THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın təhlükəsizlik problemi və yeni geosiyasi reallıqlar

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1038
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 may 2016 – Newtimes.az

Cari ilin 2-5 aprel tarixində Ermənistanın atəşkəsi kobudcasına pozularaq işğal edilmiş Azərbaycan torpaqlarında geniş miqyaslı hərbi əməliyyatlara başlamasını və nəticədə son 22 ildir əlində saxladığı bir neçə strateji yüksəkliyi itirməsini dəyərləndirmək üçün bu ölkənin atəşkəs müqaviləsini imzalamasından sonra həyata keçirdiyi daxili, xarici və təhlükəsizlik siyasətinə nəzər salmaq zərurəti ortaya çıxır.  

Daxili siyasətdə:

-Ermənistan atəşkəs müqaviləsini imzalayandan bu günə qədər problemin sülh yolu ilə həll edilməsi prosesində konstruktiv mövqe tutmayıb. Bu o deməkdir ki, mövcud status-kvo Ermənistanı qane edirdi.

-Ermənistanın dövlət rəsmiləri və ictimai rəyi əmin idi ki, müzakirələrdə konstruktiv mövqe tutmadığına görə heç bir dövlət və beynəlxalq təşkilat onları cəzalandırmayacaq. Yəni nə ATƏT Minsk qrupu həmsədr dövlətləri, nə də BMT onlara təzyiq etməyəcək. Cəzasızlıq amili Ermənistanı o qədər reallıqdan uzaqlaşdırmışdı ki, hər hansı yanlışlığa yol verdiyi anda Azərbaycanın onları cəzalandıracağını ehtimal belə etmirdi.

-Ermənistanın daxili siyasətində Dağlıq Qarabağ problemi hər zaman prioritet məsələ olub. Amma bu zaman problemin həll edilməsi yox, necə uzadılması məsələsinin prioritet olduğunu xüsusilə vurğulamaq lazımdır.

-istisnasız olaraq Ermənistanda hakimiyyətə gələn bütün siyasi qüvvələr ermənilərə "onlar hakimiyyətdə olduqları üçün Azərbaycan hərbi əməliyyatlara başlamaqdan çəkinir'' fikrini təbliğ edirlər;

-Ermənistan özü üçün boyunduruq olan Dağlıq Qarabağ problemini hər iki tərəfin mənafeləri diqqətə alınaraq həll etmək cəsarətini göstərə bilmədi. Artıq Ermənistan rəhbərliyinin əvvəllər düşündüyü kimi problemin həllinin uzadılması taktikası onların işinə yaramır.

Xarici siyasətdə:

-Ermənistanın xarici siyasətində son 25 ildə əldə etdikləri ilk başda uğur kimi görünsə də, dərindən təhlil edərkən bunların əsla bir uğur olmadığı aydın olur.

-Ermənistan və erməni diaspor təşkilatları son 25 ildir Türkiyəyə qarşı qondarma erməni soyqırımını önə çıxararaq, ABŞ ştatlarında, Avropada və digər ölkələrdə Türkiyəni soyqırımında ittiham edən qərarların qəbuluna nail olur.

-Belə bir şəraitdə son 25 ilə diqqət etdikdə, Ermənistanın milyonlarla dollar xərclədiyi Türkiyə qarşı təbliğat kampaniyasi Türkiyə üçün heç bir mənfi nəticə doğurmayıb. Türkiyə iqtisadiyyatı daha da böyüyüb, xarici ticarət dövriyyəsi artıb, 16 böyük dövlət sırasına daxil olub.

-Ermənistan və erməni diaspor təşkilatları müstəqilliyini özləri belə tanımağa cəsarət etmədikləri qondarma "Dağlıq Qarabağ rejimi''nin müstəqilliyinin tanınması üçün hər il on milyonlarla dollar xərcləyirlər. Əlbəttə adi bir kağız parçası üçün gələn pulun müqabilində ABŞ-ın bir sıra ştatlarının parlamentləri və Avropada bəzi dövlətlərdəki şəhərlərin yerli özünü idarə etmə orqanları guya qondarma "Dağlıq Qarabağ rejimi”nin müstəqilliyini tanıyan qərarlar qəbul edibilər. Bu qərarların heç bir siyasi və hüquqi əhəmiyyəti yoxdur, adicə kağız parçasıdır.

-Bu qərarların qəbulu qondarma "Dağlıq Qarabağ rejimi''ni problemin həlli üzrə aparılan müzakirələrdə tərəf kimi iştirak etməsinə imkan yaradırmı? Qondarma rejiminin sosial-iqtisadi problemlərini həll edirmi, təhlükəsizliyinə təminat verirmi? Əlbəttə yox. Amma ermənilər bundan həzz alırlar, adrenalin səviyyələri yüksəlir, elə zənn edirlər ki, Azərbaycan bu kağız parçalarına görə onlarla hesablaşacaq, onların hər dediyi ilə razılaşacaq.

-Ermənistanın dövlət rəhbərliyi və ictimai rəyi kütləvi şizofreniya xəstəliyinə tutulub. Özlərini ən böyük və qədim millət, ən böyük dövlət, xristianlığı ilk qəbul etmiş xalq olaraq görür və digər dövlətlərin də onlarla hesablaşmalarını istəyirlər. Ermənistan rəhbərliyi və erməni ictimai rəyi bu kütləvi şizofreniya xəstəliyindən müalicə edilməsə, onlar üçün gələcək yaxşı heç nə vəd etmir.

