THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qərbin İran siyasəti: fikir ayrılıqlarının səbəbləri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8574
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 sentyabr – Newtimes.az

İsrail İrana önləyici hava zərbəsi endirməyi planlaşdırır. Təl-Əviv ABŞ-ın tərəddüdlərinə qarşı hiddətini gizlətmir. Qərbin siyasi dairələrində müharibə variantını qəbul etməyənlər az deyil. Onlar maliyyə və iqtisadi sanksiyalara üstünlük verirlər.

Tehrana qarşı yeni sanksiyalar

Qərb İranla bağlı mövqeyini bir qədər də sərtləşdirir. Almaniya, Fransa və Böyük Britaniya ilə yanaşı, Kanada da Tehrana təzyiq edir. Kanadanın xarici işlər naziri Con Berd İrandakı səfirliyi bağladıqlarını bəyan edib. Artıq bütün kanadalı diplomatlar İranı tərk edib.

Ottava bu addımını İran hökumətini qlobal dünya üçün əsas təhlükə hesab etməsi ilə əsaslandırır. İran nüvə proqramı ilə bağlı BMT-nin qətnamələrini yerinə yetirməkdən imtina edir. Üstəlik, rəsmi Tehran Suriya rejiminə getdikcə daha çox yardım göstərir.

Bütün bunlara görə, Ottava İranı terrora dəstək verən ölkələr siyahısına daxil edib. Kanadanın bu bəyanatı Avropa İttifaqının İrana qarşı sanksiyaları gücləndirməsi ilə eyni vaxta düşür. Almaniyanın xarici işlər naziri Giedo Vestervelle rəsmi Tehrana qarşı yeni məhdudlaşdırıcı mexanizmlər tətbiq etmək təklifi ilə çıxış edib. "Reuters” agentliyinin yaydığı informasiyaya əsasən, Fransa və Böyük Britaniya bu təşəbbüsü dəstəkləyir.

Fransanın xarici işlər naziri Loran Fabius jurnalistlərə verdiyi müsahibədə qeyd edib ki, yeni tədbirlər maliyyə və neft sektorlarını əhatə etməlidir. Bu da İranın xarici ticarət dövriyyəsinə təsir göstərəcək. Britaniyanın xarici işlər naziri də analoji fikir söyləyib. Avropa İttifaqının əsas etirazı Tehranın nüvə proqramı ilə bağlı dialoqa getməməsi və öhdəliklərə əməl etməməsi ilə əlaqəlidir.

Avropanın İran məsələsində nümayiş etdirdiyi bu mövqenin fonunda İsrail-ABŞ münasibətlərində müəyyən gərginliyin yaranması ekspertlərin diqqətini cəlb edib. Konqresmen Maykl Rocers Qüdsdə baş nazir Benyamin Netanyahu ilə görüşündən sonra maraqlı fikirlər söyləyib.

Onun sözlərinə görə, Netanyahu Amerikanın İran məsələsində tərəddüdlü mövqe tutmasından çox hiddətlənib. "BBC” televiziya kanalı M.Rocersin bununla bağlı dediklərinin tam mətnini yayıb. İsrailin baş naziri İrana önləyici zərbə endirə biləcəklərini xüsusi qeyd edib.

İsrail ABŞ-a güvənmir

Məsələ ondan ibarətdir ki, israillilər Obama administrasiyasının "hər bir variant mümkündür” fikrinin doğruluğuna inanmırlar. Ona görə də Təl-Əviv ABŞ-dan dəqiq təminat almağa çalışır. Yalnız bu halda o, İrana hava zərbəsi endirməyəcəyinə söz verir. Ən pis halda İsrail İranın nüvə proqramını 1-2 il ləngidə biləcək hava zərbəsi endirməyi planlayır. Həmin müddətdə qlobal geosiyasi mühitdə yeni faktorların meydana çıxa biləcəyinə ümid edir.

Ekspertlər İsrail rəhbərliyinin "yeni elementlər” dedikdə nəyi nəzərdə tutduğunu izah etməyə çalışırlar. Belə bir fikir var ki, Təl-Əviv həmin müddətdə Suriya məsələsinin həll ediləcəyinə və beynəlxalq birliyin diqqətini İrana yönəldəcəyinə ümid edir. Bu da Qərbin Yaxın və Orta Şərqlə bağlı uzunmüddətli planlarının olmasını dolayısı ilə təsdiqləyir.

