THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Serj Sərkisyanın Respublika Partiyasının XVI qurultayındakı çıxışının dəyərləndirilməsi

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
581
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 yanvar 2017 – Newtimes.az

Hakim Ermənistan Respublika Partiyasının 26 noyabr 2016-cı ildə keçirdiyi XVI qurultayında Serj Sərkisyan yenidən partiyanın sədri seçildi. Bu qurultayda müzakirə olunan məsələlər, səsləndirilən fikirlər və tezislər hələ də Ermənistan ictimaiyyəti tərəfindən ciddi tənqidi müzakirələrlə gündəmdədir. Əsas müzakirələr də əsasən Serj Sərkisyanın qurultaydakı çıxışı ətrafında gedir.[i] Ermənistanın müxalif və tərəfsiz KİV-lərində verilən xəbərlərin başlıqlarına diqqət yetirdikdə, müzakirələrin mahiyyətinin nədən ibarət olduğu anlaşılır.

Belə ki, KİV-lərin xəbər başlıqları bu şəkildə verilmişdir:

"Karen Karapetyan onun təyin edilməsində rolu olanların gözləntilərini qarşılayacaqmı?,'' "Serj Sərkisyanın partiyadaşlarına yeddi qəribə məsləhət və vəsiyyəti,'' "Serj Sərkisyanın bir qəpiklik çıxışı,'' "Qorxunc faşizm və fanatizm: etno-kriminal vəba təhlükəsi'' və.s.

Sərkisyanın qurultayda çıxışına diqqət edərkən aşağıda qeyd edilən məslələrə münasibət bildirdiyi məlum olur:

Ölkədə uzun illərdir davam edən iqtisadi və sosial böhran dərinləşərək davam edəcək;

Xarici siyasət məsələsində çoxşaxəli siyasət həyata keçiriləcək;

Dövlətin təhlükəsizlik siyasətində ciddi dəyişiklik və yaxud qırılma nöqtəsi olmayacaq;

Hakim Partiya 2017-ci ilin ikinci yarısında keçiriləcək parlament və 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər mövqeyini qoruyub saxlamağa çalışacaq və bunun üçün əlində olan bütün inzibati resurslardan istifadə edəcək.

Ölkədə uzun illərdir davam edən iqtisadi və sosial böhran dərinləşərək davam edəcək

İqtidar Karen Karapetyanın baş nazir təyin edilməsini ölkənin ictimai rəyinə problemləri həll etmək üçün yeni fürsət kimi təqdim etsə də, böyük ehtimalla, keçiriləcək parlament və prezident seçkilərində hakim partiyanın zəfər qazanacağı təqdirdə onun "reformator'' və yaxud məğlubiyyətə uğrayarsa, "günah keçisi'' imici formalaşdırıla bilər. Əlbəttə zəfər tacı hər zamankı kimi Sərkisyanın başına qoyulacaqdır.

Ermənistanın 2016-cı ildə iqtisadi inkişaf göstəricisi sıfırdır, hökumətə yaxın və müxalif KİV-lər Ermənistanın defolt olma təhlükəsi ilə qarşılaşdığını iddia edirlər.[ii]

Ölkənin ən böyük kimya sənayesi olan "Nairit'' zavodu rəsmən iflas etdiyini açıqladı.

Ermənistanın xarici borcu 2016-cı ilin sonuna qədər 6 milyard dollar olacaq.[iii]

Ermənistanın xarici borcu ÜDM-un 60 faizinə bərabərdir və xarici borc almaqda ciddi çətinliklər yaşayır.[iv]

Xarici borcun adambaşına düşən miqdarı 2000 dollardır.[v]

Yerli sərmayə xaricə, xüsusilə Gürcüstana yer dəyişdirir.[vi]

Yuxarıda qeyd edilənlərə rəğmən Sərkisyan qurultaydakı çıxışında ölkənin iqtisadi və əhalinin sosial vəziyyətinin yaxşılığa doğru getdiyini bildirsə də, maraqlıdır ki, bir həftə əvvəl baş nazir Karapetyan bunun əksini iddia edərək, ölkənin ciddi iqtisadi problemlərlə qarşı-qarşıya qaldığını bildirmişdi.

Xarici siyasət məsələsində çoxşaxəli siyasət həyata keçiriləcək

Dövlətin xarici siyasət kursu ilə bağlı məlumat verən Sərkisyan Rusiya, ABŞ, Avropa dövlətləri, Çin ilə münasibətlərə əhəmiyyət veriləcəyini qeyd etmişdir. Xarici siyasət kursuna Rusiyanı diqqətə alaraq davam edən Ermənistanın yaxın gələcəkdə bu təsir və yaxud asılılıqdan qurtula biləcəyi mümkün görünmür.

Son zamanlarda Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməyə cəhd edən Ermənistan hələlik müzakirələr mərhələsindədir və konkret razılaşma əldə edilməyib.

