THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: "Tarixi faktlar sübut edir ki, ermənilər Cənubi Qafqaza gəlmədirlər"

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8170
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 sentyabr – Newtimes.az

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun "Newtimes.az" portalına müsahibəsi

– Novruz müəllim, hazırda bizim regiona yaxın bölgələrdə beynəlxalq aləmi düşündürən və xeyli dərəcədə narahat edən siyasi proseslər gedir. Bu proseslərin hansı məzmun kəsb etdiyi və inkişaf tendensiyaları haqqında fikrinizi bilmək maraqlıdır.

– Doğrudan da, Cənubi Qafqaza yaxın regionlarda narahatlıq doğuran və düşündürücü proseslər gedir. Azərbaycan Respublikasının xarici siyasətinin əsas prinsiplərindən biri başqa ölkələrin daxili işlərinə qarışmamaqdır. Hər bir xalqın öz siyasi taleyini həll etmək hüququ vardır. Əsas odur ki, qan tökülməsin, müharibələr olmasın. Hansısa dövlətin öz geosiyasi marağına görə başqalarına təzyiq etməsi, onun daxili işlərinə qarışması beynəlxalq hüququn prinsip və normalarına uyğun gəlmir.

Bizim istəyimiz odur ki, bölgəmizə yaxın regionlarda silahlı toqquşmalar dayansın, sülh və sabitlik olsun. Azərbaycan dövləti sülhü, sabitliyi, insanların rifah içində yaşamasını müasir beynəlxalq münasibətlərin ən mühüm prinsipi hesab edir.

– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gedişini necə qiymətləndirərdiniz?

– Bəzi KİV-lər ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətlərinə fasilə verdiyi haqqında informasiyalar yayırlar. Həqiqətdə isə proses davam edir. Həmsədrlər regiona baş çəkiblər. Azərbaycanın xarici işlər naziri Fransaya səfər edib. Orada əsas müzakirə mövzularından biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqəli olub. Sentyabrda Minsk qrupu həmsədrlərinin Azərbaycana gəlməsi gözlənilir. Yəni münaqişənin həlli ilə bağlı danışıqlar prosesi gedir.

O başqa məsələdir ki, danışıqların real nəticə verməsi üçün həmsədrlər tərəfindən lazımi səviyyədə addımlar atılmır. Ermənistanı tutduğu qeyri-konstruktiv mövqedən çəkindirmək üçün heç bir səmərəli tədbir görmürlər. Azərbaycan sülh yolu ilə münaqişənin ədalətli həlli prinsipinə həmişə sadiqdir. Ölkə rəhbərliyi ədalətin bərpa olunması üçün əlindən gələni edir.

Azərbaycan mövcud status-kvonun dəyişdirilməsinə çalışır. Bilirsiniz ki, status-kvonun dəyişdirilməsi zəruriliyini həmsədr dövlətlərin başçıları verdikləri son bəyanatda ayrıca qeyd etmişdilər. Lakin yenə də Ermənistan tərəfi özünü eşitməzliyə vurur. Real olaraq münaqişə ətrafında yaranmış vəziyyətin müsbətə doğru dəyişməsi üçün heç bir addım atmır.

Beynəlxalq birlik də həmişəki kimi susur. Biz isə məsələnin məhz beynəlxalq birliyin qəbul etdiyi hüquq normaları çərçivəsində həll edilməsinin tərəfdarıyıq. Münaqişə beynəlxalq hüquq çərçivəsində ədalətli həll edilməlidir. Bunun bütün iştirakçı tərəflərə faydası vardır.

– Ermənistan KİV-də suriyalı ermənilərin Dağlıq Qarabağa yerləşdiriləcəyi ilə bağlı yayılan informasiyalara münasibətiniz necədir?

– Ermənilərin bir yerdən başqa yerə kütləvi köçmələri, bir növ "tarixi xəstəlikləridir”. Onlar yer-yurd nədir, bilmirlər. İndi Suriya dövlət kimi çətinliyə düşüb, ermənilər oranı da qoyub qaçırlar. Onlar əsasən Hələbdə yaşayırdılar. Orada imkanları pis deyildi. Suriyanı özlərinə vətən saysaydılar, qalıb problemlərin həllində iştirak edərdilər.

Əgər hansısa muxtariyyətdən və ya müstəqillikdən söhbət getsəydi, anında ermənilər "Suriyanın qədim sakinləri”, "mədəni xalqı” və s. kimi özlərini təqdim edəcəkdilər. Baxın, Suriyada gərgin proseslər başa çatandan sonra erməni siyasətçiləri və ideoloqları nələr tələb edəcəklər. Ağır vəziyyətdə qoyub qaçdıqları ölkədən çox şeylər istəyəcəklər. Bu, onların xislətidir. Yüz illərdir dəyişmir.

