THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Sarkisyanın məkrli miqrasiya siyasəti

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8014
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Seçki prosesi müasir dövlətin və cəmiyyətin simasını göstərən məqamlardan biridir. Ermənistanda parlament seçkisinə hazırlıq prosesini izləyəndə onun dövlət və cəmiyyət olaraq əsl simasını görmək asandır. İndiki tarixi şəraitdə ermənilərin bir millət və Ermənistanın dövlət kimi malik olduğu keyfiyyətlər seçkinin necə keçirilə biləcəyinə aydınlıq gətirir.

“Regnum” agentliyinin baş redaktorunun müavini Vigen Akopyanın ermənilər və Ermənistana həsr edilmiş analitik yazısında bu məsələyə də aidiyyəti olan məqamlar vardır. O yazır ki, müasir ermənilər üçün millətlə dövlətin münasibəti aydın deyil.

Ümumiyyətlə, ermənilərin dünya üzrə sayı 10 milyondursa, Ermənistanda 3 milyondan az erməni yaşayır. Yəni dünyanın müxtəlif guşələrinə səpələnmiş ermənilərin sayı erməni dövlətində yaşayanlardan 3 dəfə çoxdursa, hansı mənada dövlətçilikdən danışmaq olar? V.Akopyan bu suala cavab axtarır.

Bunun işığında Ermənistandan miqrasiya edənlərin illər üzrə sayını verir. O göstərir ki, 1989-cu ildə Rusiyada 532,4 min erməni yaşayırdısa, 2002-ci ildə bu rəqəm 1 milyon 130 min nəfər, 2010-cu ildə 1 milyon 180 min nəfər olmuşdur. Rəqəmlərin artımı Ermənistandan olan miqrasiya ilə bağlıdır. Sübut üçün V.Akopyan dünya üzrə miqrasiya dinamikası ilə son 20 ildə Ermənistandan olan miqrasiyanın dinamikasının müqayisəsini verir. Əgər 2005-2006-cı illərdə dünya üzrə miqrasiya dünya əhalisinin 3%-ni təşkil edibsə, son 20 ildə Ermənistanı 1 milyondan çox adam tərk etmişdir ki, bu da əhalinin ümumi sayının 20%-i qədərdir. Yəni Ermənistandan miqrasiya edənlər orta dünya göstəricisindən 20 dəfə çoxdur. Bu rəqəmlərdən hansı nəticələr çıxır?

Hər şeydən öncə, Ermənistanın dövlət kimi taleyi qeyri-müəyyən, ermənilərin millət kimi ortaq ideyaya sahib olması ehtimalı isə çox aşağıdır. Ermənistanın dövlət kimi zəifliyi onun sosial-mədəni və siyasi durumunu müəyyənləşdirir. Bunu da başqa bir erməninin tədqiqatında ifadə etdiyi fikirlə sübut etmək olar.

Çikaqo Universitetinin (ABŞ) politologiya kafedrasının professoru Ronald Qriror Süni yazır ki, “daxili sabitliyini saxlaya bilməyən zəif dövlətlər beynəlxalq münasibətlərdə arzuolunan tərəfdaş deyillər və daha böyük, güclü qonşularının imperiya fantaziyalarına dəstək verirlər”[i]. Ermənistan zəif dövlət kimi daxili sabitliyini zaman-zaman saxlaya bilməmişdir. Hər seçki öncəsi orada faciələr baş vermişdir. Parlamentdə məlum kütləvi terror olayı, son prezident seçkisi zamanı mart qırğını, indi də güc strukturlarına verilən “hər şeyə nəzarət və müdaxilə” əmri, bunlar Ermənistanın son 20 ildə seçki ilə bağlı yaşadıqlarının bir qismidir.

Levon Ter-Petrosyan seçkidə Koçaryana uduzanda erməni xalqını xəbərdar etmişdi ki, “siz müharibə ilə sülh arasında seçimi birincinin xeyrinə etdiniz”. Bu fikir hər bir sonrakı seçkidə özünü doğruldur. Burada qeyri-adi heç nə yoxdur. Çünki Ermənistan EA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru Gevork Poqosyan Ermənistanın daxili sosial, siyasi və mədəni-psixoloji durumunu xarakterizə edəndə elə dəlillər göstərir ki, Ermənistanın bir dövlət kimi mövcud olması böyük sual doğurur.

O, yerli jurnalistlərin sualına cavab verərkən deyir ki, Ermənistanın hakimiyyət dairələri ölkədən insanların getməsində maraqlıdırlar. Çünki, birincisi, ölkədə iş yeri olmadığından işsizlərin getməsi sosial gərginliyi azaldır. İkincisi, gedənlərin Ermənistana göndərdiyi pulun miqdarı təqribən Ermənistanın büdcəsi qədərdir – 1,3 milyard dollar. Nəhayət, üçüncüsü, hakimiyyət siyasi rəqiblərini miqrasiya axını ilə zəiflədir. Yəni Ermənistan iqtidarı hakimiyyətini saxlamaq üçün cəmiyyəti iflic halına salır. Bunun səbəbini G.Poqosyan Ermənistan iqtidarında və vətəndaşlarında dövlətçilik şüurunun olmaması ilə izah edir[ii]. Bu, xüsusilə seçki prosesini təşkil etməkdə, onu keçirməkdə və nəticələri təqdim etməkdə ciddi faktordur. Belə mühitdə hər hansı demokratik institutlaşmadan danışmaq mümkün deyildir. G.Poqosyan bu məqamı lakonik ifadə edir ki, Ermənistanda məmurun əsas məqsədi çoxlu pul qapmaq və onu xarici banklara yerləşdirməklə “potensial miqranta çevrilməkdir”. Adi adam üçün də aydındır ki, məmuru özünü potensial miqrant kimi hiss edən ölkədə obyektiv və demokratik seçkidən kəlmə kəsmək belə mümkün deyildir.

Göründüyü kimi, Ermənistan dövlət və cəmiyyət olaraq keçən əsrin 90-cı illərindəki səviyyəsindən bir addım da qabağa gedə bilməmişdir. Ermənilər indi-indi millət olmaqları ilə dövlətçilikləri arasındakı nisbəti müəyyənləşdirməyə çalışırlar. Onların seçki ənənəsi isə terror, qanunsuzluq, başqalarının haqqını tapdalamaq kimi hadisələrlə zəngindir. Öncəki seçkilərdə öldürülən, həbsə atılan, təhqir olunanların taleyinin qeyri-müəyyənliyi, bu dəfəki seçkidə də eyni olayların yaşanacağını təsdiq edir.

Bu günün reallığından baxanda isə Ermənistan geniş okean sularında yelkənsiz qayığı xatırladır.

Newtimes.az

[i] Сюни Р.Г. Живя с другими: конфликт и сотрудничество между кавказскими народами. – Кавказские региональные исследования, 1997, вып.1, т.2.

[ii] Акопян В. Армяне и Армения – когда нация шире государства. URL: http://www.regnum.ru/news/1505505.html.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...