THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan silahlanma yarışında Avropada birinci yerdədir

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1742
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 aprel 2016 – Newtimes.az

Almaniyada fəaliyyət göstərən "Bonn International Center for Conversion'' (BICC) təşkilatının hazırladığı "Global Militarisation Index'' məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Şimali Kiprdir. Bu silahlanma yarışında Ermənistan üç ildir ki, liderlik edir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərb çi sayı, Ümum Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınmışdır.[i]

2007-2009-cu illərdə Ermənistan dünya üzrə silahlanma yarışında 8-ci yerdə, 2012-2014-cü illərdə 4-cü yerdə, 2013-cü ildə isə 3-cü yerdə olmuşdur.

Ermənistan mütəmadi olaraq hərbi büdcəsinin artırır. Belə ki, bu ölkənin hərbi büdcəsi 2001-ci ildə 65, 2002-ci ildə 75, 2003-cü ildə 82,  2004-cü ildə 60, 2005-ci ildə 100, 2006-cı ildə 150, 2007-ci ildə 263, 2008-ci ildə 382.3, 2009-cu ildə 495.3, 2010-cu ildə 402.8, 2011-ci ildə 387, 2012-ci ildə 400, 2013-cü ildə 450, 2014-cü ildə 472, 2015-ci ildə 450, 2016-cı ildə 430 milyon dollar olmuşdur. Bundan başqa Ermənistan müttəfiqlərindən dünya silah bazarındakı qiymətlərdən daha ucuz qiymətə müasir silahlar alır.

Sovet İttifaqı dağıldıqdan sonra keçmiş ittifaq respublikalarında yerləşən hərbi bazaların paylanma mexanizmini əks etdirən və 15 may 1992-ci ildə imzalanan Daşkənd müqaviləsinin şərtlərinə görə, Ermənistan Rusiyanın 7-ci Qvardiya ordusunun tərkibində olan 16 və 17-ci briqadaları, 250 tank, 220 zirehli maşın, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 hücum vertolyotu almışdır.  Ermənistan daha sonra Rusiyadan aldığı silahlar və 1997-ci ildə Rusiyanın bu ölkəyə pulsuz olaraq verdiyi bir milyard dollarlıq silahlarla hərbi arsenalını daha da artırmışdır.

Ermənistan eyni zamanda Rusiyadan 1994-1996-cı illərdə 8 ədəd R-17 operativ-taktik raket kompleksi, 27 ədəd ZRK "Kruq'', 84 ədəd T-72 tankı, 50 ədəd BMP-2 zirehli maşını, 36 ədəd D-30 qaubiça, 18 ədəd D-20 qaubiça, 18 ədəd "Qrad” raket qurğusu almışdır. İşğal altında olan Azərbaycan torpaqlarında 316 ədəd tank, 324 ədəd döyüş maşını və 322 ədəd 122 mm kalibrli artilleriya qurğusunun (onlardan 44 RSZO markalıdır)[ii]  olduğunu nəzərə alsaq, Ermənistanın regionun təhlükəsizliyini nə dərəcədə təhdid etdiyini müəyyən etmək mümkündür.

Maraqlısı odur ki, elə bu günlərdə Ermənistan Rusiyadan aldığı 2018-ci ildən başlayaraq on il müddətinə ödəyəcəyi 200 milyon dollarlıq idxal krediti ilə bu ölkədən hücüm xarakterli yaylım atəşi açan "Smerç'', "İqla-S'' zenit raket kompleksi, yerüstü radiotexniki kəşfiyyat apara bilən "Avtobaza-M'' maşını, od püskürən "TOS-1A'' sistemləri, tank əleyhinə idarə edilən "Konkurs-M'' raketi, "RPQ-26'' qranamyotları, "Draqunov'' snayper vintovkası, "Tiqr''  zirehli maşını, mühəndislik və rabitə texnikası alır.[iii]

Ermənistanın Müdafiə Nazirliyi ölkədə islahatların ən az və yavaş həyata keçirildiyi nazirliklərdən biridir. Ordu üzərində mülkü nəzarət mexanizmi qəbul edilməmiş, müdafiə naziri və Baş Qərargah rəisinin səlahiyyətləri tam olaraq müəyyənləşdirilməmişdir. Müdafiə Nazirliyi keçmiş Sovet ordusu modeli standartlarına görə qurulmuşdur. Nazirliyinin məxfi olmayan fəaliyyəti haqqında belə məlumat əldə etmək olduqca çətindir. Faktiki olaraq ordunu sadəcə prezident, müdafiə naziri və hər ikisinə yaxın olan olduqca kiçik bir qrup idarə edir. Ancaq bu qrupun belə ordunu necə idarə etdiyi haqqında ciddi məlumatlar demək olar ki, yoxdur.

Ordu və digər güc nazirlikləri üzərində mülkü nəzarət olmadığına görə digər nazirliklərlə müqayisədə rüşvət və korrupsiya halları daha yüksəkdir. Rüşvət və korrupsiyaya qarşı mübarizə proqramı həyata keçirilərkən digər sahələrdə görüntü xarakterli nəticələr əldə edilsə də, nə orduda islahat proqramı tam olaraq həyata keçirilmiş, nə də ciddi nəticə əldə olunmamışdır.

Hatəm Cabbarlı

Siyasi elmlər doktoru


[i] Доклад: Армения – самая милитаризованная страна в Европе, http://www.armenianreport.com/­pubs/127008/, 2016-03-26.

[ii] Давид Петросян, «Развитие вооруженных силь Армении», http://www.iran.ru/rus/vooarm.php

[iii] Армения закупает «Смерчи», «ТОС»-ы, ПВО и ПТРК, http://www.panarmenian.net/rus/news/206388/ 18 февраля 2016.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...