THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İdman diplomatiyası beynəlxalq münasibətlərin mühüm amili kimi

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
197
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 aprel 2017 – Newtimes.az

Son onilliklərdə qlobal inkişafın mədəni paradiqması kontekstində dünya siyasətində humanitar meyarın təsdiqi prosesi müşahidə olunur. Müasir beynəlxalq münasibətlərdə humanitar problemlər xüsusi əhəmiyyət kəsb edir. Onların həlli beynəlxalq münasibətlərin vəziyyətindən, onlarda mövcud olan gərginlik səviyyəsindən, habelə bu prosesə yalnız dövlətlərin rəsmi nümayəndələrinin deyil, həm də ictimaiyyət nümayəndələrinin, o cümlədən idman ictimaiyyətinin cəlb edilməsindən asılıdır.

İdman qlobal təzahür olub, mənşəyindən, təhsilindən, dini etiqadından, yaxud iqtisadi vəziyyətindən asılı olmayaraq insanları birləşdirmək qabiliyyətinə malikdir. Müasir dünyada idman güclü potensiala və imkanlara malik siyasi təsir vasitəsidir.Müxtəlif ölkələr bu alətdən məqsədlərini reallaşdırmaq üçün müxtəlif şəkildə istifadə edirlər.Bu gün idman beynəlxalq münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.O, beynəlxalq əməkdaşlığın fəallaşdırılması vasitəsi, münaqişələrin qarşısının alınması və mədəniyyətlərarası dialoqun qurulması aləti  kimi çıxış edir.İdman universal olduğundan, irqindən, dərisinin rəngindən, dini etiqadından, ideoloji baxışlarından asılı olmayaraq hamı üçün anlaşılandır, bu da onun əhəmiyyətini artırır.

Son onilliklərdə xalqlar arasında anlaşmanın əldə edilməsinə, idman vasitəsilə əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş fəal inkişaf edən diplomatik fəaliyyət növü kimi idman diplomatiyası fenomeni idmanın beynəlxalq münasibətlər sahəsinə cəlb edilməsi ilə bağlıdır.Müasir dünyada daxili və xarici siyasət sahəsində dövlətlərin strateji vəzifələrini həll etməyə qadir olan humanitar texnologiya və vətəndaş cəmiyyəti institutu kimi idman diplomatiyasının fəal şəkildə formalaşması prosesi cərəyan etməkdədir.

Müasir mürəkkəb və ziddiyyətli dünyada idman dinc əməkdaşlıq modelinin imkanlarını və üstünlüklərini nümayiş etdirərək, dərin simvolik funksiya daşıyır. Məhz özünün sülhyaradıcı potensialı səbəbindən idman BMT-nin fəaliyyətində inkişafın və sülhün təmin edilməsi aləti kimi nəzərdən keçirilir. İdman fəaliyyəti sülh mədəniyyətinin dəyərlər sistemində mühüm yer tutan demokratik norma və prinsiplərə istiqamətlənmiş davranışın tərbiyə olunmasına təkan verir. Məhz idman tolerantlıq, qarşılıqlı hörmət və zorakılıqdan imtina nümunəsi kimi çıxış edir.

"Siyasətdən kənarda” olmasına baxmayaraq, idman güclü siyasi potensiala malikdir və beynəlxalq münasibətlərdə mühüm rol oynayır. Sülh və inkişaf alətlərindən biri olan idman yerli, milli və beynəlxalq səviyyələrdə həmrəyliyin, dözümlülüyün və sosial inteqrasiyanın möhkəmləndirilməsinə təkan verir.

Müasir beynəlxalq münasibətlərdə idmanın realizəsinin dörd formasına daha böyük tələbat duyulmaqdadır:

1. İdman inkişaf aləti kimi;

2. İdman "yumşaq güc” aləti kimi;

3. İdman multikultural dialoq və yaxınlaşma aləti kimi;

4. İdman beynəlxalq münasibətlərdə sülhün təmin edilməsi aləti kimi.   

