THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda qiyamçılara qarşı repressiv siyasət yürüdülür

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
724
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 avqust 2016 – Newtimes.az

Ermənistanda silahlı qiyama cəhd hakimiyyətin təzyiqləri nəticəsində yatırılsa da, ölkədə etiraz aksiyaları, bu fonda yaranan gərginlik səngimir. Yerevanda "Təsis parlamenti'' təşkilatının üzvü Arutyun Ağlamazyanın təşkilatçılığı ilə yeni etiraz aksiyası keçirilib. Burada yüzlərlə insan qeyri-qanuni rejim tərəfindən həbs edilmiş Yerevan qiyamçılarının azad olunmasını tələb etmək üçün Azadlıq meydanında toplaşıb. Etirazçılar prezident sarayına yürüş etmək istəyiblər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları Azadlıq meydanından kənara çıxmağa icazə verməyiblər.

Bununla yanaşı, müxaliflərin həbsi davam etdirilir. Məlumata görə, müxalif "İrs'' partiyasının nüfuzlu nümayəndələri olan David Sanasaryan və Ovsep Xurşudyan həbs olunub. Yerevan Ağsaqqallar Şurasının üzvü, "İrs'' partiyasının mətbuat katibi David Sanasaryan haqqında iki ay müddətinə həbs qərarı verilib. Sanasaryanın vəkili Robert Revazyan bildirib ki, müdafiə etdiyi şəxs kütləvi iğtişaşların təşkilində şübhəli bilinir. Xurşudyanın vəkili Seda Safaryan isə onun müvəkkilinə qarşı əvvəlcədən hazırlanan cinayət işi açıldığını bildirib: "Məhkəmələrdə siyasi proseslər gedir, müxalif baxışlara malik insanlar heç bir əsas olmadan həbs edilir''.

Ermənistan Milli Təhlükəsizik Xidməti (MTX) Yerevanda polis binasının tutulması ilə bağlı açılan cinayət işi çərçivəsində aparılan araşdırmalar zamanı artıq 47 nəfəri saxlayıb. Saxlanılan şəxslərdən 24-nə "Girov götürmə'', "Binanın dağıdılması və ona zərər vurulması ilə bağlı həmin obyektin tutulması'' və "Qeyri-qanuni silah alma, saxlama, daşınma və üzərində odlu silahın gəzdirilməsi'' maddələri üzrə ittiham irəli sürülüb.

Erməni mediası isə həbs olunanların sayının artmasını istisna etmir. Çünki hakimiyyət özü üçün təhlükəli saydığı şəxsləri həbsə atmaqla onları neytrallaşdırmağa daha çox üstünlük verir. Elə prezident Serj Sarkisyanın açıqlamaları da həbslərin davam edəcəyini deməyə əsas verir. Belə ki, Serj Sarkisyan ölkədəki böhranın sona yetdiyini, amma tam həll olunmadığını deyib. O, paytaxtdakı polis binasını tutan silahlı qrupu məramlarını vətənpərvər şüarlar və sosial ədalət çağırışları altında gizlədən terrorçular adlandırıb. Ermənistan prezidenti bildirib ki, bu məsələ ilə bağlı hərtərəfli istintaq aparılmalıdır. Yerevan nə Beyrut, nə də Hələbdir və burada qiyam mümkün deyil, hər kəs əməlinə görə qanun qarşısında cavab verməlidir. Erməni mətbuatı isə prezidentin bu açıqlama ilə Jirayr Sefilyanın Beyrutda dünyaya gələn Livan ermənisi olduğuna işarə edildiyini yazır.

Ekspertlər isə gərgin vəziyyətin davam edəcəyini proqnozlaşdırırlar. "İrs'' partiyasının lideri Raffi Ovannisyan bu xüsusda bildirir: "Əgər Ermənistanda normal siyasi proseslər vasitəsilə fövqəladə xarakterli məsələlərin həllinə, ölkədə növbədənkənar seçkilərin keçirilməsinə nail ola bilməsək, "Sasna tsrer'' kimi yeni silahlı qruplaşmalar yaranacaq''.

