THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda parlament seçkilərinin nəticələri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
379
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 aprel 2017 – Newtimes.az

Ermənistanda aprel ayının 2-də parlament seçkiləri keçirildi. Seçkilərdə seçicilərin 60,86% iştirak edib. 2009 dairədə beş siyasi partiya-Ermənistan Respublika Partiyası, Daşnaqsutyun, Azad Demokratlar, Erməni Dirilişi, Kommunist partiyaları, dörd blok-Çarukyan Bloku, Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası Bloku, ORO Bloku (Ohanyan-Raffi-Oskanyn), Elk (Çıxış) Bloku iştirak edirdi (lragir.am, 31.03.2017).

2015-ci ildə keçirilən konstitusiya islahatından sonra parlamentdə millət vəkili sayı 101-ə (əvvəl 131 idi) endirilib. 1539 namizəd qeydə alınıb, parlamentdə bir kreslo uğrunda 150 nəfər mübarizə aparıb.

MSK-nın ilkin nəticələrinə görə:

Elk Bloku-7.74%

Azad Demokratlar Partiyası-0.56%

Erməni Dirilişi Partiyası-3.37%

Blok Çarukyan-27.32%

Konqres-EXP Bloku-1.18%

Ermənistan Respublika Partiyası-49.2%

Kommunist Partiyası-0.39%

ORO Bloku-2.04%

Daşnaqsutyun Partiyası-6.57% səs toplayıb.

Bu o deməkdiri ki, seçki nəticələrinə görə parlamentdə hakim Respublika Partiyası, Daşnaqsutyun Partiyası, Elk Bloku və Çarukyan Bloku təmsil olunacaqlar.

Baş nazir kim olacaq?

Bu parlament seçkilərindən əvvəl keçirilən konstitusiya referendumu Ermənistanın idarəetmə sistemini dəyişdirdi. Ölkə parlament üsul-idarəsi ilə idarə ediləcək. Əsas məsələ baş nazir postuna kimin gətiriləcəyidir. Sərkisyan hazırkı baş nazir Karen Karapetyan ilə davam edəcək, yoxsa özü və yaxud daha iddiasız birini baş nazir postuna təyin edəcək? Seçkilərdən xeyli əvvəl Sərkisyanın baş nazir postuna gələcəyi iddia edilsə də, özü bu barədə qəti fikir bildirməmişdi. Bəzi mənbələr isə Sərkisyanın 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər Karapetyan ilə davam edəcəyini, prezident seçkilərində namizəd olmayacağını və özünün baş nazir seçiləcəyini iddia edir.

İkinci variant Sərkisyan üçün dana məqsədəuyğundur. Ancaq bu zaman Sərkisyanın Karapetyana nəzarət edə və yaxud edə bilməməsi məsələsi gündəmə gəlir. Təbii ki, Sərkisyan Karapetyan ilə davam edəcəksə, onun yaxın ətrafına öz adamlarını yerləşdirərək nəzərətini təmin edəcəkdir. Hazırkı Nazirlər Kabinetində ciddi dəyişikliyin olma ehtimalı zəifdir. Amma Sərkisyanın baş nazir olmaq istəməsi diqqətə alındığında özü baş nazir olmasa belə Nazirlər Kabinetində ciddi dəyişiklik də gözlənilə bilər.

Koalisiya hökumətinin qurulma ehtimalı

Seçkilər nəticəsində ERP 55, Çarukyan Bloku 30, Elk Bloku 9, Daşnaqsutyun Partiyası 7 mandata sahib olub.

Stabil parlament çoxluğunu təmin etmək üçün 101 yerin 54%-ni alan partiya hökuməti qura bilər. Əgər stabil parlament çoxluğu təmin edilməzsə, yəni hökumət qurulmasa, parlamentdə hökuməti qurmaq üçün 28 gün sonra ikinci səsvermə keçirilməlidir.

Ancaq görünən odur ki, hakim Ermənistan Respublika Partiyası parlamentdə stabil çoxluğu yəni yerlərin 54%-ni təmin edib.

Parlament seçkilərinə beynəlxalq müşahidəçilər və təşkilatlar ciddi nöqsanlar qeyd etməsə, hazırkı hökumət təkbaşına hökuməti qura bilər. Koalisiya hökuməti qurulacaqsa, Çarukyan Bloku ilə əməkdaşlıq imkanları siyasi səbəblərə görə məhduddur. Daşnaqsutyun Partiyası ilə koalisiya hökuməti qurma ehtimalı var. Ancaq daha əvvəl iki dəfə koalisiya hökumətində yer alan Daşnaqsutyun Partiyasının hökumətdən çıxması reallığı da gözardı edilməməlidir.

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Daşnaqsutyun partiyası ilə koalisiya hökuməti qurulmasını istisna etməsə də, bu tələsik verilmiş bir bəyanatdır.

Sərkisyanın ölkə daxilində və beynəlxalq aləmdə legitimliyini qəbul etdirməsi üçün koalisiya hökuməti qurma ehtimalı da unudulmamalıdır.

Müşahidəçilərin rəyləri

MDB-dən gələn müşahidəçilər qrupunun üzvü, Rusiya MSK-nın katibi Maya Qrişina seçkilərdə ciddi qanun pozultusunu müşahidə etmədiklərini bildirib.

ATƏT missiyasının koordinatoru İqnasiyo Sançes Amor isə KİV-lərin hüquqlarının pozulduğunu, seçicilərə təzyiq edildiyini bildirib.

Vətəndaş müşahidəçiləri isə 1521 seçki məntəqəsində olublar və seçkilərin vətəndaşların iradələrini ortaya qoymağa imkan vermədiyini qeyd ediblər.

Amerikada yaşayan tanınmış kinorejissor Atom Eqoyan isə olduğu altı seçki dairəsində bəzi qanun pozuntuları ilə qarşılaşdıqlarını bildirib.

Seçkilərdə məğlubiyyətə uğrayan digər partiya və bloklar isə artıq bununla barışıb və post-seçki mərhələsində ciddi etiraz dalğasının olması ehtimal edilmir.

Ümumiyyətlə isə seçkilərlə bağlı polisə 153 qayda pozuntusu haqqında müraciət edilib.

Baş prokurorluğa 729 şikayət daxil olub və 75 şikayətdə cinayət məsuliyyətinin olduğu bildirilir.

Ermənistan vətəndaşları müharibə partiyasına səs verdi və hakimiyyətdə saxladı. Eyni zamanda vətəndaşların sosial-iqtisadi, siyasi problemlərini həll etməyən, əksinə bu problemləri daha da dərinləşdirən partiya hökuməti quracaq. Parlament üsul-idarəsinə keçdikdən sonra Ermənistanda rüşvətin, korrupsiyanın daha da artacağı, siyasət meydanında hərc-mərcliyin çoxalacağı, hətta sifarişli siyasi qətllərin olması ehtimalı vardır.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...
Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...