THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cors Soros: Balkanlarda persona non-grata?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
88
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 mart 2017 – Newtimes.az

Maraqlıdır, deyəsən Corc Sorosun həyatında artıq qara zolaq başlayır. Belə ki, Hillari Klintonun məğlubiyyəti və Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə böyük zərbə alan Soros, indi də çox "zəhmət çəkdiyi” Şərqi Avropa və Balkanlarda persona non-grata elan edilir. Artıq bir sıra ölkələrdə Corc Soros tərəfindən maliyyələşdirilən QHT-lərə qarşı açıq mübarizə elan edilib.

Belə ki, bir müddətdir Amerikalı milyarder C.Soros tərəfindən Balkanlardan maliyyələşdirilən qeyri-hökumət təşkilatlarına qarşı təzyiqlərin artması və onların yeni hədəfə çevrilmələri barədə məlumatlar dünya mətbuatında yayılmağa başlamışdır. Artıq Albaniya, Bolqarıstan, Xorvatiya, Makedoniya, Rumıniya, Macarıstan və Serbiyada hökumət çevrilişləri planlarını həyata keçirmək ittihamı ilə Soros tərəfindən maliyyələşdirilən bir çox QHT-lərlə bağlı araşdırma aparılır. C.Soros isə ona qarşı irəli sürülən bütün ittihamların sosial və iqtisadi problemlərlə üzləşən hökumətlər tərəfindən diqqəti bu problemlərdən yayındırmaq üçün irəli atdığını bildirib.

Makedoniyada"Stop Operation Soros” adlı hərəkatı yaradan hakim partiyanın rəhbəri Nikola Qruyevski hələ 2016-cı ilin dekabrın 11-də keçirilmiş ümumi seçkilərdən sonra yaranmış siyasi böhranla əlaqədar xaricdən maliyyələşdirilən QHT-ləri təhdid etmiş və "ölkənin de-soroslaşdırılması” naminə mübarizə aparacağını dilə gətirmişdi. O bildirmişdi ki, "əgər bunun arxasında Makedoniyaya, QHT-lərə KİV-lərə, siyasətçilərə milyonlarla dolları xərcləyən Cors Soros olmasaydı, bizim iqtisadiyyatımız daha güclü olardı, daha çox iş yerimiz və pulumuz olardı. Ölkənin xarici işlər naziri Nikolo Poposki isə "Sorosun ölkədəki fəaliyyəti”nin qəbuledilməz olduğunu söyləmişdi.

Bəzi məlumatlara görə 2011-2014-cü illər arasında Makedoniyada fəaliyyət göstərən QHT-lərə xaricdən 16 milyon dollar həcmində vəsait köçürülmüşdür. Bunlardan 12,9 milyon dollar Soros Fondu, 2,2 milyon dollar Demokratiyaya Dəstək Fondu (NED), 1 milyon dollara yaxın vəsait isə digər təşkilatlar tərəfindən köçürülmüşdür. Makedoniyada fəaliyyət göstərən QHT-lərin 90 faizinin Soros tərəfindən yaradıldığını nəzərə alaraq, bu vəsaitin hara və nəyə xərcləndiyi aydın görünür.

Eyni zamanda məlum olmuşdur ki, Sorosa məxsus Open Society Foundation (60 ölkədə fəaliyyət göstərir) USAİD vasitəsilə Makedoniya siyasətinə təsir etmək istəmişdi. ABŞ Konqresi hal-hazırda USAİD-ə qarşı irəli sürülən bu ittihamları araşdırır. Bu məlumatlar Soros tərəfindən maliyyələşdirilən qrupların göndərdiyi email-lərin Vikiliks tərəfindən ifşa olunmasından sonra meydana gəlmişdi. Email-lərdə eyni zamanda Sorosa bağlı qruplardan Almaniya və Avropanın digər ölkələrinə miqrantları qəbul etmək məsələsinə ciddi təsir etmək üçün istifadə olunduğu aşkara çıxmışdı.

