Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq əks-hücuma keçməklə öz ərazilərini erməni işğalından təmizləməyə başlayıb. Bu müharibə XXI əsrin hərb tarixinə düşəcək legitim və müasir konvensional müharibədir. Adətən "Soyuq müharibə"dən sonra belə bir fikir dominantlıq təşkil etməyə başlamışdır ki, yeni dövrün müharibələri daha çox dövlətdaxili parametrlərdən: etnik-dini, ərazi və resurs, həmçinin siyasi statusların (hakimiyyət) ziddiyyətlərindən doğan setsessiya və vətəndaş münaqişələri olacaq. Klauzevitsin banisi olduğu simmetrik müharibə-dövlətlərarası hərbi qarşıdurmanın isə getdikcə tarix səhnəsindən silinəcəyinə dair elmi dairələr arasında müxtəlif fikirlər səslənirdi. Həqiqətən Klauzevits irsinin tarixin arxivinə göndərilməsinə rəvac verən hərbi-siyasi proseslər baş verməkdə idi. Belə ki, əksər beynəlxalq araşdırma mərkəzlərinin statistikasında mütləq üstünlük daxili münaqişələrin xeyrinə öz əksini tapırdı.
Son günlər Dağlıq Qarabağ ətrafındakı hadisələrə Gürcüstanda yaşayan erməni icması tərəfindən birmənalı yanaşma olmamışdır. Gürcüstandakı erməni icmasının sərt çıxışları sabiq Prezident Mixeil Saakaşvilinin başverənlər haqqında mövqeyini bildirdikdən sonra başlamışdır. Bildiyimiz kimi, M.Saakaşvili "Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir və bunu heç nə dəyişə bilməz..." – deyə çıxış etdikdən sonra 1 oktyabr tarixində təqribən 300 nümayişçi "Mtavari Arxi" telekanalının qarşısında qondarma "DQR", Ermənistan və Gürcüstan bayraqları ilə toplaşaraq "Utanc" ("Xəcalət)", "Qarabağ" şüarları ilə qışqıraraq Çubinaşvili küçəsində bir neçə dəqiqəlik etiraz aksiyası keçirmişdilər.
Azərbaycan apardığı terrorizmə qarşı mübarizə və əks-hücum əməliyyatı ilə təcavüzkar və işğalçı ölkə olan Ermənistana ciddi zərbə vurur. Əməliyyatların davam etdiyi 13 gün ərzində Ermənistan ordusu həm canlı qüvvə, həm də silah və texnika baxımından xeyli itki verib. Bu itkilərin miqyasının böyük olması isə erməni cəmiyyətində panika və ciddi narahatlığa səbəb olub. Ermənistan sosial şəbəkələrində yayılan məlumata görə, cəbhə bölgəsindəki 5 minə yaxın erməni zabit və əsgərin taleyindən, ümumiyyətlə, məlumat yoxdur. Cəbhədəki erməni əsgərlərin, hətta zabitlərin valideynləri sosial şəbəkələrdə yazırlar ki, onların adını nə ölü, nə yaralı siyahısında, nə də özlərini hərbi hissələrdə tapa bilmirlər. Bütün bunlar ermənilərin işğal edilmiş əraziləri tərk etməsi ilə müşahidə edilir. Bu faktı ermənilər özləri də etiraf edir. Qondarma "DQR"-in təmsilçisi Artak Beqlaryan bildirib ki, Qarabağda yaşayan ermənilərin yarıdan çoxu evini tərk edib. O bildirib ki, əhalinin əksəriyyəti Qarabağı tərk edərək, Ermənistana sığınır.
Ermənistanda milli azlıqlara qarşı ictimai həyatda baş verən mənfi münasibət özünü müxtəlif formalarda göstərir. Ermənistanda yaşayan yəhudilər də bu ayrı-seçkiliyə məruz qalırlar. Antisemitizm Ermənistanda reallıqdır. 2018-ci il martın 28-də "PEW" Araşdırma Mərkəzi tərəfindən açıqlanan məlumatda Şərqi Avropanın 18 ölkəsi arasında Ermənistan yəhudilərə qarşı ən az tolerant olan ölkə seçilmişdi. Digər ölkələrə nisbətən burda antisemitizm 32 faizdir ki, bu, çox böyük bir göstəricidir. Bu ölkədə yəhudilərə qarşı qəddar antisemitizm və dərin bir nifrət var.
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində başlayan hərbi əməliyyatlar davam edir, cəbhə xətti boyunca şiddətli döyüşlər gedir. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndləri, strateji yüksəkliklər işğaldan azad edilib, düşmən çoxsaylı itkilər verir və mövqeləri tərk etmək məcburiyyətində qalır.
Azərbaycan xalqının səbir kasası daşıb. Biz illər boyu xəbərdarlıq edirdik ki, səbrimiz tükənməz deyil. Bizim bu xəbərdarlığımız bəzi yerlərdə bəziləri tərəfindən ciddi qəbul edilmirdi. Gülürdülər. Ermənistanın devrilmiş prezidentinin təbirincə desək, bizimlə "zarafat edirdilər". Bu gün onların başına sanki soyuq su tökülüb. Ermənistanda ümumi səfərbərlik edildi və yenə KTMT yada düşdü.
BMT Baş Məclisinin 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxış edən təşkilatın Baş katibi Antonio Quterreş növbəti 100 gün ərzində – cari ilin sonunadək bütün münaqişələrdə atəşkəsin təmin edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət qəbul etdi. Analoji müraciəti cənab Quterreş bu ilin mart ayında da etmişdi. BMT rəhbərinin qlobal atəşkəsin təmin edilməsi ilə bağlı hər iki müraciətinin əsas motivi pandemiya ilə səmərəli mübarizənin aparılması reallığından qaynaqlanır. Səmərəli oldumu? Cənab Quterreşin istinad etdiyi statistika bu suala müsbət cavab verməyə imkan vermir. BMT Baş katibinin məlum birinci çağırışına 180 dövlətin dəstək verdiyi vurğulansa da, konkret olaraq münaqişə ocaqlarından yalnız Kamerunda, Kolumbiyada və Filippində hərbi toqquşmalara nisbi pauza verildiyi bildirilmişdir. BMT Baş katibinin hər iki müraciətini qulaqardına vuran dövlətlərin sırasında Ermənistan yəqin ki, lap ön sıralardadır. BMT TŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qətnamələrini icra etməyən və buna görə də cəzasız qalan Ermənistan tərəfinin sözügedən beynəlxalq təşkilatın rəhbərinin tövsiyə xarakterli müraciətlərinə də məhəl qoymayacağına qətiyyən təəccüblənmək lazım deyil.
Bakıda hesab edirlər ki, Yerevan əslində, sülh danışıqlarından sui-istifadə edərək, Azərbaycanın işğal altındakı ərazilərinə nəzarəti gücləndirməyə çalışır. Başqa sözlə, Ermənistan danışıqlar prosesini uzun müddətdir davam edən münaqişənin həlli, regionda qan tökülməsinin qarşısının alınması vasitəsi saymır. Azərbaycan isə danışıqlar prosesinin canlandırılması, iyul toqquşmasından sonra yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması üçün Minsk qrupunun geniş formatda görüşünü təklif edir. Bakıda hesab edirlər ki, bu görüşdə təkcə qurumun həmsədrləri deyil, həm də Minsk qrupuna daxil olan 11 ölkə iştirak etməlidir. Lakin Yerevan danışıqların davam etdirilməsi üçün 7 şərt irəli sürüb. Bu isə prosesi daha da çətinləşdirib.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...