THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gümrü intiqamı

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
230
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 may 2017 – Newtimes.az

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov 2015-ci il yanvar ayının 12-də hərbi hissəni özbaşına tərk edərək Avetisyan ailəsinin yeddi fərdini avtomat silah və süngü ilə öldürmüşdü. Bu hadisə Ermənistanda şok effekti yaratdı və bir neşə gün başda Gümrü olmaqla Ermənistanın bir neçə şəhərində Rusiyaya qarşı mitinqlər təşkil edildi.

Hadisə ilə bağlı Rusiyanın Ermənistandakı səfiri XİN-ə dəvət edildi və XİN müavini Şavarş Köçəryan izahat istədi. Rusiya səfiri Avetisyan ailəsinin vəhşicəsinə qətlinə görə erməni xalqına və Avetisyan ailəsinin yaxınlarına başsağlığı verdi.

Məsələ ilə bağlı Ermənistan hökumət üzvlərindən  ilk dəfə müdafiə naziri Seyran Ohanyanın Rusiya müdafiə naziri Serqey Şoyqu ilə telefon əlaqəsi saxladığı, daha sonra Ermənistan XİN müavininin rusiyalı həmkarı ilə görüşdüyü qeyd olundu.

Hadisə baş verən gün Rusiya XİN-i olduqca soyuqqanlı şəkildə erməni xalqına və Avetisyan ailəsinin yaxınlarına başsağlığı verdi.

Yanvarın 14-də Ermənistanın müdafiə nazirinin müavini David Tonoyan rusiyalı həmkarı Arkadi Baxin ilə görüşdü və hadisəni müzakirə etdi.[i] Həmin gün Ermənistanın təhsil və elm naziri Armen Aşotyan məsələyə münasibət bildirərkən digər ölkələrdə yaşanan analoji hadisələri xatırladıb, faciədən kədərləndiyini bildirib və əhalini sakitliyə dəvət edib.[ii]

Bir çox siyasətçi və analitiklər bu hadisənin Ermənistan-Rusiya münasibətlərinə təsir etməməsinin vacibliyini vurğulayan bəyanatlar verdi.

Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da ümumən hökumətdən fərqli və sərt bəyanatlar vermədi. Hüquq müdafiəçisi Artak Zeynalyan Gümrüdə yaşanan hadisə ilə bağlı Rusiya televiziyalarında və xəbər agentliklərində öldürülən insanlar barədə məlumat verilmədiyini, Rusiya hökumətinin adekvat reaksiya göstərmədiyini bildirdi. 

Məlum hadisədən sonra Gümrüdə, daha sonra isə digər şəhərlərdə on minlərlə insanın iştirak etdiyi Rusiyaya qarşı etiraz mitinq və nümayişlər təşkil edildi. Hökumət işin ciddiliyini gec anladı, mitinq və nümayişlərdə Rusiyaya qarşı şüarlar səsləndi, Rusiya bayrağı ayaqlar altına alındı, Putin təhqir edildi və 102-ci bazanın çixarılması tələbi qoyuldu. İlk günlərdə hökumət mitinq və nümayiş iştirakçılarına qarşı səbirli mövqe nümayiş etdirsə də, daha sonra etiraz dalğasının genişlənməsi ilə bütün mümkün vasitələrdən istifadə edərək sabitliyi təmin etməyə çalışdı.

Diqqəti çəkən bir məqam da odur ki, Qərb yönümlü QHT və siyasətçilər də bu məsələdə Rusiya düşmənçiliyini ön plana çıxarmadılar. 

102-ci bazanın komandanlığının şəxsi heyətlə iş üzrə müavini Aleksey Polyuxoviç də erməni xalqına başsağlığı verdi. Amma Polyuxoviçin ifadələri başsağlığından daha çox Ermənistana tarix dərsi vermək və xəbərdarlıq vermək kimi səslənib. Polyuxoviç belə deyib: "Rus-erməni xalqının çoxəsrlik dostluğu türk müharibələri və təbii fəlakətlər kimi bir çox sınaqlardan keçib.”  Polyuxoviç bununla türkləri bir daha ermənilərə düşmən kimi göstərib və 1988-ci il zəlzələsində ilk olaraq ermənilərə kimin yardım etdiyini kobud şəkildə və minnət vuraraq xatırladıb.

