THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Növbəti qətliam: Ermənistanın təxribatları daha geniş miqyas alır

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1511
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 iyul 2017 – Newtimes.az

Bütün dünyanın beynəlxalq terrorla necə mübarizə aparmağın lazım gəldiyini müzakirə etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribatını həyata keçirdi. Füzuli rayonunun Alxanlı kəndində işğal edilmiş ərazilərdən atılan top atəşi nəticəsində 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olub. Bu hadisə özlüyündə heç bir zaman qəbul edilməyəcək işdir. Dünyanın ən qəddar insanları belə onu kəskin şəkildə qınayırlar. Rəsmi Bakı baş verən bu hadisəyə ciddi reaksiya verib və düşməndən təxribatlarını dayandırmasını tələb edib. Türkiyə rəsmi orqanları da dinc sakinlərin qətlə yetirilməsini ciddi şəkildə qınayıb. Bu kimi hallara son qoyulmasını tələb edib. Bununla yanaşı, bir sıra böyük dövlətlərin susduğunu görürük. Yaxın Şərqdə humanitar faciədən danışan dairələrdən nədənsə səs çıxmır. Ancaq hamı bilməlidir ki, belə əməlləri ilə Ermənistan regionu böyük fəlakətlərə sürükləməkdə davam edir. Həmin prosesin qarşısının alınması bir zərurətə çevrilib.

Uşaq qatilləri: erməni silahlı qüvvələri bəd əməlindən əl çəkmir

Ermənistan hakimiyyətinin siyasətdə heç bir əxlaqi və hüquqi sərhəd tanımadığı hamıya məlumdur. Daima işğal etdiyi Azərbaycan ərazilərindən dinc insanlara güllə yağdıran başıpozuq erməni silahlı dəstələri qeyri-insani əməllərindən əl çəkmirlər. Onlar müxtəlif bəhanələrlə bu kimi təxribatçı və vəhşi işlərini davam etdirirlər.

Son olaraq Füzuli rayonunun Alxanlı kəndində iki dinc sakinin qətlə yetirilməsi növbəti faciə oldu. Məsələ həlak olanların nənə-nəvə olmasında və onların günahsız olaraq qətlə yetirilməsindədir. Bütün dünya bu vəhşi qətliamı qınamaqda ikən erməni KİV-i başqa məqamlardan bəhs etməkdədir. Aydın görünür ki, "soyqırımı" deyib göz yaşı tökən bir cəmiyyətdə haqq-ədalət və vicdan axtarmaq səmərəsiz işdir. Lakin milli kimliyindən asılı olmayaraq qətl edilən bir körpənin dünyadan getməsinə səviyyəsizcə laqeyd qalmaq və hətta bunu doğru saymaq heç bir sərhədə sığmayan qanmazlıqdır.

Ermənistan KİV-i vəziyyəti elə təqdim etməyə çalışır ki, guya heç bir şey olmayıb, Azərbaycan tərəfi öz marağına görə hay-küy salıb. Reallıqda 2 yaşlı körpəni bütün Alxanlı dəfn edib, özü də nənəsi ilə yanaşı! Bu mənzərə erməni vicdanını tərpətmirsə, o cəmiyyəti heç nə və heç kimsə xilas edə bilməyəcək.

Bizim üçün düşündürücü bir məqam hadisənin baş verdiyi gün Rusiya XİN-in qəribə xəbərdarlığı oldu. Moskva erməni əsilli Rusiya vətəndaşlarına qarşı Azərbaycanın rəsmi orqanlarının ayrı-seçkilik etdiyindən danışır. Bu, ən azından real vəziyyətə hörmətsizlikdir və Rusiya-Azərbaycan münasibətlərinin ruhuna qətiyyən uyğun gəlmir. Moskva təcavüzkar Ermənistandan təxribatlarına son qoymağı tələb etmək əvəzinə, Azərbaycandan şübhələndiyi şəxslərə qarşı laqeyd qalmağı tələb edir.

