. Rusiya prokurorluğu isə əksinə - "Müsəlmanların məsumluğu” filmini ekstremist nümunə kimi qiymətləndirib və onun Rusiyada nümayişini qadağan edib.

Bununla avtomatik olaraq Qərbin antiislam, Rusiyanın isə müsəlmanlara hörmət edən ölkə obrazı formalaşır. Fransanın bunda hansı maraqlarının olduğu bəlli deyil. ABŞ isə çətin vəziyyətə düşüb. Onun Yaxın və Orta Şərq siyasətində yaranmış böhrandan necə çıxacağı maraq doğurur.

Obama: seçki ilə siyasət arasında

ABŞ prezidenti Barak Obama üçün çox mürəkkəb vəziyyət yaranıb. Prezident seçkisi ərəfəsi ölkənin diplomatik nümayəndəliklərinə qarşı olan hər bir hücum Obamanın reytiniqini aşağı salır. Amerikanlar üçün ən həssas mövzu dövlətin qüdrəti və təhlükəsizliyidir. ABŞ hər iki punkt üzrə zərbələr alır. Özü də bu hadisələrdə "əl-Qaidə”nin əli olduğu haqqında informasiyalar yayılır.

Bu şərtlər daxilində Barak Obamanın ölkənin xarici siyasəti ilə bağlı qayğıları təbii ki, artır. Faktiki olaraq, onun üçün seçkidə qələbə ilə xarici siyasətdə praqmatikliyi təmin etmək arasında paradoksal vəziyyət formalaşıb. Prezidentliyə digər namizəd Mitt Romninin isə şansı artır.

Burada İsrail faktorunu da nəzərə almaq lazım gəlir. Çünki İsrailin İrana hərbi zərbə endirmək istəyinə məhz M.Romni müsbət yanaşır. İndi bəzi ekspertlər B.Obamanın reytinqinin aşağı düşməsində Təl-Əvivin maraqlı olduğu fikrini irəli sürürlər.

Bütün bunların fonunda ABŞ-ın Yaxın və Orta Şərq siyasətində dəyişikliklərin baş verməsi ehtiyacı aydın hiss edilir. Ən həssas məsələnin Suriya ilə bağlı olduğu məlumdur. Orada vəziyyət mürəkkəb olaraq qalır. İranın nüvə proqramı ətrafında baş verən hadisələr də öz təsirini göstərməkdədir. Əslində, Suriyadakı böhranın dərinləşməsində Tehranın rolu az deyil. İran rəsmiləri etiraf etdilər ki, Suriyaya hərbi dəstək verirlər. Kənar müdaxilə olduğu təqdirdə isə hətta əsgəri kömək göstərilə bilər.

Suriyaya Rusiyanın daha böyük yardım etdiyi haqqında Qərb ekspertlərinin birmənalı mövqeyi vardır. Onlar hesab edirlər ki, Rusiya B.Əsədə dəstəyini kəssə, bir ay müddətində problem həll olunar. Yəni faktiki olaraq, ABŞ-ın Yaxın və Orta Şərq siyasətinin qarşısında Rusiya ilə İran dayanıb. Onun bu maneəni necə keçəcəyi hələlik aydın deyil. İsrailin Ağ Evlə münasibətlərindəki gərginlik də əlavə çətinliklər yaradır.

Bütün bunlarla yanaşı, son günlər ABŞ-ın region siyasəti üçün yeni risk faktorları yaranıb. Onun ərəb ölkələri arasında ən yaxın sayılan müttəfiqlərinin əhalisi adıçəkilən filmə görə Vaşinqtona qəzəblidirlər. Bunu "əl-Qaidə” fürsət bilir. Bu təşkilat ABŞ-ı müsəlmanlar arasında tam nüfuzdan salmaq üçün yeni addımlar atacağı ilə hədələyir. Şübhə yoxdur ki, "əl-Qaidə”yə bu işdə yaxından yardım edən ölkələr tapılacaq.

ABŞ-ın yeni Yaxın Şərq siyasəti formalaşırmı?

İndiki vəziyyətin fərqli cəhətlərindən biri ondan ibarətdir ki, ABŞ-ın Yaxın Şərq siyasti ilə Qafqaz, Mərkəzi Asiya və Uzaq Şərq istiqamətində atdığı geosiyasi addımlar arasında sıx bağlılıq mövcuddur. Müsəlmanlar bu coğrafiyada kifayət qədər geniş yayılıblar. Bundan başqa, Amerikanın güclü geosiyasi rəqiblərinin də həmin məkanlarda ciddi maraqları vardır. Bu qədər geniş ərazidə səmərəli və bütöv geosiyasi mövqe nümayiş etdirmək Vaşinqton üçün çox çətindir.

Mövcud şərtlər çərçivəsində ABŞ-ın Yaxın Şərq siyasəti hələ bir müddət qeyri-müəyyən qala bilər. Təbii ki, Vaşinqton konkret addımlar atacaq. Bu addımların səmərəliliyinin İranın nüvə proqramı ilə bağlı proseslərin gedişatı ilə müəyyən olunacağı fikri mövcuddur. Yəni elə bir vəziyyət yaranıb ki, İran məsələsi ABŞ xarici siyasətinin ən mühüm elementlərindən birinə çevrilib.

Bütün bunların fonunda dünya KİV-də İrana hərbi zərbələr endirilməsi üçün vaxt məhdudiyyətinin olduğu barədə informasiyaların yayılması çox düşündürücüdür. Ola bilsin ki, Obama administrasiyası özünü sərt addımlar atmağa hazır göstərməklə seçkiqabağı yəhudilərə mesaj verir. Onu da inkar etmək olmaz ki, ABŞ müsəlman ölkələrində özünə qarşı olan təxribatlarda İran izinin olduğunu təxmin edir.

Hər bir halda İranla bağlı sərt məlumatların yayılması sadə hadisə kimi görünmür. Demək lazımdır ki, Tehran bir qədər əvvəl Qərbi və onun müttəfiqlərini "əl-Qaidə” ilə hədələmişdi. Türkiyə kəşfiyyatı da İranın PKK-ya yardım etməsi ilə bağlı şübhələrini və bir sıra faktlarını açıqlayıb. Görünür, Yaxın və Orta Şərqdə geosiyasi mübarizə elə bir həddədir ki, hadisələrin sonrakı inkişaf xətti məlum deyil.

ABŞ dünyanın ən güclü dövləti kimi yaranmış vəziyyəti öz xeyrinə dəyişmək üçün ciddi addımlar atmaqdan çəkinməyəcək. Burada İranla müharibə variantı yer alsa, Yaxın Şərq və Qafqaz regionlarında böyük geosiyasi problemlər yarana bilər. Rusiyanın Qafqazda geniş miqyaslı hərbi təlimlər keçirməsi bu baxımdan düşündürücüdür. Belə təəssürat formalaşır ki, dünyanın aparıcı geosiyasi gücləri qlobal miqyasda böyük dəyişikliklərə hazırlaşırlar. Əsas məsələ bu prosesin daha ağrısız və insan itkisi olmadan keçməsindən ibarətdir.

Kamal Adıgözəlov

Copyright © Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...