THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Erməni terror təşkilatları

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 3 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9296
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 sentyabr – Newtimes.az

Macarıstanda keçirilən kurslarda iştirak edərkən onu, vətənini, millətini və bayrağını təhqir etdiyi və psixoloji təhrik etdiyi üçün erməni zabitini qətlə yetirən və bu səbəblə də Macarıstan məhkəməsi tərəfindən haqsız olaraq ömürlük həbs cəzasına məhkum edilən Ramil Səfərovun vətənə qaytarılaraq dövlət başçısı tərəfindən əfv edilməsi ermənilərə vəziyyəti gərginləşdirmək üçün əsas verdi. Sanki, məhz Ermənistanda hər kəs bu anı gözləyirdi. Başda Ermənistan hakimiyyəti olmaqla, bütün ermənilər Azərbaycana qarşı geniş miqyaslı siyasi, diplomatik və informasiya müharibəsinə qalxdı.

Bu məsələ eyni zamanda ermənilərin iç üzünün açılmasına da kömək etdi. Erməni terror təşkilatlarından olan ASALA Azərbaycanın Macarıstandakı Səfirliyinə email göndərərək səfirlik əməkdaşlarını ölümlə hədələdi. Həmin məktuba nəzər salanda aydın şəkildə görmək olar ki, ermənilər Azərbaycanlılara və Türklərə qarşı törətdikləri cinayətkar və terrorçuluq hadisələrindən xəcalət çəkmək əvəzinə, uydurma soyqırım məsələsini əllərində bayraq edərək bununla fəxr edirlər.

Məsələnin bu məcrada inkişaf etməsi erməni terrorizmi haqqında qısa bir tədqiqat aparmaq ehtiyacı yaratdı. Tədqiqatlar göstərir ki, indiyə qədər ermənilər Türklərə və Azərbaycanlılara qarşı terror hadisələri törətmək məqsədilə iyirmiyə yaxın terrorçu təşkilat daxilində qruplaşmış və fəaliyyət göstərmişlər. Bu təşkilatları qısaca olaraq belə sinifləndirmək olar:

Partiya daxilində təşkilatlanma

Ermənilərin partiya daxilində terror təşkilatlanmasının üç nümunəsi mövcuddur. Bunlar «Armenakan» partiyası, «Hnçak» partiyası və «Daşnaksütyun»-erməni federativ inqilab partiyasıdır.

1885-ci ildə yaradılan «Armenakan» partiyası» İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıq edərək, Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törətmişdir.

1887-ci ildə Cenevrədə yaradılan «Hnçak» partiyasının əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, «Rus» və «İran» Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə «Böyük Ermənistan» dövləti yaratmaqdır. Partiyanın proqramına əsasən, qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilə bilər.

1890-cı ildə Tiflisdə yaradılan «Daşnaksütyun»-erməni federativ inqilab partiyasının əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında «Böyük Ermənistan» dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən «Daşnaksütyun» türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra «Daşnaksütyun» «türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!» əmrini vermişdir. Partiyanın məxfi terror qrupu DRO və onun bölmələri olan  DRO-8, DRO-88, DRO-888, DRO-8888 bu məqsədlə yaradılmmışdır.

Paramilitar şəkildə təşkilatlanma

Erməni terrorçularının paramilitar şəkildə qruplaşmasının iki nümunəsi mövcuddur: «Erməni gizli azadlıq ordusu» olan ASOA və «Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu» olan ASALA.

1975-ci ildə Beyrutda yaradılan «Erməni gizli azadlıq ordusu» olan ASOA-nın mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. 1981-ci ilə qədər təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.

1975-ci ildə yaradılan «Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu» olan ASALA-nın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində «Böyük Ermənistan» qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. ASALA 1980-ci ilin aprelində Livanda birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişdir.

Hərəkat şəklində təşkilatlanma

Erməni terrorçularının hərəkat şəklində təşkilatlanmasının 4 növü məlumdur: «Geqaron», «Erməni azadlıq hərəkatı» (AOD), «Erməni azadlıq cəbhəsi» və «Demokratik cəbhə».

2001-ci ilin fevralında ASALA tərəfindən yaradılan «Geqaron» hərəkatının məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.

1991-ci ildə Fransada yaradılan «Erməni azadlıq hərəkatı» (AOD) terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.

1979-cu ildə yaradılan «Erməni azadlıq cəbhəsi» ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərən «Demokratik cəbhə»nin başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.

Qrup şəklində təşkilatlanma

Erməni terrorunun ən geniş şəkillə yayılmış təşkilatlanma şəkli qrup şəklində təşkilatlanmadır. Bu təşkilatlanmanın 8 nümunəsi mövcud olmuşdur: «Orli qrupu», «Erməni soyqırım ədalət komandosları», «Erməni birliyi», «9 iyun qrupu», «Gənc ermənilər ittifaqı», «İsveçrə qrupu», «İntiharçılar eskadronu» və «Apostol».

1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılan «Orli qrupu» 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.

1972-ci ildə Vyanada «Daşnaksütyun» partiyasının qurultayı zamanı yaradılan «Erməni soyqırım ədalət komandosları» nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.

1988-ci ildə Moskvada yaradılan «Erməni birliyi»nin «ASALA» ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.

1991-ci ildə İsveçrədə yaradılan «9 iyun qrupu» həbsdə olan erməni terrorçularının azad olunmasına çalışır.

1990-cı ildə Fransada yaradılan «Gənc ermənilər ittifaqı» diplomatların oğurlanması ilə məşğul olur.

Avropanın bir çox ölkəsində fəaliyyət göstərən «İsveçrə qrupu» Fransa, İtaliya və Yunanıstanda 4 terror aktı həyata keçirmişdir.

1981-ci ildə Parisdə yaradılan «İntiharçılar eskadronu» Türkiyənin Fransadakı baş konsulluğunun zəbt edilməsində iştirak etmişdir.

2001-ci ildə Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılan «Apostol» qrupunun məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktlarının keçirilməsidir.

Bu təşkilatların fəaliyyət şəklinə nəzər saldıqda, aydın şəkildə görmək olar ki, onlarla Ermənistan dövləti arasında sıx əlaqələr mövcuddur: əgər bir zamanlar onlar Ermənistan dövlətinin qurulması üçün çalışırdılarsa, indi Ermənistan dövləti onlara himayədarlıq edir.

Maraqlı orasıdır ki, Ermənistan dövləti bu təşkilatları sadəcə Türk və Azərbaycanlılara qarşı deyil, həm də ermənilərə qarşı istifadə edir. O ermənilərə qarşı ki, onlar ölkə daxilində bu dövlətin siyasətindən təngə gəliblər, o ermənilərə qarşı ki, onlar ölkə xaricində qazandıqları puldan yardım adı altında erməni rəhbərlərə çatacaq xəracı vermək istəmirlər, o Ermənilərə qarşı ki, onlar həqiqətən də qonşuları ilə dinc, yanaşı, mehriban, insan kimi yaşamaq istəyirlər.

Bu baxımdan ASALA-nın Azərbaycanlı diplomatları təhdid etməsinin arxasında erməni dövlətinin dayandığına şübhə yoxdur, çünki indiki iqtidar Ramil Səfərovun qaytarılmasını və əfv edilməsini özünün siyasi və diplomatik məğlubiyyəti kimi görür və bunun da onun kreslosunu silkələyəcəyini düşünür. Bu səbəblə də dividend qazanmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır.

Dr. Turab Qurbanov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...