THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
160
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 fevral 2017 – Newtimes.az

Bu gün dünyada insan haqları, ifadə və mətbuat azadlığı bir sıra beynəlxalq sənədlərdə öz əksini taparaq, hüquqi müstəviyə qaldırılıb və dəyər qazanıb. Əlbəttə, bütün bu prinsiplərə göstərilən hörmət təqdirəlayiqdir. Amma Qərb dünyası bu dəyərləri qorumağa və genişləndirməyə çalışarkən nə qədər səmimidir? Heç bir ayrı-seçkilik etmədən bu dəyərləri müdafiə edir, yoxsa ölkələrə və şərtlərə görə dəyişirmi?

Ümumi mənzərəyə diqqət etdikdə Qərb dünyasının bu dəyərlər barədə ikili standartlar çərçivəsində siyasət həyata keçirdiyini görmək mümkündür. Nədir bu ikili standartlar?

Belarus tərəfindən Azərbaycana ekstradisiya edilən Aleksandr Lapşin barədə region mətbuatında ajiotaj davam edir. Baxmayaraq ki, Lapşinin Azərbaycana ekstradisiya edilməsinin Ermənistan ilə siyasi və hüquqi əlaqəsi yoxdur, ajiotajın yaşandığı dövlətlərdən biri də Ermənistandır. Ermənistan israrla "şeytanın vəkilliyini” etməkdədir. Hətta bu məsələ Ermənistan hökumətində, Prezident Administrasiyasında, parlament və XİN-də geniş müzakirə edilir. Hələlik məsələdən məsul tərəf Ermənistan XİN-i görünür.

Ermənistan rəsmiləri bu məsələdə Belarusdakı səfir Armen Xaçatryanı "günah keçisi” yerinə qoyublar və bütün tənqidlərin hədəfi odur. Bu, hökumətin və Prezident Serj Sərkisyanın tənqidləri özlərindən uzaqlaşdırması baxımından onların işinə yarayır. Ermənistan KİV-i bu barədə informasiyaları "Ermənistanın Belarus səfiri itmişdir, etibarsız sayılsın”[i], "Ermənistan diplomatiyasının zəifliyi və Xaçatryanın eynək silməsi”[ii] kimi ifadələrlə manşetə çıxarır.

Qeyd edək ki, Ermənistan XİN-i də məsələ ilə bağlı Belarus dövlətini tənqid edib, onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılması məsələsini gündəmə gətirib.[iii] Buna münasibət bildirən Belarus XİN-in mətbuat katibi Dmitri Mironçik "Ermənistan bizim üçün dost ölkədir” deyərək rəsmilərin və millət vəkillərinin bəyanatlarının emosional olduğunu ifadə edib.[iv]

Məsələyə münasibət bildirənlərdən biri – ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç belə deyib: "Sabiq diplomat olaraq bunu təhlükəli presedent hesab edirəm. Dağlıq Qarabağa gedən hər kəs, Azərbaycanın ekstradisiya haqqında müqavilə imzaladığı ölkəyə gedərsə, Azərbaycana verilə bilər. Bundan başqa Ermənistanla Azərbaycan arasında sülh naminə Platformada iştirak edən ermənilər necə olacaq? Onlar da həbs olunacaq?”[v] Uzun illər diplomatik fəaliyyət göstərən diplomatın belə ucuz və yersiz fikir bildirməsi təəcüb doğurur. Platformada iştirak edən ermənilərlə Lapşin arasında nə siyasi, nə də hüquqi paralellik yoxdur. Kozlariç Ermənistanı hər hansı bir şəkildə müdafiə edəcəksə, bu zaman başqa bir məsələ barəsində fikir bildirsəydi, özünə hörmət etmiş olar və çətin vəziyyətə düşməzdi. Yaxud da, Kozlariç ötən ilin avqust ayında Rusiya vətəndaşı, Serqey Mironovun Zvartnoç hava limanında çirkli pulların yuyulması və hərbi texnologiyanın qanunsuz verilməsi ittihamına görə ABŞ tərəfindən beynəlxalq axtarışa verilməsi səbəbindən saxlanılması zamanı narahatlığını bildirsəydi, daha inandırıcı olardı.

Avropa Ombudsman İnstitutu da Lapşinin Azərbaycana ekstradisiya edilməsinə münasibət bildirib və belə deyib: "Bu insident mətbuat və ifadə azadlığının pozulmasına gətirib çıxara bilər.”[vi] Elə Avropa ölkələrində qondarma erməni "soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanunlar qəbul edilərkən, səssiz qalmağa üstünlük verən Avropa Ombudsman İnstitutu məsələ Azərbaycan ilə bağlı olduqda kükrəyib coşur.

Lapşinin Azərbaycana ekstradisiya edilməsi beynəlxlq hüquqa, Azərbaycan və Belarusun qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib. Ombusman İnstitutu Ermənistan işğalı nəticəsində qaçqın olan bir milyona yaxın Azərbaycan vətəndaşının səyahət, ifadə azadlığı barədə bir kəlmə də deməyib, qondarma qurum tərəfindən əsir alınan Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini gündəmə gətirməyib.

Bəli, təssüf ki, insan haqları, ifadə və mətbuat azadlığı ilk baxışda bəşəri görünsə də, əslində bəşəri deyil. Qərb dünyası bundan öz mənafeyi çərçivəsində istifadə edir, səmimi deyil, ölkələrə və fərdlərə görə haqq və azadlıqların qorunmasına çalışır və yaxud əksinə. Bəşəri olsaydı Qərb dünyası sadəcə Lapşinin deyil, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində təxminən bir milyon Azərbaycan vətəndaşının da pozulmuş haqq və azadlıqlarının qorunmasını və təmin edilməsini tələb edər, Ermənistanı işğalçı ölkə kimi tanıyar və təzyiq edərdi. Məsələ Azərbaycan olduqda isə Qərb dünyası dərhal insan haqları, ifadə və mətbuat azadlığını xatırlayır və tənqid edir. Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi qanunlar çərçivəsində olub və heç bir hüquq pozuntusu yoxdur. Azərbaycan da öz qanunları çərçivəsində Lapşinin istintaqını aparacaq və qanunlarda nəzərdə tutulan şəkildə cəzalandıracaq və yaxud əfv edəcəkdir.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Утерян посол Армении в Белоруссии. Считать недействительным, https://regnum.ru/news/polit/­2237161.html, 9 февраля 2017.

[ii] Слабость армянской дипломатии и очковтирательство Хачатряна, http://www.armenianreport.com­/pubs/149438/, 2017-02-09.

[iii] Акоп Бадалян, Ассиметричный ответ Армении Беларуси, http://www.lragir.am/index/rus/0/­comments/view/53639, 08 Февраля 2017.

[iv] МИД Белоруссии: Армения является для нас дружественной страной, http://www.panarmenian.net/­rus/news/232209/, 9 февраля 2017.

[v] Арам Саргсян, Ричард Козларич: «Отправившиеся в Баку армяне-участники «платформы мира» тоже будут арестованы?» http://ru.1in.am/1181300.html, 2017-02-10.

[vi] Европейский институт Омбудсмена: Инцидент с Лапшиным - угроза ценностям прав человека http://www.panarmenian.net/rus/news/232282/, 10 февраля 2017.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...