THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın xarici siyasətinin psixologiyası

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
915
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 iyul 2017 – Newtimes.az

Xarici siyasətin formalaşmasında millətlərin psixologiyası da əhəmiyyətli rol oynayır. Dövlətlərin istər iqtisadi, istərsə də siyasi və təhlükəsizlik siyasəti dəyərləndirilərkən psixoloji amil diqqətə alınmalıdır. Xarici siyasət insanlar tərəfindən formalaşdırıldığı üçün istər-istəməz onların psixologiyasi, ruh halı, məntiqi, dünyagörüşü bu və yaxud digər şəkildə xarici siyasətdə öz yerini alır və büruzə verir.

Ermənistanın xarici siyasəti on ildir ki, Prezident Serj Sərkisyan və komandası tərəfindən formalaşdırılır. Bəzən komandasını dəyişsə də xarici siyasətin onurğasını Sərkisyanın baxışları təşkil edir.

Sərkisyan Azərbaycanda doğulub, böyüyüb və işləyib. Ermənilərin iddia etdikləri kimi qondarma erməni soyqırımını yaşayan bir millətin nümayəndəsidir. Sərkisyanın dədə-babası qondarma erməni soyqırımını yaşamasa da, erməni millətinin nümayəndəsi olduğu üçün təbii ki, bu psixologiya ilə böyüyüb. Erməni milləti yarımçıq millət, Sərkisyan yarımçıq adamdır. Xolokostu yaşamış yəhudilər xolokost psixologiyasından qurtularaq özlərini təsdiq etsələr də, bunu ermənilərə şamil etmək olmaz. Ermənilər millət olaraq formalaşa bilməyən, reallıqları görməyən, qondarma soyqırımı psixologiyasını həyatlarının başlıca dəyəri olaraq qəbul edən, psixoloji problemləri, xəstəliyi olan bir millətdir. Məsələn, erməni yazıçı Zori Balayan ermənilərin yoluxduqları bir xəstəlikdən bəhs edər. Bu, qondarma erməni soyqırımına məruz qalmış ermənilərin xəstəliyidir. Bu xəstəliyin sağalması üçün türklər "soyqırımı''nı tanımalı və ermənilərdən üzr istəməlidir.[i] Ermənistanın son 25 illik tarixində Türkiyəyə yönəlik siyasətində bu xəstəliyin simptomları açıq şəkildə hiss edilir.

Sərkisyan Xankəndində komsomol təşkilatında özünə iş tapıb. Hələ sovetlər zamanı Bakıdan gələn yüksək çinli məmurları qarşılayıb, onlara yaxşı kabab bişirdiyi və qulluq etdiyi üçün "ofisiant''[ii] ləqəbi ilə tanınıb. Elə bu səbəbdən, Ermənistanın xarici siyasətində də qondarma erməni soyqırımı və ofisiantlıq psixologiyasını görmək mümkündür.

Ermənistan rəhbərliyi və rəsmi şəxsləri istisnasız olaraq bütün beynəlxalq tədbirlərdə, mövzu nə olursa olsun, mütləq qondarma erməni soyqırımı və türk düşmənçiliyindən danışacaq, böyük dövlətlərlə münasibətdə "ofisiant'' xidmətini təklif edəcəkdir. Bu xidmətdən ən çox istifadə edən isə Rusiyadır. Maraqlıdır ki, Ermənistan Rusiyaya "ofisiant'' kimi xidmət etməyi könüllü seçib, buna görə "çay pulu'' almır, hesabı da tələb etmir, sadəcə təhlükəsizliyinin qorunmasına və masada qalan yemək artıqları ilə qidalanmağa razıdır.

Müştərisi bəzən masada qalan yemək artıqlarını verməyəndə, "ofisiant'' qəzəblənir, başqasına xidmət etməyi düşünür. Elə bu düşüncə ilə də 2013-cü ildə Sərkisyan Avropa İttifaqı ilə "Dərin və Hərtərəfli Ticarət Zonası Haqqında'' müqavilə imzalamağa çalışırdı. Amma Vilnüs görüşündə son anda ximət göstərdiyi müştərisi ümumiyyətlə "restoranı bağlayacağını, onun tamamilə ac, susuz qalacağını'' qulağına pıçıldayanda Sərkisyan Avropa İttifaqı ilə bu müqaviləni imzalamaqdan imtina etdi.