Bunlarla yanaşı, İsrail İranın özündə siyasi dəyişikliklərin baş verməsi ehtimalını istisna etmir. İran demokratikləşsə, onun nüvə proqramı da təhlükə yaratmayacaq. Bu bağlılıqda "Financial Times”ın siyasi təhlilçisi Fil Stivens düşündürücü bir versiya ortaya atıb.

Onun fikrincə, Qərbin İrana qarşı hərbi əməliyyat aparması Tehranın nüvə silahı istehsal etməsi ilə nəticələnəcək. Çünki kənardan təhlükə hiss edən İran üçün başqa çıxış yolu qalmır. Yəni F.Stivensə görə, ən yaxşı yol İran məsələsini siyasi danışıqlar vasitəsi ilə həll etməkdir.

Bunlar göstərir ki, İsrailin İrana həribi zərbə endirmək ideyasını Qərbdə birmənalı qəbul etmirlər. Təl-Əvivin aqressivliyi İranı bir çox radikal addımlar atmağa sürükləyəcək ki, bu da beynəlxalq birlik üçün yeni problemlər yaradacaq. Qərbin siyasi dairələrindəki bu fikir ayrılığı hansı nəticələri verə bilər?

İrana hərbi zərbənin mümkün fəsadları

Hər şeydən əvvəl, Qərbin siyasi dairələri İraqdakı səhvləri təkrar etmək istəmir. İraq müharibəsi müsləman ölkələrinin ABŞ-a olan etibarını azaltdı. Bundan başqa, Qərbin geosiyasi rəqibləri fürsətdən istifadə edərək öz nüfuzlarını artırmağa başladılar. Hazırda Rusiya və Çin İslam aləmi ilə daha yaxından əlaqə qurmağa çalışır. Nəhayət, hərbi gücdən daha geniş miqyasda istifadə dünya müharibəsinin başlamasına səbəb ola bilər.

Görünür, Qərb İran siyasətinə müəyyən düzəlişlər edə bilər. Əsasən maliyyə və istisadi sanksiyaların gücləndirilməsi ehtimalı üzərində dayanılır. İranı uzun müddət təcrid vəziyyətində saxlamaqla siyasi islahatlar apamağa məcbur etmək kursu seçilə bilər. Lakin bu məqsədə nail olmaq üçün Qərb Cənubi Qafqaz siyasətində ciddi dəyişikliklər etməlidir.

Məsələ ondan ibarətdir ki, rəsmi Tehran Ermənistanla əməkdaşlığını daha da genişləndirir. Hətta qanunsuz bank əməliyyatları aparılır. Regiondakı iqtisadi inteqrasiya prosesindən kənarda qalan İrəvan İran fürsətini əldən vermək istəmir. Ona görə də ekspertlər Tehran-İrəvan xəttində əməkdaşlığın dərinləşməsi və genişlənməsinə az  ehtimal vermirlər. İran həm də Qərbin Ermənistana qarşı xeyli loyal olmasını nəzərə alır. Tehran əmindir ki, İrəvanı Qərb incitməyəcək.

Belə çıxır ki, Qərb İran məsələsini həll etmək üçün Ermənistan siyasətinə də yenidən baxmalıdır. Bu, bütün variantlarda baş verməlidir. İsrail İrana qarşı hərbi əməliyyat keçirsə belə, Ermənistanı əsassız himayə etmək siyasətinə son qoyulmalıdır. Qərb üçün vəziyyəti bu məsələdə çətinləşdirən əsas məqamlardan biri Rusiyanın ermənilərə tam nəzarət etməsidir.

Ermənilər həmişə Qərblə Rusiya arasında tərəddüd ediblər. Ona görə də hətta İran məsələsi kimi prinsipial problem kontekstində Ermənistan dünya üçün əngəl ola bilər. Bu çətin və ziddiyyətli vəziyyətdən Qərbin necə çıxacağını zaman göstərəcək.

Newtimes.az

Copyright © Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...