Uzun sürən istintaqdan sonra Permyakova ömür boyu həbs cəzası verildi. Amma bu cinayət xüsusilə Gümrüdə yerli əhalinin yadından çıxmadı. Bir çox hallarda 102-ci hərbi bazanın əsgərləri təhdid edilməyə başlandı.

Cari ilin 23 aprel tarixində Gümrüdə Rusiyanın 102-ci hərbi bazasının əsgəri 21 yaşlı Dmitri Yalpayev Bulvar küçəsində hamının gözü qarşısında bıçaqlanaraq qətl edildi. Şübhəli şəxs kimi Aram Cancuqazyan həbs edilib və istintaq gedir.

Ermənistan KİV-ləri elə həmin gün Yalpayevin qatili Cancuqazyanın psixi xəstə olduğunu bildirdilər. Gümrüdə üç nəfər dəli varsa, onlardan birinin şəhərin mərkəzində Yalpayevlə qarşılaşma ehtimalı nə qədərdir? Cibində bıçaqla Yalpayevlə qarşılaşma ehtimalı nə qədərdir? Deyək ki, bu ehtimal baş tutdu. Cancuqazyanın rus əsgəri ilə mübahisəsinə polis və yerli əhali niyə müdaxilə edib cinayətin qarşısını almadı?

Əlbəttə bu dezinformasiya idi və ermənilər bütün hallarda bu qətlin intiqam xarakterli olduğunu gizlətməyə çalışır. Cancuqazyan Yalpayevi bıçaqlayıb öldürməklə Permyakovun öldürdüyü yeddi nəfərin qisasını alıb. Bundan sonra da Gümrüdə Rusiyanın əsgərləri öldürülərsə, təəccüblənmək lazım deyil.

Ermənistan Cancuqazyanın dəli olduğunu bildirdi,[iii] amma daha sonra dəli damğasının yerinə oturmadığı anlaşılınca, olduqca maraqlı bir iddia ortaya atdı. Cancuqazyan müsəlmanlığı qəbul etmiş ermənidir.[iv] Ermənilər bununla guya qatilin etnik kimliyindən daha çox dini kimliyini önə çıxarmaq istəyir.

Amma burada da daşlar yerinə oturmur. Gümrü kimi kiçik bir şəhərdə müsəlman icması varmı? Əlbəttə yoxdur. Əvvəlcə dəli olduğu iddia edilən 20 yaşlı Cancuqazyan islam dini ilə harada və necə, kimlərin vasitəsi ilə tanış oldu? Necə qəbul etdi? İslamı qəbul etdikdən sonra dərhal terrorist ruhuna sahib olaraq, cibində bıçaq gəzdirərək Gümrü küçələrində Rusiya əsgərini axtararaq qarşısına çıxan ilk əsgər Yalpayevi öldürdü?

Əlbəttə, belə hallarda həm ictimai rəy, həm də dövlət cinayətin motivinin intiqam olmadığını müxtəlif vasitələrlə dilə gətirməyə cəhd edə bilər. Bunun üçün məntiqli izahat və iddia lazımdır. Ermənistan isə dəli olduğu iddia edilən Cancuqazyan qədər "ağıllı” olsaydı onun müsəlmanlığı qəbul etməsini və dini kimliyi ilə cinayəti törətdiyini iddia etməzdi. Bu, dezinformasiyanın ən uğursuz zirvəsidir, yalandır, iftiradır, ermənilərin sərsəmliyidir.

Ermənistanda özünə hörmət edən heç kimsə Cancuqazyanın müsəlmanlığı qəbul etdiyinə inanmaz. Bu məntiqsiz iddialar nə qədər primitivdirsə, bir o qədər də ermənilərin xəstə psixologiyasının göstəricisidir. Ermənilər bir az daha düşünə bilsəydilər, Yalpayevin öldürülməsinin intiqam olmadığını məntiqli şəklidə izah edə bilərdilər. Amma düşünsəydilər...

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Служебное расследование на российской военной базе в Армении завершено, www.regnum.ru/news/­society­1884452.html, 14.01.2015

[ii] Cвязанные с военными базами проблемы неизбежны — армянский министр, www.regnum.ru/news/­society/­­1884210.html, 14.01.2015

[iii] У подозреваемого в убийстве российского солдата были проблемы с психикой, http://www.lragir.­am/index/rus/0/right/view/55215, 23 Апреля 2017.

[iv] СМИ: Подозреваемый в убийстве русского солдата в Гюмри - новообращенный мусульманин,http://www.panarmenian.net/rus/news/238404/, 25 апреля 2017.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...
Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...