THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Min dramlıq vergi

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1001
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 noyabr 2016 – Newtimes.az

Ermənistan parlamenti üç günlük müzakirədən sonra "Hərbi əməliyyatlarda yaralanan və ölən hərbçi ailələrinə kömək fondu'' adlı (Min dramlıq qanun layihəsi) qanun layihəsini 17 noyabrda qəbul edib. Səsvermə zamani 102 deputat lehinə, üç deputat əleyhinə səs verib və doqquz deputat bitərəf qalıb.

Maraqlıdır ki, aprel hadisələrindən sonra Ermənistan parlamentində oliqarxların qeyri-qanuni yollarla topladıqları sərvətin bir qismini ordu üçün xərcləməsi gərəkdiyi haqqında ciddi tələblər irəli sürülmüşdü. Aradan 7 ay keçmədən oliqarxların sərvətinin bir qisminin ordu üçün xərclənməsi haqqında deyil, sadə vergi mükəlləfiyyətçilərinin aylıq qazancından (maaşından) min dram (təxminən 2,5 ABŞ dolları) tutulması haqqında qanun layihəsi parlament tərəfindən qəbul edildi.

Bu günlərdə parlamentdə və ictimasi-siyasi həyatda bu qanun layihəsi barədə ciddi müzakirələr gedir.

Erməni mətbuatı bu qanun layihəsinin yeni təyin edilmiş Müdafiə Naziri Viqen Sərkisyan tərəfindən təklif edildiyini qeyd edir. Ermənistanda yeni təyin edilmiş baş nazir Karen Karapetyan ölkənin çox ciddi iqtisadi problemlərlə qarşı-qarşıya qaldığını, 2017-ci ildə parlament seçkilərinin keçiriləcəyi ərəfədə belə bir qanun layihəsi təklifindən məmnun olmadığını bildirsə də, Prezident Aparatının rəhbəri olan Viqen Akopyanın Prezident Serj Sərkisyan tərəfindən iki ay əvvəl birbaşa müdafiə naziri vəzifəsinə təyin edildiyinə görə Karapetyan bu qanun layihəsinin irəli sürülməsinə və parlamentdə layihənin qəbul edilməsinə etiraz edə bilməmişdir. Yəni qanun layihəsi ilə bağlı bütün iqtisadi və siyasi məsuliyyət baş nazir Karapetyanın üzərinə yüklənmişdir. Baş nazir təyin edildikdən sonra texnokrat hökumət qurmağa çalışan Karapetyan əvvəlki oliqarx hökumət nümayəndələrinə qarşı ciddi mübarizə aparacağını bəyan etsə də, ilk problemlə hökumət üzvünün təklif etdiyi bu qanun layihəsinə görə qarşılaşmışdır. Yəni Karapetyan ilk zərbəni öz komandasından almışdır. Belə ki, Ermənistanın sosial-iqtisadi problemləri diqqətə alındığında vergi mükəlləfiyyətçiləri olan vətəndaşlardan ayda min dram vergi alınması əlbəttə müsbət qarşılanmır. Bu eyni zamanda onu göstərir ki, yeni hökumət oliqarxlara qarşı mübarizədə oyuna 1-0 hesabı ilə məğlub başlayır. Baş nazir Karapetyan və digər rəsmi şəxslərin son aylarda oliqarxlara qarşı mübarizə çağırışı əhəmiyyətli dərəcədə səngiyib. Cari ilin avqust ayına qədər Ermənistanda vergi toplamada  yeddi faiz kəsir olması,[i] təxminən bir neçə ay bundan əvvəl sərmayəsi 50 milyon dramdan artıq olan iş adamlarının maliyyə bəyannaməsi verməsi məcburiyyəti haqqında qanun işləmədən sadə vergi mükəlləfiyyətçilərinə min dramlıq yeni vergi yükü təbii ki, vətəndaşları narahat edir.

Ermənistanın ciddi sosial-iqtisadi problemlər yaşamasına baxmayaraq, silahlanmaya ayırdığı xərcə görə digər dövlətlərdən seçilir. Belə ki, 2007-2009-cu illərdə Ermənistan silahlanma üzrə dünyada səkkizinci, 2012-2014-cü illərdə  dördüncü, 2013-cü ildə isə üçüncü yerdə qərar tutmuşdu. Ermənistan mütəmadi olaraq hərbi büdcəsini artırır. 2001-ci ildə 65, 2002-ci ildə 75 milyon dollar olan hərbi büdcəsi 2014-cü ildə 472,[ii] 2015-ci ildə 450, 2016-cı ildə 430 milyon dollar olmuşdur. 2014-cü ildə Ermənistanın hərbi büdcəsi 472 milyon dollar olsa da, faktiki hərbi xərci 500 milyon dollar olmuşdur.[iii] 2017-ci ildə isə hərbi büdcəsi 439,7 milyon dollar qəbul edilmişdir.[iv]

Ermənistan inadla silahlanma yarışına davam edir. Sərkisyan iqtidarı ölkədəki sosial-iqtisadi problemlərdən, əhalinin rifah səviyyəsinin sürətlə aşağı düşməsindən, miqrasiya problemlərindən, yerli sərmayənin qonşu dövlətlərə, xüsusən də Gürcüstana getməsindən narahat deyil. Avrasiya İqtisadi Birliyinə üzv olması da Ermənistan iqtisadiyyatının çöküş prosesinin qarşısını ala bilmədi.

Hatəm Cabbarlı,

Siyasi elmlər doktoru


[i] Налоговые доходы госбюджета Армении в августе сократились на 7% http://www.lragir.am/index/rus/­0/economy/view/51317, 02 Октября 2016.

[ii] Объем расходов на оборонные цели в Армении в 2014 году составит около 200 млрд. драмов – президент, http://arka.am/ru/news/economy/obem_raskhodov_na_oboronnye_tseli_v_armenii_v_2014_godu_s­os­tavit_okolo_200_mlrd_dramov_prezident/, 05.12.2014.

[iii] Доклад о состоянии армянской армии: В 2014 году Армения в военных целях израсходовала около $500 млн, http://www.panarmenian.net/rus/news/188170/: 12 февраля 2015.

[iv] Армения в 2017 году увеличит расходы на оборону, http://www.panarmenian.net/rus/news/222054/ 29 сентября 2016.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...