Rumıniyada isə bəzi hökumət tərəfdarları ölkədə son zamanlarda baş vermiş küçə iğtişaşlarının rəhbərlərini "Sorosun aqentləri” adlandırmış və Sorosun bu iğtişaşların arxasında olduğunu bildirmişlər. Hakim Sosial Demokratlar Partiyasının rəhbəri Liviu Dragena bildirmişdir ki, gələcəkdə bütün QHT-lərin fəaliyyətinə yenidən baxılacaq, yəni onların ictimai və milli maraqlara nə dərəcədə cavab verdiyi araşdırılacaq. Dragena eyni zamanda Sorosu şəxsən hədəfə alaraq bəyan edib ki, "bu adam və onun 1990-cı illərdən bəri illərlə Rumıniyada yerləşdirdiyi fondlar və QHT-lər Ruminiyaya yalnız ziyan gətirib. Onun gördüyü işlərin heç biri ölkəyə xeyir gətirməyib”.

Serbiyada da Corc Soros dövləti destabilləşdirmək istəyənləri maliyyələşdirən qüvvə kimi günahlandırılır. Belə ki, əmək naziri Aleksandar Vulin cari ilin yanvarın 28-də prezidentliyə namizəd olan müxalifət nümayəndələrinə Sorosa borclu olduqlarını deyib. Eyni zamanda sağçı hərəkatın üzvləri Sorosa məxsus Open Society Foundation-inin fəaliyyətini Rusiyada olduğu kimi qanunsuz elan etmək və yeni qanunun qəbul olunmasına çağırırlar.

Xorvatiyada ölkənin keçmiş siyasətçilərdən, nazirlərdən, yazıçılarından, ekspertlərdən və tarixçilərdən ibarət sağçı qrupun "milli etik tribunal” yaratmaq niyyətində olduğu bildirilir. Bu tribunal Soros və onun aqentlərinin fəaliyyətini ifşa etməklə məşğul olacaqdır.

Bolqarıstan da kənarda qalmayıb. Avropada yaranmış miqrant böhranının bu ölkədə Soros tərəfindən maliyyələşdirildiyi və bütün bunların son nəticədə Avropanın dağılmasına yönəldiyini qeyd edilir. İqtidara qarşı baş vermiş iğtişaşlarda iştirak etmiş insanları isə "Soros oid” adlandırmışlar.

Macarıstanda Soros ölkədə "demokratiyanı destabilləşdirmə”də ittiham olunur. Macarıstan hökumətinin Dövlət naziri Yanoş Lazar Macarıstan hökumətinə qarşı aparılan kampaniyanın arxasında məhz C.Sorosun dayandığını iddia edib. Yanoş Lazar C.Sorosun ABŞ Demokratlar Partiyası üzərində ciddi təsiri olduğunu və son zamanlar macar hökumətinə qarşı açıqlamaların arxasında dayandığını, Demokratlar Partiyasının aktiv dəstəkçilərindən biri olduğunu demiş, onu Klinton cütlüyünün patronu adlandırmış, öz mövqeyini qəbul etdirmək üçün istənilən addıma hazır olduğunu bildirmişdir. Baş nazir Viktor Orban isə 2017-ci ilin Avropadan bu cür QHT-lərin qovulacağı il olacağını bildirib.

Qeyd olunmalıdır ki, Corc Soros Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərində və "Budapest Business Journal” jurnalına verdiyi müsahibəsində Macarıstan hökumətini sərt şəkildə tənqid etmiş, V.Orbanın rəhbərlik etdiyi hökumətin cəmiyyət üçün təhlükə mənbəyi olduğunu söyləmişdir. O, hökumət üzvləri tərəfindən vətəndaş cəmiyyətinə qarşı həyata keçirilən təzyiqin getdikcə artmasını xeyli müddət ərzində formalaşmış Avropa İttifaqı dəyərlərinə və qanunun aliliyi prinsipinə qarşı həyata keçirilən təhqir olduğunu, vətəndaş cəmiyyətinin demokratiyanın ən əsas tərkib hissəsi olduğunu, həyatını açıq cəmiyyətin və demokratiyanın inkişafına həsr etdiyini, lakin Macarıstan hökumətinin bunun tam əksini etdiyini bildirmişdir.