Müasir beynəlxalq münasibətlərdə idman diplomatiyasının xarakteri və məzmunu son onilliklərdə əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır.Müasir idman diplomatiyası dövlətlərin vətəndaş cəmiyyəti institutları səviyyəsində məlumat və ideyalar mübadiləsi vasitəsilə bir-birinin ictimai rəyinə qarşılıqlı təsirini nəzərdə tutur.Hazırda beynəlxalq münasibətlərdə idman diplomatiyasının rolunun güclənməsi aşağıdakı səbəblərlə şərtlənir:

-ənənəvı diplomatiyada baş verən coşğun dəyişikliklər, yalnız dövlətlərin qarşılıqlı fəaliyyətini nəzərdə tutan klassik diplomatiya modelinin müasir diplomatik fəaliyyətin aspektlərindən birinə çevrilməsi, ənənəvi diplomatiyanın müasir reallıqlara adaptasiya məcburiyyətində qalması;

-idman növlərinin və idman təşkilatlarının sayının artması, onların təsirinin güclənməsi, ümumi dəyərlər baxımından idman və diplomatiyanın yaxınlaşması, açıqlığa, tolerantlığa, sülhə istiqamətlənmə;

-humanitar texnologiya və vətəndaş cəmiyyətinin institutu kimi idman diplomatiyasının dövlətlərin daxili və xarici siyasət sahəsində strateji vəzifələrini həll etmək qabiliyyəti.  

Son illərdə dünya miqyaslı idman hadisələrinin populyarlaşması, habelə idmandan siyasi məqsədlərlə istifadənin çoxəsrlik tarixi fonunda idman diplomatiyasının daha geniş tədqiqinin əhəmiyyəti artır. Milli səviyyədə bədən tərbiyəsi və idmanın inkişafı məsələlərinə daha çox diqqət yetirilir, dünya siyasətində beynəlxalq idman təşkilatlarının rolu genişlənir, bu və ya digər dövlətin dünya siyasətinə "yumşaq güc” mövqeyindən təsirinin güclənməsi mexanizmləri daha fəal surətdə müzakirə olunur.

İdman diplomatiyasının ən geniş yayılmış anlayışı aşağıdakı kimi ifadə olunur: dövlətlərin, hökumətlərin, xarici siyasət vəzifələrinin həyata keçirilməsi üzrə xüsusi orqanların beynəxalq idman tədbirlərinin təşkili, keçirilməsi və komandalar, idmançılar, məşqçilərlə həmin tədbirlərdə iştirak və nailiyyətlər əldə etmə vasitəsilə dövlətlərin xarici siyasət vəzifələrini həyata keçirməsi.

İdman diplomatiyası ölkənin "yumşaq güc” vasitəsilə təsirinin artırılmasının perspektivli istiqamətidir.Dövlətin idman mübadilələrinin təşkili çərçivəsində minimum iştirakından başlayaraq böyük idman hadisələrinin sıyasi səbəblərdən boykot edilməsinə qədər idman diplomatiyası müəyyənliklə yanaşı, idmanın universalist məqsədlərinin pozulması ilə bağlı bəzi etik xarakterli şübhələrə rəvac verə bilər.İdman diplomatiyasının inklişaf  perspektivlərinə gəlincə, mövcud informasiyaların təhlili aşağıdakı nəticələrə gəlməyə imkan yaradır.Böyük idman yarışlarının təşkilatçısı olan ölkələrin nüfuzunun artması və xarici siyasi təsirin komponenti kimi "yumşaq güc” amilinin nəzəri təhlili zərurəti nəzərə alınmaqla, idman diplomatiyasına marağın daha da güclənəcəyini proqnozlaşdırmaq mümkündür. İdman sahəsində müasir dövlət siyasətinin tədricən təkmilləşdirilərək cəmiyyətin birliyinə təsir göstərəcəyi istisna olunmur.Diplomatiyanın ən dinamik və inamla inkişaf edən növlərindən biri olan idman diplomatiyası dünyanın bir çox dövlətində institutlaşmağa başlamışdır.