Suriyalı ermənilərin Azərbaycanın işğal edilmiş torpaqlarında yerləşdirilməsi haqqında yayılan informasiyalar isə boş və mənasız təbliğatdan başqa bir şey deyil. Birincisi, Ermənistanın dövlət olaraq bu işi görməyə hüquqi əsası yoxdur. Dünya dövlətləri Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ona görə də ora Azərbaycanın icazəsi olmadan kimsənin yerləşməsi qanunsuzdur. Əgər Ermənistan bu addımı atsa, bir daha təcavüzkar olduğunu əyani surətdə nümayiş etdirəcək.

İkincisi, Suriya erməniləri yaxşı bilməlidirlər ki, onlar başqalarının torpaqlarında duruş gətirə bilməzlər. Bəzi informasiyalara görə, həmin ermənilər Dağlıq Qarabağa getməkdən imtina ediblər. Azərbaycan dövlətinin razılığı olmadan onlar həmin ərazilərdə yaşaya bilməzlər. Biz öz torpaqlarımızı azad edəndən sonra, istənilən millətin nümayəndələrini qonaq və ya turist kimi gülərüzlə qarşılayacağıq. Bunun təminatını Azərbaycan dövləti verə bilər.

– Siz ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı maraqlı bir məqama toxundunuz. Konkret faktlar göstərmək olarmı?

– Tarixi faktlar sübut edir ki, ermənilər əsrlər boyu bir ölkədən digərinə köç ediblər. O cümlədən, onlar Cənubi Qafqaza da gəlmədirlər. Hər şey I Pyotrun bir fərmanından başladı. O, 1724-cü il noyabrın 10-da erməni xalqına ali fərmanını və ermənilərin Xəzərsahili torpaqlara köçürülməsinə dair tapşırığını ifadə edən sənəd imzalayıb. II Yekaterinanın zamanında Cənubi Qafqazda Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq planları qurulub.

Ancaq həmin planlar rus-türk müharibələri səbəbindən təxirə salınıb. 1828-c il Türkmənçay müqaviləsinin 15-ci bəndində artıq ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə imkan verən müddəalar yer almışdı. Bu prosesi mərhələli qaydada bir neçə rus diplomatı həyata keçirib. Bu prosesi həyata keçirənlər – N.Astaraketsi, A.Qriboyedov, general Paskeviç, polkovnik Lazarev və başqaları əvvəlcədən hazırlanmış plan üzrə hərəkət ediblər.

Rusiya arxivlərində olan sənədlərin məzmunu təsdiq edir ki, 1828-ci il 5 aprel-10 iyun tarixlərində ermənilərin İrəvan və Naxçıvana köçürülməsi dövlət siyasəti çərçivəsində rəsmi qaydada hazırlanıb. Həmin sənədlərdə göstərilir ki, ermənilərin köçürülməsi üçün İranın Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq verdiyi xəracdan 50 min gümüş rubl ayrılıb.

Onu deyim ki, ermənlərin Cənubi Qafqaza köçürülməsini təşkil edənlər Rusiya rəhbərliyinə yazdıqları məruzələrdə açıq göstərirdilər ki, erməniləri imperiyanın mərkəzi torpaqlarında yerləşdirməyin, çünki onlar sonra həmin ərazilərə iddia edəcəklər. Yəni əvvəlcədən ermənilərin hansı xislətin sahibi olduğu bilinirdi. Məhz bunu bilərək də onları Azərbaycan torpaqlarına köçürdülər.

– Rusiya KİV-də Qəbələ RLS-in fəaliyyəti müddətinin uzadılması ilə bağlı müxtəlif məlumatlar yayılıb. İki ölkə arasında bu məsələ ilə bağlı aparılan danışıqlar haqqında Sizin fikirlərinizi öyrənmək istərdik.

– Rusiya-Azərbaycan münasibətləri dinamik inkişaf edir. İki ölkə arasında anlaşılmaz heç bir məsələ yoxdur. Hazırda dünyada mürəkkəb geosiyasi proseslər gedir. Bəzi qüvvələr süni problemlər yaratmağa çalışırlar. Ona görə də Azərbaycanda mətbuat orqanları hər bir informasiyaya ayıq-sayıq yanaşmalıdır.