Bu kütləvi şizofreniya xəstəliyindən qurtula bilən hər hansı bir erməni kənarda durub, tarixlərinə nəzər yetirdikdə nələri hiss edə və anlaya bilər:

-Ermənistan Cənubi Qafqazda dağlıq əraziyə sıxışan kiçik bir dövlətdir;

-Ermənistanın təbii sərvətləri yoxdur və ya olanlar da azdır;

-xristianlığı qəbul etmələrindən sonra 451-ci ildə Həzrəti İsanın ilahi kimliyə sahib olmasının müzakirə edildiyi Xalkindon (Kadıköy) məclisində erməni kilsəsi Həzrəti İsanın ilahi kimliyə sahib olduğu monofizit dini görüşünü qəbul edərək qriqorianlıq məzhəbini seçdiyi, Avropa kilsəsindən ayrıldığı və Papanın dini nüfuzunu tanımadığı üçün digər məzhəblər ermənilərin qriqorianlıq məzhəbini lənətləmişdir;

-ermənilər min ildən çoxdur ərəblərin, bizanslıların, səlcuqluların, osmanlının hakimiyyəti altında yaşamışdır;

-Ermənistan son 25 ildə bölgədə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrin hamısından kənarda qalıb, enerji, dəmir yolu xətləri bu ölkədən keçmir;

-ermənilər dövlət qursalar da, iqtisadiyyatı inkişaf etmir, borc alan ölkədir, digər etnik qrupları ölkədən qovublar, ermənilər iqtisadi vəziyyətə görə ölkələrini mütəmadi olaraq tərk edirlər;

Əlbəttə, bu qeyd edilənləri düşünən şizofreniya xəstəliyinə tutulmayan erməni olmalıdır.

Təhlükəsizlik siyasətində:

-Xatırlamaq lazımdır ki, bir müddət əvvəl Ermənistanın müdafiə nazirinin müavini David Tonoyan  ölkəsinin əvvəlki hərbi doktrinasında qəbul edilən "passiv müdafiə” sistemi yerinə "qarşısını alma, önləmə'' (deterrence system) sisteminə keçəcəklərini, bu sistemin mahiyyətində refleks və önləyici prinsiplərin olduğunu vurğulamışdır. Refleks və önləyici prinsiplərin qeyd edildiyi müdafiə doktrinasına sahib dövlətlər ənənəvi olaraq militarist dövlətlərdir. Bunu beynəlxalq münasibətlər sisteminin son 30 illik tarixinə diqqət yetirdikdə görmək mümkündür.

-Ermənistan müdafiə doktrinasında "qarşısını alma, önləmə'' sisteminə keçdiyini 2 apreldə atəşkəsi pozaraq geniş miqyaslı hərbi əməliyyatlara başlamaqla göstərdi, amma Azərbaycan ordusunun layiqli cavabindan sonra hələ də özünə gəlməyib.

-Ermənistan müstəqillikdən sonra təhlükəsizlik siyasətini Rusiyanın liderliyində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində qorumağa çalışır. Müstəqil Dövlətlər Birliyinə üzvdür, Rusiyadan milyonlarla dollar hərbi yardım alır, Rusiyanın bu ölkədə hərbi bazası var və ermənilər bütün bunları təhlükəsizliklərinin təminatı kimi görürdülər. Görürdü, bəli, amma artıq görmür. Bu məsələdə ilk qırılma nöqtəsi Gümrüdəki hərbi bazada xidmət edən rus əsgəri Valeri Permyakovun bir erməni ailəsinin altı üzvünü öldürməsindən sonra baş verdi.

-ikinci qırılma nöqtəsi Ermənistanın 2 apreldə atəşkəsi pozaraq işğal etdiyi Azərbaycan torpaqlarında geniş miqyaslı hərbi əməliyyatlara başlamasından sonra nə KTMT-nin nə də Rusiyanın əslində onların təhlükəsizliyinin təminatı olmadığını gördükdən sonra baş verdi.

-Ermənistanın dövlət rəsmilərinə və ictimai rəyinə aydın oldu ki, milyonlarla dollar xərcləyib aldıqları silah və sursat 1980-ci illərdən qalıb, köhnədir və günümüzün hərbi tələblərinə cavab vermir.

-Rusiya güclüdürsə, Ermənistan da güclüdür deyən Prezident Serj Sərkisyan aprel hadisələrindən dərhal sonra Almaniyaya gedərək 25 ildir təhlükəsizliklərini qoruduğuna inandığı Rusiyanı Angela Merkelə şikayət etdi, aman dilədi.

-ermənilər Rusiya Səfirliyinə yumurta ataraq etirazlarını bildirdilər, bu ölkənin bayrağını yandırdılar, prezidentini təhqir etdilər.

Bütün bunlar belə bir nəticəyə gəlməyə imkan verir: aprel hadisələrindən sonra Ermənistanın müstəqillik elan etdikdən sonra həyata keçirdiyi daxili, xarici və təhlükəsizlik siyasəti iflas etdi.

P.S. Maraqlısı budur ki, Ermənistanda 2-5 aprel hadisələrinə görə Rusiyaya etiraz edib, mitinq və nümayişə çıxanlar prezident Serj Sərkisyanın, müdafiə naziri Seyran Ohanyanın və hökumətin istefasını tələb etmirlər.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...