THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yeni tədris ili Azərbaycanda və Ermənistanda

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
431
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 sentyabr 2017 – Newtimes.az

Təhsil hər bir cəmiyyətin bünövrəsi və eyni zamanda gələcəyidir. Müasir dövrümüzdə beynəlxalq müstəvidə dövlətlərin reytinqi də ilk növbədə təhsilə, insan kapitalına ayırdığı diqqət və məsrəflə sıx bağlıdır. Heç də təsadüfi deyil ki, ölkələrin inkişaf səviyyəsində İnsan Kapitalı İndeksi getdikcə hətta iqtisadi göstəricilərdən belə üstün tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ortaya qoyulmuş "qara qızılı insan kapitalına çevirmək'' prinsipi dövlətimizin qarşısında dayanan ən əsas vəzifələrdən biridir və bu istiqamətdə davamlı şəkildə addımlar atılır. Azərbaycan təhsilə böyük sərmayə qoyur. Sovetlər İttifaqının dağılmasından sonra bütün digər sahələrdə olduğu kimi təhsil sahəsində də ciddi böhran var idi. Bu böhran müstəqilliyini yenicə qazanmış bir sıra ölkələrdə təhsil səviyyəsinin kəskin düşməsinə, paralel olaraq radikal meyllərin artmasına gətirib çıxarmışdı. Azərbaycanda isə hazırda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son on ildə ölkəmizdə 3 mindən artıq yeni məktəb tikilərək istifadəyə verilib və ya əsaslı təmir olunub.

Hərbi xuntanın diktəsi altında yaşayan Ermənistanda isə vəziyyət olduqca acınacaqlıdır. Xunta rejiminin rəsmi açıqlamalarına görə bu il Ermənistan ictimaiyyəti yeni tədris ilini 13 məktəbin bağlanması ilə qarşılayacaq. Belə görünür ki, əsas məqsədi islahatlar aparmaqla Ermənistanı pis vəziyyətdən çıxarmaq olan Baş Nazir Karapetyan da islahatı məktəbləri bağlamaqda görür. Karapetyanın sözlərinə görə "ölkədə məktəblərin məşğulluğu və yükü çox fərqlənir və bu da məsrəflərin böyük ölçüdə artmasına səbəb olur, əvəzində isə məhsuldarlıq artmır''. Buna görə də hansı məntiqləsə məhsuldarlığı artırmaq üçün xərcləri azaltmağı düşünə biliblər.

Məktəblərin bağlanması və ya ixtisar olunması Ermənistan cəmiyyətində 2 mühüm tendensiyasını göstərir və hərbi xuntanın yalanlarını ifşa edir. Birincisi, məktəblərin bağlanması ilk növbədə şagird və ümumiyyətlə insan çatışmamazlığı ilə bağlıdır. Heç kimə sirr deyil ki, Ermənistanda demoqrafik böhran yaşanır. Hər il 90-120 min arasında insan ölkəni tərk edir. Suriyadan gələn qaçqınlar hesabına bu boşluğu doldurmaq istəyən rəsmilərin planları baş tutmur. Rəsmi məlumatlara görə Ermənistan indiyədək Suriyadan 22 000 miqrant (əsasən erməni əsilli) qəbul edib. Ancaq bu axın belə demoqrafik balansa təsir etməyib. Çünki Suriya erməniləri üçüncü ölkələrə qaçmaq üçün dərhal Avropa səfirliklərinə müraciət edirlər. Bunu Ermənistanda olan diplomatik korpus nümayəndələri də dəfələrlə açıq bildiriblər. Ermənistanın demoqrafik gələcəyi böyük şübhə altındadır. Ölkədən qaçanların sayı hər il artır, təbii artımın səviyyəsi isə azalır. Əgər bu il bağlanan məktəb sayı 13 idisə, keçən il ölkədə 10-dan çox məktəbdə birinci sinfə gedən şagird olmamışdı. 2016-cı ildə əvvəlki illə müqayisədə ali məktəbə daxil olanların sayı birdən-birə 6 min nəfər azalaraq cəmi 10 min nəfər olmuşdur. Bu isə davamlı demoqrafik tənəzzülü göstərir. Müqayisə üçün qeyd edək ki, ilkin proqnozlara görə Azərbaycanda 2050-ci ilədək əhalinin 12 milyon nəfər olacağı gözlənilir.

İkincisi isə Ermənistanda məktəblərin bağlanması ölkənin acınacaqlı iqtisadi vəziyyətini və hakimiyyətin bu sahəyə diqqətini göstərir. Bu həm də hazırkı tədris ilində  məktəblərin ixtisar olunmasını məhsuldarlığı artırmaq kimi təqdim edən hərbi xunta rejiminin yalanlarını ifşa edir. Belə ki, Ermənistan Prezidentinin gündəlik iş qrafikinə nəzər saldıqda məktəblərin açılması ərəfəsində heç bir yeni tədris müəssisəsinin açılışına rast gəlinmir. Halbuki, Azərbaycanda yeni tədris ili əlaqədar ölkə Prezidenti təkcə Bakıda çoxsaylı açılışlarda iştirak etmişdir. Yeni tədris ili ərəfəsində Ermənistan rəhbərliyinin bircə məktəb açılışı belə edə bilməməsi ixtisarların əsl səbəbini göstərir və yalanları ifşa edir.

Beləliklə, Ermənistanda iqtisadi tənəzzül ölkənin demoqrafik gələcəyini sarsıtmışdır. İşğalçı rejim Ermənistan ictimaiyyətini düşünmür. Bütün dünyadan diləndikləri vəsaitləri isə işğal etdikləri Dağlıq Qarabağa yönəldirlər. Əslində bu məqam sadə Ermənistan vətəndaşlarını da qıcıqlandırır. Necə ola bilər ki, İrəvanda bir məktəbi təmir edə bilməyən hərbi xunta Azərbaycanın işğal olunmuş torpaqlarında kursant məktəbinin bünövrəsini qoyur. Fikrimizcə, Ermənistanın özündə də rejimin yalan və boş vədlərindən cana gəliblər. Demoqrafik göstəricilər isə gələcəyin işartılarıdır. Azərbaycanda açılan, Ermənistanda isə bağlanan məktəblər hər keçən il daha da artmaqdadır. Ermənistanda sadə vətəndaşların işğalçı rejimə daha nə qədər dözəcəyi isə dumanlı görünür.

Ərəstü Həbibbəyli,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

Xarici siyasət məsələləri şöbəsinin müdir müavini

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...