Qəbələ RLS-lə bağlı rəsmi danışıqlar davam edir. Tərəflər təbii olaraq öz dövləti maraqlarından çıxış edirlər. Qəbələ RLS-in ərazisi 200 hektardan artıqdır. Ora turist zonasıdır. Gözəl təbiəti, təmiz havası var. Müasir dünyada ekoloji məsələlərin aktuallığını hamı bilir. Bunlarla yanaşı, digər faktorları da nəzərə almaq lazımdır.

Bəzi dairələr Azərbaycanın müstəqil siyasət yeritməsini qəbul etməkdə çətinlik çəkə bilərlər. Ancaq reallığı inkar etməyin heç kəsə xeyri yoxdur. Biz Rusiya ilə Azərbaycanın bütün məsələləri səmərəli müzakirələr vasitəsi ilə həll edəcəyinə tam inanırıq.

– Suriya məsələsinə qayıtmaq istərdik. Azərbaycanın bu məsələdə mövqeyi nədən ibarətdir?

– Azərbaycan sülhsevər dövlətdir. Dünyanın hər bir ölkəsində sabitliyin və inkişafın olmasında maraqlıdır. Hazırda Suriyada ziddiyyətli proseslər gedir. Biz mövqeyimizi BMT TŞ-nin üzvü kimi həmişə birmənalı bildiririk. Hesab edirəm ki, qarşıdurmaların, silahlı toqquşmaların və münaqişəli vəziyyətin Suriyaya xeyri yoxdur. Digər tərəfdən, Suriyanın indiki vəziyyətə düşməsinə səbəb orada gedən proseslərə ifrat müdaxilələr oldu desək yanılmarıq. Bunlar ölkələrin gələcəyi üçün təhlükələrdir. İndi Suriya tarixinin risklərlə dolu mərhələsini yaşayır. Arzu edək ki, bu müsəlman ölkəsində barış tez bərpa olunsun.

– Novruz müəllim, bu günlərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində türkdilli dövlətlərin növbəti toplantısı keçirildi. Həmin toplantıda qəbul edilən qərarlarda yer almış hansı məqamları qeyd etmək olar?

– Əvvəlcə onu deyim ki, bütün dünyada inteqrasiya proseslərinin getdiyi bir mərhələdə türkdilli dövlətlərin əməkdaşlığı inkişaf etdirmək istiqamətində fəaliyyətlərini artırması tamamilə təbii qəbul edilməlidir. Bilirsiniz ki, 2009-cu ildə Naxçıvanda keçirilən sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) adlı qurum yaradıldı. İndi həmin çərçivədə əməkdaşlığı daha da inkişaf etdirmək istiqamətində konkret addımlar atılır.

Diqqət etsəniz, görərsiniz ki, Bişkekdə qəbul edilən qərarlar iqtisadi və mədəni xarakterlidir. Yəni burada bütövlükdə dünya üçün, beynəlxalq aləm üçün əhəmiyyəti olan əməkdaşlıqdan söhbət gedir.

– Başqa bir tədbirə də toxunmaq istərdik. Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin toplantısı keçirilir. Azərbaycan da bu təşkilatın üzvüdür. Sizin bu tədbirlə bağlı fikrinizi bilmək istərdik.

– Qoşulmama Hərəkatının 120 üzvü vardır. Bu qədər geniş auditoriyada Azərbaycan lazım bildiyi məsələləri iştirakçı dövlətlərin diqqətinə çatdıra bilər. Məsələn, regionda sülhün bərqərar olması, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyətin aradan qaldırılması və başqa aktual problemlər haqqında ölkəmiz müzakirə aça bilər. Yəni Azərbaycan bu qurumda üzvlüyü ilə beynəlxalq münasibətlərdə son illər genişlənən fəallığın növbəti mərhələsinə daxil olmaq imkanı əldə edir.

Bu ilin may ayında Misirin Şarm Əl-Şeyx şəhərində təşkilatın əlaqələndirmə şurasının nazirlər səviyyəsində keçirilən iclasında qəbul edilən sənəddə Azərbaycanla bağlı konkret müddəalar yer alıb. Yekun sənəddə Azərbaycanın ərazi bütövlüyü tanınıb, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi əks olunub. Hesab edirəm ki, bu, vacib məqamdır.

Azərbaycan bundan sonra da həmin qurum daxilində, eləcə də beynəlxalq aləmdə fəallığını davam etdirəcək, müxtəlif beynəlxalq qurumlar çərçivəsində dövlətimizin mənafeyinə uyğun gələn məsələləri qaldırıb, ölkəmizin nüfuzunun daha da artması üçün çalışacaq. Bu mənada, Qoşulmama Hərəkatının növbəti sammiti də Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...