THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Britaniyada keçiriləcək növbədənkənar seçkilər nə vəd edir?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
119
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 may 2017 – Newtimes.az

2017-ci il aprel ayının 18-də Britaniyanın Baş naziri Tereza Mey iyunun 8-də növbədənkənar parlament seçkilərinə gedəcəyi ilə bağlı qərarını açıqladı. Dəfələrlə növbədənkənar seçkilərin keçirilməyəcəyinə söz verən Tereza Mey bu qərarını Brekzitlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqlara müxalifətin ciddi maneələr yaratması ilə əsaslandırdı. Lakin Meyin erkən seçkilərlə bağlı qərarını müxalifətin Brekzit danışıqlarındakı destruktiv rolu ilə əlaqələndirməsi ciddi əsas sayıla bilməz, çünki hazırda müxalifət partiyaları Brekzitə mane olacaq gücə sahib deyillər. 

Tereza Meyin növbədənkənar seçkilərə getməsinin bir neçə səbəbi var. Birincisi, "İndependent” qəzetinin iddiasına görə Meyin bu qərarı Leyborist partiyasının lideri Ceremi Korbinin şəxsi reytinqinin aşağı olmasına görə istefa verə biləcəyi ilə bağlı şayiələrin yayılmasından irəli gəlir[i]. Belə ki, Leyborist partiyasının başına gənc, xarizmatik liderin keçməsi ilə Mühafizəkarların gələn seçkilərdə məğlub olma ehtimalı çox yüksəkdir. YouGov şirkətinin bu ilin 2-3 may tarixlərində keçirdiyi sorğular göstərir ki, iyunun 8-də keçirələcək seçkilərdə rəyi soruşulanların 48% mühafizəkarlara, 29%-i Leyboristlərə, 5%-i UKIP (UK Independence Party) partiyasına, 10%-i Liberal Demokratlara, 5%-i isə SNP (Scottish National Party) partiyasına səs verməyi planlaşdırır[ii]. Ümumiyyətlə Korbinin şəxsi reytinqinin çox aşağı olmasını nəzərə alaraq, bir çox ekspertlərseçkilərin nəticələrinin Leyboristlər üçün pis olacağı təqdirdə partiyanın dərin böhranla üzləşəcəyini iddia edirlər[iii]. Yəni, Mühafizəkarlar üçün dərin bölünmə yaşayan Leyborist partiyasını siyasi olaraq məhv etmək üçün hazırda əlverişli məqamdır və Mey yaranmış vəziyyətdən maksimum yararlanmaq istəyir. Leyborist partiyasını zəiflətməklə Mey liberal iqtisadi islahatlar keçirmək, NHS (National Health Service) kimi dövlət qurumlarını özəlləşdirmək və Brekzitdən sonrakı dövrdə Britaniyanı xarici investorlar üçün daha da cəlbedici etmək istəyir.

İkincisi, martın sonunda Lisabon müqaviləsinin 50-ci Maddəsini (Article 50) işə salaraq Britaniyanın Avropa İttifaqından çıxma prosesini rəsmi olaraq başladan Mey hökuməti artıq danışıqların çox çətin olacağınıanlayır. Belə ki, Mey başa düşür ki, danışıqlarda ciddi güzəştlərə getmədən Avropa İttifaqının vahid bazarına çıxış əldə edə bilməyəcək. Belə ki, əgər Britaniya hökuməti Avropa İttifaqına ölkəyə miqrant axını, Aİ büdcəsinə ödəmələr və Avropa Ədalət Məhkəməsinin Britaniya üzərində müəyyən sahələrədə yurisdiksiyasının tanınması məsələlərində güzəştə getməsə Aİ ilə hansısa ticarət müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Belə olduğu təqdirdə isə Britaniya Aİ ilə ÜTT qaydaları ilə ticarət etmək məcburiyyətində qalacaq ki, bu da Birləşmiş Krallığının iqtisadiyyatı üçün fəlakətlə nəticələnə bilər.

Tereza Mey növbəti seçkilərin tarixini 2020-ci ildən 2022-ci ilə dəyişdirməklə Avropa İttifaqı ilə həm Brekzitin, həm də yeni ticarət müqaviləsinin şərtlərini siyasi təzyiqlərdən azad şəkildə müzakirə etmək istəyir. Belə ki, Mey seçkilər yolu ilə hakimiyyətə gəlmədiyi üçün Mühafizəkarlar partiyasının daxilində mövqeləri zəifdir[iv]. Bundan əlavə, hazırda Mühafizəkarlarpartiyası parlamentdə üstünlüyü çoxkiçikdir. Bütün bunlar, partiya daxilində sərt Brekzit tərəfdarı olan qrupların hökumətin siyasətinə ciddi şəkildə təsir etmək imkanları yaradır. Seçkilərə getməklə Mey həm xalqın dəstəyini qazanmaq, həm də Brekzitlə bağlı danışıqlar zamanımüəyyən güzəştlərin edilməsinə partiya daxilində qarşı çıxa biləcək narazı qrupların gücünü zəiflətmək istəyir.