Kreml, görəsən, Ermənistana neçə Azərbaycan əsilli Rusiya vətəndaşının səfər etdiyi haqqında bilgiyə malikdir? Malik deyil, çünki belə şeylər olmur. Səbəb ondan ibarətdir ki, Ermənistan azərbaycanlıları öz yurdlarından deportasiya edib və hər bir azərbaycanlıya qarşı düşməncəsinə davranır. Heç bir azərbaycanlı İrəvana adi turist kimi, yaxud qonaq olaraq getməyə ürək etmir (İranda yaşayanlar istisnadır, çünki bu məsələyə xeyli fərqli kontekstdə baxmaq lazımdır).

Bunlardan başqa, Rusiya hansı səbəbdən öz vətəndaşı olan 2 azərbaycanlının qanunsuz rejim tərəfindən həbs edilərək işgəncə verilməsinə ciddi reaksiya nümayiş etdirmir? Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Rusiyanın rəsmi qurumları Azərbaycan əsilli öz vətəndaşlarının taleyi ilə maraqlanmayıblar. Sözdə bir sıra şeyləri deməkdən başqa bir iş görməyiblər.

Bəs nəyə görə erməni vəhşiliyinin növbəti dəfə özünü göstərdiyi bir vaxtda dost Rusiya ədalətin deyil, təcavüzün yanında durur? Bu kontekstdə Azərbaycanın Minsk qrupunun həmsədr dövlətlərindən konkret izahat tələb etməsi məntiqi deyilmi? Bakı sakinlərinin Rusiya, ABŞ və Fransa səfirliklərinin qarşısında etiraz etməsi tam təbii deyilmi? Əlbəttə, təbiidir. Hətta azdır. Daha sərt və konkret addımlar atmağın zamanıdır. Ermənistan layiqli cəzasını almadan onun təxribatlarının dayanacağını düşünmək sadəlövhlükdür.

Bu bağlılıqda Türkiyənin hadisəyə reaksiyası çox maraqlıdır. Qardaş dövlətin Xarici İşlər Nazirliyi, deputatları və sıravi vətəndaşları erməni təxribatının qarşısının alınması vacibliyini vurğulayıblar. Dinc insanların qətlə yetirilməsinin heç bir rasional izahı ola bilmədiyini ayrıca ifadə ediblər. Türkiyədən başqa heç bir böyük dövlət bu qanlı cinayətə obyektiv münasibət bildirməyib. Hətta dost və qardaş İrandan da səs çıxmayıb. Səbəb?

Regiona təhdid: risk mənbəyi məhv edilməlidir

Məsələnin digər tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərinə Ermənistanın növbəti dəfə hörmətsiz yanaşması ilə bağlıdır. Məlumdur ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olmalıdır. Həmsədrlər dəfələrlə bəyan ediblər ki, mövcud status-kvo saxlana bilməz. O, dəyişməlidir. Bunun əsas anlamı ondan ibarətdir ki, işğalçı erməni qoşunları Azərbaycanı tərk etməlidirlər. BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər bərpa olunmalıdır.

Bu istiqamətdə Azərbaycan sözünü getdikcə daha qətiyyətli və əsaslı ifadə edir. Beynəlxalq ictimaiyyət də artıq qeyri-müəyyənliyin davam etməsinə razı deyil. Çünki bu halda bütövlükdə region üçün təhlükə qalır. İstənilən vaxt vəziyyət nəzarətdən çıxa bilər. Ona görə də Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir.

Rəsmi İrəvan bunları anladığından hər vacib görüş ərəfəsi təxribat törədir. İndi körpə bir uşağı qətlə yetirən Ermənistanla hansı məsələləri müzakirə etmək olar? Onlar hansı arqumentlə dinc sakinləri top atəşinə tutduqlarına haqq qazandırmağa çalışacaqlar? Mümkün deyil. Ermənilər bu vəhşiliklərin də bədəlini ödəməlidirlər.