Albaniyada isə Open Society Foundation-in köməyi ilə hazırlanan yeni ədliyyə islahatı "Soros tərəfindən maliyyələşdirilmiş” islahat adlandırılmış, ABŞ Səfirliyi isə birbaşa ölkənin daxili işinə müdaxilədə ittiham olunmuşdur. Adıçəkilən islahat alban cəmiyyətin iki hissəyə parçalanmasına gətirib çıxarmışdır. Belə ki, ölkənin ən böyük müxalifət partiyası olan Demokratlar partiyası layihəni boykot etmişdi. ABŞ-ın bu ölkədəki səfiri Donald Lu (ABŞ-ın Azərbaycanda səfirinin müavini vəzifəsində də çalışmışdı) isə məlum ədliyyə islahatını dəstəkləməyən Baş Prokuroru hədələyərək islahatı dəstəkləməyəcəyi təqdirdə ona şəxsi sanksiyaların tətbiq olunacağını bildirmişdir. Baş Prokuror bu məsələdən ölkənin Prezidentinə və Parlamentin sədrinə şikayət etmişdir. Səfirlik isə öz növbəsinə layihəni dəstəkləməyən 70 prokuror və hakimə viza sanksiyası tətbiq etmişdir.

Albaniyanın daxili işinə ABŞ səfirliyinin müdaxiləsinin Baş nazir Edi Rama ilə Soros arasındakı dostluq münasibətlərindən qaynaqlandığı bildirilir. Belə ki, Edi Rama Sorosun toyunda iştirak etmişdir. Sorosun isə Hillari Klinton Dövlət Katibi olduğu dövrdə Albaniyadakı fəaliyyəti ilə bağlı birbaşa onunla əlaqədə olduğu bildirilir.

Sorosa qarşı Balkanlarda start verilmiş bu kampaniya Sorosun illərlə fəaliyyətinin bu ölkələrdə dərin kök saldığını açıq-aydın göstərir. Cors Sorosun keçmiş Dövlət katibi Hillari Klintonla yaxşı münasibətlərin olduğu, eyni zamanda Klintonun seçki kampaniyasının maliyyə baxımından ən böyük dəstəkçisi olduğu heç kəsə sirr deyil. Klinton Dövlət Katibi olduğu dövrdə Corc Soros bir sıra ölkələrdə fəaliyyətini birbaşa ABŞ səfirliklərinin dəstəyi ilə edirdi. ABŞ-da Respublikaçıların qələbə qazanmasına və diplomat olmayan Reks Tillersonun yeni Dövlət Katibi təyin olunmasına baxmayaraq, ABŞ Dövlət Departamentinin və onun bir sıra yüksək vəzifəli əməkdaşlarının Demokratlar Partiyası ilə sıx bağlılığı bəllidir. Trampın seçildikdən sonra dərhal bir çox ölkələrdə ABŞ səfirlərini geri çağırması bunun dolayı sübutu kimi qiymətləndirilə bilər. Eyni zamanda bəzi iddialara görə ABŞ-ın bir sıra səfirləri hələ də Obamanın hakimiyyəti zamanı aparılan xarici siyasətə sadiqdir və onu həyata keçirməyi davam edir. Albaniyada baş vermiş hadisələr bunu aydın göstərir. Bunları nəzərə alaraq Sorosa qarşı Balkanlardakı kampaniyanın nə dərəcədə uğurlu olub olmaması bu ölkələrin ABŞ-ın yeni xarici siyasət kursunda tutduğu mövqedən və bu kursun səfirliklər tərəfindən necə həyata keçirilib keçirilməmisindən asılı olacaqdır.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...