O bildirib ki, hər bir Ermənistan vətəndaşı "Sasna tsrer” üzvü ola bilər: "Lakin onlar bizim ölkəmizi işğal edən qalstuklu terrorçulara qarşı vuruşan antiterrorçular olacaq. Əgər indiki vəziyyətin dəyişməsinə nail olmasaq, o zaman heç kim sərhədlərimizdəki itkilərə təəccüblənməsin''.

"İrs'' partiyasının fraksiya rəhbəri Zarui Postancyan isə bildirir ki, hakimiyyətə qarşı üsyanın ikinci mərhələsinə başlamağın vaxtı çatıb. Ermənistanda baş terrorçu Serj Sarkisyan özüdür və 20 min nəfərlik terrorçular bandasına - polisə rəhbərlik edir: "Biz onlardan qurtulmalıyıq, bunun üçünsə elə etməliyik ki, bütün polislər müqavilə üzrə ön cəbhəyə xidmətə yollansınlar''.

Postancyan "Sasna tsrer'' təşkilatının ələ keçirdiyi yüksəklikləri qəsbkarlara verməyəcəklərini də söyləyib. Erməni deputat qəsbkarlar dedikdə Sarkisyan rejimini nəzərdə tutub: "Bizim düşmənə verəcək heç nəyimiz yoxdur. Hazırda mən atışmada yaralanan insanların tezliklə sağalmasını arzu edirəm ki, yenidən gəlib mövqeləri ələ keçirsinlər. "Sasna tsrer” təşkilatının üzvlərinin təslim olduğu gün keçirilən mitinqin dağıdılması zamanı Ermənistan hakimiyyəti vətəndaşlarına qarşı terror aktı həyata keçirib. Baş terrorçu Serj Sarkisyan əmr edib, bu əmri isə Ermənistan polis rəisinin müavinləri Levon Yeranosyan və Aşot Karapetyan icra ediblər. Bu cinayətkar rejimdən qurtulmaq uğrunda bizə "Sasna tsrer'' təşkilatının üzvləri olan şəxslər kimi insanların qayıtması vacibdir''.

Bu arada erməni lobbisi də hakimiyyətə qarşı getdikcə sərt mövqe tutmağa başlayıb. Belə ki, Erməni-Amerika Şurası (ACA) Ermənistan polisinin və mülki geyimli naməlum şəxslərin söz azadlığı və sərbəst toplanma hüquqlarından istifadə edən ölkə vətəndaşlarına və vəzifə borcunu yerinə yetirən jurnalistlərə qarşı zor tətbiq etməsini kəskin pisləyib. Şuranın bu xüsusda bəyanatında qeyd olunur ki, Ermənistandakı avtoritar rejim tərəfindən dinc etirazçılara qarşı misli görünməmiş qəddarlıq göstərilməsi gözlənilən idi: "Biz Ermənistan polisindən vətəndaşlara qarşı qanunsuz hərəkətlərə son qoymasını və ölkə rəhbərliyindən silahsız etirazçılara qarşı zorakılıq tətbiq edilməsinə əmr verənləri və buna rəhbərlik edənlərin əməllərinin araşdırılmasını tələb edirik. Bundan başqa, ACA ABŞ Dövlət Departamentini qanlı hadisələrə görə məsuliyyət daşıyan məmurlar və polis rəhbərliyi cəzalandırılmayınca, Ermənistan polisi ilə hər hansı əməkdaşlığı və dəstəyi dayandırmağa çağırır''.

Həm xalq, həm də lobbi arasında mövqelərini itirən Serj Sarkisyan hakimiyyətinin uzun müddət iqtidarda qalması isə bu şəraitdə daha da çətinləşir.

Elçin Cəfərov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...