THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın demoqrafik problemləri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7978
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 mart 2016 – Newtimes.az

Ermənistan müstəqilliyini elan etdikdən sonra qarşılaşdığı siyasi, iqtisadi və sosial problemlərini bu günə qədər həll edə bilməyib. Bir digər təhlükəli olan demoqrafik problemi bütün ciddiyyəti ilə hələ də özünü göstərir və mənfi tendensiya olaraq qalmaqda davam edir.

2015-ci ilin ikinci yarısında Birləşmiş Millətlər Təşkilatının ölkələrin demoqrafik proqnozları ilə bağlı hazırladığı məruzədə 3 milyon 18 min olan Ermənistan əhalisinin 2030-cu ildə 2 milyon 992 min, 2050-ci ildə 2 milyon 729 min nəfərə qədər azalacağı və 2100-cü ildə isə 1 milyon 700 min nəfər olacağı qeyd edilib.[i]

Ermənistan Milli Statistika Xidmətinin Əhalinin siyahıya alınması şöbəsinin müdiri Karine Kuyumcuyanın verdiyi məlumata görə, 2015-ci ilin birinci yarısında Ermənistan əhalisinin təbii artımı 4 min 91 nəfər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (4 min 477) 8,6 faiz aşağıdır. Həmin dövrdə Ermənistanda 18 min 719 uşaq doğulmuşdur. Bu 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə (19 min 249) 2,8 faiz azdır. 2015-ci ilin birinci yarısında 9 min 563 nigah qeydə alınmışdır ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə (9 min 563 nikah) 10,3 faiz azdır.[ii]

Joxovurd qəzeti Milli Statistika Xidmətinin 1992-2014-cü illərlə bağlı verdiyi məlumatlara əsaslanaraq, Ermənistanı 1 milyon 500 min nəfərin tərk etdiyini bildirir.[iii]

1 yanvar 2016-cı il ildə Ermənistan əhalisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min nəfər azalıb. Bununla yanaşı son beş ildə Ermənistan əhalisi 35,9 min nəfər, müstəqillikdən bu günə qədər isə, 634,7 min nəfər azalıb. Şəhər əhalisi (1.907,4) 5,5 min nəfər azalıb. Azalma əsasən İrəvan, Lori və Şirak əyalətlərində müşahidə edilib. Kənd əhalisi isə (1,091,2) 6,5 min nəfər azalıb. Ümumən, ölümlər 0,4 faiz artsa da, 2015-ci ilin yekununa görə əhalinin təbii artımı 13 min 980 nəfər olub.[iv]

2016-cı ildə Ermənistan əhalisinin dəyişmə əmsalının belə olacağı ehtimal edilir:

– doğum: gündə 105 uşaq, saatda 4,37 uşaq;

– ölüm: gündə 69 nəfər, saatda 2,87 nəfər;

– miqrasiya: gündə 31 nəfər, saatda 1,28 nəfər;

Əhalinin yaş qrupuna görə ayrılması:

– 15 yaşından aşağı: 523 min 200 nəfər (kişi-285 min 125; qadın-243 min 335);

– 14 yaşından yuxarı, 64 yaşdan aşağı: 2 milyon 153 min 966 nəfər (kişi-1 milyon 009 min 236; qadın-1 milyon 144 min 730);

– 64 yaşından yuxarı: 299 min 75 nəfər (kişi-113 min 288; qadın-185 min 887);[v]

İldə təxminən 200 min Ermənistan vətəndaşı mövsümlük işlər üçün Rusiyaya gedir. Uzun müddətli iş üçün ölkəni tərk edən ermənilərin 70 faizi yenə də Rusiyanı seçir.[vi]

Ermənistan əhalisinin azalmasında ən ciddi səbəblər iqtisadi və sosial problemlərin həll olunmaması və Dağlıq Qarabağ probleminin hələ də davam etməsidir. İqtisadi və sosial problemlərin həll edilməməsi əhalinin azalma tendensiyasının davam edəcəyini göstərir. Ermənistan əhalisinin azalması problemini Yaxın və Orta Şərqdə yaşanan böhran nəticəsində Suriya Livan, İraq və digər ölkələri tərk edən ermənilərin hesabına həll etməyə çalışsa da, bu istənilən nəticələri vermir. Adı çəkilən ölkələri tərk edən ermənilərin iqtisadi vəziyyətinin yaxşı olanları Ermənistana deyil, Avropa və ABŞ-a köçürlər. Ermənistana gələnlərin əksəriyyəti isə olduqca kasıb təbəqənin nümayəndələridir və əslində Ermənistan hökuməti üçün əlavə sosial və iqtisadi problemlərə səbəb olurlar.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] ООН: Население Армении сократится до 1,7 миллиона, http://regnum.ru/news/society/1948057.html 31 июля 2015.

[ii] За 6 месяцев 2015 года в Армении родилось чуть меньше детей, чем в прошлом году, но количество смертей также снизилось, http://www.panarmenian.net/rus/news/195486/, 31 июля 2015.

[iii]''Жоховурд'': В действительности, численность населения Армении за последние 13 лет сократилась почти на 1 млн 600 тыс человек, http://www.times.am/?p=151378&l=ru, 16/12/ 2015.

[iv] За год население Армении уменьшилось на 12 000 человек, составив 2 998,6 тысяч, http://www.panarmenian.net/rus/news/204890/, 29 января 2016.

[v] Население Армении 2015 http://countrymeters.info/ru/Armenia

[vi] Ежегодно около 200 тысяч граждан Армении выезжают в Россию на заработки, www.regnum.ru/news/society/1910113.html, 30.03.2015.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...