Bununla yanaşı, Tereza Mey həm də seçkilərdə qətiyyətli qələbə qazanmaqla Avropa İttifaqına da mesaj göndərmək istəyir. Mey üçün bu, Aİ rəsmiləri ilə pisləşən münasibətlər fonunda xüsusilə vacibdir[v]. Belə ki, Tereza Mey Aİ liderlərini, xüsusilə Avropa İttifaqı prezidenti Jan Klod Yunkeri və Almaniya Baş naziri Anqela Merkeli Britaniyada keçirələcək seçkilərə qarışmaqda ittiham edir[vi]. Tereza Meyin fikrincə, daha böyük mandatla seçilmək ona Avropa İttifaqı liderlərinə qarşı daha effektiv mübarizə aparmağa imkan verəcək.

Bundan əlavə, seçkilər Mey üçün həm də Şotlandiyada siyasi cəhətdən möhkəmlənmək və Şotlandiyada hakim SNP partiyasının mövqelərini zəiflətmək üçün də əlverişli şərait yaradır. Xatırladaq ki, martın 13-də Şotlandiyanın Birinci naziri Nikola Störcin Şotlandiya hökumətinin 2019-cu ilin yazına qədər müstəqillik haqqında ikinci referendum keçirmək niyyətində olduğunu bildirmişdir. Tereza Mey hökuməti Brekzit danışıqları zamanı belə bir referendumun keçirilməsinə qətiyyətlə qarşıdır. Əgər iyun seçkilərində Mühafizəkarlar Şotlandiyada hətta cəmi bir neçə yer qazana bilsələr belə, bu onlara hakim SNP ilə referendumla bağlı danışıqlarda daha güclü mövqedən çıxış etməyə imkan verəcək. Son rəy sorğuları göstərir ki, Şotlandiya Mühafizəkarları  (Britaniya Mühafizəkar Partiyasının filialı) iyundakı seçkilərdə son 20 ildə ilk dəfə uğur əldə edə bilərlər[vii].

Digər tərəfdən, ifrat sağı təmsil edən UKİP partiyasının hazırda dərin böhran yaşaması, Tereza Meyə həm də keçən seçkilərdə UKİP-ə gedən mühafizəkar səsləri Mühafizəkarlar partiyasına geri qazandırmağa imkan yaradır[viii]. Mayın 5-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə Mühafizəkarların ifrat sağçıları qətiyyətlə məğlub etməsi iyunda keçirələcək parlament seçkilərinin də UKİP üçün heç də yaxşı nəticələnməyəcəyinin göstəricisidir.

Sonda qeyd etmək lazımdır ki, əksər rəy sorğuları seçkilərdən sonra Mühafizəkarların daha da güclü şəkildə hakimiyyətə qayıtmasına işarə edir. Seçkilərdən sonra xarici siyasətdə Tereza Mey hökumətinin ABŞ-la daha da yaxınlaşmasını gözləmək lazımdır. Belə ki, Tereza Mey ABŞ prezidenti Donald Trampdan ehtiyat edir və Avropa İttifaqından çıxdıqdan sonra Britaniya üçün ABŞ-la strateji müttəfiqlik münasibətləri daha da böyük önəm qazandıqdan, bu münasibətlərə xələl gətirə biləcək istənilən addımdan çəkinməyə çalışır. Tereza Mey Donald Trampla keçmiş Baş nazir Marqaret Tetçerin prezident Ronald Reyqanla qurduğu münasibətlərə oxşar münasibətlər formalaşdırmaq istəyir.

Ayaz Rzayev,

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi eksperti


[i] Theresa May called snap election "because of fears Jeremy Corbyn would resign.” // 18 April 2017 // http://www.independent.co.uk/news/uk/politics/theresa-may-called-snap-election-fears-jeremy-corbyn-resign-general-a7690061.html

[ii] YouGov / The Times Survey Results. // 2-3 May 2017 // https://d25d2506sfb94s.cloudfront.net/cumulus_http://newtimes.az/uploads/document/dpzz1r8u3o/TimesResults_170503_VI_Trackers_with_Slogans_W.pdf

[iii] Can Britain’s Labour Party come back from the brink? // 3 May 2017 // https://www.nytimes.com/2017/05/03/opinion/roy-hattersley-britain-election-labour-party-jeremy-corbyn.html

[iv] TerezaMeyBrekzitləbağlıreferendumdansonraBaşnazirDevidKemeronunistefaverməsiiləBaşnazirkürsüsünəəyləşib.

[v] Juncker will find me 'bloody difficult woman' in Brexit talks, says May. // 3 May 2017 // https://www.theguardian.com/politics/2017/may/02/may-juncker-will-find-me-bloody-difficult-woman-in-brexit-talks

[vi] Theresa May Accuses E.U. Officials of ‘Brexit’ Threats Before British Vote. // 3 May 2017 // https://www.nytimes.com/2017/05/03/world/europe/theresa-may-uk-election.html

[vii] Scottish Conservatives plot return from brink of political oblivion. // 29 April 2017 // https://www.theguardian.com/politics/2017/apr/29/scottish-conservatives-plot-return-brink-political-oblivion

[viii] Why UKIP’s collapse matters. // 12 April 2017 // http://www.politico.eu/article/uk-general-election-ukip-why-collapse-matters-conservative-majority-theresa-may/

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...
Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...