Hazırda Azərbaycan Respublikasında cəmiyyətin müasir siyasi mədəniyyətinin mühüm tərkib hissəsi kimi idman diplomatiyasının inkişaf etdirilməsinə, idmanın xarici siyasət fəaliyyətinə cəlb edilməsinə böyük önəm verilir. İdman diplomatiyasının fəal tətbiqində məqsəd ölkənin müsbət obrazının yaradılması, onun beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, "yumşaq güc”ün tətbiqi sisteminin təkmilləşdirilməsi, bu istiqamətdə həm beynəlxalq təcrübəni, həm də milli özünəməxsusluğu nəzərə alan optimal fəaliyyət formalarının axtarılıb tapılması, bu istiqamətdə normativ bazanın daha da təkmilləşdirilməsidir.

Azərbaycan Respublikasında idman diplomatiyasının siyasi tətbiqi təcrübəsi özünün dinamizmi ilə seçilir. Azərbaycanın idman diplomatiyası daim inkişafdadır. Azərbaycan Respublikasında idman potensialının gücləndirilməsınə keçən əsrin 90-cı illərinin ortalarından etibarən xüsusi diqqət yetirilir. 1997-ci ildə İlham Əliyev Azərbaycan MOK-un prezidenti seçildikdən sonra ölkədə olimpiya hərəkatının və idmanın sürətli inkişafı reallığa çevrildi.Nəticədə idman diplomatiyası Azərbaycan Respublikasının xarici siyasətində mühüm təsir alətlərindən biri kimi çıxış etməyə başladı. 2014-cü ildə Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi bu istiqamətdə atılmış mühüm addım kimi Azərbaycan Respublikasının xarici siyasət vəzifələrinin həyata keçirilməsi baxımından müsbət nəticələr verdi. Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi Azərbaycan Respublikasının idman diplomatiyasının reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir, çünki bu hadisə ölkənin "yumşaq güc”ünün səviyyəsinin, onun imicinin və nüfuzunun  yüksəldilməsinə təkan vermişdir. Bu gün Bakı şəhəri artıq dünya miqyasında idman təyinatlı mötəbər tədbirlərin keçirildiyi məkan kimi tanınır. Bir tərəfdən ölkəmizin və Bakı şəhərinin infrastrukturu, digər tərəfdən isə dövlətimizin xoşməramlı siyasəti bu kimi tədbirlərin keçirilməsi üçün mühüm zəmin yaradır. Birinci Avropa Oyunlarının ardınca "Formula-1'' Avropa Qran-prisinin Bakıda keçirilməsi prosesini 2017-ci ildə ölkəmizin ev sahibliyi etdiyi İslam Həmrəyliyi Oyunları davam etdirir. Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan Respublikasının idman diplomatiyasının həyata keçirilməsi istiqamətində atılan növbəti uğurlu addımdır.

Hazırda ölkəmizdə həm peşəkar, həm də kütləvi idmanın populyarlaşdırılmasına yönəlmiş siyasət yürüdülür, sağlam həyat tərzinin təbliği və əhalinin sağlamlığının möhkəmləndirilməsi uzunmüddətli vəzifə kimi qarşıya qoyulur. Reallaşdırılan siyasət sayəsində milli birliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin daha da yaxşılaşdırılması təmin olunur. ''Sportfacilities'' jurnalnın icmalında qeyd olunur ki, son illərdə Azərbaycan Respublikası ölkədə keçirilən dünya səviyyəli yarışların sayına görə liderlər sırasında yer alır.

Siyasi məqsədlərin həyata keçirilməsi üçün idman diplomatiyası metodlarından istifadənin populyarlığının artması ilə əlaqədar dövlətlər öz imicini və nüfuzunu yüksəltmək məqsədilə kütləvi idman tədbirləri vasitəsilə daha çox sayda təsir mexanizmindən istifadə edirlər. Bu gün Azərbaycan Respublikası  idman diplomatiyasının reallaşdırılması sahəsində böyük perspektivlərə malikdir. Ölkəmizin dünya miqyaslı idman hadisələrində fəal iştirakı, idman sahəsində qanunvericiliyi daha da təkmilləşdirlməsi idman diplomatiyasının nəzəri prinsiplərinin implementasiyası təcrübəsində qazanılan uğurları nümayiş etdirir. Lakin xarici siyasət vəzifələrinin reallaşdırılması üçün bilavasitə dayaq kimi idman tədbirlərinin funksiyası onun daha da təkmilləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsini tələb edir.

Əlimusa İbrahimov,

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin müəllimi

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...