Onu vurğulamaq lazımdır ki, hazırda dünyanın bir sıra regionlarında dinc insanlara qarşı terror aktları törədilir. O cümlədən Suriyada müsəlman uşaqlar bomba yağışı altında həlak olurlar. BMT həmin vəziyyətlə bağlı dəfələrlə narahatlığını bildirib. Humanitar fəlakətə son qoyulmasına çağırıb. Dünyanın bir sıra siyasi liderləri də bu barədə mövqelərini bildiriblər.

Gözləmək olar ki, azərbaycanlı körpənin və yaşlı qadının evində olduğu zaman qətlə yetirilməsinə də Parisdən, Berlindən, Londondan, Vaşinqtondan, Tokiodan, Pekindən reaksiya olacaq. Lakin hələlik susurlar. Deməli, bu kimi hadisələrin təkrarlanmasında beynəlxalq ictimaiyyətin də payı vardır. Onlar azərbaycanlılarla bağlı baş verənlərə lazımi qiymət vermirlər. Bu pis və qəbuledilməz mənfi ənənənin dəyişməsi zəruridir. Yalnız ondan sonra Ermənistan və onun havadarları davranışlarında diqqətli ola bilərlər.

İndi hər dəfə təxribat törədəndə Sarkisyan rejimi əmindir ki, himayədarları onu müdafiə edəcək və beynəlxalq aləmdən heç bir qınaq eşitməyəcək. Ciddi əks-reaksiya olmayacaq. Heç bir sanksiya tətbiq edilməyəcək. Buna görə də istədiyini etməkdədir. Azərbaycan tərəfdən buna bənzər bir addım olsa (biz şərti deyirik, çünki azərbaycanlılar dinc insanlara, xüsusilə uşaqlara qarşı belə davranmırlar), bütün dünya hay-küy salar. Ortaya İslam terrorizmindən tutmuş, ağla gəlməyən iftiralar atarlar. Bunlar, təəssüf ki, acı təcrübədən yaranmış qənaətlərdir.

Başqa bir məqamı da vurğulamaq yerinə düşərdi. Baş verən hadisələr göstərir ki, Azərbaycan Ordusu düşməni sarsıtmaq üçün həmişə hazır vəziyyətdədir. Təcavüzkara anında verilən dəqiq cavablar, onların qarşısını kəsir. Mümkündür ki, müəyyən zamanda Azərbaycan Ordusu növbəti güclü zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin dərsini versin. Görünür, onlar başqa dil başa düşmürlər. Bu barədə işğalçılara dəfələrlə xəbərdarlıq edilib. Azərbaycan tutduğu mövqeyindən bir addım belə çəkilən deyil. Çünki haqq onun tərəfindədir.

Eyni zamanda, əsl dostla saxta dostlar arasındakı fərq növbəti dəfə göründü. Sözdə çox vədlər verənlər real vəziyyətdə tamamilə başqa cür davranırlar. Onlar dolayısı ilə təcavüzkarı ciddi müdafiə edirlər. Həm də Azərbaycana təzyiqlər göstərməyə çalışırlar. Təbii ki, bu üsul nə erməniləri, nə də onların himayədarlarını bir yana çıxara bilməz. Bütün hallarda Azərbaycan istədiyinə nail olacaq.

Nəhayət, Ermənistan sanki dünyanın böyük dövlətlərinə bir mesaj verir. Rəsmi İrəvan Cənubi Qafqazda geosiyasi sabitliyi hər an poza biləcəyinə işarə edir. Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi və İran məsələsinin daha da həssaslaşması fonunda bu, olduqca təhlükəli təsir bağışlayır. Terrorun bizim regionda əl-qol açması ehtimalı artır. Bunun mənbəyinin də Ermənistan olduğu aydındır. Erməni silahlı dəstələri uşaqları və qocaları keçən əsrin 90-cı illərində olduğu kimi göz qırpmadan qətlə yetirə bilərlər. Onların İŞİD, PKK, yaxud "əl-Qaidə"dən həmin aspektdə heç bir fərqi yoxdur. Bu prosesi dayandırmaq bütün insanlığın vəzifəsidir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...