THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın beynəlxalq nəqliyyat problemi: tunelin sonunda işıq görünmür

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2695
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 iyul 2016 – Newtimes.az

Ermənistan müstəqilliyini elan etdikdən bu günə qədər beynəlxalq nəqliyyat problemi yaşayır. Azərbaycandan keçən şimal nəqliyyat dəhlizi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra bağlanıb. Ermənistan şimala çıxış üçün Gürcüstan üzərindən Yuxarı Lars gömrük məntəqəsindən istifadə etsə də, siyasi, coğrafi, təbii və digər səbəblərə görə bəzi dövrlərdə bu istiqamətdə ciddi problemlərlə qarşılaşır. Yəni Yuxarı Lars gömrük məntəqəsi Ermənistanın ehtiyacını tam olaraq qarşılamır.

Ermənistan Qara dənizdən Poti-Port Qafqaz parom nəqliyyatını gündəmə gətirsə də, bu yol bahalı olduğu üçün əsasən istifadə edilmir. Yenə Gürcüstan üzərindən şimal nəqliyyat yolu olan Cənubi Osetiya və Abxaziya dəmir yolu xətti məlum səbəblərə görə son 25 ildir istifadə edilmir. Ermənistan və Rusiya bəzən bu dəmir yolu xəttinin açılması üçün təşəbbüs göstərsə də, Gürcüstan bu yolun açıldığı təqdirdə Abxaziya və Cənubi Osetiyanın siyasi və iqtisadi olaraq güclənəcəyini bildiyi üçün siyasi olaraq maraqlı deyil.[i]

Ermənistan son 25 ildə İran üzərindən beynəlxalq aləmə açılması üçün təşəbbüs göstərməsinə baxmayaraq bu istiqamətdə də problemi həll edə bilməyib.

Ermənistanın istifadə etdiyi Yuxarı Lars gömrük məntəqəsi Terek çayının səviyyəsinin təhlükəli şəkildə yüksəlməsi səbəbi ilə 23 iyundan etibarən bağlıdır, arada keçidlər bərpa edilsə də, tam olaraq işləmir. Hərbi Gürcüstan yolu isə təhlükəli olduğu üçün adətən istifadə edilmir. Ermənistandan Rusiyaya gedən və əks istiqamətdə gələn sərnişin və yük maşınları uzun növbəyə düzülüb. Hətta iş o yerə gəlib çatıb ki, Ermənistan Nəqliyyat Nazirliyi və Fövqəladə Hallar Komissiyası Yuxarı Lars gömrük məntəqəsində çətin vəziyyətdə qalan vətəndaşlarını gətirmək üçün xüsusi olaraq təyyarə reysləri təşkil edib.

Ermənistan hökuməti problemin həll edilməsi üçün Gürcüstan və Rusiya rəsmiləri ilə görüşsə də, problemin qısa zamanda həll edilmə ehtimalı zəifdir. Bu yoldan istifadə edən Ermənistan şirkətləri hökuməti tənqid edir və milyonlarla dollar itirdiklərini bildirirlər. Ekspertlər hesab edir ki, son günlərdə Yuxarı Lars gömrük məntəqəsində yaşanan problemə görə hər bir yük maşını təxminən 1000 dollar itirib. Bu rəqəm sadəcə nəqliyyat şirkətlərinə aiddir və daşıdıqları malları əhatə etmir.

Ermənistan İqtisadiyyat Nazirliyi isə Rusiyadakı Ticarət Nümayəndəliyinə Rusiya hökuməti ilə görüşərək problemi qısa zamanda həll etməyi təklif edib. İqtisadiyyat naziri Arçvik Minasyan bu fors-major vəziyyətin yaşanacağı təqdirdə tez xarab olan kənd təsərrüfatı və digər məhsulları hava yolu üzərindən nəql edilməsi üçün Rusiya ilə müzakirələrə başlamanın zəruri olduğunu bildirib.[ii] Amma hava yolu nəqliyyatı bahadır və gözlənilən nəticəni verməyəcəkdir.