Ermənilər min ildən çoxdur "Böyük Ermənistan'' qurmağa çalışır. "Böyük Ermənistan''ın üç dənizə-Xəzər dənizi, Qara dəniz və Aralıq dənizinə sahili olacaq. Bu coğrafiyanın ümumu əhalisinin sayı təxminən 40 milyondur. Ermənilərin iddialarına görə 2.5 milyon əhalisi olan, illik büdcəsi ABŞ-ın bir hərbi döyüş təyyarəsinin qiymətindən az olan Ermənistan bu geniş coğrafiyada hökmranlıq edəcək. Bu, ermənilərin xarici siyasətinə təsir edən xəstə psixologiyasından sadəcə bir nümunədir.

Ermənilər "Böyük Ermənistanı'' qurmaq üçün Azərbaycan torpaqlarının 20 faizini işğal edib, səfalət içərisində yaşayırlar. Dövlətlər tarixində bir dövlətin digərinin 20 faiz torpaqlarını işğal edərək 25 il səfalət içində yaşaması görülməmişdir. Məsələn, Almaniya İkinci Dünya Müharibəsi zamanı Fransaya məxsus Elzas bölgəsini anneksiya edərkən onun təbii sərvətlərindən yararlanmış, zənginləşmişdir. Bu da yetməzmiş kimi Ermənistan Gürcüstandan Cavaxetiya bölgəsini, Türkiyənin ərazisinin 1/3-ni tələb edir. Sadəcə xəstə psixologiya xarici siyasətdə bu qədər özünü büruzə verə bilər.

Ermənilər bəzən Rusiyadan kənarda təhlükəsizliyini qorumaq fikrinə düşər, məsələn, NATO ilə hərbi manevrlərdə iştirak edər. Ermənistan KİV-ləri Sərkisyanın drijorluğu ilə bu məsələni gündəmə gətirib, geniş müzakirə edər və Rusiyaya məsaj verər. Buna qarşılıq 2-3 ildən bir başına qapaz vurular, ən yaxşı halda isə qulağını çəkərlər.

"Böyük Ermənistan'' qurmaq istəyən ermənilərin 70 faizi ölkələrində yaşamır, xaricdə yaşamağa üstünlük verərlər. Ölkələrindəki antidemokratik rejimdən bəhs edərlər, rejimi dəyişdirmək istəməzlər. Ölkə iqtisadiyyatının güclənməsindən bəhs edərlər, sərmayəni daha demokratik və liberal iqtisadiyyatı olan ölkələrə yatırarlar. Daxili turizmin inkişafından danışarlar, istirahətlərini düşmən olaraq gördükləri Gürcüstan və Türkiyədə keçirərlər.

Ermənilər bir millət olaraq, Ermənistan isə bir dövlət olaraq bu xəstə psixologiyadan qurtulmağı qarşılarına məqsəd olaraq qoymadıqları müddətdə heç bir zaman rifah içində yaşayan bir millət və sosial dövlət ola bilməyəcəklər. Hələlik ermənilərin xəstə təfəkkürü geniş şəkildə Ermənistanın xarici siyasətində təmsil edilir. Bu cür anlayışa sahib xarici siyasətə davam edəcəklərsə, deməli, müstəqil dövlət olmağı deyil "ofisiant” dövlət olmağı seçiblər. Nə etmək olar, bu da ermənilərin seçimidir...

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Zori Balayan, Ocaq, (Erevan: Sovetakan Qroğ nəşriyyatı, 1984), s. 289.

[ii] Əlbəttə, restoran və kafelərdə ofisiant işləyib maaş alan şəxsləri təhqir etmək kimi bir fikrimiz yoxdur.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...