Dövlətin təhlükəsizlik siyasətində ciddi dəyişiklik və yaxud qırılma nöqtəsi olmayacaq

Sərkisyan qurultayda çıxışında hər zamankı kimi Dağlıq Qarabağ problemi, cari ilin aprel ayında yaşanan hadisələr, silahlanma problemi, məsələnin həll edilməsi üçün Azərbaycan Prezidenti ilə keçirilən görüşlərin nəticələri barədə fikir bildirib. Problemin həll edilməsi üçün vasitəçilik təşəbbüsünün "aprelə qədər” və "apreldən sonra” mərhələlərinə qədəm qoyduğunu, amma buna baxmayaraq, hər iki mərhələdən sonra problemin həlli istiqamətində Ermənistanın mövqeyinin dəyişmədiyini, problemin həll edilməsi üçün müzakirələrə davam etmənin və Dağlıq Qarabağın siyasi statusu məsələsinə aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.

Hakim Partiya 2017-ci ilin ikinci yarısında keçiriləcək parlament və 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər mövqeyini qoruyub saxlamağa çalışacaq və bunun üçün əlində olan bütün inzibati resurslardan istifadə edəcək

Sərkisyan çıxışında əsas vurğunu daxili siyasətə yönəldib. Parlament seçkilərində partiyasının xalqdan etibar mandatı alacağı təqdirdə, Karapetyanın baş nazir postunda qalacağını bildirmişdir. Burada diqqətə alınmalı olan 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər Karapetyanın baş nazir postunda qalacağının dilə gətirilməsidir.

Ermənistanda geniş müzakirə olunan məsələlərdən biri də Sərkisyanın prezident, yoxsa baş nazir postunu seçəcəyidir. Cari ilin birinci yarısında Əl-Cəzirə TV kanalının bu barədə sualını cavablandıran Sərkisyan belə demişdir: "Bu barədə danışmaq zənimcə hələ tezdir''. Ehtimallardan biri də Sərkisyanın baş nazir postuna gəlməyə iddialı olmasıdır. Çünki Ermənistandakı son konstitusiya dəyikliyi ilə bağlı referendumdan sonra prezidentlik institutu simvolik xarakter alır və səlahiyyətləri ciddi şəkildə azalır, parlament respublika üsul-idarəsində baş nazirin səlahiyyətləri artır.

Hakim Respublika Partiyasının daxili siyasətdə əsas strategiyasının bu cür olacağı təxmin edilir. Ancaq daxili ictimai-siyasi həyatda yaşanan hər hansı qırılma nöqtəsi ciddi dəyişikliklərin baş verməsinə səbəb ola bilər.

Bu qırılma nöqtəsinin siyasi səhnədə yaşanması ehtimalı az olsa da, eynilə Sasna Çrer silahlı qrupunun Erebuni polis alayını girov götürməsi kimi bir hadisə baş verərsə, parlament seçkilərindən əvvəl Respublika Partiyasının mövqeyi ciddi şəkildə zədələnə bilər.

Bundan başqa hakim partiyanın qarşısında duran əsas məsələ parlament və prezident seçkilərinə qədər iqtisadiyyatda az da olsa canlanmaya nail olmaqdır. Amma mövcud iqtisadi vəziyyət bunun demək olar ki, mümkünsüz olduğunu göstərir.

Bu kimi amillər hakim partiya üçün problemlər yaratsa da, müxalif partiyaların zəifliyi, bir araya gələ bilməmələri, pərakəndə fəaliyyəti hakim partiyanın işinə yarayır və müxtəlif siyasi kombinasiyalar quraraq, müxalif partiyalar arasında razılaşmaya hər vəchlə mane olmağa fürsət yaradır. Bundan əvvəlki parlament və prezident seçkilərindəki proseslər diqqətə alınarsa, hakim partiyanın müxalif cəbhədən bir o qədər çəkindiyini söyləmək mümkün deyil.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Речь Сержа Саркисяна на 16 съезде РПА (полный текст) http://www.lragir.am/index/ru­s/0/country/view/52446, 26 Ноября 2016.

[ii] Наира АЙРУМЯН, В Армении заговорили о дефолте http://www.lragir.am/index/rus/0/comments/­view/52563, 02 Декабря 2016.

[iii] Госдолг Армении в этом году почти достигнет 6 млрд. Долларов http://www.lragir.am/index/rus/­0/economy/view/52517, 30 Ноября 2016.

[iv] Наира АЙРУМЯН, Армении больше не дадут в долг? http://www.lragir.am/index/rus/0/comments/­view/52456, 28 Ноября 2016.

[v] Госдолг платежом красен: каждый гражданин Армении в среднем должен по $2000  https://regnum.ru/news/economy/2162418.html, 2 Августа 2016.

[vi] Роза Ованнисян, Почему капитал вывозят из Армении http://www.lragir.am/index/rus/0/interview/view­/52567, 02 Декабря 2016.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...
Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...