Erməni ekspertlər Yuxarı Lars gömrük məntəqəsinin il boyu normal şəkildə işləməsinin mümkün olmadığını bildirir. Qışda qar uçqunu, yazda güclü yağış, yayda sel fəlakəti bu yolun tam olaraq işləməsinə mane olan əsas səbəblərdir. Yuxarı Lars gömrük məntəqəsində bu cür problemlər yaşandığında Ermənistan rəsmiləri Abxaziya və Cənubi Osetiya dəmir yolu xəttini gündəmə gətirirlər. Əslində bu istiqamətdə dəmir yolu xəttinin açılması da hələlik mümkün deyil. Bir başqa ifadə ilə Yuxarı Lars gömrük məntəqəsi təbii fəlakət və digər texniki səbəblərə görə Ermənistanın nəqliyyat məsələlərində problem yaradırsa, Abxaziya və Cənubi Osetiya dəmir yolu xətti isə siyasi səbəblərə görə fəaliyyət göstərmir. Gürcüstan Yuxarı Lars gömrük məntəqəsindən istifadə etsə də, fors-major vəziyyət yaşadığında dəniz nəqliyyatına üstünlük verir. Ermənistanın nəqliyyat şirkətləri isə bahalı olduğu üçün dəniz nəqliyyatından istifadə etmirlər.

Bəzi erməni ekspertlər isə Ermənistanın Rusiya ilə ticarət münasibətlərinin gələcək vəd etmədiyini və bu səbəblə də İran-Ermənistan-Gürcüstan və yaxud  Bəsrə Körfəzində Qara dənizə çıxış yollarını müzakirəyə çıxarırlar. Amma problem odur ki, bu təklif edilən istiqamətlərdə infrastruktur çalışmaları yoxdur və böyük maliyyə vəsaiti tələb edir.  

Nəqliyyat naziri Qaqik Bəyləryan isə məsələyə münasibət bildirərkən, həmkarları ilə müzakirələrdə yerüstü tunel tikintisi məsələsinin gündəmə gəldiyini, bunun isə olduqca bahalı olduğu üçün hələlik razılaşma əldə edilmədiyini deyib, erməni iş adamlarına mövsüm şərtlərini diqqətə almalarını tövsiyə etməklə kifayətlənib.

Ermənistan son 25 ildə həyata keçirdiyi uğursuz xarici, iqtisadi, siyasi və təhlükəsizlik siyasətinin qurbanı olub. İşğal altında saxladığı Azərbaycan torpaqları Ermənistana iqtisadi baxımdan heç bir divident gətirmir, əksinə onun bölgədə həyata keçirilən iqtisadi və nəqliyyat layihələrindən kənarda qalmasına səbəb olur. Ermənistan BTC neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrindən kənarda qaldı. Azərbaycandan şimala doğru uzanan dəmir yolu xəttinin olduqca ucuz və təhlükəsiz olmasına rəğmən istifadə edə bilmir. Ermənistan bölgənin mövcud geosiyasi vəziyyətini anlamır və bu üstünlüklərdən istifadə etmə imkanlarını əhəmiyyətli dərəcədə itirib. Ermənistan dövləti istər Dağlıq Qarabağ münaqişəsində, istərsə də region dövlətləri ilə münasibətlərində xarici və təhlükəsizlik siyasətinə hər hansı ciddi düzəlişlər etmədiyi təqdirdə, beynəlxalq nəqliyyat problemini həll edə bilməyəcəkdir.

Hatəm Cabbarlı,

siyasi eləmlər doktoru


[i] Тбилиси: Открытие ж/д сообщения через Абхазию на повестке дня не стоит, http://www.panarmenian­net/rus/news/195755/, 7 августа 2015.

[ii] Верхний Ларс: О чем думает правительство Армении, http://news.am/rus/news/336692.html, 12.07.16

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...